Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə64/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   146

209 


olduqca  maraqlı  və qiymətli faktlara,  materiallara, sənəd-

lərə əsaslanan zəngin irsinin müxtəlif aspektlərdən tədqiqi 

mədəniyyətimizin gələcək inkişafı üçün böyük əhəmiyyət 

kəsb  edir.  Heydər  Əliyevin  siyasətçi  və  görkəmli  dövlət 

xadimi  kimi  mədəniyyətimizin  inkişafında  misilsiz  rolu-

nun ciddi elmi zəmində araşdırılması Azərbaycan elminin 

üzərinə  düşən  nəcib  vəzifələrdən  biridir.  Ümummilli  Li-

derin obrazını yaşadan, ömür yolunu, fəaliyyətini, mübari-

zəsini  və  qələbələrini  təsvir  edən  ədəbi,  habelə  musiqi 

əsərlərinin  təhlili  də  həmin  vəzifələr  sırasındadır.  Azər-

baycan  incəsənətinin  həm  sovet  dövründə,  həm  də  müs-

təqillik  dövründə  inkişaf  mərhələləri,  tərəqqi  yolları  və 

nailiyyətləri,  qazandığı  mükafatları  və  təltifləri,  bəşəriy-

yətə bəxş etdiyi sənət əsərlərinin qiymətləndirilməsi məhz 

Heydər Əliyevin  şəxsiyyəti ilə bağlı olmuşdur.  

 

Azərbaycan  tarixində  keyfiyyətcə  yeni  bir  dövrün 



təməlini qoyan ulu öndər Heydər Əliyev respublikada el-

min, təhsilin, mədəniyyət və incəsənətin hərtərəfli inkişaf 

üçün  əlindən  gələni  əsirgəmirdi.  Onun  şəxsən  milli  mə-

dəniyyət  və  incəsənətə  bağlılığı,  zəngin  mənəvi  keyfiy-

yətləri həmişə cəmiyyətdə müsbət nümunə kimi dəyərlən-

dirilirdi.Tarixin  dərsləri  sübut  edir  ki,  tarixlər  ərzində  

xalqlara və ölkələrə çox böyük şəxsiyyətlər başçılıq etmi-

şlər, lakin onların heç də hamısı tarixi şəxsiyyətə, xalqının 

liderinə, dövlət qurucusuna çevrilə bilməmişdir. Öz xalqı-

nın qəlbində və vətəninin tarixində əbədi heykəllərini ya-

ratmağa  nail  ola  bilməmişlər.  Bu  mənada  Azərbaycan 

xalqı xoşbəxt xaldıq ki, tanrı və tale onun müasir tarixinə 

Heydər Əliyev kimi qurucu, yaradıcı, millətini sevən, bü-

tün  ömrünü  xalqına  və  vətəninə  həsr  edən  dahi  dövlət 




210 


xadimi,  qurucu  dövlət  rəhbəri,  böyük  şəxsiyyət  və  milli 

lider bəxş etmişdir.  

 

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 30 ilə 



yaxın  bir  dövrdə  mədəniyyətə  və  incəsənətə  sistemli  və 

kompleks şəkildə yanaşmış, Azərbaycan milli mədəniyyə-

tinin  dünənini,  gələcəyini,  inkişaf  imkanlarını  məhz 

ümummədəni dəyərlər kontekstində qiymətləndirmiş, döv-

lət mədəniyyət siyasətinin əsas prioritetlərini müəyyənləş-

dirmişdir.  

 

Heydər  Əliyev  mədəniyyət  və  incəsənətin  inkişa-



fına  respublikanın  iqtisadiyyat,  sosial,  elm,  təhsil  sahələ-

rindəki əsaslı inkişafı ilə bilavasitə əlaqəli şəkildə yanaşır-

dı.  Belə  bir  yanaşma,  Heydər  Əliyevin  dahi  şəxsiyyət  və 

dövlət  xadimi  kimi  müdrikliyindən,  idarəçilik  istedadın-

dan, xalqının gələcəyini düşünən ağıllı və uzaqgörən siya-

sətçi  olmasından  irəli  gəlirdi.  “İqtisadiyyatı  güclü  olan 

xalq hər şeyə qadirdir” – deyən Heydər Əliyev bu fikrini 

həyata keçirərək  mədəniyyətin tərəqqisi üçün də  ciddi və 

zəruri iqtisadi baza, güclü maddi-texniki stimul yaradırdı. 

Respublikada hər bir sahədə yeniliklərin, islahatların apa-

rılmasına,  ətrafda  baş  verən  bütün  demokratik  və  tərəqqi 

proseslərinin  respublikanın  inkişafında  əks  olunmasına, 

respublikanın  yeni  iqtisadi  və  sənaye  potensialının  tam 

gücü  ilə qurulmasına,  hərtərəfli iqtisadi inkişafın və  yük-

səlişin hər  bir sahəyə, o cümlədən  mədəniyyət və incəsə-

nətin  yüksəlişinə  müsbət  təsir  göstərməsinə  nail  oldu. 

Heydər Əliyev məhz həyata keçirdiyi iqtisadi inkişaf siya-

sətinin  uğurlu  nəticələri  kimi  tezliklə  bütün  respublikanı 

böyük  bir  tikinti,  abadlaşdırma  meydanına  çevirdi.  İndiki 

Heydər Əliyev Sarayı, Bakı Xoreoqrafiya Məktəbi, Şövkət 

Məmmədova adına Opera Studiyası, Dövlət Mahni Teatrı, 



211 


Yaşıl Teatr,  Məktəblilər  Sarayı, Bakı ətrafı və  respublika 

rayonlarında  yeni mədəniyyət evləri,  yeni uşaq musiqi və 

incəsənət  məktəbləri,  musiqi  texnikumları,  Naxçıvan  MR 

və  DQMV-in  filarmoniyaları,  Naxçıvanda  musiqi  texni-

kumu və b. buna konkret nümunədir.  

 

Heydər Əliyevin dövründə Azərbaycan mədəniyyə-



ti  dünya  arenasına  çıxdı.  Dünyanın  müxtəlif  ölkələrində 

Azərbaycan mədəniyyət günləri böyük təntənə ilə kecırıl-

məyə  başladı.  Digər  ölkələr  də  öz  mədəniyyət  günlərini  

məhz  Azərbaycanda keçirməyə üstüniük verdilər. Dilimi-

zin,  dinimizin,  tariximizin,  mədəniyyətimizin,  incəsənəti-

mizin şərəfli səhifələrinin şəriksiz müəllifi olan Ulu Öndər 

bu mənəvi dəyərlərə ömrünün sonuna qədər sadiq qalmış-

dı.  Bu  prosesin  gerçəkləşməsinin  fövqündə  isə  xalq  mə-

həbbəti, sənətkar inamı və sevgisi dayanırdı. Bu isə xalqın 

Heydər  Əliyevə  olan  ümumxalq  məhəbbətinin  bədii 

təcəssümü idi. 

 

7.4. Heydər Əliyev və Azərbaycançılıq ideologiyası 

Bu gün Azərbaycan özünün çox güclü inkişaf dövrünü 

yaşayır. Bu da təsdüfi deyil. Belə ki, Azərbaycan özünün 

məhz bu cür yüksəlməsində özündən əvvəlki irsinə əsasla-

nır. Bu irsin yaşanmasında və inkişafında ülu öndər Hey-

dər Əliyevin həyata vəsiqə alan fasiləsiz sərəncam və tap-

şırıqlarının  böyük  əhəmiyyəti  vardır.  Heydər  Əliyevin 

siyasi  fəaliyyətində  Azərbaycan  mədəninyyətinin  inkişafı 

müstəsna  yer  tutur.  Müstəqil  Azərbaycan  dövlətinin  me-

marı  və  qurucusu  Heydər  Əliyevin  özünün  bütün  həyat 

fəaliyyətini Azərbaycan xalqının və respublikamızın hərə-

tərfli  inkişafına,  azərbaycançılıq  ideyasının  milli  şüurda 




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə