Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə54/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   146

175 


maddi  həyatın  əsasını  təşkil  edən  iqtisadiyyatın  effektiv 

inkişafını  şərtləndirir.  Lakin  iqtisadi  inkişaf  cəmiyyətin 

mənəvi istehsalının vəziyyəti ilə şərtlənir, çünki cəmiyyə-

tin həyatını iqtisadiyyat deyil, elm, dərrakə, bilik, təfəkkür 

təşkil və idarə edir. İqtisadi effektivlik elm və elmə əsasla-

nan  yüksək  texnologiyalardan  bilavasitə  asılıdır.  Hazırda 

dövlət siyasətində turizm infrastrukturunun inkişaf etdiril-

məsi də əsas prioritet sahələrdən biri hesab olunur. Hər bir 

vətəndaş bu gün tam əmin olmalıdır ki, turizm insanın icti-

mai-iqtisadi problemlərini həll etməyə qadirdir. Bu sahədə 

dövlət  siyasətində  müasir  dövrün  tələblərinə  cavab  verən 

strategiya olmalıdır. 

 

Dövlət  siyasətində  qloballaşma  və  milli  mentalitet 



məsələləri  də  xüsusi  önəm  kəsb  edir.  Xalqın  uzun  tarixi 

dövr ərzində formalaşmış etnik-milli xüsusiyyətlərin məc-

musu,  milli-mədəni  mentalitet  kimi  nəzərdən  keçirilir. 

Etnik və milli xüsusiyyətlər əbədi olaraq yaşayır və xalqın 

mentaliteti  haqqında  fikir  yürütmək  imkanı  verir.  Dövlət 

siyasəti aşağıdakı vəzifələri yerinə yetirir: 

1)  Hərtərəfli  dünyagörüşünə  malik  şəxsiyyət  forma-

laşdırmaq; 

2) Sağlam ünsiyyəti formalaşdırmaq; 

3) İnsanların intellektual səviyyəsini yüksəltmək

4)  İnsanların  istirahət  və  əyləncəsini,  asudə  vaxtını 

təşkil etmək; 

5) Gənc nəsli vətənpərvərlik və qəhrəmanlıq ruhunda 

tərbiyə etmək; 

6) Gənclərdə vətən əxlaqını formalaşdırmaq; 

7)  Mədəni  irsin  qorunması  və  gələcək  nəsillərə 

ötürlməsini təmin etmək; 

8) Vətəndaş cəmiyyətini formalaşdırmaq; 




176 


9) Cəmiyyətdə milli birlik və vətəndaş həmrəyliyinə 

nail olmaq; 

10) Bəşəri dəyərlərdən faydalanmaq

11)  Qloballaşma  şəraitində  innovasiya  proseslərini 

və inteqrasiya proseslərini sürətləndirmək; 

12)  Dini  əqidə  və  tolerantlıq,  milli  mənlik  şüurunu 

formalaşdırmaq və s.  

Vətən  məfkurəsini  hər  şeydən  uca  tutan,  xalqın 

“döyünən”  ürəyini,  “düşünən”  beynini,  “yanan”  qəlbini 

özündə  təcəssüm  etdirən  ulu  öndər  Heydər  Əliyev  bütün 

sahələrdə olduğu kimi məhz dövlət siyasətində də idarəet-

məni    əsas  prioritet  istiqamətlərdən  biri  hesab  edirdi.  O, 

idarəetmə  sahəsində  yeni  qlobal  dəyişikliklər  aparmış, 

müstəqil  Azərbaycanın  müasir  tələblərə  cavab  verən  və 

milli köklər əsasında formalaşan dövlət siyasətinin strateji 

xəttinin yaradıcısı kimi tarixə düşmüşdür.  

Azərbaycanın dövlət siyasəti milli dövlət müstəqilli-

yinin  və  onun  ərazi  bütövlüyünün  qorunmasına  və  geniş-

ləndirilməsinə, bərabərhüquqlu və qarşılıqlı faydalı müna-

sibətlərin  inkişafına,  dünyanın  bütün  ölkələri  ilə  dostluq 

əlaqələrinin  qurulmasına  yönəldilmişdir.  Azərbaycanın 

coğrafi şəraiti, ictimai-siyasi vəziyyəti, tarixi-mədəni ənə-

nələrdən  doğan  transregional  xüsusiyyətləri,  məhz  müs-

təqil  Azərbaycan  Respublikasının  gələcəkdə  daha  inamla 

inkişaf  edəcəyinə  və  möhkəmlənməsinə    hər  cür  əsas  ve-

rir.  Azərbaycan  Respublikasının  Konstitusiyasının  “Döv-

lətin ali məqsədi” adlı XII maddəsində qeyd olunur ki:  

“I.Insan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının, 

Azərbaycan  Respublikasının  vətəndaşlarına  layiqli  həyat 

səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 




177 


II.  Bu  Konstitusiyada  sadalanan  insan  və  vətəndaş 

hüquqları  və  azadlıqları  Azərbaycan  Respublikasının 

tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  uyğun  tətbiq 

edilir. ” 

30

 

Bu  gün  xalqımız  çox  əsrlik  dövlətçilik  ənənələrinə 



sadiq  qalaraq  konstitusiyamızda  əks  olunan  prinsipləri 

əsas tutaraq, “bütün cəmiyyətin və hər kəsin firavanlığının 

təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlü-

kəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və 

gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, su-

veren  hüququndan  istifadə  edərək,  təntənəli  surətdə 

aşağıdakı niyyətləri bəyan edir: 

1. Azərbaycan dövlətinin müstəqilliyini, suvernliyini 

və ərazi bütövlüyünü qorumaq

2.  Konstitusiya  çərçivəsində  demokratik  quruluşa 

təminat vermək; 

3.  Vətəndaş  cəmiyyətinin  bərqərar  olmasına  nail 

olmaq; 

4. Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini 



təmin edən hüquqi, dünyəvi dövlət qurmaq

5. Ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, 

hamının layiqli həyat səviyyəsini təmin etmək; 

6.  Ümumbəşəri  dəyərlərə  sadiq  olaraq,  bütün  dünya 

xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşa-

maq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.”

31

 

Dövlətin qanunvericilik funksiyası elm, ədəbiyyat və 



incəsənət  əsərlərinin  (müəlliflik  hüquqları),  ifaların,  fo-

noqramların  və  verilişlərin  (əlaqəli  hüquqlar)  yaradılması 

                                                 

30

Azərbaycan Respublikasının Konstitusiyası. Bakı- 2014, səh.8 



31

Azərbaycan Respublikasının Konstitusiyası. Bakı- 2014, səh.3 




178 


və  istifadəsi  ilə  bağlı  münasibətlərin  möhkəm  normativ-

hüquqi  baza  əsasında  qurulmasını  tələb  edir.  Azərbay-

canda təşəkkül tapmış ənənələrə uyğun olaraq, hüquqların 

qorunması  (hüquqların  təsdiq  edilməsi  və  ümumi  hüquqi 

rejimin  yaradılması) və  hüquqların  müdafiəsi (hüquqların 

pozulması  və  yaxud  tələb  edilməsi  hallarında  görülən 

tədbirlər)  bir-birindən  fərqləndirilir.  Yeni  məcəllələrin 

müddəaları  da  daxil  edilməklə,  müəlliflik  hüququ  hər  cür 

qanun  pozucularına  qarşı  tətbiq  edilən  mülki,  cinayət  və 

inzibati  məsuliyyətlərin  təmin  edilməsi  sahəsində    geniş 

kompleks tədbirlər planına malikdir. Bu isə Azərbaycanın 

müasir  inkişaf  müstəvisinndə  sivil  və  demokratik  hüquqi 

dövlət qurmaq  imkanını təmin edir.

32

 



 

6.3. İctimaiyyətlə əlaqələrin formalaşmasında dövlətin 

gənclər siyasəti 

 

Dövlətin  gənclər  siyasəti  də  əsas  prioritet  istiqamət-

lərdən biri hesab edilir. Belə ki, gənclərin ləyaqətli vətən-

daş  kimi  yetişməsi  üçün  onlar  hərtərəfli  biliyə,  milli 

keyfiyyətlərə malik olmalıdırlar.  

Qanunların  sivil  dünya  dövlətlərinin  hüquqi  dövlət 

quruculuğu  ənənələrinə,  beynəlxalq  hüquq  normalarına, 

Avropa  Şurası  və  dünya  demokratik  qanunveririclik  təsi-

satları  tələblərinə  uyğun  hazırlanması  üçün  Azərbaycan 

Respublikası  Prezidenti  yanında  xüsusi  islahatlar  komis-

siyası yaradılmışdır. Dövlət gənclər siyasəti bir çox istiqa-

mətlərdə vəzifələr müəyyənləşdirir: 

                                                 

32

www.mct.gov.az – Dövlət və müəlliflik hüququ sistemi, 2005



.

 

 




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə