Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə40/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   146

130 


rəmsə  mövcudam”  (ergo  sum  ergo)  rasionalist  Dekartdan 

fərqli  olaraq  sensualist  keşiş  Berkli  bu  tezisə  yeni  forma 

verdi:  “hiss  edirəmsə  mövcudam”  (esse  est  persipi).  Hər 

iki halda insan hissiyatının və düşüncənin məhsulu hesab 

olunurdu. Yeni tarixi dövrdə təbiətin öyrənilməyə başlan-

ması ona gətirib çıxardı ki, insanı da onun bir hissəsi zənn 

etməyə  başladılar.  Bekon,  Hobbs,  Spinoza  hətta  bəzi  mə-

qamlarda insanı təbiətlə eyniləşdirirdilər də!  Qərbi Avro-

pada  panteizm  adını  almış  bu  fəlsəfə  orta  əsrlərin  “vəh-

dəti-vücud” fəlsəfəsinə təbiətində əlavə edilməsindən baş-

qa bir şey deyildi.”

12

 



Kainatın  rasional  varlığı  olan  insan  azad  iradəyə 

malik olan və özünü idarə edə bilmək qabiliyyətinə malik 

bir canlıdır. Digər canlılardan onu fərqləndirən əsas xarak-

ter  onun  şüurudur.  “Maarifçilər  insanın  sosial  cəhətlərinə 

üstünlük  verərək  onların  azdlığı  məsələsini  ön  sıraya 

qoyurdular. İnsanlar hər yerdə azad doğulurlar, amma son-

radan  sosial  şərait    onların  arasında  bərabərsizlik  yaradır 

və insan hər yerdə buxovdadır. Monteskye, Russo, Didro, 

Helvetsi, Holbax və b. tərəfindən yaradılıb irəli sürülən bu 

fikirlər əslində orta əsrlərin Məzdək hərəkatında xürrəmi-

lərin  həyat  devizi  olmuşdur.  Yəni  bütün  insanlar  bərabər 

doğulduqları  kimi  bərabər  hüquqlarla  da  böyüməlidirlər. 

Hətta  kişilər  qadınları  da  öz  aralarında  ədalətlə  bölməli-

dirlər,  yoxsa  imkanlı  bir  kişinin  çoxlu  sayda  arvadları 

olduğu  halda  kasıb  kişilər  ömrü  boyu  heç  bir  dəfə  də 

evlənə bilmirlər. Bu ideyalar orta əsrlərdə xeyli gözqamaş-

dırıcı  görünürdü.  Və  ona  görə  də  özünə  xeyli  tərəfdarlar 

toplamışdı.  “İctimai  müqavilə”  nəzəriyyəsinin  tərfdarları 

                                                 

12

 Ə.M. Tağıyev. Fəlsəfə  (dərs vəsaiti). Bakı, 2012, s.158-159 




131 


bu  müqavilənin  artıq  qüvvədən  düşdüyünü  elan  etdilər. 

Onlar  “hakimiyyətin  bölünməsi”  ideyasını  irəli  sürdülər. 

Monteskye  “Qanunların  ruhu  haqqında”  kitabında  haki-

miyyətin  üç  yerə  -  icra,  qanunverici  və  məhkəmə  üzrə 

bölünməsi  prinsiplərini  irəli  sürdü.  Onlar  şəxsiyyətin 

mümkün  qədər  dövlətdən  aslılığını  aradan  qaldırmağa 

çalışırdı.  Bentam  və  Hegel  kimi  mütəfəkkirlər  mülkiyyət 

hüququnu  ön  sıraya  qoyur  və  göstərirdilər  ki,  o  insan 

azalığının  əsas  şərtlərindəndir.  Yəni  az-çox  mülkiyyətə 

malik  olmaq  insan  azadlığının  qarantıdır.  Lakin  Hegelin 

səhvi  ondan  ibarət  idi  ki,  o,  bu  azadlığı  ancaq  Qərbə  aid 

edirdi. Şərq adamının isə azadlıq üçün hələ  yetişmədiyini 

iddia  edirdi.  Daha  aydın  desək,  guya  şərqlilər  azadlığı 

dərk  olunmuş  zərurət  kimi  qəbul  etmək  səviyyəsinə  gəlib 

çatmamışlar.  Feyerbax  insana  konkret  bir  varlıq  kimi 

baxılması tərəfdarı idi. Kyerkeqor insanı mövcud olan fərd 

kimi zənn edirdi. ”

13

 



İnsan  kimdir?  sualına  verilən  ən  önəmli  cavab-

lardan  biri  də  onun  şəxsiyyət  kimi  müəyyən  olunma-

sıdır.  Qeyd  edək  ki,  şəxsiyyətin  üç  əsas  xarakterik 

xüsusiyyəti vardır:  

1- Maddi cəhətdən cisim;  

2- Mənəvi cəhətdən duyğular, arzular, xəyallar,  

3-  Sosial  cəhətdən  ailə,  sosial  həyatdakı  yer, 

şöhrət  və  digər  xüsusiyyətlər.  Bu  səbəblə  bir  adamın 

şəxsiyyətini  araşdırarkən  bu  üç  nüansa  diqqət 

yetirmək olduqca mühümdür. 

İnsan  haqqında  filosoflar,  kulturoloqlar,  sosioloq-

lar, antropoloqlar müxtəlif və bəzən də bir-birinə zidd olan 

                                                 

13

 Ə.M. Tağıyev. Fəlsəfə  (dərs vəsaiti). Bakı, 2012, s.159-160 




132 


fikirlər irəli sürmüşlər. Antik dövrdə məşhur yunan filoso-

fu  Sokratdan  başlanan  insan  problemi  Orta  əsrlərdə  də 

müzakirə  mövzusuna  çevrilmişdir.  Orta  əsrlərdə  Şərqdə 

insan  problemi  barədə  də  müxtəlif  fikirlər,  ideyalar,  kon-

sepsiyalar  mövcu olmuşdur. Bunların içərisində sufizimin 

də  özünəməxsus  bir  yeri  vardır.  Orta  əsrlərdə  meydana 

gəlmiş  ezotorik  dini-fəlsəfi  təlim  olan  sufi  təriqətinin  nü-

mayəndələri  kamil  insan  konsepsiyasını  irəli  sürmüşdür. 

Bu  konsepsiyanın  tərəfdarları  iddia  edirlər  ki,  insan  as-

ketizm, zöhd, təqva, tərkidünyalıq və mistik yol ilə öz ya-

radanına  qovuşa  bilər.  Təsəvvüf  fəlsəfəsinə  görə  sufinin 

kamil  insan  olaraq  Allaha  qovuşması  aşağıdakı  mərhələ-

lərdən ibarətdir: 

1.

 



Həqiqət,  

2.

 



Şəriət,  

3.

 



Təriqət,  

4.

 



Mərifət. 

Bildirmək  istərdik  ki,  bəzi  təriqətlərdə  isə  bu 

prinsip şəriət, təriqət, həqiqət kimi qeyd olunur. 

Antik  dövr  yunan  filosoflarının  xüsusən  də,  Plato-

nun  və  Aristotelin  fikirləri  Orta  əsrlərdə  Şərq  peripa-

tetikləri tərəfdən də maraqla qarşılanmışdır. “Bəşəriy-

yətin düşüncə tarixi formalaşdığı gündən başlayaraq inşa-

nın  kimliyi,  onun  ümumi  mahiyyəti  fikir  sahiblərini  hər 

zaman  narahat  etmiş,  bu  barədə  müxtəlif  mütəfəkkirlər 

tərəfindən müxtəlif izahatlar özünü biruzə vermişdir. 

İnsanın mahiyyətindən bəhs edən mütəfəkkirlərin yal-

nız cüzi bir qismi insan barəsində bitkin bir fikir söyləyə 

bilmişdir. Antik dövrdə klassik yunan filosofları olan Sok-

rat,  Platon  və  Aristotelin  insan  barəsində  irəli  sürdüyü  fi-



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə