Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə39/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   146

127 


taleyi  haqqında  nigarançılıq  da  yaratdı.  Bununla  belə  əx-

laqi  dəyərlərin  yaranması  insanın,  həm  də  cəmiyyətin 

humanistləşməsi  prosesini  sürətləndirdi.  İnsan  həyatının 

başlıca  məqsədi insanpərvərlik və  yüksək humanizm ide-

yaları  oldu.  Ruh  azadlıqdır;  dualizm  azadlıq  və  zərurət 

dualizmidir; ruh və mənəviyyat təbii və tarixi dünyanı də-

yişdirir,  aydınlaşdırır  və  s.  kimi  ideyalar    cəmiyyətə  yol 

tapdı.  Berdyayev  göstərirdi  ki,  Hegelin  inandığı  tərəqqi-

nin, ruh və mənəviyyatın tarixdə inkişaf etdiyinə inanmaq 

düzgün deyildir. Ruh tarixdə obyektivləşir, cılızlaşır, bax-

mayaraq  ki,  o  elementar  şəkildə  öz  şüurunu  artırır.  Onun 

əsl inkişafı isə transsendental, Allaha doğru gedən yoldur. 

İnsan  öz  həqiqi,  daxili  “Mən”i  uğrunda,  sitezedici  birlik 

uğrunda mübarizə aparmalıdır.  

İnsan haqqında elm antropologiya termini yunanca 

"ánthropos"  ("insan")  və  "lógos"  ("söz, elm")  sözlərinin 

birləşməsindən əmələ gəlmişdir.  Əgər biz fəlsəfə tarixinə 

diqqətlə  nəzər  yetirsək  insan  problemi  haqqında  qədim 

yunan  filosofların  irəli  sürdüyü  müxtəlif  konsepsiyaların 

şahidi olarıq. Qeyd edək ki, fəlsəfə tarixində insan proble-

mini  ilk  dəfə  ciddi  surətdə  araşdıran  da  elə  qədim  yunan 

filosofu  Sokrat  olmuşdur.  “Antik  yunan  filosoflarından 

biri  olan  Prataqor  yazırdı  ki,  insan  hər  şeyin  ölçüsüdür. 

İnsan bioloji bir varlıq kimi dünyaya gəlir, fərd kimi böyü-

yür,  fərdiyyət  kimi  yetişir,  şəxsiyyət  kimi  formalaşıb  so-

sial varlığa çevrilir. Lakin hər insan şəxsiyyət kimi forma-

laşa  bilmir.  Antik  dövrün  məşhur  yunan  filosofu  Diogen 

gündüz  günorta  çağı  əlində  çıraq  adam  axtararmış.  Görü-

nür,  əsl  insanın  mövcudluğu  bir  tək  bizim  günlərin  prob-

lemi  deyilmiş.  Akademik  V.İ.Vernadski  yazır  ki,  fəlsəfə 

elə əbədi problemlərə toxunur ki, onlar haqqında heç vaxt 



128 


son  söz  söyləmək  olmaz.  Belə  əbədi  problemlərdən  ən 

başlıcası  elə  məhz  insan  problemidir.  Bu  problem  özlü-

yündə akademizmi tələb edir, yəni daim öyrənilməsi zəru-

rətini yaradır. İnsana bir neçə prizmadan yanaşmaq müm-

kündür:  fiziki  cəhətdən;  mücərrəd  varlıq  kimi;  tarixi  şəx-

siyyət kimi; nəhayət, sosial varlıq kimi və bizim başa düş-

düyümüz  mənada,  yəni  “adam”  kimi.  Bu  cəhətlər  tarixən 

bütün  filosofların  insan  haqqında  rəylərinin  əsasını  təşkil 

etmişdir.”

11

 



Qeyd  edək  ki,  Fridrix  Şlegelin  azadlıq  haqqında 

olan fikirləri XIX yüzilliyin bəşər tarixində özünəməxsus-

luğu  ilə  seçilrdi.  O,  hesab  edirdi  ki,  insanın  təbiətinə  və 

mahiyyətinə aid olan ən başlıca keyfiyyət məhz azadlıqdır. 

Azadlıq insanın mahiyyətini təşkil edir. Başqa sözlə, bun-

lar  dünyanın  inkişaf  qanunları  –  məhz  azadlıq  qanunları-

dır.  Bu  qanunlar  bütövlüyü,  vahidliyi  və  mütəşəkilliyi 

təmin  edir.  Bütövlüyün  qanunauyğunluğunu  təmin  edən 

bir ideal vardır. O, ali cəmiyyət təşkilində bütün təsisat və 

təşkilatların ümumi tipidir. İnsan azadlığı isə, dünyada ən 

ali bəşəri və ülvi hisslərdən biri hesab olunur. Burada əsas 

məsələ insanın dünyaya təsir etmək imkanının olub-olma-

masındadır.  Əgər  dünyanın  əsasında  idealistcəsinə, 

“Mən”in  əmələ  gəlməsini  və  formalaşmasını  dünyanın 

əsası  kimi  qəbul  etsək,  onda  bu  suala  müsbət  cavab  tap-

maq  olar.  Dünya  inkişaf  etdikcə  o,  daima  hərəkətdə  olur 

və  burada  azadlıq  tapmaq  isə  mütləq  və  gerçəkdir.  Əgər 

dünyanın  inkişafı  bitmiş  olsaydı,  onda  azadlıq  tapmaq 

mümkün olmazdı. İnsan isə  dünyanın şah əsəri və ən ali 

varlığıdır ki,  o, dünyanın məqsədlərinin həyata keçirilmə-

                                                 

11

 Ə.M. Tağıyev. Fəlsəfə  (dərs vəsaiti). Bakı, 2012, s.158 




129 


sinə  və  dəyişməsinə  əsaslı  dərəcədə  təsir  göstərə  bilir. 

Aydındır ki, insan dünyaya real şəkildə təsir etmək imka-

nını  yalnız  kollektiv,  bəşəriyyət  şəklində  əldə  edə  bilir. 

Yalnız birləşmiş bəşəriyyət dünyaya təsir göstərməklə onu 

formalaşdırıb nizama sala bilər.  

Buraya Benedikt Spinozanın (“azadlıq dərk edilmiş 

zərurətdir”), Hegelin (insan öz bədənin və ruhunun kamil-

liyinə  nail  olmaqla,  özünüdərk  yolu  ilə  özünün,  başqala-

rının mahiyyətini mənimsəməklə azad olur), Karl Marksın 

(insanların azad, şüurlu fəaliyyəti onların başlıca əlamətini 

təşkil  edir,  azadlıq  tarixi  inkişafın  zəruri  məhsuludur; 

mədəni inkişafın hər bir mərhələsi azadlığa doğru olan bir 

addımdır),  XX  və  XXI  yüzilliyin filosoflarının və  polito-

loqların  azadlıq  haqqındakı  olan  fikirlərini  də  nəzərə  al-

saq,  görərik  ki,  azadlıq  həqiqətən  insanın  fəal  mövqeyə, 

özünəməxsus  fəaliyyətə,  qabiliyyətli  olmağa  sövq  edən 

amillərdən  biridir.  İnsan  öz  maraqlarına,  mənafe  və 

tələbatlarına  uyğun  olaraq  qarşısına  məqsədlər  qoyur  və 

onlara nail olmağa çalışır, imkanları gerçəkləşdirməklə o, 

daxili  azadlığa  olan  qabiliyyətini  praktiki  şəkildə  realizə 

edir.  “Orteqa  i  Qasset  “Don  Kixot  haqqında  düşüncələr” 

əsərində  yazır  ki,  insan  “mən”  ilə  onun  ətraf  mühitinin 

məcmusundan ibarətdir. İnsan ona görə şüur və idrak sub-

yektidir  ki,  şəraitə  söykənərək,  o,  ətraf  aləmi  müəyyən 

fərdi perspektivə çevirir. Orta əsr filosofları insanı “in” və 

“san”ın,  yəni  ruhun  və  canın  məcmusu  hesab  edirdilər. 

Antik yunan filosofları Platon və Aristotel insanı “danışan 

heyvan”  (speaking  animal)  “siyasi  heyvan”  (zoonpoliti-

kon),  “alət  düzəldən  heyvan”  (tool  making  animal)  və  s. 

kimi  nəzərdən  keçirirdilər.  Yeni  dövrün  filosoflarından 

Dekart insanı ağıl və zəkanın daşıyıcısı sayırdı. “Düşünü-



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə