Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə62/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   146

203 


 

Heydər Əliyev ensiklopedik təfəkkürlü, dərin erudi-

siyalı müdrik şəxsiyyət idi. Azərbaycanın milli-mənəvi və 

əxlaqi  dəyərlərinin  ümumbəşəri  ideyalarla  zənginləşdiril-

məsində  onun  misilsiz  xidmətləri  olmuşdur.  O,  Azərbay-

can xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə misil-

siz  töhvələr  vermiıdir.  Xalqımızın  zəngin  mənəvi  dəyər-

lərinə, maddi-mənəvi irsinə, incəsənətinə qayğı ilə yanaş-

mışdır. Heydər Əliyev Azərbaycan mədəniyyətinin banisi 

olmuşdur.  O,  xalqın  mənəviyyatını  zənginləşdirən,  onu 

bütün  dünyada  tanıdan  milli  mədəniyyətimizin  hərtərəfli 

inkişafını,  yüksəlişini daim izləmiş, ona  özünün ən  ümdə 

vəzifəsi kimi baxmışdır.  

 

Müasir  Azərbaycan  elminin,  ədəbiyyatının,  incəsə-



nətinin və mədəniyyətinin bəşəri arenada öz nadir inciləri 

ilə  dünyanı  heyran  qoyması,  ölkənin  şöhrətini  qaldırması 

məhz  ulu  öndər  Heydər  Əliyevin  adı  ilə  bağlıdır.  XX 

yüzillikdə  Azərbaycan  mədəniyyətinin  bütün  sahələrinin 

yüksək  inkişafı,  geniş  miqyasda  təbliği  və  böyük  nailiy-

yətləri  bilavasitə  Heydər  Əliyevin  gördüyü  böyük  işlərin 

məntiqi nəticəsi idi.  

 

7.2. Heydər Əliyev fenomenal şəxsiyyət kimi 



 

 

Ulu öndər Heydər Əliyev öz xalqını daha dərindən 



sevən,  xalqın  milli-mənəvi  sərvətlərini  dəyərləndirən, 

örnək kimi öz Vətəninin yaratdığı böyük naliyyətlərindən  

mənəvi  zövq  alan  Vətən  övladı  idi.  Keçmiş  SSRİ-nin  ən 

yüksək  mükafatı  olan  “Sosialist  Əməyi  Qəhrmanı”  adına 

layiq görülməsi və SSRİ kimi qüdrətli məmləkətin siyasət-

çiləri arasında birincilər sırasına çıxması, əslində  Heydər 

Əliyevin  milli  dəyərlərə,  xalqın  gücünə  və  birliyinə  söy-



204 


kənməsinin məntiqi nəticəsi idi. Heydər Əliyevin uğurları  

həm Azərbaycanın, həm də bütün türk dilli dövlətlərin  ən 

böyük nalyyəti idi. Ən əsası o idi ki, Heydər Əliyevin  bu 

zəka  uğurunu  onun  milli  təəssübkeşliyi  və  həm  də  onun 

milli məsələlərdə prinsipiallığı tamamlayırdı.  

 

XX  yüzilliyin  ən  böyük  tarixi  şəxsiyyətlərindən, 



görkəmli  dövlət  və  siyasi  xadimlərdən  biri,  xalqımızın 

ümumilli  lideri  Heydər  Əliyevin  adı  və  həyatı  Azərbay-

canın respublikaçılıq və müstəqillik tarixinə qızıl hərflərlə 

yazılmışdır. XX əsrin son 50 illik tarixinin hər bir səhifəsi 

Heydər  Əliyevin  adı  və  fəaliyyəti  ilə  sıx  bağlıdır.  Az-az 

dövlət xadimi, siyasətçi tapılar ki, bu qədər uzun müddət-

də  öz  xalqını,  millətinı  böyük  məhəbbətlə  sevərək  və 

sevilərək rəhbərlik edə bilsin. Heydər Əliyevi təkcə Azər-

baycan xalqı  yox, bütün türk və müsəlman dünyası, digər 

dünya  xalqlarına  məxsus  olan  milyonlarla  mütərəqqi 

düşüncəli  insanlar  sevir  və  onunla  fəxr  edirlər.  Onlar 

Ümummilli  Liderimizi  dünya  tarixində  əhəmiyyətli  rol 

oynayan  bir  çox  görkəmli  dövlət  xadimlər  ilə  müqayisə 

edirdilər.  Lakin  kiminlə,  hansı  şəxsiyyətlə  müqayisə 

olunmasından  asılı  olmayaraq,  Heydər  Əliyev  özünəməx-

sus və bənzərsiz, heç bir tarixi şəxsiyyətlə müqayisə olun-

mayan, dünya siyasətində öz dəsti-xətti olan tarixi bir şəx-

siyyət  idi.  O,  özünün  ardıcıl  və  məqsədyönlü,  yorulmaq 

bilmədən  göstərdiyi  dövlətçilik  və  siyasi  fəaliyyəti  ilə 

müasir  Azərbaycan  Respublikasının  banisi,  xilaskarı  və 

qurucusu  olmaqla  bərabər,  həm  də  XX  yüzilliyin  dünya 

siyasətinə  öz  möhürünü  vuran  tarixi  bir  şəxsiyyət  idi. 

Azərbaycan  xalqının  şan-şöhrətini  dünyaya  yayaraq, 

“azərbaycanlı” sözünü bütün dünyada tanıdan Ulu Öndər 

demişdir: “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm 



205 


ki, mən azərbaycanlıyam”. Indi təkcə  Azərbaycanda  yox, 

onun  hüdudlarından  kənarda,  ayrı-ayrı  xarici  dövlətlərdə 

yaşayan tarixçilər, politoloq-alimlər, yazıçılar və şairlər və 

eləcə  də  müxtəlif  sənət  adamlarınin  hər  biri  ulu  öndər 

Heydər  Əliyevin  şəxsiyyətinə  və  onun  mədəni  irsinə 

sonsuz məhəbbət, sədaqət və böyük hörmət  aşılayırlar.  

Müasir dövrdə hər bir xalqın mənəvi-əxlaqi dəyər-

lərini qorumaq və gələcək nəsillərə düzgün ötürmək  mis-

siyası fenomen şəxsiyyətlərin üzərinə düşür. Yalnız böyük 

şəxsiyyətlər  yetişdirən  xalqlar  minilliklər  boyunca  möh-

kəm  mənəvi  təməl  üzərində  inamla  irəliləyə  bilər.  Ulu 

Öndər Heydər Əliyev  Azərbaycanda bu ağır  və taleyüklü 

missiyanı məhz öz üzərinə götürmüşdü. Xalqın saf inanc-

larını, sağlam dəyərlərini bütün siyasi proseslərin fövqün-

də saxlayan, qorumağı bacaran Heydər Əliyev Lider kimi 

əbədiyaşarlıq zirvəsinə ucalmışdır.  

 

Bu  gün  Azərbaycan  dili  dözümlülük  və  tolerantlıq 



baxımından bütün dünyaya nümunə olaraq göstərilir. Ke-

çən  yüzilliyin  70-ci  illərində  dinsiz  və  Allahsız  sovet  cə-

miyyətində  Heydər  Əliyev  islam  dininə  aid  ibadətlərin 

bərpasına  nail olmuşdur. O, 70-ci illərdə  uzaqgörən  siya-

sətçi kimi Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fəaliy-

yətinin güclənməsinə yardım göstərmişdir. Heydər Əliye-

vin həmin addımı şərq ölkələrində, xüsusən müsəlman alə-

mində  çox  böyük  bir  islam  təəssübkeşçisi  kimi  qiymət-

ləndirilmişdi . 

 

Heydər Əliyevin Müstəqil Azərbaycanın Prezidenti 



seçilməsi  ilə  (2003-2013)  ölkəmizdə  milli-mənəvi  dəyər-

lərə,  o  cümlədən  dinə  olan  münasibət  tam  kökündən  də-

yişdi.  Qısa  müddətdə  məscidlər  təmir  və  bərpa  olundu. 

Bibiheybət  məscidi  yenidən  restavrasiya  olunaraq  xalqın 




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə