Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə61/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   146

200 


 

Heydər  Əliyev  dövlət  rəhbəri  və  əsil  vətənpərvər 

bir insan kimi milli mədəniyyətə, milli-mənəvi irsə daima 

ehtiramla  yanaşmış,  fəaliyyətinin  hər  bir  dövründə  hör-

mət-izzətini layiqincə nümayiş etdirmişdir. Heydər Əliyev 

dediyi  hər  bir  sözü  əməldə  gerçəkləşdirir,  Azərbaycanın 

mənəvi irsini yaşatmaqla bərabər müasir mədəniyyətimizi 

dünya standartları səviyyəsinə yüksəldirdi. O, eyni zaman-

da  həm  də  ölkənin  sosial-iqtisadi  və  mədəni    inkişafına  

xüsusi  diqqət  və  qaygı  göstərirdi.  Onun  məhz  qayğısı 

sayəsində  mədəniyyət  və  incəsənətimiz  davamlı  inkişafa 

qədəm  qoydu  və  bütün  dünyada  tanındı.  Azərbaycan 

örnək ola biləcək  sivil bir dövlətə çevrildi.  

 

Bu gün dünya birliyinin bərabər hüquqlu üzvü olan 



Azərbaycan  Respublikası  dünyada  gedən  qloballaşma  və 

mədəni inteqrasiya proseslərindən kənarda deyil. Belə ki, 

qloballaşma  və  inteqrasiya  prosesləri  ölkə  həyatına  həm 

müsbət,  həm  də  mənfi  təsirini  göstərməkdədir.  Odur  ki, 

xalqımızin  milli-mənəvi  və  əxlaqi  dəyərlərini  aşınmalar-

dan  qorumaq,  milli  mədəniyyətimizi,  mənəviyyatımızı, 

soy kökümüzü, qloballaşmanın mənfi təzahürlərindən mü-

hafizə  etmək  olqudca  mühüm  və  əhəmiyyətli  bir  məsə-

lədir.  Buna  görə  də,  mədəniyyət  sahəsinə  özünü  tənzim-

ləmə  mexanizmləri  tətbiq  edilməli,  prioritetlər  aydınlaş-

dırılmalı, uyğun olan layihələr işlənib hazırlanmalı və ma-

liyyələşdirilməlidir.  Odur  ki,  bu  gün  düzgün  mədəniyyət 

siyasətinin  yeridilməsi,  milli  mədəniyyətin  özünəməxsus-

luğunu  qoruyub  saxlamağa,  milli  -  mədəni  dəyərləri  mü-

hafizə etməyə imkan verəcəkdir. 

            Ulu öndər Heydər Əliyev hakimiyyədə oldugu bü-

tün fəaliyyəti dövründə milli-mənəvi dəyərlərimizin, adət-

ənənələrimizin  qorunması  ilə  bağlı  bəyanatlarla  çıxış 




201 


etmiş və çoxlu sayda qanun və sərəncamlar imzalamışdır. 

Ö,  dünyanın  mütərəqqi  mənəvi  dəyərlərindən  istifadə  et-

məyi və gənc nəslin sağlam əhval-ruhiyyədə, yəni əsil və-

tənpər  vətəndaş  kimi    tərbiyələndirilməyi  dövlətimiz  və 

xalqımız  üçün  ən  zəruri,  həlli  qaçılmaz  vəzifə  oldugunu 

13 avqust 2001-ci il tarixli bəyanatında  söyləmişdir: “Hər 

xalqın  öz  adət-ənənəsi,  öz  milli-mənəvi  və  dini  dəyərləri 

var. Biz öz milli, mənəvi, dini dəyərlərimizlə, adət-ənənə-

lərimizlə  fəxr  edirik.  Bizim  xalqımız  yüz  illərlə,  min 

illərlə  adət-ənənələrimizi,  milli-mənəvi  dəyərlərimizi  ya-

şatmışdır  və  bunlar  indi  bizim  xalqımızın  mənəviyyatını 

təşkil  edən  amillərdir”.  Ümumilli  lider  Heydər  Əliyev 

milli-mənəvi  dəyərlərin  qorunması  ilə  bağlı  bəyanatında 

deyirdi  ki,  “Hər  xalqın  özünə,  öz  tarixi  köklərinə,  əcdad-

ları  tərəfindən  yaradılmış  milli-mənəvi  dəyərlərinə  bağlı-

lığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənə-

vi dəyərlərindən istifadə etməli, xalqımızın mədəni səviy-

yəsini inkişaf etdirməli və  gənc  nəsli daha  sağlam əhval-

ruhiyyədə, tərbiyələndirməliyik”.

38

 



             Prof.  Timuçin  Əfəndiyev  “Heydər  Əliyev  və 

milli-mənəvi  dəyərlərimiz”  adlı  kitabında  yazır  ki,  Ulu 

Öndər  Heydər  Əliyevin  mədəniyyətimizin  inkişafında  bir 

siyasətçi və milli lider kimi misilsiz rolunu və xidmətlərini 

ciddi elmi zəmində araşdırmaqla, ümummilli liderin obra-

zını,  ömür  yolunu,  mübarizələrini  və  qələbələrini  musiqi 

dili ilə ifadə edən və ona həsr olunan əsərləri təhlil etmək-

lə,  bu  sahədə  müəyyən  nəticələrə  gəlmək  olar.  O,  qeyd 

edir ki, Azərbaycan peşəkar incəsənətinin istər XX  yüzil-

                                                 

38

Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı. “Ədəbiyyat qəzeti”, 13 



avqust 2001-ci il.  


202 


lik sovet dönəmində, istərsə də yeni əsrin müstəqillik döv-

ründə  inkişaf  mərhələlərini,  tərəqqii  yollarını  və  nailiy-

yətlərini,  qazandığı  mükafatlarını  və  təltiflərini,  beynəl-

xalq səhnəyə çıxarılan sənət əsərlərinin qiymətləndirilmə-

sini Heydər Əliyev şəxsiyyətindən, onun mədəniyyət siya-

sətindən və xidmətlərindən, musiqi incəsənətinə və sənət-

karlara  diqqət  və  qayğısından,  himayəsindən,  bu  sahədə 

həyata keçirdiyi milli lider və siyasi rəhbər missiyasından, 

onun  azərbaycançılıq  məfkurəsindən  ayrılıqda  tədqiq  və 

təhlil etmək qeyri-mümkündür.

39

 

 



Heydər  Əliyev  nəzəri  çıxışlarında  və  siyasi  bəya-

natlarında  elm  və  təhsil  sahəsində  çalışan  şəxslərə  qayğı 

ilə  yanaşmış,  göstəriş  və  sərəncamları  vasitəsi  ilə  həmin 

qayğının əməli şəkildə gerçəkləşməsinə diqqət yetirmişdir. 

Heydər  Əliyev  öz  yenilməz  iradəsi,  qətiyyəti  və  zəngin 

idarəçilik  təcrübəsi  ilə  müstəqil  Azərbaycanda  möhkəm 

daxili ictimai-siyasi sabitliyi təmin etmiş, elm, təhsil, mə-

dəniyyət və incəsənət, o cümlədən teatr sahələrinin dirçəl-

məsi  üçün  mühüm  tədbirlər  həyata  keçirmişdir.  Heydər 

Əliyev 1998-ci il avqustun 27-də “Azərbay-canda dünyəvi 

peşəkar teatrın yaradılmasının 125 illiyi haqqında”, 1999-

cu  il  iyunun  15-də  “Azərbaycan  Respublikasının  təhsil 

sahəsində  İslahat  Proqramı  haqqında”  və  s.  bu  kimi  bir 

sıra  fərmanlar  imzalamışdır.  Bu  fərmanlar  milli  elm  və 

təhsil sisteminin, mədəniyyət və incəsənətin köhnə stereo-

tiplərdən  xilas  olmasında  və  müasir  tələblərə  uyğun  inki-

şaf etməsində mühüm rol oynamışdır.  

                                                 

39

Əfəndiyev Timuçin. Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz. Bakı, 



“Zərdabi LTD”, 2011.  


Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə