Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə59/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   146

194 


habelə  insanların  malik  olduqları  köhnə  mədəniyyət  mo-

delləri vasitəsi ilə vəziyyətdən çıxış yolu aramaq iqtidarın-

da olmamağı mədəniyyətdə baş verən dəyişiklikiərin ilkin 

səbəbi kimi çıxış edir. Belə vəziyyətlərin meydana gəlmə-

si  heç  də  təsadüfi  deyil.  Z.T.  Faynburq  hesab  edir  ki, 

mədəni dəyişiliklər dövrü nəsiliərin əvəzlənməsi dövrü ilə 

üst-üstə  düşür.  Deməli,  mədəniyyət  ilə  digər  ictimai  sis-

temlər  arasında  yaranan  münaqişələr  ictimai  dəyişiklik-

lərin təbiəti ilə şərtləndirilir. 

Münaqişə  müxtəlif  formalarda  olsa  da,  münaqişə 

olaraq qalır. Mədəniyyətin iqtisadiyyat və siyasətlə ziddiy-

yətə  girməsi,  habelə  başqa  xalqa,  sivilizasiyaya  məxsus 

mədəniyyət1ə  üzləşməsini  münaqişə  kimi  səciyyələndir-

mək olar. 

 

Hər  iki  münaqişə  növü  cəmiyyətdə  və  şəxsiyyətdə 



çaşqınlıq  hissı  yaradır.  Bu  haldan  müxtəlif  üsullarla,  o 

cümlədən ətraf aləmdən gələn informasiya axınından təc-

rid olunmaq yolu ilə çıxmaq olar. Cəmiyyət yaranmış və-

ziyyətə reaksiya verməyə bilər. Başqa variantda cəmiyyət 

adət-ənənələrinə  və  şəraitin  dəyişməsinə  uyğun  olaraq 

mədəniyyətinin  yeniləşməsi  ilə  barışmalı  olur.  Variant 

seçimi seçimi digər mədəniyyətlərlə üzləşmiş mədəniyyə-

tin  məzmunundan  və  ya  yeni  yaranmış  şəraitin  xüsusiy-

yətlərindən asılı olur. 

İnovasiyaları  mənşəyinə  görə  şərti  olaraq  iki  yerə 

ayırmaq olar: a) ixtira; b) alınma. 

İxtira  –  cəmiyyətdə  mövcud  olan  mədəniyyəti,  iqti-

sadiyyatda  və  siyasətdə  yaranmış  olan  proseslərə  uyğun 

şəkildə,  yəni  yeni  şəraitə  uyğunlaşdırmaq  zərurətindən 

meydana gələn bir  innovasiya növü kimi qəbul edir. Alın-

ma  innovasiya  iki  mədəniyyətin  toqquşmasının  nəticəsi 




195 


kimi təzahür edir. İxtira hər hansı yenilik icad edən ixtiraçı 

və  ya  ixtiraçıların  yaradıcılıq  fəaliyyətinin  məhsuludur. 

Alınma  innovasiya  bir  mədəniyyətin  hazır  məhsulunun 

(mədəni  dəyər,  təsisat,  norma,  qayda  və  s.)  başqa  bir 

mədəniyyət  tərəfindən  qəbul  edilməsi  (mənimsənilməsi) 

nəticəsində meydana gəlir. Hər iki halda şəxsiyyət mühüm 

rola malk olur. 

İxtira  cəmiyyətin  həyatına  əvvəlcə  kobud,  işlənmə-

sinə  ehtiyacı  olan,  köhnə  nümunələri  xatırladan  təzahür 

kimi daxil olur. Almma innovasiya müəyyən tarixə malik 

olduğundan bir mədəniyyətdən digərinə tamamlanmış də-

yər  kimi  qədəm  qoyur.  Bəzən  ixtiraçılar  öz  mədəniyyət-

lərinə yenilik gətirmək üçün başqa mədəniyyətin ənənəsi-

nə müraciət edirlər. 

Bu  halda  ixtira  alınma  xüsusiyyəti  aiır.  Digər  halda 

hər  hansı  bir  mədəniyyət  başqa  mədəniyyətin  hazır  məh-

sulunu özündə analoqu olmayan təzahür kimi mənimsəyir. 

Bu halda alınma innovasiya, ixtira xüsusiyyəti alır. Hər iki 

halda innovasiyaların yayılma mexanizmi ümumi prinsip-

lərə əsaslanır. 

İnnovasiya fenomeninin üç əsas şərti mövcuddur: 

•  mədəni  innovasiyaların  yayılmasını  təmin  edən 

informasiya axınlarının varlığı; 

•  həyata  mədəni  innovasiyalar  gətirməkdə  maraqlı 

olan,  ictimai  fikrə  təsir  etmək  (o  cümlədən  zor  gücünə) 

iqtidarında  olan  nüfuzlu  ictimai  qrupların  varlığı,  İnnova-

siyaların yayılma texnologiyası mədəni modellərin təqlidi, 

təkrarı və irsiliyinə əsaslanır.  

Şəxsiyyət bir qayda olaraq cəmiyyətdə yüksək möv-

qe tutmuş insanları təqlid edir. Bu halda innovasiyalar yu-

xarıdan  aşağıya  ötürülür.  Nüfuz  isə  cəmiyyətdə  mövcud 



196 


olan  mədəni,  iqtisadi  və  siyasi  mövqe  ilə  ölçülür.  Lakin 

nüfuz  sahiblərinin  ictimai  pıramidada  yeri  heç  də  malik 

olduqlarımaliyyə  imkanları  və  ya  hakim  dairələrdə  möv-

qeyi  ilə  müəyyənləşdirilmir.  Burada  fərqli  meyarlar  hərə-

kətə  gəlir.  Cəmiyyət  nüfuz  sahiblərinin  davranış  model-

lərini nümunə kimi qəbul edir. 

İnnovasiya fəaliyyəti hər hansı inkişafın başlıca şər-

tinə çevrilmişdir. Təhsil, elm, ictimai, siyasi, iqtisadi sahə-

lərində innovasiyaların meydana gəlməsi cəmiyyətin müx-

təlif təbəqələrinin  yenilikçiliyə  meylindən  xəbər  verir,  bu 

isə müasir ictimai-mədəni şəraiti kifayət qədər düzgün sə-

ciyyələndirir.  Mövcud  mədəniyyətin  ənənələrini  inkişaf 

etdirən, yeniliyə meylli olan innovasiya fəaliyyəti mürək-

kəb ictimai-mədəni təzahür kimi mədəniyyətin gələcəyini 

müəyyən  edir,  onuninkişafının  postsənaye  mərhələsinin 

modeli kimi çıxış edir. 

Müasir  dövrdə  Azərbaycan  reallıqlarını  nəzərdən 

keçirdikdə qədim “Odlar Yurdu”nun innovasiyalar məka-

nına  çevrildiyinin  şahidi  oluruq.  Ölkənin  ictimai-siyasi 

həyatında, iqtisadiyyatı və mədəniyyətində baş verən dəyi-

şikliklər yeni ideya və texnologiyaların yaradılması, tətbi-

qi və yayılması ilə müşayiət olunur. Yüksək texnologiya-

larının  davamlı  və  müntəzəm  inkişafı  Azərbaycanın  elm 

və təhsil sahələrinə əhəmiyyətli təsir göstərir. 

Elmi-texniki  tərəqqi,  ictimai  həyatm  dinamizmi, 

beynəlxalq  əlaqələrin  genişlənməsi,  internet,  peyk  televi-

ziyası və s. kimi informasiya-kommunikasiya vasitələrinin 

güclü  inkişafı  yeni  sistem  keyfiyyəti  olan  ümumbəşəri 

mədəniyyətin  formalaşmasına  gətirib  çıxarmışdır.  Dünya 

elminə və istehsalat-texnoloji nailiyyətlərinə, tərbiyə, təh-

sil,  ictimai-siyasi  həyatın  nümunələrinə,  müxtəlif  xalq  və 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə