Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə41/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   146

133 


kirlər özünün dolğun və bitkin olması cəhətdən diqqət cəlb 

edirdi.  

Sokrat,  Platon  və  Aristotelin  insan  barəsində  olan  bu 

cəlbedici ideyalar Orta əsrlərdə yaşamış türk-islam filosof-

larının da diqqətini özünə cəlb edə bilmişdi. Bu dövrdə ya-

ranmış fəlsəfi cərəyanlar və bu cərəyanların məşhur nüma-

yəndələri insana islam  dini nöqteyi-nəzərindən  yanaşır  və 

yaxud  da  islam  dininin  insan  haqqında  olan  fikirlərini 

klassik yunan filosoflarının dünyagörüşü aspektindən şərh 

edirdilər.

14

 

İnsanla  bağlı  hər  xüsusiyyətin  spesifik  bir  təbiəti 



var.  Dolayısıyla  şüur  də  müəyyən  təbiətə,  müəyyən  bir 

xüsusiyyətə sahibdir. İnsanın ağlından irəli gələn iradə də 

müəyyən bir təbiətə malikdir. Mövcudiyyət təbii element-

lərin  kombinasiyalarını  yenidən  təşkil  etmək,  insanın  ma-

lik  olduğu  yeganə  yaratma  gücüdür.  İnsanın  xəyal  gücü, 

insanın reallıqda olduğunu və ya ola bildiyi şeyləri zehnin-

də  yenidən  keçirmək  qabiliyyətidir.  İnsanın  bədəni  ilə 

onun  şüuru  arasında  heç  bir  ziddiyyət  yoxdur,  insan  bu 

ikisinin  bölünməz  bütövlüyüdür.    “Bütövlükdə  irrasio-

nalist (idrakda ağılın rolunu inkar edən) konsepsiya bəzən 

insanın  bir  sıra  xassə  və  cəhətlərini  çıxarsa  belə,  məntiqi 

şəkildə  işlənmiş  nəzəriyyə  vermir,  hətta  insanın  mənşəyi 

haqqında hipotezlər belə deyə bilmir. 

İnsan  haqqında  müasir  təsəvvürlər  irrasionalist 

mütəfəkkirlərin  nəaliyyətlərini  nəzərə  alsa  da,  ən  rasiona-

list– materialist və idealist baxışlara əsaslanır. Onların ara-

sında insanın təbiətinin izahı haqqında marksist nəzəriyyə-

                                                 

14

 N. Abbasov, R. Həsənov, “Nəsirəddin Tusinin müdriklik fəlsəfəsi”, Bakı, 



2012.s.3 


134 


sini  də  qeyd  etmək  lazımdır.  Özlərinə  qədərki  nəzəri  və 

empirik  fikrə  dərindən  yiyələnmiş  marksizm  klassikləri 

«Alman ideologiyası»  əsərində  yazırdılar: «İnsanları hey-

vanlardan  şüura  görə,  dinə  görə–  ümumiyyətlə  istənilən 

hər  şeyə  görə  fərqləndirmək  olar.  Onların  özləri  bədənlə-

rinin  quruluşundan  asılı  olan  addımı  ataraq,  özləri  üçün 

zəruri  olan  həyat  vasitələrini  istehsal  etməyə  başlayan  ki-

mi özlərini heyvanlardan fərqləndirməyə başlamış olurlar. 

İnsanlar özləri üçün zəruri olan həyat vasitələrini istehsal 

etməklə  öz  maddi  həyatlarının  özünü  də  dolayı  yolla 

istehsal edirlər

.”15 


İnsan hər yerdə və hər zaman öz mahiyyətini axta-

ran bir varlıqdır. İnsan şüurun qavramaq və düşüncə gücü 

sahəsində öz mahiyyətini axtarır, keçmişi və gələcəyi haq-

qında  düşünür.    İnsan  ya  bu  mərhələləri  keçərək  irəli-



ləyir və daha yaxşı hala gəlir və ya olduğu yerdə sayır 

və ya geri geri gedir. Hər şeyin bir axın və hərəkət için-

də  olduğu  bir  dünyada,  yerində  dayanmaq,  həqiqətdə 

geridə qalmaq üçün kafidir. 

 



İnsan söz verən heyvandır. Nitsşe 

 



İnsan düşünən heyvandır. Dekart 

 



İnsan alət istifadə edən heyvandır. Karl Marks 

 



İnsan üsyan edən heyvandır. Albert Kamyu 

 



İnsan hiss edən heyvandır. Andre Jid 

 



İnsan ictimai heyvandır. Emil Durkheym 

Biososial varlıq kimi insan digər canlılardan maddi 

və  mənəvi  mədəniyyətin  yaradıcısı  olması  ilə  fərqlənir. 

İnsanın  ictimai  varlıq  kimi  formalaşmasında  onun  nitiqi, 

təfəkkürü və şüuru mühüm rol oynayır. “İnsanın biososial 

                                                 

15

 http://haqqinda.az/Fəlsəfə/38852-İnsanın+mahiyyəti.html 




135 


təbiəti  və  ekologiyası  –  İnsan  Yer  üzərində  canlı  orqa-

nizmlərin inkişafının ən yüksək pilləsi sayılır.  İ.T.Frolova 

(1985)  görə   «İnsan  təbii-tarixi  proseslərin  subyekti,  Yer 

üzərində  maddi  və   mənəvi  mədəniyyətin  inkişafı,  digər 

həyati formalarla genetik bağlı olub, lakin onlardan  əmək 

alətləri  istehsal  etmək  qabiliyyəti,  aydın  nitqi,  aktiv 

yaradıcılığı  və  əxlaqi  şüuru  ilə  fərqlənən  biososial  canlı 

varlıqdır».   İnsan  həyatının  vahid  sistemli  şəraitlə  təyin 

olunması  onun  biososial  təbiətini  əks  etdirir.  Bura  həm 

bioloji, həm də sosial  elementlər daxildir. Bu, insanın tək 

bioloji  deyil,  həm  də  sosial  adaptasiya  olunmasını  tələb 

edir.  İnsan  təbiətinin  bu  sahəsi  sosial  fənnlərin  böyük 

qrupu  tərəfindən  öyrənilir.   İnsanın  bioloji  adaptasiyası 

heyvanat aləmindən olduqca fərqlidir. 

Belə  ki,  sosial  faktorun  artması  zamanı  o,  həm  

bioloji, həm də sosial  funksiyasını saxlamağa cəhd göstə-

rir.  Bu  vəziyyət  böyük  ekoloji   əhəmiyyət  daşıyaraq,  «in-

san»  məvhumunun  müəyyən  edilməsində  ekoloji  baxım-

dan yanaşmağı əks etdirir.  İnsan – heyvanat aləminin bir 

növü  olub,  mürəkkəb  sosial  təşkili  və  əmək  fəaliyyətinə 

malik olmaqla, orqanizmin bioloji, o cümlədən etoloji (il-

kin vərdişləri) xassələrini xeyli dərəcədə «aradan götürür» 

(az nəzərə çarpacaq dərəcəyə endirir). 

Əmək fəaliyyətinin izləri kimi əmək alətləri 4,5-2,8 

mln. illik tarixə malikdir. Bu dövrdə insanlar sadə əl alət-

ləri  quraşdırır,  onların  köməyilə  heyvanları  ovlayaraq  öz-

lərini qida ilə təmin edirdilər.  Əlin hərəkəti (yerimə) vasi-

təsi  funksiyasından  azad  olması  yeni  morfoloji  adaptasi-

yanın  inkişafına  –   əlin  tutma  qabiliyyətinin  yaranmasına 

səbəb oldu. İnsanın dik yeriməsi vərdiş halına keçdikcə əl-

lər  tədricən  hərəkət  funksiyasından  azad  olurdu.  Dik  ye-



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə