Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə50/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   146

161 


İnsan  daim  axtaran  varlıqdır.  O,  axtarışları  dayan-

dıran kimi sanki sahib olduğu ülviliklər zirvəsindən aşağı, 

adi  canlıqlar  səviyyəsinə  doğru  enir.  Tapanda  da  axtar-

maq, tapmayanda da axtarmaq, getdikcə daha dərinliklərə 

enmək, öz zəka nuru ilə zülməti işıqlandırmaq - insana nə-

sib olan yeganə yol budur. Bu təbiidir. Bəşəriyyət durduq-

ca onun varlığı ilə əlaqədar olan bəzi problemlər də öz ak-

tuallığını  saxlayır  və  zaman  keçdikcə  yenidən  dəyişilmiş 

şəraitə uyğun surətdə həll olunması tələb olunur. Bu cəhət 

isə kulturoloji proseslərdən heç də yan keçmir. Kulturolo-

giya  insan  mənəviyyatını və  əxlaqını, şəxsiyyətin  mənəvi 

keyfiyyətlərini  əsas  götürərək,  dövrün  çoxlu  açılmamış 

qaranlıq tərəflərinə aydınlıq gətirir. XX yüziliyin görkəmli 

rus filosofu P.A. Florenski insanı mədəniyyətin daşıyıcısı 

adlandıraraq göstərir ki, o, həqiqətdə heç nə yaratmır, yal-

nız  kortəbii  olanı  müəyyən  axara  salaraq  dəyişdirir.  Mə-

lum faktdır ki, insan təbiətsiz mədəniyyət yarada bilməzdi, 

təbiət  insan  üçün  yaradılıbsa,  insan  da  öz  növbəsində, 

zəhməti  sayəsində  özünə  “ikinci  təbiət”  qazanmışdır.Bu 

isə bütövlükdə mədəniyyət adlanır.  

 

5.5. İctimaiyyətlə əlaqələrdə sağlam ünsiyyət əsas 

amillərdən biri kimi 

 

 

Hazırkı  dövrdə  içtimaiyyətdə  sağlam  ünsiyyətin 



bərqərar edilməsi əsas prioritet istiqamətlərdən biri hesab 

olunur.  Xüsusilə  də,  milli  özünü  dərk  prosesində  sağlam 

ünsiyyətin rolu əvəzsizdir. Belə ki, bu gün cəmiyyətdə ün-

siyyət böhranı, ünsiyyət çatışmazlığı mövcüddür. Bü böh-

ranı aradan qaldırmaq  üçün sosioloji araşdırmalar ararılır, 

insanın  mənəviyyatı,  onun  şəxsiyyəti,  mentaliteti,  asudə 

vaxtı, istirahət və əyləncəsi və s. bu prosesdə ön plana çə-



162 


kilir.  Sağlam  və  zəkalı  (intelektual)  insan,  yalnız  cəmiy-

yətdə  onu əhatə  edən  maddi aləmin cisim və hadisələrini 

qavrayıb  dərk  etməklə  heç  də  kifayətlənmir.  O,  eyni  za-

manda  ətrafında  olan  insanları  da  qavrayaraq  onlarla  qar-

şılıqlı  əlaqəyə,  sağlam  insani  münasibətlərə  girməyə 

çalışır.  

Insanın xarici aləmə münasibəti də onun cəmiyyətə 

və  başqa  adamlara  olan  münasibəti  ilə  şərtlənir.  Özünün 

bu  xüsusiyyətlərinə  görə  insanın  istər  ictimai,  istərsə  də 

şəxsiyyətləarası  münasibətlər  sistemi  ünsiyyət  prosesində 

təzahür edir və həyata keçirilir. Ünsiyyət insanlar arasında 

təmasın  (kontaktın)  yaranması  və  inkişafı  prosesi  kimi 

meydana  çıxır.  O  mürəkkəb  və  çoxcəhətli  psixoloji  feno-

men olub insanların birgə fəaliyyət tələbatı əsasında əmələ 

gəlir. Ünsiyyət ictimai-tarixi səciyyə daşıyır. Cəmiyyət in-

kişaf etdikcə, ünsiyyətin məzmun və formasında da özünə-

məxsus cəhətlər meydana çıxır.  

 

Ünsiyyət  aktual  problem  kimi  müxtəlif  istiqamət-



lərdə öyrənilir. A.A.Leontyevin fikrincə, ünsiyyətə insan-

ların  kollektiv  əmək  fəaliyyətini  şərtləndirən  mühüm  va-

sitə kimi baxdıqda, onda həmin fəaliyyət prosesində insan-

lar arasındakı qarşılıqlı təsir əmək fəaliyyətinin məzmunu 

nöqteyi-nəzərindən araşdırılmalıdır. Yəni hər bir kollektiv 

üzvünün ümumi əmək prosesinə nə gətirməsi, necə xidmət 

etməsi, kollektiv əmək fəaliyyətində əmək bölgüsünün ne-

cə olması və s. kimi məsələlər təhlil edilir. Bununla bəra-

bər, ünsiyyəti insanların əmək fəaliyyətini təşkil etmək va-

sitəsi  kimi  də  nəzərdən  keçirmək  olar.  Məsələyə  belə  ya-

naşdıqda ilk növbədə bizi həmi sosial qrupda informasiya-

nın  xarakteri,  həmin  informasiya  axınının  kimdən-kimə 

doğru getdiyi, əmək bölgüsünün necə təmin edildiyi, necə 



163 


saxlanıldığı  (hifz  edildiyi),  qrupun  başqa  üzvlərinin  hərə-

kət və işlərinin kim tərəfindən tənzim və ya idarə edilməsi

həmin şəxsin qrupun lideri olub-olmaması və s. kimi mə-

sələlər  maraqlandıracaqdır. Bu  məsələlərlə  ünsiyyətin so-

siologiyası  məşğul  olur.  Bununla  bərabər,  belə  bir  şərait-

də,  ikinci  tərəfdən,  hər  bir  kollektiv  əmək  fəaliyyəti  işti-

rakçısının  hansı  motivlə  başqasına  müraciət  etməyə  məc-

bur  olması,  onun  fikir  və  ya  mülahizələrinin  əsas  funksi-

yası,  eləcə  də  həmin  adamın  məhz  nə  deməsini,  həm  də 

necə  deməsini  şərltəndirən  psixoloji,  xüsusən  də  sosial-

psixoloji  amilləri  aşkar  etmək  zərurəti  yaradır.  Nəhayət, 

bizi  maraqlandıran  mühüm  məsələlərdən  biri  də  odur  ki, 

insan  ünsiyyət  saxlamaq  üçün  hansı  yol  və  vasitələrdən 

istifadə edir, o öz şifahi nitqini ünsiyyətin başqa vasitələri 

ilə necə əlaqələndirir və ümumən ünsiyyətin müxtəlif növ-

ləri ilə necə əlaqə qurur?.  

 

Ünsiyyət  ilk  növbədə  fəaliyyət  prosesində  cəmiy-



yətin, onun ayrı-ayrı qruplarının tələbatını ödəməyə yönəl-

mişdir.  Kollektiv  əmək  fəaliyyətinin  planlaşdırılması  və 

tənzim  edilməsini  təmin  etmək,  məhz  ünsiyyətin  yerinə 

yetirdiyi ən başlıca sosial funksiyadır.  

 

Ünsiyyət eyni zamanda idarəetmə və ictimai nəza-



rət funksiyasını da yerinə yetirir. Yəni ünsiyyətin, xüsusən 

də nitqin köməyi ilə cəmiyyət öz üzvlərinə bu və ya digər 

rəftar və davranış formasını çatdırır, bu barədə nümunələr 

göstərir, cəmiyyət üçün faydalı rəftar və davranış normala-

rını yayır, onun mənafeyinə zidd olanları isə pisləyir. Həm 

də  ünsiyyət  vasitəsilə  qruplararası  qarşılıqlı  təsir  təmin 

edilir.  Bu  prosesdə  insanın  ünsiyyət  tələbatı  nəinki  təmin 

olunur,  həm  də  o,  inkişaf  edərək  yeni  məzmun  kəsb  edir. 

Ünsiyyət sayəsində insan keyfiyyətcə dəyişir, onun hərtə-



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə