Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə52/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   146

168 


kimi qəbul edilməlidir. Qloballaşan dünyada düzgün həya-

ta  keçirilən  dövlət  siyasəti  dövrün,  zamanın  tələbidir. 

Dövlət  siyasətinin  əsas  prinsipial  xüsusiyyətlərindən  ən 

başlıcası odur ki, bu proses insan kapitalını əsas götürərək 

hər  şeyi  insanın  rifah  halının  yaxşılaşdırılmasına  yönəl-

dərək ümumbəşəri dəyərlərə istinad edir.  

Ölkəmizin  müstəqillik  əldə  etdikdən  sonra  yürütdüyü 

dövlət  siyasəti  təqdirəlayiqdir.  “XXI  əsrə  sürətli  inkişaf 

yolunda  olan  müstəqil  bir  dövlət  kimi  qədəm  qoymuş 

Azərbaycan Respublikası qazandığı istiqlalı qoruyub sax-

lamaq, demokratik dövlət qurmaq, fikir plüralizmi və azad 

bazar iqtisadiyyatına malik olan vətəndaş cəmiyyəti yarat-

maq  uğrunda  inamla  mübarizə  aparmaqdadır.  Müasir  şə-

raitdə Azərbaycan dövlətinin mədəniyyət siyasətinin təməl 

prinsiplərinin, bu siyasətin tarixi, ictimai-siyasi, sosial-mə-

dəni,  elmi  və  kulturoloji  əsaslarının  araşdırılmasına  keç-

məzdən əvvəl, təbii ki, həm mədəniyyət siyasəti, həm də, 

ümumiyyətlə, mədəniyyət anlayışının mahiyyətinə açıqlıq 

gətirilməsinə və mədəniyyət siyasətinin həyata keçirilməsi 

prosesində  mənəvi  dəyərlərin  çəkisinin  müəyyənləşdiril-

məsinə ehtiyac duyulur. Çünki XXI əsr bütün dünya döv-

lətləri və millətləri arasında iqtisadi, siyasi, mədəni əlaqə-

lərin  artması,  son  nəticədə  qloballaşma  ilə  xarakterizə 

olunmaqla  yanaşı, eyni zamanda ayrı-ayrı xalqların etnik-

mənəvi köklərinə yenidən dönüşü ilə də xarakterikdir. İndi 

Planetin  bütün  irili-xırdalı  dövlət  və  millətləri  könüllü  və 

ya  könülsüz,  ixtiyari  və  ya  qeyri-ixtiyari  son  nəticədə 



169 


böyük  qloballaşmaya  aparıb  çıxaran  nəhəng  inteqrasiya 

magistralına qoşulmaqdadır.” 

27

 

Bu gün dövlət siyasəti dəqiq müəyyən olunmuş plan-



laşdırmanı  həyata  keçirməklə  beynəlxalq  təcrübəni  tətbiq 

etməli,  ictimaiyyətlə  əlaqələrin  sağlam  tərzdə  qurulması 

üçün konkret prinsiplər müəyyənləşdirməlidir. İntellektual 

səviyyənin yüksəldilməsində yeni innovasiya proseslərinin 

tətbiqi  ictimaiyyətlə  əlaqələrdə  mühüm  amillərdən  biri 

hesab edilir. Bu gün ölkənin, xalqın dövlətçilik tarixini tə-

səvvür  etmədən  onun  idealogiyasını  yaratmaq,  istiqlalına 

nail  olmaq  mümkün  deyil.  Dövlətin,  cəmiyyətin  tarixi 

göstərir  ki,  insanı  ilk  dəfə  düşünməyə  məhz  təbiət  vadar 

edir. Dövlət məhz insan və cəmiyyət arasında olan müna-

sibətlərin  məcmusudur.  Cəmiyyət  isə  ümumi  maraq  əsa-

sında birləşmiş insanların toplumudur.  

 Hazırda  dövlət  siyasəti  multkulturalizmin  və  tole-

rantlığın əsaslarının araşdırılmasında böyük rola malikdir. 

Xüsusilə də, müasir dövrdə dünyanı əhatə edən qloballaş-

ma  prosesi  multkulturalizm  və  tolerantlıq  məsələlərinı  də 

əhatə edir və onları ön plana çəkir. “Qloballaşma konteks-

tində  etnik-milli  mövcudluğun  siyasi,  iqtisadi,  kultural, 

mənəvi  suverenliyi  ilə  bağlı  milli  konsepsiya  və  konsep-

tual  ideyalar  yekcins  deyil.  Bu  prosesi,  sosial-siyasi,  mə-

dəni-mənəvi,  iqtisadi-güzəran,  elmi-inetellektual  müstəvi-

lərdə vahid qlobal harmoniya hesab edənlər də var, kaina-

tın daha çox vahid bir mərkəzdən idarə olunan bürokratik-

texnoloji  ərazi  vahidinə  çevrilmə  prosesi  olduğunu  iddia 

edənlər  də.  Ən  müxtəlif  mövqe  və  münasibətlər  xarakte-

                                                 

27

 Namiq Abbasov. Mədəniyyət siyasəti və mənəvi dəyərlər.  Bakı, 



2009,s.19 


170 


rindən  asılı  olmayaraq  qloballaşmaya  aparan  nəhəng 

inteqrasiya  magistralı  bütün  planeti  sovurub  aparmaqdır. 

Mümkün olan ən optimal variant bu prosesə hər bir etno-

sun  milli-mənəvi  “Mən”ini  dərk  edərək  qoşulmasıdır. 

Bəlkə  də,  bu  zərurətin  dərkindən  doğan  həqiqətin  nəticə-

sidir ki, indi qloballaşma ayrı-ayrı xalqların etnik-mənəvi 

köklərinə yenidən dönüşü ilə də xarakterizə olunur. Bu da 

cəmiyyət  tarixinin  inkişaf  qanunauyğunluğunun  özünü-

qoruma instinkindən doğur.”

28

  



Yer üzərində sülhün bərqərar olması dövlət siyasəti-

nin  prioritet  vəzifələri  sırasına  daxildir.  İctimaiyyətlə  əla-

qələrdə  dövlət  siyasəti  məhz  dünyada  sülhün  qorunması, 

dialektiv  ziddiyyətlərin  sülh  yolu  ilə  aradan  qaldırılması 

və münaqişələrin həllinə yönəldilməlidir.Dövlət siyasətin-

də  insanın  və  cəmiyyətin  mənəvi  mədəniyyətinin  mühüm 

göstəricisi olan ətraf-mühitə münasibət, insan həyatı üçün 

əhəmiyyət  kəsb  edən  ekologiya  siyasəti  xüsusi  yer  tutur. 

Ekoloji  dünyagörüşü  ətraf  mühitin  keyfiyyətinə,  insanın 

sağlamlığı və uzunömürlülüyünə, cəmiyyətin təbii ehtiyat-

lardan  səmərəli  istifadəsinə  böyük  təsir  göstərir.  Təbiətin 

və  insanın  ekologiyası  prinsipi  üzərində  qurulan  ekoloji 

mədəniyyət  yüksək  istehlak  mədəniyyətini  formalaşdırır. 

Ekoloji  dünyagörüşdə  meşələrin  qırılması,  suyun,  təbii 

sərvətlərin qeyri-səmərəli istifadəsi, ətraf mühitin çirklən-

məsi məsələləri isə normal hal kimi qəbul edilmir. İnsanın 

və  cəmiyyətin  zənginliyi  maddi  nemətlərin  istehsalı  ilə 

                                                 

28

 Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu “Ortaq türk keçmişin-



dən ortaq türk gələcəyinə” III Uluslararası Folklor Konfransının materialları. Bakı, 

“Səda”, 13-16 noyabr 2005-ci il, s. 8-9 

 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə