Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə60/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   146

197 


nəsillər tərəfindən yaradılmış incəsənətin şah əsərlərinə və 

mədəni fəaliyyətin digər formalarına istinad edən bəşəriy-

yət  XXI  əsrin  vahid  planetar  sivilizasiyasını  quraraq  hu-

manist dəyərlərin qloballaşmasını özündə birləşdirən milli 

mədəniyyətlərin inteqrasiyası istiqamətində irəliləyir. 

36

 



Təhsil haqqında  Azərbaycan Respublikasının Qanu-

nunun  1-ci  maddəsinin  1.  0.  24.  bəndində  innovasiya  – 

“müxtəlif  təşəbbüslər, elmi tədqiqatlar əsasında formala-

şan mütərəqqi xarakterli yeniliklər” kimi, 1. 0.46 bənində 

isə  “təhsil  sahəsində  innovasiyalar  təhsil  məhsulu”  kimi 

şərh edilir. Həmin Qanunun 5-ci maddəsinin 5. 7. bəndin-

də  deyilir: “Dövlət milli təhsil ənənələrinin qorunmasına, 

inkişafına  və  inovasiyaların  tətbiqinə  təminat  verir”.  Qa-

nunun  25-ci  maddəsinin  25.  4.  bəndində  isə  deyilir  ki, 

“Təhsilin  inkişaf  problemləri  ilə  bağlı  elmi  araşdırmalar 

innovasiya  xarakteri  daşımaqla,  tarixinin  öyrənilməsinə, 

təhsilin təşkilinin və idarə olunmasının təkmilləşdirilməsi-

nə,  tədris  prosesinin  müasir  metodlarla  qurulmasma,  təd-

risin yeni texnologiyalarının və digər istiqamətlər üzrə pe-

daqoji  innovasiyaların  hazırlanmasına  və  tətbiqinə  yönəl-

dilir.”


37

 

Beləliklə, bu gün innovasiyaların tətbiqi, cəmiyyətin 



inkışafına  müsbət  təsir  göstərməklə  bərabər,  həm  də    hər 

bir  vətəndaş  qarşısında    şəxsi  məsuliyyət  və  cavabdehlik 

hissi qoyur. 

 

 



                                                 

36

Hüseynov  İ.,  Əfəndiyev  T.  Kulturologiya  tarixi.  Ali  məktəblər  üçün 



dərslik. Bakı “Mars-Print” NPF, 2012, səh.3-4 

37

Təhsil  haqqında  Azərbaycan  Respublikasının  Qanunu.  “Azərbaycan” 



qəzeti, 19 fevral 2011-ci il, №39 


198 


VII FƏSİL. İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏRDƏ 

HEYDƏR ƏLİYEV İRSININ TƏBLİĞİ 

 

7.1. İctimaiyyətlə əlaqələrdə Heydər Əliyev irsinin 



təbliğinin əhəmiyyəti 

 

 

Çağdaş  Azərbaycan  hazırda  özünün  əsl  inkişaf  və 



milli  özünüdərk  dövrünü  yaşayır.  Bu  dövr  hər  bir    şəxsin 

öz milli mənsubiyyətini dərk etməsi, soy kökünə qayıdış, 

keçmişin ibrət dərslərindən nəticə çıxartmaq, mədəniyyəti-

mizi  və  tariximizi    böyüməkdə  olan  nəsillərə  hərtərəfli, 

düzgün və obyektiv çatdırmaq və s. məsələlərlə səciyyələ-

nir.  Belə  ki,  bu  gün  başımıza  gələn  bəlaların  əsas  səbəbi 

də, məhz elə öz adət və ənənələrimizə, tariximizə, dilimi-

zə, soy kökümüzə olan  ehtinasız və biganə münasibətimiz 

və bir də  unutqanlığımız olubdur. 

           Ümummilli  lider,  xalqımızin  böyük  oğlu  Heydər 

Əliyevin  Azərbaycan  mədəniyyətinin  inkişafındakı  xid-

mətləri əvəzsizdir. Ulu Öndərin həyatımızın bütün sahələ-

rində olan naliyyətlərdə, o cümlədən milli mədəniyyətimi-

zin inkişaf edib çiçəklənməsində, yaradıcı insanların həya-

tındakı  uğurlarında,  milli  mənəvi-əxlaqi  dəyərlərimizin 

qorunmasında,  ana  dilimizin  inkişafında,  Azərbaycan 

xalqının mədəni imicinin beynəlxalq aləmdə tanıdılmasın-

da  ölçüyəgəlməz dərəcədə böyük rolu və əvəzsiz  xidmət-

ləri olmuşdur.  

 

Ömür  elə  bir  nemətdir  ki,  hamıya  verilir,  kiminə 



çox,  kiminə  az.  İllər  insanlara  ömür  vermir,  insanın  özü 

illərə ömür verir. Özünün bütün həyat və fəaliyyəti, varlığı 

ilə  illərə  işıqlı  ömür  verən,  xalqın  mənəviyyatını  zəngin-

ləşdirən,  onu  dünyada  layiqli  səviyyədə  tanıdan,  milli 

mədəniyyətimizin  hərtərəfli  inkişafını  özünün  ən  ümdə 



199 


vəzifəsi  sayan  ulu  öndər  Heydər  Əliyev  fenomenal 

şəxsiyyət,  dünya  şöhrətli  siyasətçi,  müasir  müstəqil 

Azərbaycan dövlətinin memarı və qurucusu olmuşdur.  

          Dünyanın  ən  qədim  xalqlarından  olan  Azərbaycan 

xalqı zəngin tarixə, maddi mədəniyyət abidələrinə, ədəbiy-

yata, incəsənətə və musiqi mədəniyyətinə malikdir. Azər-

baycanın gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi 

xalqın bədii təfəkkür və yaradıcılığına böyük təsir göstər-

mişdir. Ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keç-

miş müxtəlif sənət növlərinin hər biri hazırda Azərbaycan 

mədəniyyəti  və  incəsənəti  haqqında  tam  və  dolgun 

təsəvvür yaratmağa imkan verir. Azərbaycan mədəniyyəti 

və  incəsənəti  ölkəmizin  təbiəti  kimi  rəngarəng    və 

zəngindir.  

              Hər  bir  xalqın  mədəniyyəti  onun  böyüklüyünün 

və  müdrikliyinin  təcəssümüdür.  Azərbaycan  xalqı  qədim 

tarixə  və  mədəniyyətə  malik  olan  müdrik  bir  xalq  kimi 

artıq özünü bütün dünyada tanıtmışdır. Azərbaycan mədə-

niyyətinin  yaranması  və  inkişafı,  mənəvi-əxlaqi  rolunun 

yüksək dəyərləndirilməsində tarix boyu bir çox şəxsiyyət-

lərin böyük  rolu olmuşdur. Məhz  belə  ensiklopedik şəx-

siyyətlərdən biri də ,ulu öndər Heydər Əliyev olmuşdur.  

 

Heydər  Əliyev  Azərbaycan  mədəniyyətinin  hərtə-



rəfli inkişafında böyük rol oynamış, ölkəmizin zəngin mə-

nəvi-mədəni  irsinin  dünya  mədəniyyətinə  inteqrasiya 

olunmasında  əvəzsiz  xidmətlər  göstərmişdir.  Ulu  öndər 

Heydər  Əliyevin  şəxsiyyəti  və  göstərdiyi  xidmətlər  res-

publikamızin  gələcək  mənəvi-siyasi  həyatı  üçün  həm  də 

böyük  bir  məktəb  olmuşdur.  Onun  mədəni-siyasi  irsi, 

yaratdığı  azərbaycançılıq  konsepsiyası  və  dövlətçilik  mo-

deli həmişə xalqımızın qəlbində yaşayacaqdır. 




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə