Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə58/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   146

190 


çiliyə qarşı çıxması, yenilikçiliyin cəmiyyət tərəfindən qə-

bul  edilməməsi,  insanlarda  yenilikçiliyə  inamsızlıq,  bir 

sözlə,  ətalət,  innovasiyaların  həmin  cəmiyyətdə  kök  sal-

masına  mane  oiur.  İnnovasiyalar,  mədəni  irsə  müraciət, 

mədəni  dəyərlərin  başqa  mədəniyyətdən  götürülməsi, 

yayılması,  mədəniyyətlərin  sintezi  mədəni  dəyişiklikləri 

formalaşdıran və şərtləndirən amillər sırasına daxildir. 

İnnovasiya (yeniləşmə) − ictimai varlığın dəyişilmə-

sinə, yeni düşüncə tipinin formalaşdırılmasına yönələn ye-

ni  ideyaların,  hərəkət  və  davranış  normalarının,  sosial-

mədəni proqramların, texnoiogiyaların ixtirası və ya işlən-

məsidir.  Yaradıcı  insan  innovasiya  proseslərinin  aparıcı 

qüvvəsidir. Mütərəqqi cəmiyyətlərdə yüksək istedadlı şəx-

siyyətlər,  yaradıcılıq  qabiliyyəti  olan  isanlar  nüfuz  sahibi 

olur, diqqət mərkəzinə çevrilirlər. Odur ki, innovasiya cə-

miyyətin  maraqlarına  və  sosial  tələblərinə  cavab  verməli-

dir.  

Mədəniyyərlərin  yaxınlaşması,  mədəniyyətlərin  qar-



şılıqlı  əlaqəsi,  mədəniyyətlərin  eyni  vektorda  inkişafı  in-

novasiyaların  yaranması  üçün  mənbə  rolunu  oynayır.  İn-

novasiyalar  ilk  növbədə  texnologiya  və  mədəniyyət  sahə-

lərində təzahür edir. 

İnnovasiya  insanın  həyat  fəaliyyətinin  müxtəlif 

sahələrində  yeniliklərin  yaradılması,  məqsədyönlü şəkildə 

hərtərəfli  mənimsənilməsi  və  kompleks  tətbiq  edilməsi 

təcrübəsidir.  İnnovasiya  fəaliyyətinin  səmərəliliyi  irsilik 

prinsipinə  riayət  edilməsi,  ənənə  ilə  yeniliyin  uyğunluğu 

ilə şərtləndirilir. İnsan fəaliyyətinin əsil subyekti kimi onu 

əhatə  edən  maddi  və  mənəvi  aləmə  yenilik  gətirməklə, 

eyni  zamanda  özünü  dəyişdirir,  gerçəkliyin  reallaşması 




191 


üçün  iqtisadi-mədəni  və  humanist  cizgilərin  artmasına 

kömək edir. 

İnnovasiya  prosesi  cəmiyyətin  inkişafının  ayrılmaz 

tərkib  hissəsi  və  eyni  zamanda  zəruri  şərtidir.  İnnovasiya 

həm  ayrı-ayrı  təsərrüfat  subyektlərinin  və  həm  də  dünya 

iqtisadi sistemində müxtəlif dövrlərin rəqabət qabiliyyətini 

təmin edən məqsədyönlü qüvvəyə çevrilib. Hazırki vaxtda 

ictimai  həyatın  bütün  sferalarında  innovasiyaların  rolu 

getdikcə  artır.  Qloballaşan  dünyanın  hər  bir  sahəsində 

innovasiya  sisteminin  tətbiqi  adi  hal  almışdır.  Artıq 

innovasiya  prosesləri  ictimai  əlaqələrin  və  təşkilatların 

fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilib. 

İnnovasiya  ictimai-mədəni  dəyişikliklər  üçün  zəmin 

yaradan yeni texnologiyalar və yerni modellərin formalaş-

ması vasitəsidir. İnnovasiya insanın yaradıcılıq qabiliyyə-

tindən  və  cəmiyyətin  bu  yaradıcılığının  nəticələrini  qəbul 

etmək  və  dövrün  tələblərinə  uyğun  istifadə  etmək  imkan-

larından asılıdır. 

Şəxsiyyətin innovaiya cəmiyyətində varlığının təmin 

edilməsi  vəzifəsi  innovasiya  mədəniyyətinin  humanist 

potensialı  ilə  bağlıdır.  İnnovasiya  mədəniyyətinin  forma-

laşması  yentliklərə,  dəyşikliklərə  müqavimət  meyllərini, 

innovasiya xofunu aradan qaldırmağa kömək edir. 

Bu gün cəmiyyətin həvat və fəaliyyətini innovasiya-

larsız təsəvvür etmək mümkün deyil. Cəmiyyətin inkişafı-

nın  sürətlənməsi  innovasiyanı  gündəlik  həyatın  adi  ünsü-

rünə çevirmişdir.  

İnnovasiyaların  insan  fəaliyyətinin  bütün  sahələrinə 

göstərdiyi  təsir  innovasiya  proseslərinin  nəzəri  cəhətdən 

dərk edilməsi məsələsini gündəmə gətirir.  




192 


Şəxsiyyəti  yeni  reallıqlar  müstəvisində  dərk  etmək, 

öyrənmək  olduqca  mühüm  problemə  çevrilir.  Müasir 

insan hər gün külli miqdarda problemlərlə üzləşir, halbuki 

onların əksəriyyəti hətta yaxın keçmişdə naməlum  idi. Bu 

probiemlər  isə  müasir  dövrün  tələbləri  kontekstində  həll 

edilməlidir.  Şəxsiyyətin  müasir  innovasiya,  intormasiya-

kommunikasiya  cəmiyyətinin  tam  hüquqlu  üzvü  olmaq 

bacarığı  onun  özünü  təsdiq,  özünü  realizə  qabiliyyətinin 

mühüm  şərtidir.  İnsanın  özünü  realizə  etmək  qabiliyyəti 

onun  təkmilləşməsi,  daxili  aləmini  günün  tələblərinə 

uyğun dəyişməsi, xarici aləmlə ahəngdar ayaqlaşması ba-

carığı ilə sıx bağlıdır. 

Bir sıra alimlər belə hesab edir ki, innovasiyalar in-

sanın  ictimai-mədəni  mühitə  uyğunlaşmasına  əngəl  törə-

dir. Hətta şəxsiyyətin innovasiva cəmiyyətində özünü qo-

ruyub  saxlaması  yollarını  arayırlar.  Lakin  innovasiyanı 

şəxsiyyətin müasir dünyada baş verən qlobal dəyişiklərdə 

iştirak etmək şansı kimi də nəzərdən keçirmək oiar. İnsan 

istənilən  şəraitdə,  istənilən  ictimai-mədəni  mühitdə  insan 

olaraq qalır. Özünü təsdiq meyli istənilən şəraitdə, istəni-

lən  dəyişiklik,  yenilik  insanı  yeni  şəraitə  uyğunlaşmağa 

sövq edir. 

Müasir,  ahəngdar  inkişaf  edən  şəxsiyyətdə  innova-

siya  başlanğıcının  təzahürü  insanın  özüni  təyin,  özünü 

təsdiq, özünü realizə  və  yaradıcılıq potensialının üzə çıx-

ması üçün şərait yaradır, ona daxilitəlatümm və böhranları 

dəf etmək imkanı verir. 

İnsanın  təhsil  alma  və  peşəkar  fəaliyyəti  gedişində 

özəl  bacarığının,  istedadının  üzə  çıxarılması  imkanlarına 

xüsusi diqqət yetirmək lazımdır. 




193 


İstənilən  hadisəyə,  təzahürə  yaradıcı  yanaşmanın 

formalaşması  müsbət  nəticəiər  verir.  İnsanlara  həyat  fəa-

liyyətinin  bütün  sahələrində  öz  yeni  ideyalarını  irəli 

sürmək, tətbiq etmək imkanı verilməlidir. Yeniiikçi ideya-

ların cəmiyyətin müntəzəm inkişafı üçün tükənməz ehtiyat 

mənbəyi  kimi  nüfuz  qazanması  innovasiya  əleyhinə  olan 

mürtəce  qüvvələri  neytrallaşdırmağa  kömək  edir.  Cəmiy-

yətin  innovasiyalara  xeyirxah  münasibəti,  yenilikçiliyə 

dəstək olmaq bacarığı həm cəmiyyətin həm də onun ayn-

ayrı üzvlərinin  yaradıcı ımkanlarını artınr. Bəzən innova-

siyanın cəmiyyət tərəfindən qəbul edilməyəcəyindan ehti-

yat edən şəxsiyyət fəallığının məhdudlaşması təhlükəsi ilə 

üzləşir.  Zəruri  texniki  vasitələrin,  informasiya  texnolo-

giyalarının, materialların, maddi dəstəyin yoxluğu da şəx-

siyyətin yaradıcı imkanlarına mənfi təsir göstərir. 

İnnovasıya  probleminə  kulturoloji  yanaşma  yenilik-

çilik  hərəkatına  xas  olan  qarşıya  məqsəd  qoymaq,  məq-

sədə nail olmaq, yüksək iş qabiliyyəti, risk etmək bacarığı 

kimi şəxsi keyfıyyətləri təhlil etmək imkanı yaradır. İnno-

vasiya  mədəniyyətinə  yiyələnən  şəxsiyyətdə  belə  keyfiy-

yətlərin  şüurlu  və  məqsədyönlü  şəkildə(tədris  prosesində 

və  peşəkar  fəaliyyətdə)  innovasiva  proseslərinin  gedişi 

üçün münbit şərait  yaradır. Bu halda şəxsiyyətin, bu yeni 

keyfıyyətlərə münasibəti onu uşaq yaşlarında mənimsədiyi 

mədəni  dəyələr,  davramş  qaydaiarı  ilə  uyğunluq  təşkil 

etməlidir.  Əslində  həyat  şəraitinin  dəyişməsi  şəxsiyyətin 

mədəni meyllərinin dəyişməsi ilə nəticələnir. Yeni şəraitlə 

üzləşən  insan  özünü  adət  etdiyi  qaydada  aparır,  vaxtilə 

qəbul etdiyi mədəniyyət modellərinə riayət etməyə çalışır. 

Arnold  Toynbi  hesab  edir  ki,  cəmiyyətin  varlığı  üçün 

təhlükəli oian ictimai və ya ekoloji vəziyyətin yaranması, 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə