.
179
1) Elm və təhsil sahəsində;
2) Ordu quruculuğu və hərbi-vətənpərvərlik tərbiyəsi
sahəsində;
3) İqtisadiyyat sahəsində;
4) Gənclərin ictimai problemlərinin həlli sahəsində;
5) Uşaq və yeniyetmələrin problemlərinin həlli sahə-
sində;
6) Mədəniyyət sahəsində;
7) Bədən tərbiyəsi və idman sahəsində;
8) Gənclərin beynəlxalq əməkdaşlığı sahəsində və s.
Ümummilli liderin zəngin və möhtəşəm dövlətçilik
fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tut-
muşdur. Azərbaycan Rrezidentinin 2007-2016-ci illərdə
“Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Döv-
lət Proqramı”nın təsdiq edilməsi barədə sərəncamı gənc-
liyə göstərilən diqqətin parlaq təzahürüdür.
Azərbaycan Respublikasında dövlət gənclər siyasəti-
nin həyata keçirilməsini təmin etmək və dövlət orqanla-
rının diqqətini gənclərlə bağlı problemlərinin həllinə yö-
nəltmək məqsədi ilə Dövlət Gənclər siyasəti haqqında
Azərbaycan Respublikası Prezidentinin fərmanında aşağı-
dakılar qərara alınır:
1. Azərbaycan Respublikasında dövlət gənclər siya-
sətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq
edilsin;
2. Azərbaycan Respublikasının Gənclər İdman və
Turizm Nazirliyinin nəzdində gənclərin problemləri üzrə
elmi araşdırmalar mərkəzi yaradılsın;
3. Azərbaycan Respublikasının Gənclər İdman və
Turizm Nazirliyi gənclərin problemləri üzrə elmi araşdır-
malar mərkəzinin əsasnaməsini bir ay müddətində hazırla-
.
180
yıb təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edil-
sin;
4. Azərbaycan Respublikasının Gənclər İdman və
Turizm Nazirliyi dövlət gənclər siyasətinin həyata keçiril-
məsinin gedişi haqqında hər təqvim ilinin sonunda Azər-
baycan Respublikası Prezidentinin icra Aparatına arayış
təqdim etsin;
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
fərmandan irəli gələn məsələləri həll etsin və dövlət gənc-
lər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı-
nın yerinə yetirilməsinə nəzarət etsin.
Azərbaycan Respublikasının dövlət gənclər siyasəti-
nin həyata keçirilməsi ilə bağlı respublikanın ictimai-siya-
si həyatında və dövlət quruculuğunda gənclərin iştirakına
dair tədbirlər planında aşağıdakılar nəzərdə tutulmuşdur:
Dövlət idarəetmə orqanlarında gənclərin məsul işlərə cəlb
olunmasını təşkil etmək; Bələdiyyə seçkilərində gənclərin
daha geniş təbəqələrinin iştirakını təmin etmək; Dövlət
gənclər siyasətinin ən mühüm məsələləri üzrə təkliflər
hazırlamaq və gənclərlə işin vəziyyəti haqqında Azərbay-
can Respublikasının Prezidentinə müntəzəm məlumat ver-
mək üçün məşvərət orqanı kimi gənclərlə iş üzrə şuranın
yaradılması; Gənclər təşkilatlarının proqram və layihələri-
nin maliyyələşdirilməsi üçün dövlət büdcəsi layihələrində
vəsaitlər ayrılmasının nəzərdə tutulması; Gənclər təşkilat-
ları Milli Şurasının, Respublika Uşaq Təşkilatının, Azər-
baycan Skaut Assosiasiyasının daimi qərargahla təmin
olunması; “Gənclər Sarayı” layihəsinin və binanın tikil-
məsi ilə əlaqədar təkliflərin hazırlanması; Gənclər İdman
və Turizm Nazirliyinin mətbu orqanlarının dövlət büdcə-
sindən qismən maliyyələşdirilməsi; Dövlət kütləvi infor-
.
181
masiya vasitələrində gənclərin müntəzəm olaraq çıxış et-
məsi, öz yaradıcılıq potensiallarını gerçəkləşdirməsi üçün
şəraitin yaradılması; Dövlət orqanları rəhbərlərinin gənc-
lərlə vaxtaşırı görüşlərinin təşkil olunması; Yeniyetmələr
və gənclər arasında cinayətkarlıq və narkomaniyaya qarşı
profilaktik tədbirlərin gücləndirilməsi; Yeniyetmələr və
gənclər arasında hüquqi maarifçiliyi təkmilləşdirmək üçün
lazımi tədbirlərin hazırlanıb həyata keçirilməsi.
Bu gün ölkədə gənclərlə iş dövlət səviyyəsində
uğurla həyata keçirilir. Ötən illər ərzində Azərbaycanda
bir neçə nüfuzlu beynəlxalq tədbirlər keçirilmişdir. Bun-
lardan biri Azərbaycanda keçirilən Avropa Gənclər Foru-
mu olmuşdur. Bu, Azərbaycana verilən böyük “qiymət”
idi. Hazırda gənclərin intellektual potensialının güclən-
məsi üçün bütün imkanlar yaradılmışdır.
Dövlət Proqramının əsas məqsədi Azərbaycan Res-
publikasında gənclər siyasətini daha da inkişaf etdirmək,
gənclərin menecment sahəsində fəal iştirakına şərait ya-
ratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-
iqtisadi problemlərinin həllini təmin etməkdir. “Dövlət
Proqramı aşağıdakı vəzifələrin yerinə yetirilməsini nəzər-
də tutur:
− gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradıl-
ması;
− gənclərin gələcəyin tələblərinə cavab verən təhsil
almaları üçün bərabər imkanların təmin edilməsi;
− gənclərin məşğulluğunun artırılması, mülkiyyət
formasından asılı olmayaraq müəssisə və təşkilatlara işə
düzəlmələri üçün əlverişli şəraitin yaradılması;
− əmək bazarının tələblərinə cavab verən rəqabətə-
davamlı gənc kadrların hazırlanması;
.
182
− dövlət qulluğunda və idarəetmədə peşəkar və
bilikli gənclərin sayının artırılması;
− gənc alim və tədqiqatçıların sosial təminatının
gücləndirilməsi və məişət problemlərinin həll edilməsi;
− gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi;
− gənc ailə institutunun möhkəmləndirilməsi;
− gənclərin məlumatlılığının artırılması;
− gənclərin vacib ictimai təşəbbüslərinin dəstəklən-
məsi üçün təşkilati, maddi və məlumatlandırma mexa-
nizmlərinin inkişaf etdirilməsi;
− gənclərdə müasir düşüncə tərzinin formalaşdırıl-
ması, onların idarəetmə və tədqiqat yönlü fəaliyyətə cəlb
edilməsi;
− gənclərin regionların sosial-iqtisadi və mədəni in-
kişafından bəhrələnməsi üçün tədbirlərin həyata keçiril-
məsi;
− gənclərin özünüidarə və iqtisadi baxımdan təmin-
etmə bacarıqlarının inkişaf etdirilməsi;
− gənclərin, o cümlədən gənc əlillərin sosial müda-
fiəsinin gücləndirilməsi;
− gənclər arasında zərərli vərdişlərin yayılmasına
qarşı yönəlmiş fəaliyyətlərin dəstəklənməsi və inkişaf et-
dirilməsi;
− gənclərin inkişafında yerli icra strukturlarının və
bələdiyyələrin iştirakının artırılması, yerlərdə gənclərə
diqqətin gücləndirilməsi;
− gənclərlə işləyən mütəxəssislərin əlavə təhsilinin
təmin edilməsi;
− gənclərin və gənclər təşkilatlarının ictimai həyatda
təşəbbüskarlığının və iştirakının stimullaşdırılması;
Dostları ilə paylaş: |