Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə37/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   146

120 


İctimaiyyətlə  əlqələr  sferası  özündə  həm  kommersi-

ya,  həm  də  qeyri-kommersiya  fəaliyyətlərini  birləşdirir. 

Bazar  iqtisadiyyatı  şəraitində  ictimaiyyətlə  əlqələr  sfera-

sında kommersiya fəaliyyətini inkişaf etdirmək zəruri olsa 

da,  qeyri-kommersiya  fəaliyyəti  hələlik  burada  daha  çox 

üstünlük  təşkil  edir.  Lakin  təcrübə  göstərir  ki,  ictimaiy-

yətlə  əlqələr  sahələrinin  qeyri-kommersiya  fəaliyyəti  də 

biznes  üçün  cəlbedicidir.  Dünya  ölkələrinin  təcrübəsi  sü-

but  edir  ki,  qeyri-kommersiya  sektoru  iqtisadiyyatın  ən 

intensiv  inkişaf  edən  sahələrindən  biridir.  Bu  da  qeyri-

kommersiya  sektorunun  kapitalın  bura  cəlb  olunmasına 

maraq  yaradan  bir  çox  güzəşt  və  təminatlara  malik  olma-

sından irəli gəlir. Eyni zamanda özünün ümummilli gücü-

nə,  sosial  əhəmiyyətinə  görə  qeyri-kommersiya  sahələri 

reklam  potensialını  açıq  ifadə  etirmək,  cəlbedici  imicə, 

şöhrətə, sosial status qazanmaq imkanlarına malikdirlər.  

Bunlardan  əlavə  qeyri-kommersiya  fəaliyyəti  daha 

ümumi  xarakterə  malikdir.  O,  kommersiya  fəaliyyətini 

özündə tərkib hissə kimi birləşdirə bilir. Məsələn, muzey-

lər  sahibkarlıq  fəaliyyəti  ilə  (suvenir istehsalı,  təmir  ema-

latxanaları  açmaqla)  məşğul  ola  bilərlər.  Bu  vəzəyyət  öz 

xüsusiyyətlərini ictimaiyyətlə əlaqələrdə qeyi-kommersiya 

fəaliyyəti  marketinqinə  keçirir,  kommersiya  sahələrindəki 

ənənvi marektinqdən fərqli olaraq çoxölçülü olur. Məslən, 

ictimaiyyətlə  əlaqələrin  qeyri-kommersiya  sahələrində 

ödəniş  qabiliyyətli  tələb  subyekti  (pulu  kim  ödəyir)  çox 

vaxt bilavasitə istehlakçılara uyğun gəlmir. 

Qeyri-kommersiya  xarakterli  ictimaiyyətlə  əlaqələr 

müəssisələrinin  menecmentinin  aşağıdakı  xüsusiyyətləri 

vardır: 



121 


1)  Qeyri-kommersiya  xarakterli  ictimaiyyətlə  əlaqə-

lər  müəssisələrinin  əsas  məqsədi  sosial  ideyaların  (proq-

ramların)  reallaşdırılmasıdır.  Bu  xidmətin  keyfiyyətinin 

yüksəldilməsini,  istehlakçıları,  himayədarları,  donorları, 

qeyri-kommersiya  ictimaiyyətlə  əlaqələr  müəssisələrinin 

xidmətlərinin zəruriliynə inandırmağı tələb edir.  

2)  Qeyri-kommersiya  fəaliyyətinin  məhsulları  –  so-

sial  əhəmiyyətli  xidmətlər,  ideyalar  və  proqramlardır.  Bu 

məhsullar  çox  dar  istehlak  seqmentləri  və  fəaliyyəti  ilə 

əlaqədardır və mənfəət gətirmir. Məhz buna görə də qeyri-

kommersiya təşkilatlarının güzəştlərə, sponsorlara və baş-

qa köməyə ehtiyacları olur. 

3) Qeyri-kommersiya təşkilatlarının sosial xidmətləri 

bir qayda olaraq tam havayı, bazar dəyərindən aşağı yaxud 

hətta maya dəyərindən aşağı qiymətlə istehlakçıya təqdim 

olunur.  Qiymətin  əsasını  xidmətə  çəkilən  xərclər  təşkil 

edir  ki,  bu  xərclər  də  ya  dotasiya  (büdcə,  himayədar,  do-

norlar)  hesabına,  yaxud  özünün  kommersiya  fəaliyyəti 

hesabına ödənilir. 

4)  Qeyri-kommersiya  ictimaiyyətlə  əlaqələr  sahə-

lərində  fəaliyyət  dövlətin  siyasəti  və  təsirindən,  ictimai 

rəydən  daha  çox  asılı  olur.  Digər  tərəfdən  xüdmətlərin, 

xüsusi  tədbirlərin,  mərasimlərinin  köməyi  ilə  təqdimatına 

geniş yer verilir. Qeyri-kommersiya fəaliyyətində ənənəvi 

kommersiya  reklamının  xüsusi  çəkisi  aşağıdır,  çox  vaxt 

xidmətlər yox, təşkilat reklam olunur. 

5) İşin nəticələrinin dəqiq göstəricilərinin olmaması, 

nəzarəti  və  səmərəli  fəaliyyətin  nəticəsinin  təhlilini  çətin-

ləşdirir.  

İctimaiyyətlə  əlaqələr  sferasında  faktiki  olaraq  iki 

bazar  fəaliyyət  göstərir:  istehsalçılar  və  donorlar  bazarı. 



122 


Bunların hər birinin özünəməxsus xüsusiyyətləri var. Şüb-

həsiz, bu xüsusiyyətlər də ictimaiyyətlə əlaqələr sahələrin-

də  menecmentin  texnologiyasına  təsir  göstərir.  Lakin 

bunlar  nə  qədər  vacib  olsa  da,  ictimaiyyətlə  əlaqələr  me-

necmentinin ümumi cəhətləri başqa xidmət menecmentin-

dən  fərqlənir.  Ona  görə  texnoloji  nöqteyi  nəzərdən 

ictimaiyyətlə  əlaqələr  sahələri  üçün  spesifik  olan  menec-

ment  mexanizminin  reallaşması  xüsusiyyətləri  mühüm 

maraq doğurur.  

Müasir  şəraitdə  ictimaiyyətlə  əlaqələr  sahələrinin 

menecment bacarığı olan mütəxəssilərə və işçilərə tələbatı 

getdikcə artır. İnzibati idarəetmə metodundan iqtisadi ida-

rəetmə  metoduna  keçid,  büdcə  vəsaitinin  cəlb  olunması 

uğrunda  rəqabət,  qeyri-büdcə  vəsaitlərinin  daha  çox  cəlb 

olunmasına maraq, təsərrüfat, ideoloji və siyasi plüralizm 

– bütün bunlar ictimaiyyətlə əlaqələr sferasında menecer-

lərin  peşəkarlığına  tələbatı  qəti  dəyişdirir.  Əgər  əvvəllər 

menecer  özünü  əsasən  ideoloji  cəbhənin  işçisi,  tərbiyəçi-

pedaqoq kimi aparırdısa, indi o praktiki olaraq öz diqqəti-

ni kommersiya və qeyri-kommersiya fəaliyyətində marke-

tinq  texnologiyasına  istiqamətləndirməli,  iqtisadi  və 

hüquqi cəhətdən savadlı mütəxəssis olmalıdır. Qısa sözlə, 

menecer sahəsində tam biliyə malik olmalı və öz sahəsinin 

bilicisi olmalıdır.  

İctimaiyyətlə  əlaqələr  sahələrində  menecmentin  xü-

susiyyətləri  onun  məqsəd  və  vəzifələrini  müəyyənləşdir-

məyə  imkan  verir.  İctimaiyyətlə  əlaqələr  sahələrində  me-

necmentin  məqsədi  –  mədəni  fəaliyyətin  idarə  olunması 

və mədəni tələbatın inkişafı nəzərə alınmaqla mədəni fəa-

liyyətin  səmərəli  təşkili,  eləcə  də  kadrların  ixtisasının 

artırılması  və  yaradıcılıq  fəaliyyətinin  aktivləşdirilməsi 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə