Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə69/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   146

225 


lının  effektli  reallaşdırılmasını,  cəmiyyətdə  layiqli  yer 

tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət 

tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən 

tədbirlər  sistemidir.  Gənclərin  hərtərəfli  inkişafı  ölkənin 

sosial-iqtisadi,  elmi  və  mədəni  inkişafı  ilə  sıx  əlaqədədir, 

onun  qlobal  rəqabətə  davamlılığının,  milli  təhlükəsizliyi-

nin vacib şərtlərindəndir". 

   Etiraf  edilməlidir  ki,  Azərbaycan  gənclərinin 

mütləq əksəriyyəti dərk edir ki, Vətəni sevmədən, torpağa 

bağlı olmadan millətin genetik kodunu qoruyub saxlamaq 

qeyri-mümkündür.  Onlar  eyni  zamanda  dövlətin  gənclər 

siyasətini  dəstəklədiklərini  və  bu  siyasətin  gənclərdə  və-

tənpərvərlik hisslərini daha da çoxaltmasına xidmət etdiyi 

qənaətindədirlər.  Sirr  deyil  ki,  dünyanın  əksər  yerlərində 

bir sıra  dövlətlər gəncliyin elmi, hərbi və  intellektual  po-

tensialı hesabına bərqərar olub. Dünyada bir çox dəyişik-

liklər  gəncliyin  hesabına  mümkün  olub.  Çünki  gənclik 

böyük  qüvvədir  və  o  özündə  böyük  bir  potensialı  cəm-

ləyir.  Məhz  bu  kimi  amıllər  nəzərə  alınaraq  Azərbaycan 

dövləti  gənclərə  xüsusi  diqqət  və  qayğı  ilə  yanaşır.  İndi 

gənclər  qarşısında  bir  sual  ortaya  çıxır  ki,  qloballaşan 

dünyada  bəşəri  və  milli  dəyər  kimi  iki  faktoru  necə  bir 

arada tutmağı bacarasan. Yəni gənclər haradasa biri-birini 

təkzib  edən  bu  iki  dəyəri  necə  uzlaşdıra  bilsin  ki,  milli 

kimliyinə xələl gəlməsin. Ona görə də sözügedən məsələ-

də dövrün tələblərinə uyğun bir mexanizm, yanaşma tərzi 

ortaya  qoyulmalıdır.  Araşdırmalar  deməyə  əsas  verir  ki, 

Avropa  cəmiyyəti  bu  sahədə  uğurlu  vəhdətin  tapılmasına 

sahib  ola  bilib.  Bunun  nəticəsidir  ki,  Avropa  gəncləri 

keçmişlə  müasirliyin  uğurlu  vəhdətini  yaradıb.  Cəmiyyət 

bu vəhdətdən ziyan görmür. İş ondadır ki, bu gün Avropa 



226 


ölkələrinin  inkişaf  etməsinə  baxmayaraq,  bütün  bunlar 

onun  mədəniyyətini,  keçmişini,  adət-ənənələrini  silib 

atmır.  Hər  bir  avropalı  keçmişinə  hörmətlə  yanaşmaqla, 

həm  də  milliliyinə  hörmət  edir,  onu  yaşadır.  O  üzdən 

Azərbaycan  gəncliyi  də  sözügedən  uğurlu  inkişaf  mode-

lindən düzgün nəticə çıxarmalı və öz əməli fəaliyyətindən 

faydalanmalıdır.  Bir  daha  xatırladaq  ki,  dünyada  gedən 

qloballaşma prosesinin sürətlənməsinin bu məsələyə  çox 

mühüm  təsiri  vardır.  Son  vaxtlar  müşahidə  olunan  faktor 

ondan  ibarətfir  ki,  gənclərimizin  əksəriyyəti  Avropa  də-

yərlərini mənimsəməyə çalışır. Düzdür, Avropa dövlətləri 

böyük  inkişaf  mərhələsi  keçib  və  hazırda  bu  coğrafiyada 

olan ölkələr dünyanın ən inkişaf etmiş dövlətləri sırasında-

dır. Bu baxımdan da  gənclərimizin Avropadan  öyrənməli 

olduğu  çox  zəruri  məsələlər  var.  Ancaq  bəzən  Avropa 

dəyərləri  altında  gənclərimiz  elə  təbliğatın  təsirinə  düşür 

ki,  bu  həm  bizim  milli  və  mental,  həm  də  dini  dəyərlə-

rimizlə  kəskin  ziddiyyət  təşkil  edir.  Gənclərimizlə  bağlı 

təbliğatın  aparılmasında  bir  az  mühafizəkar  olmaq  lazım-

dır.  Milli  şüuru  deqradasiyaya  uğradan,  vətənpərvərlik 

hisslərini  öldürən,  adət-ənənəmizlə  tamamilə  ziddiyyət 

təşkil  edən  təbliğatın  qarşısı  kəskin  şəkildə  alınmalıdır. 

Baxmayaraq ki, Avropa dəyərləri adı altında gənclərimizə 

təbliğ olunması nəzərdə tutulan dəyərləri bütün vasitələrlə 

yaymağa  çalışırlar.  Bütün  maddi  və  psixoloji  təsir  və 

təzyiqlərə baxmayaraq gənclərimiz birmənalı şəkildə dərk 

etməlidirlər  ki,  bir  millətin  gələcəyi  onun  gəncliyinin  tə-

fəkkürünün mükəmməlliyinə, ümidinə, idealarına bağlıdır. 

Milli,  dini,  elmi  duyğularla  dolmuş,  bayrağını,  toprağını, 

millətini,  vətənini  sevən  bir  gəncliyə  sahib  bir  ölkə  ən 

böyük  sərvətə  və  xəzinəyə  sahibdir.  Belə  bir  gəncliyə  sa-



227 


hib  olan  ölkənin  gələcəyi  çox  parlaqdır.  İnkişaf  etmiş 

ölkələrlə, inkişaf etməmiş ölkələr arasında çox az bir cüzi 

fərq  vardır.  O  da  yetişmiş  bir  gənclikdir.  Gələcəyinə  qiy-

mət  verən  millətlər,  gənclərin  yetişməsinə  böyük  diqqət 

göstərməli və bunun üçün əlindən gələni əsirgəməməlidir. 

Gənclərin  xarakterini  bir  zərgər  dəqiqliyi  ilə  formalaşdır-

mağa  çalışmaq  lazımdır.  Gənclərin  yetişməsində  bədən-

ruh,  maddi-mənəvi,  dünya-axirət  tarazılığının  qorunması 

çox  əhəmiyyətlidir.  Bu  gün  gənclərin  qarşısında  bir  çox 

maneələr və problemlər yaşanır. Bunların bir çoxu  müasir 

dünyanın  və  qloballaşmanın  doğurduğu  problemlərdir. 

Amma  gənclik  bu  problemləri  aşmağa  qadirdir.  Təbii  ki, 

ölkələr  gənclərdən  bəhrələnmək  üçün  onların  sosial  rifa-

hının  yaxşılaşdırılmasından  ötrü  mükəmməl  addımlar  at-

malıdır.  Eləcə  də  Azərbaycanımızda  gənclərin  inkişafı, 

onların  gələcəyi  baxımından  məqsədyönlü  siyasət  həyata 

keçirilməlidir.

40

 



 

8.2. Tarixi qəhrəmanlıq ənənələri və ictimaiyyətlə 

əlaqələr 

 

Ulu  Öndər  Heydər  Əliyev  qeyd  edirdi  ki,  hər  bir 

gənc  Azərbaycanın  müstəqilliyini  təmin  etmək  üçün 

Vətəni  sevməlidir,  ölkəni  sevməlidir,  torpağı  sevməlidir, 

xalqımızı  sevməlidir,  dilimizi  sevməlidir,  milli  ənənələ-

rimizi sevməlidir. 

Şah İsmayıl Xətai deyirdi ki, babalarımızdan bizə üç 

yadigar qalmışdır: dilimiz, qeyrətimiz,Vətənimiz. 

                                                 

40

http://www.olaylar.az/news/social/132245/24.06.2015 




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə