Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə70/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   146

228 


Vətəndaşlıq  ləyaqətini  özündə  tərbiyə  etmiş  insan 

şəxsiyyəti  və  mənəviyvatı  üçün  bu  gün  vətən  əxlaqından 

və  ana  vətənə  olan  məhəbbətdən  yüksəklikdə  və  zirvədə 

dayanan  ali  bir  keyfıyyət  yoxdur.  Xeyirxahlıqla  yoğurul-

muş  vətəndaşlıq  ləyaqəti  ana  torpağa,  ana  vətənə  olan 

daimi  bağlılıq  və  doğmalıqdır.  Tanrı  tərəfindən  insanlığa 

bəxş edilmiş ən müqəddəs varlıq isə ana torpaqdır. Vətən-

daşlıq  ləyaqəti  məhz  bu  ana  torpağın,  ana  vətənin  göz 

bəbəyi  kimi  qorunmasıdır.  E.ə.  480-ci  ildə  Fermopil  dağ 

kəndində  bir  ovuc  igidlə  Kserksin  qoşunlarının  qabağını 

kəsən  Sparta  şahı  Leonidin  qəhrəmanlığı  heyrətamizdir. 

Tarixdən  bəlli  olduğu  kimi,  Leonid  özü  və  onun  üç  yüz 

döyüşçüsü farsların "dəmir oxlarının qara buludu altında” 

həlak  olarkən  qaya  üzərində  belə  bir  yazı  qoyub  getmiş-

dilər: “Yolçu, Spartaya yetir ki, onun övladları vətəni mü-

dafıə  edərkən  həlak  olmuşlar”.  Və  ya  Qobustanda, 

Böyükdaş  dağının  ətəyində  eramızın  I  əsrinə  aid  olan  və 

üzərində  latın  dilində  yazı  olan  bir  daş  kitabədə  yazıl-

mışdır:  “İmperator  Domisian  Sezar  Avqust  Germanik.  L 

(yusi) Yuli Maksim, ildırımsaçan XII legionunun senturio-

nu”.  Bu  yazı  isə  Qobustan  kitabəsinin  yaranma  tarixinin 

(84-96-cı  illərə  aiddir)qəhrəmanlıq  şücaəti  göstərmiş 

Roma  ordusunun  Albaniva  ərazisinə  hərbi  səfəri  dövrünə 

təsadüf etdiyinə sübutdur. 

 Vətən! Bu kəlmə nə qədər saf, təmiz, pak və müqəd-

dəsdir. Bu söz ana südü kimi şirin, ana qucağı qədər əziz, 

ana nəfəsi tək doğmadır. Bu gün hər bir insanın qəlb evin-

də  ana  kimi  müqəddəs,  ülvi  və  şirin  bir  hiss  yaşayır,  Bu 

vətənə olan sevgi, milli ləyaqət hissi, doğma torpağa olan 

məhəbbət duyğusudur. Vətən isə bu gün bizim qeyrətimiz, 




229 


canımız,  varlığımız,  fəxrimiz,  qürurumuz  və  and  yeri-

mizdir.  

Vətənpərvərlik  tərbiyəsinin  qədim  bir  tarixi  vardır. 

Ulu babalarımız tarixin müxtəlif dövrlərində özünəməxsus 

zəngin  tarixi  mübarizələr  yolu  keçmişdir.  Bu  yola  nəzər 

salsaq aşağıdakı zəngin irsə qovuşarıq: 

1. Tarixən güclü türk dövlətlərinin olması; 

2.  Türk  qadınlarında  zəngin  döyüş  qabiliyyətinin 

olması; 

3.  Dastanlarımızın  qəhrəmanlıq  motivləri  üstündə 

köklənməsi; 

4. Musiqimizin hərbi ruhda olması; 

5. Böyük şəxsiyyətlərin canlı tarixə çevrilməsi

6. Himn, Bayraq və Gerbimiz

7. Şəhidlik. 

Azərbaycan xalqı öz tarixinə saysız-hesabsız mərdlik 

və qəhrəmanlıq səhifələri yazmışdır. Onun ərazisi Urmiya 

gölünün  cənub  sahillərindən  başlayaraq  Şimalda  Qafqaz 

sıra dağlarına qədər, Şərqdə Xəzər dənizinə qədər, Qərbdə 

Gürcüstan  sərhədlərinə  qədər  uzanmış,  geniş  bir  ərazini 

əhatə  etmişdir.  Öz  iqlimi  və  təbii-coğrafi  şəraitinə  görə 

Azərbaycan  ərazisi  Yer  kürəsinin  ən  bərəkətli  guşələrin-

dən biridir. Avropa ilə Asiyanı birləşdirən bu qədim ölkə-

nin  üzərinə  çoxlu  hücumlar  olmuş,  viranedici  dağıntılara 

məruz  qalsa  da,  yadelli  işğalçılara  qarşı  xalq  fədakarlıqla 

mübarizə aparmış məhz bu mübarizə gedişində qəhrəman-

lıq ənənələri yaranmışdır. Manna, Midiya, Atropatena, Al-

ban və nəhayət, Müstəqil Azərbaycan Respublikası yaran-

mışdır. 

Tarix boyu görkəmli xalq qəhrəmanlarımız: Atropat, 

Cavanşir,  Babək,  Koroğlu,  Şah  İsmayıl  Xətai,  Qaçaq 



230 


Kərəm, Ə. Şıxlınski, S. Mehmandarov, H. Aslanov, M.Ə. 

Rəsulzadə və Heydər Əliyev kimi gənc nəslə nümunə ola 

biləcək böyük şəxsiyyətlər meydana çıxmışdır. 

Dünya xalqlarının tarixində yeganə haldır ki, düşmə-

nə  qarşı  döyüşlərdə  qadınlarımız  qəhrəmanlıq  nümunəsi 

göstərmişlər. 

Hələ  e.ə.  V  əsrdə  Massaget  dövlətinin  başçısı  İran 

şahı  Kirə  qarşı  döyüşlərdə  ərini,  iki  oğlunu  və  çoxlu  dö-

yüşçüsünü  itirsə  də  e.ə.  530-cu  ildə  Tomris  zülmkar  Kir 

üzərində  qələbə  çalır  və  onu  qətlə  yetirir,  ölkənin  istiqla-

liyyətini təmin edir. 

Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara xatu-

nun  dünya  tarixində  ilk  diplomat  qadın  olması  da  danıl-

maz gerçəklikdir. 1514-cü ildə Səfəvilərlə Osmanlılar ara-

sında  gedən  döyüşdə  Səfəvilər  məğlub  olub  geri  çəkilir, 

Soltan  Səlim  əmr  edir  ki,  ölən  meyitləri  çalalara  töküb 

basdırsınlar. Lakin məlum olur ki, ölənlər içərisində çoxlu 

döyüşçü qadın vardır. Bundan dəhşətə gələn Soltan Səlim 

əmr  edir  ki,  qadınları  seçib  şəriət  qanun-qaydası  ilə  dəfn 

etsinlər, onların şərəfınə qala ucaltsınlar. 

Koroğlu  öz  Nigarı,  Nəbi  öz  Həcəri  ilə  çiyin-çiyinə 

vuruşması,  erməni  faşistlərinə  qarşı  döyüşdə  əsir  düş-

məkdənsə özlərini qayadan atıb öldürən Laçınlı, Kəlbəcər-

li  ana-bacılarımız,  Qazaxın  Əskipara  kəndindən  olan  Qa-

ratel  döyüşün  ən  ağır  yerlərinə  atılaraq  erməniləri  sarsıt-

mış,  sonuncu  gülləni  əsir  düşməsin  deyə  özünə  tuşla-

mışdır. 

Azərbaycan  ərazisində  aparılan  arxeoloji  və  elmi-

tədqiqat  işləri  bir  daha  təsdqiləyir  ki,  xalqımızın  özünə-

məxsus yaşayışı, adət-ənənəsi, zəngin həyat tərzi və möh-

təşəm şanlı qəhrəmanlıq tarixi olmuşdur. Azərbaycan Av-



231 


ropa  və  Asiyanı  bir-birinə  birləşdirən  yollar  ayrıcında 

yerləşən  sərvətli  bir  ölkə  olduğu  üçün  bır  çox  işğalçı 

ölkələr bu məmləkəti ələ keçirmək məqsədi ilə əsrlər boyu 

buraya  təcavüz  və  hücumlar  etmişdir.  Öz  azadlığını  və 

hüququnu müdafiə edən xalq isə yadelli işğalçıların, istis-

marçıların  ağır  həmlələrini  qeyrətlə  dəf  etmiş  və  onlara 

qarşı  daima  mərdliklə  və  qəhrəmancasına  mübarizə  apar-

mışdır.  Adamlarda  vətəndaşlıq  mövqeyinin  formalaşma-

sına,  doğma  yurda  bağlılığa,  hər  qarış  Vətən  torpağı  uğ-

runda  mübarizə  əzmini  gücləndirməyə  həmişə  ehtiyac 

duyulmuşdur. Əsrlər boyu torpaqlarımız irticaya, işğallara 

məruz  qalmışdır.  Vətən  torpağı  uğrunda  aparılan  mübari-

zələr Tomrislər, Cavanşirlər, Babəklər, Koroğlular, Həcər-

lər,  Əlif  Hacıyevlər,  Çingiz  Mustafayevlər,  Yuri  Koval-

yovlar,  Salatın  Əsgərovalar,  Mübariz  İbrahimovlar,  Fərid 

Əhmadovlar  və  yüzlərlə,  minlərlə  belə  mərd,  igid,  qorx-

maz  qəhrəman  oğul  və  qızlar  yetişdirmişdir.  Vətənpər-

vərlik  ideyası  həmişə  xalqımızın  ruhunda,  əməlində 

yaşamışdır. Azərbaycanda Vətən hamı üçün müqəddəsdir 

və  bu  müqəddəsliyin  uğrunda  canından  keçməyə  hazır 

olan oğlan və qızlarımız vardır. Bu gün Dağlıq Qarabağda 

gedən  döyüşlərdə  Vətən  uğrunda  həlak  olan  mərd  qəhrə-

manlarımızın  göstərdiyi  igidliklər  nəsillərdən-nəsillərə 

gedən əsl vətənpərvərlikdir. 

Azərbaycan  gəncləri  bu  günün  gələcəyidir.  Hər  bir 

gənc öz millətinin dirçəlməsi, dilinin qorunması, torpaqla-

rının  bütövlüyü,  mədəniyyətinin  qorunması  üçün  yüksək 

biliklərə  yiyələnməli və bu biliklərdən ağılla  istifadə edib 

Azərbaycanın hər bir qarış torpağı üçün canından keməyə 

hazır  olmalıdır.  Bildiyimiz  kimi  torpaqlarımızın  20%-i 

erməni  işğalı  altındadır.  Bu  gün  hər  bir  gənc  ilk  növbədə 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə