Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə42/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   146

136 


rimə  müvazinət  orqanlarının  inkişafına,  əzələ  reaksiya-

sının  sürətlənməsinə  və  beyinciyin  böyüməsinə  səbəb 

oldu.   İnsanın  gündüz  fəallığı  insanabənzər  meymunların 

qaranlıq gecə həyat tərzinin fəallığını əvəz etdi.”

16

 

İnsanı  sosial  cəhətdən,  ictimaiyyətlə  əlaəqlər  baxı-



mından araşdıran tədqiqatçılar onu həmçinin fərd və şəx-

siyyət kimi də xarakterizə edirlər. Qeyd edək ki, fərd əsa-

sən yalnız bir insanı xarakterizə etmək üçün istifadə edilən 

anlayışdır. Özünəməxsus keyfiyyətləri ilə müəyyən olunan 

fərd  cəmiyyəti  təşkil  edən  insanların  oxşar  cəhətlərini 

özündə  daşımaqla  yanaşı  fərqləndirici  xüsusiyyətləri  də 

özündə ehtiva edən canlıdır. Fərd haqqında fikirlər xüsusi-

lə XIX əsrdən bu yana inkişaf edən fəlsəfi, iqtisadi və ide-

oloji doktrinalarda çox mühüm yer tutmuş, bir sıra ideolo-

giyaların mərkəzi olmuşdur. “Fərdin cəmiyyətdə şəxsiyyət 

kimi  inkişafı  çoxcəhətlidir.  Burada  dialektik  surətdə  iki 

proses uzlaşır. Bir tərəfdən, şəxsiyyət ictimai münasibətlər 

sisteminə daha geniş daxil olur; onun insanlarla və ictimai 

həyatın  müxtəlif  sahələri  ilə  əlaqələri  genişlənir  və  dərin-

ləşir, məhz bunun sayəsində o, ictimai təcrübəyə yiyələnir, 

onu  mənimsəyir,  oz  sərvətinə  çevirir.  Şəxsiyyətin  inkişa-

fının  bu  cəhəti  onun  ictimailəşməsi  (sosializasiyası)  kimi 

xarakterizə olunur. Digər tərəfdən, şəxsiyyət ictimai həya-

tın  müxtəlif  sahələrinə  qovuşduqca,  eyni  zamanda  daha 

çox  müstəqillik,  nisbi  avtanomluq  kəsb  edir,  yəni  onun 

cəmiyyətdə inkişafının mühüm cəhətini fərdiləşmə prosesi 

təşkil edir.”

17

 

                                                 



16

 https://antifenu.wordpress.com/2013/02/19/ekoloji-muhit-sosial-amil-

kimi/ 

17

 http://psixologiya.net/tehsil_telebe/210-350399xs304yy399t304n-



ps304xolog304yasi.html 


137 


Fərdin  şəxsiyyətə  çevrilməsi  problemi  çox  aktual-

dır, bu problem cəmiyyət içərisində baş verir.  Şəxsiyyətin 

yetkinləşməsi  fərdin  əməyə,  mülkiyyətə,  kollektivə  və 

mənsub  olduğu  etnosa  göstərdiyi  münasibətlə  xarakterizə 

olunur.  “Şəxsiyyətlə  cəmiyyət  arasında  müəyyən  həm-

ahəng  olduğu  kimi  müəyyən  ziddiyyətlər  də  vardır.  Məs: 

insanların arzuları və tələbatları arasında olan ziddiyyətlər. 

Tələbatalrın  müxtəlif  növü  var:  sosial,  bioloji,  gündəlik, 

ağıla uyğun tələbat və s. heç elə olmur ki, insanın tələba-

tıyla onun arzuları, real durumu, mövcudluğu arasında uy-

ğunluq  olsun.  İnsanın  maraqlarıyla  cəmiyyət  maraqları 

arasında ziddiyyətlər də var. Ona görə də bir sıra alimlər, 

bir sıra quruluşlar cəmiyyət maraqlarını birinci yerə qoyur

kollektivçiliyi  əsas  götürürdülər,  bəzilərində  isə  əksinə 

individual,  fərdi  maraqlar  əsas  götürülür.  Şüurla  mövcud 

quruluş  arasında  olan  ziddiyyətlər  var,  yeniliklə  köhnəlik 

arasında ziddiyyət var, tərbiyə və kamillik arasında ziddiy-

yət var. İnsanın mövcud reallığa münasibəti aşağıdakılarla 

müəyyən olunur: 

1.

 



şəxsiyyətin əməyə münasibəti; 

2.

 



mülkiyyətə münasibəti; 

3.

 



ideologiyaya münasibəti; 

4.

 



kollektivə münasibəti; 

5.

 



mənsub olduğu xalqa və ölkəyə münasibəti.”

18

 



Şəxsiyyət  həm  maddi  və  həm  də  mənəvi  cəhətdən 

böyük mənsubiyyət daşımalı, öz mənsubiyyətini borc hissi 

kimi  dərk  etməyi  bacarmalıdır.  İnsanın  şəxsiyyət  kimi 

formalaşması üçün bioloji, təbii və anadangəlmə amillərin 

                                                 

18

 Ə.M. Tağıyev. Fəlsəfə  (dərs vəsaiti). Bakı, 2012, s.275 




138 


rolunu  inkar  etmək  olmaz.  Bu  prosesdə  həmçinin  ətraf 

mühit, tərbiyə və təlim də mühüm əhəmiyyət kəsb edir.  

Şəxsiyyət  müsbət  mahiyyət  kəsb  edən  psixoloji 

xüsusiyyətləri    də  özündə  ehtiva  etməlidir.  Şəxsiyyət  öz 

mənliyi ilə yanaşı başqalarını da dərk edərək dəyər vermə-

yi bacarmalıdır. Həmçinin şəxsiyyət sosial, fəal, aktiv biri 

olmaqla  yanaşı  aid  olduğu  mühiti  də  aydın  bir  biçimdə 

qavramalıdır.  Şəxsiyyət  sarsılmaz  əqidəsi  ilə  cəmiyyətə 

nüfuz etməyi də bacarmalıdır. Qeyd edək ki, insan dünya-

ya şəxsiyyət kimi deyil, fərd kimi gəlir. Fərdin şəxsiyyətə 

çevrilməsi  isə  ünsiyyət,  sosial  əlaqələr  və  fəaliyyət  çərçi-

vəsində  müəyyən  olunur.    “Fərd  şəxsiyyətə  çevrildikdə 

həm  də  fərdiyyət  xüsusiyyətlərini  kəsb  edir.  Fərdiyyət  və 

şəxsiyyət anlayışları məzmunca qismən yaxındır. Belə ki, 

əgər  fərdiyyət  anlayışı  insanın  təkrarolunmaz  xüsusiyyət-

lərini,  orijinallığını  ifadə  edirsə,  şəxsiyyət  anlayışı  daha 

çox insan müstəqilliyini, əqidə möhkəmliyini, şəxsi sima-

sını,  prinsipiallığını,  çətin  vəziyyətlərdə  sərbəst  qərar  qə-

bul etmək (ağ¬lın çevikliyi) qabiliyyətini göstərir. Fərdiy-

yət dedikdə, buraya xarakter, temperament, psixi proseslə-

rin cərəyanetmə xüsusiyyətləri, üstünlük təşkil edən hissə-

lərin və fəaliyyət motivlərinin məcmuyu, formalaşmış qa-

biliyyətlər daxildir. Şəxsiyyətin təsirilə fərdin bütün xüsu-

siyyətləri  inteqrasiyaya  uğrayır,  riyazi  terminlə  desək  on-

lar hamısı şəxsiyyət adlanan ümumi məxrəcə gətirilir. Psi-

xologiyada bu cəhəti təhlil etmək üçün inteqral (latınca in-

teqer  –  bütöv  deməkdir)  fərdiyyət  anlayışından  istifadə 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə