Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə45/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   146

145 


ayırmaq  cəhdləri  özünü  göstərir.  Əslində  demokratiya  bu 

iki  anlayışın  vəhdətindən  kənarda  qeyri  -  mümkündür. 

Demokratik cəmiyyətdə azlığın çoxluğa tabe olması prin-

sipi  heç  vəchlə  şəxsiyyətin  hüququnun  pozulması,  azlığın 

(siyasi, etniki və ya dini baxımdan olan azlığın) iradəsinin 

tapdalanması  demək  deyildir.  Çünki  demokratik  qanunlar 

və  sosial  institutlar  bütün  vətəndaşların  (o  cümlədən  də 

azlıqda  qalanların)  hüquqlarını  müdafiə  edir.  Demokratik 

siyasi  sistemdə  bütünlükdə  cəmiyyət  konstitusiya  (əsas 

qanun) əsasında fəaliyyət göstərir. Burada həm də ictimai 

rəy və ümumi fikir mühüm əhəmiyyət kəsb edir, fikir plü-

ralizmi,  çoxpartiyalılıq,  kütləvi  informasiya  vasitələrinin 

azad fəaliyyəti təmin olunur.  

Azadlığın  yüksək,  ali  dəyər  olduğu  müstəqillik 

şəraitində daha aydın görünür. Totalitar rejimin hökmran-

lığı dövründə şəxsiyyət kütlə içərisində əriyib itir. Keçmiş 

SSRİ - nin təcrübəsi buna əyani sübutdur. Demokratik cə-

miyyətdə isə insan hüququnun qorunmasına xüsusi diqqət 

yetirilir. Burada hər bir vətəndaşın həyat, əmək, öz şəxsiy-

yətini qorumaq hüququ, söz və fikir azadlığı qərarlaşır.  

Şəxsiyyətin ən yüksək ləyaqəti onun azad olmasın-

dadır. Təsadüfi deyildir ki, alman alimi Hegel azadlığı in-

sanın  başı  üzərində  yerdəki  zülmkarların  və  allahların 

simvolunun yox olması kimi qiymətləndirirdi.  

Ölkəmizdə  demokratiyanın genişlənməsi gedişində 

şəxsiyyətin  hüquqları  da  artır.  O,  özünün  insani  xüsusiy-

yətini daha dolğun ifadə etmək, mənəvi ehtiyaclarını ödə-

mək,  azadlıq  hüdudlarını  və  ləyaqət  hissini  inkişaf  etdir-

mək üçün  yeni -  yeni imkanlar əldə edir. Əslində şəxsiy-

yətin  azadlığı,  iki  əsas  tərəfi  birləşdirir.  Bunlardan  birin-

cisi,  onun  zorakılıqdan  qorunmasıdır  (buna  hüquqi  dövlət 



146 


təminat  verir).  İkincisi  isə  onun  fikir,  baxış  və  iradəsinin 

toxunulmazlığı  və  onların  ictimai  həyatda  reallaşdırılma-

sına  şərait  yaradılmasıdır  (bunu  demokratiya  təmin  edir). 

Deyilənlər    bir  daha  sübut  edir  ki,  həqiqi  azadlıq  yalnız 

azad və demokratik cəmiyyətdə mümkündür. Demokratik 

ictimai quruluş eyni zamanda, həm də hər bir adamın onun 

siyasi  yetkinliyinə  və  əqidəsinə  müvafiq  olaraq  cəmiyyət 

tərəfindən  tanınmasına  və  hörmət  edilməsinə  şərait  yara-

dır. Bu quruluşda insanın müstəqilliyi ali dəyər kimi qiy-

mətləndirilir,  onun  ləyaqətinə  hörmətlə  yanaşılır.  Şəxsiy-

yətə öz təşəbbüskarlığını genişləndirmək üçün real imkan-

lar verilir. Cəmiyyət üzvlərinə tədricən belə bir fikir aşıla-

nır  ki,  yalnız  azad  düşünməyi  və  hərəkət  etməyi  bacaran 

şəxs,  mövcud  şəraitin  diktə etdiyi variantlardan  ən  ağıllı-

sını  seçmək  iqtidarındadır.  Deyilənlər  göstərir  ki,  insanın 

zəkasına və şəxsiyyətinə hörmət və azadlığının qorunması 

demokratiyanın ən mühüm və ali prinsiplərindən biridir.  

İnsan problemi – milli özünüdərkin mərkəzi proble-

midir.Təsadüfi deyildir ki, bəşər tarixinin hər bir mərhələ-

sində  insan  haqqındakı  ideyalar  və  təsəvvürlər  daim 

mütəfəkkirlərin diqqət mərkəzində olmuşdur. Məsələn, so-

sial fəlsəfədə insan, onun varlığı, mənşəyi, həyatının mə-

nası,  ölümü  və  ölməzliyi  ilə  bağlı  məsələlər  xüsusi  önəm 

kəsb edir. Müasir dövrdə insanın ictimai-fəlsəfi mənalan-

dırılmasına  olan  maraq olduqca  böyükdür. Hazırda  gözü-

müz  qarşısında  bütün  biliklərin  antropolojiləşməsi  meyli 

baş verməkdədir. Bu meyl onunla ifadə olunur ki, ictimai-

fəlsəfi problemlərin ümumi, mücərrəd izahının yerini, on-

ların  insan  fenomeni  baxımından  konkret  mənalandırıl-

ması başlıca prioritet kimi qəbul edilir. Hətta bu gün ənə-

nəvi ictimai-fəlsəfi məsələlərin  özü  də  getdikcə  daha  çox 



147 


antropoloji  əsaslar  üzərində  qurulmaqdadır.  Antropologi-

yanın (insan haqqında fəlsəfi təlimin) banisi M.Şeler gös-

tərirdi ki, humanitar elmlərin bütün mərkəzi problemlərini 

mahiyyət etibarilə,  məhz insan probleminə müncər etmək 

olar. 

“İctimaiyyətlə  əlaqələr”  insanı  öyrənən  konkret 



elmlərdən  (iqtisadi  nəzəriyyə,  sosiologiya,  psixologiya, 

təbabət,  biologiya  və  s.  )  fərqli  olaraq  insan  şəxsiyyətinə 

bütöv bir tam kimi yanaşır. Müasir dövrdə insanı öyrənən 

digər  sosial-iqtisadi  elmlər  də  məhz  bu  problemə  yanaş-

mada böyük nailiyyətlər əldə edirlər. Lakin onlar öz pred-

metlərinə  uyğun  olaraq  insanın  bu  və  ya  digər  problem-

lərinə  səthi  olaraq  diqqət  yetirirlər.Buna  görə  də  həmin 

məlumatlar  əksərən  birtərəfli  xarakter  daşıyır.  Odur  ki, 

insanı  kompleks  və  hərtərəfli  öyrənməyə  tələbat  və  ehti-

yac yaranır. Bu vəzifə isə bu gün məhz “İctimaiyyətlə əla-

qələr”  fənninin  öhdəsinə  düşür.  “İctimaiyyətlə  əlaqələr” 

içtimai-iqtisadi,  ümumnəzəri  və  dünyagörüşü  elmi  olmaq 

etibarilə,  insan  haqqındakı  konkret  elmləri  bir  növ  birləş-

dirərək inteqrasiya edir. Beləliklə də, insanı öyrənən kon-

kret elmlərin dar çərçivəsini, məhdudluqlarını aradan qal-

dırmağa imkan verir. 

Müasir dövrdə insana kompleks yanaşılması tələba-

tı bir sıra amillərlə şərtlənir. Hər şeydən əvvəl göstərilmə-

lidir ki, insan çox mürəkkəb və müxtəlif problemləri özün-

də ehtiva edən varlıqdır. Buna görə də onu bütün əhatəli-

liyi və hərtərəfliliyi ilə öyrənmək zərurəti, həm də çox bö-

yük  maraq  və  istək  doğurur.  İnsan  haqqında  elmlərin 

vahid sistem şəklində inteqrasiyası isə yalnız ictimaiyyətlə 

əlaqələr prosesində reallaşdırılaraq həyata keçirilə bilər. 




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə