Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə31/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   146

99 


təkmilləşdirilməsi  və  yenidən  qurulması  sosial-iqtisadi 

inkişafın  sürətləndirilməsində  başlıca  amil  hesab  edilir. 

Elmi  idarəetmənin  mühüm  vasitəsi  olan  tənzimləmə  və 

onun  metodlarının  təkmilləşdirilməsi  iqtisadiyyatın 

inkişafına müsbət təsir göstərir.  

Artıq  iki  yüzillikdir  ki,  liderlərin  və  şəxsiyyətlərin 

dilindən zamanın sürətlə dəyişməsi vurğulanır. Bu sözsüz 

ki,  sürətli  informasiya  mübadiləsi  ilə  müşayiət  olunan 

iqtisadi sıçrayışlarda öz əksini tapır. Qlobal transfermasiya 

təkcə xasiyyətləri və adətləri deyil,  həm də siyasi reallıq-

ları da əhatə edir.Qlobal təsirlərin təsiretmə imkanlarının, 

texniki  vasitələrin  gücünün  artdığı  bir  dövrdə  milli 

mədəniyyətlər  tez  təsir  altına  düşə  bilsə  də  və  digər  üst 

səviyyələrdə  baş  verən  hadisələrin  təsiri  altında  öz  “şək-

lini” asanlıqla dəyişsə də, lakin bu proses ən ləng dəyişik-

liklərə meyllidir. 

Bu gün qloballaşmaya ümumi mənada dünyəviləşmə 

və  ya  qlobal  inteqrasiya  kimi  tərif  verilir:  “Qloballaşma 

ölkələr arasındakı iqtisadi, sosial və siyasi əlaqələrin inki-

şafı, fərqli cəmiyyətlərin və mədəniyyətlərin inanc və gö-

rüşlərin  tanınması,  millətlərarası  əlaqələrin  genişlənməsi 

kimi  fərqli  görünən,  lakin  bir-biri  ilə  bağlı  məsələləri 

birləşdirən  bir  anlayışdır”.  Başqa  bir  ifadə  ilə  desək, 

qloballaşma  ölkələrin  sahib  olduqları  maddi  və  mənəvi 

dəyərlərin çərçivəsində əmələ gəlmiş münasibətlərin, milli 

hüdudları  aşaraq  dünya  səviyyəsində  yayılması  və  fərqli-

liklərin bütünlük və uyğunlaşma adı altında birləşməsidir. 

Bu  o  deməkdir  ki,  həyatımızın  elə  bir  sferası  yoxdur  ki, 

qloballaşmanın təsirinə məruz qalmasın.  

Son  dövrlər  mədəniyyətdə  qloballaşma  prosesi  daha 

sürətli  inkişaf  edir.  Bu  zəmində  dünya  ölkələrinin  sərbəst 



100 


şəkildə  dünya  xalqlarının  mədəniyyət  münasibətlərinə 

inteqrasiya  olunması  və  bunun  üçün  lazım  olan  şərtlərin 

daha  da  əlverişli  formada  qurulmasıdır.  Qloballaşan  dün-

yada dövlətin sabaha hansı siyasətlə getməsi, hansı maraq-

lara  üstünlük  verməsi  birmənalı  qarşılanmır.  Qloballaşma 

prosesləri  milli  mədəniyyətin  imkanlarını  bir  tərəfdən 

genişləndirsə  də,  onun  digər  xalqlar  tərəfindən  tez  bir 

zamanda tanınmasını sürətləndirsə də, digər tərəfdən müx-

təlif  tələblər  çərçivəsində  məhdudlaşdırılaraq  bilavasitə 

mədəni siyasətə təsir göstərir.  

İnsanın ətrafında onun daxilindəki mənəviyyat üçün, 

qoruyucu  mühit  olmalıdır.  Necə  ki,  ozon  qatı  deşiləndə 

müxtəlif  radiasiylı  şüalar  atmosferə  daxil  olaraq  insan 

həyatı üçün təhlükə yaradır, eləcə də bizi əhatə edən qoru-

yucu-mədəni-mənəvi  mühit  deşiləndə  birbaşa  yad  təsirlər 

insanın daxilinə yol tapır. Belə qorunma şəraitində  yalnız 

hansı  insanlar  ki,  iradəlidir  –  onlar  tab  gətirir,  əksəriyyət 

isə təsir altına düşür. Ona görə, bizim qarşımızda əsas iki 

vəzifəmiz var: Birincisi, insanların mədəni-mənəvi kamil-

lik,  özünüdərk  dərəcəsini  və  iradəsini  yüksəltmək  istiqa-

mətində iş görmək. İkincisi isə, insanların yaşadığı mənə-

vi-mədəni  mühiti  saflaşdırmaq  və  mənəvi,  ekologiya 

problemləri sistemli şəkildə həll etmək.  

Bu  gün  planetimiz  bir  çox  insanlara  çox  kiçik  və 

həm  də  dar  görünür.  Son  zamanlar  informasiya  vasitələ-

rindən  aldığımız  məlumatlardan  da  göründüyü  kimi,  pla-

netimizin abi-havasında müəyyən narahatlıqlar yaşanmaq-

dadır. Müşaiyət olunan təbii fəlakətlərin həcminin və sayı-

nın  artması  dünyanın  sonu  haqqında  pessimist  xarakterli 

müxtəlif  fərziyyələrin  yaranmasına  səbəb  olur.  Belə  olan 

halda,  dünyanın  tanınmış  mütəxəssisləri,  siyasi  simaları 



101 


indi artıq daha çox planetimizin salamat qalması, qorunub 

saxlanılması  məqsədilə  iqtisadi,  siyasi,  milli-etnik  prob-

lemlərin birlikdə həll edilməsi layihələrinin icra olunması-

nın zamanının çatdığını bildirirlər. 

Bəzi  “mütərəqqipərvər”  şəxslər  qloballaşmanın 

mahiyətini dünya dövlətlərinin bütövlüyünün pozulmasın-

da, mədəni-iqtisadi münasibətlərdə, arı-seçkiliyin olmasın-

da  görürlər. Qloballaşmanın bir çox ölkələr üçün yaratmış 

olduğu  problemlər  bizdə  də  narahatçılıq  yaratmaya  bil-

məz.  Çünki  bu  problemlər  bilavasitə  mədəniyyət  sahəsin-

də  bəşər  tarixinin,  dünyanın  inkişaf  təcrübəsinin  öyrənil-

məsini, yaradıcılıq əlaqələrinin genişləndirilməsini zərurə-

tə çevirir. Müasir dünya tərəfindən dərk edilən və etira-z-

larla qarşılanan neqativ təzahürləri siyasi və iqtisadi məna-

felərin güdüldüyü, qloballaşmanın üzdə olmayan cəhətləri 

ilə  əlaqələndirmək  olar  ki,  bu  da  son  nəticədə  mədəni  tə-

rəqqiyə  dağıdıcı  zərbə  vurur.  Qloballaşma  mədəniyyət 

sahəsində  mövcud  olan  mənafelərə  necə  təsir  etmənin 

optimal  dəyərləndirilməsini  üzündə  əks  etdirir.  Bəzi  cə-

miyyətlərdə  uzun  illər  formalaşmış  olan  və  cəmiyyətin 

bütün  üzvləri  tərəfindən  müsbət  hal  kimi  qəbul  olunan 

hadisələr,  digər  ölkələrdə  heç  bir  vəclə  qəbuledilməzlik 

dərəcəsində  olur.  Məsələn,  tayfabazlıq,  qohumbazlıq  və 

bunlara  bənzər  digər  hallar  Azərbaycan  cəmiyyətində 

özünəməxsus  əhəmiyyətə  malikdir.  Vətəndaş  cəmiyyəti-

nin formalaşmasında mühüm əngəllərə çevrilən bu əlamət-

lər  demokratik  dəyərlərin  bərqərar  olmasına  da  müəyyən 

maneələr  yaradır.  Sözsüz  ki,  dövlət  bu  istiqamətdə  zəruri 

instutsional  addımlar  atmaqdadır.  Artıq  bir  neçə  ildir  ki, 

mühüm  dövlət  vəzifələrinə  test  üsulu  ilə  qəbul  olunma 

mexanizmı  fəaliyyət  göstərməkdədir.  Bütün  görülən  bu 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə