.
171
yanaşı, onların qənaətli, şüurlu və səmərəli istehlak qabi-
liyyəti ilə şərtləndirilir.
Sosial-mədəni siyasətin başlıca prioritetlərinə aşağı-
dakılar daxildir:
İntellektual mədəniyyət;
Elm və yüksək texnologiyalar;
Təhsil, maarif, informasiya;
Etik mədəniyyət;
Milli-mədəni dəyərlər;
Bəşəri dəyərlər,
İdarəetmə mədəniyyəti;
Peşəkarlıq;
İdarəetmə etikası;
Hüquqi mədəniyyət;
Qanunun aliliyi və təkmilləşməsi;
Vətəndaşların hüquqi savadı;
Qanunların icra mədəniyyəti və s.
Sosial-mədəni siyasət mədəni irsin qorunmasına, bə-
dii mədəniyyətin, istehsalat mədəniyyətinin, istehsal və
məişət mədəniyiyyətinin, səhiyyə, ekologiya, fiziki mədə-
niyyət, idman, turizm, kitab nəşri və insan həyatının digər
fəaliyyət sahələrinin inkişafına yardım etməlidir. Sosial-
mədəni inkisafın prioritetlərinin yaradılması ictimai tərəq-
qini müəyyən edən, cəmiyyətin və dövlətin həyat fəaliyyə-
tinin mühüm strateji istiqamətlərinin sabit inkişafının siya-
si cəhətdən təmin edilməsini nəzərdə tutur. O, zamanın
tələblərinə uyğun olan aşağıdakı məsələlərin həll edilməsi-
ni zəruri sayır:
- Dünya sivilizasiyasının təcrübə və inkişaf tendensi-
yasını nəzərə almaqla, ölkənin gələcəyinin pozitiv obrazı
.
172
və milli-mədəni inkişaf konsepsiyası, sosial-mədəni tərəq-
qinin ümumi fəlsəfəsinin işlənməsi;
- Keyfiyyət və iqtisadi sürət üzrə davamlı inkişafın
elmi strategiya və texnologıyalarının işlənməsi;
- Təşkilatçılıq və idarəetmədə yüksək mədəniyyətə
nail olmaq; Yüksək ixtisaslı kadrların hazırlanması və on-
lardan düzgün istifadə edilməsi;
- Ruhi mədəniyyət sistemində struktur islahatların
keçirilməsi;
- Həyat fəaliyyətinin mövcud istiqamətlərinin proq-
ressiv inkişafını təmin edən hüquqi və etik normaların
təkmilləşdirilməsi;
- Məqsədli strateji maliyyələşmənin həyata keçiril-
məsi; Prioritet istiqamətlərin inkişafında maddi-texniki şə-
raitin təmin edilməsi.
29
Qeyd edək ki, bütün içtimai-iqtisadi formasiyalarda
sağlam ünsiyyət məsələsi əsas amillərdən biri kimi çıxış
etmiş və dövlət siyasətində başlıca prioritetləri müəyyən-
ləşdirmişdir. Əgər tarixə nəzər yetirsək görərik ki, insan
öz varlığının elə ilk günlərindən başlayaraq təbiətlə daima
canlı ünsiyyətdə olmuş, təbiət onun evi, yaşamaq üçün qi-
da mənbəyi olmuşdur. Lakin illər keçdikcə insanlar təbiə-
tin isti və soyuğunu dərk etməklə bərabər, təbiətin flora və
faunasından da istifadənin səmərəli yollarını müəyyən et-
miş, mənəvi keyfiyyətləri və əxlaqi dəyərləri qoruyaraq,
nəsildən-nəslə ötürülməsinə müvəffəq olmuşlar.
29
Süleymanlı M. Sosial-mədəni sahənin idarə olunması. Bakı 2011. səh. 15.
.
173
6.2. Dövlət siyasətinin əsas məqsəd və vəzifələri
Müasir dövrdə iki yüzə qədər müstəqil dövlət
vardır və bu dövlətlər müxtəlif mahiyyətli siyasi hakimiy-
yətlər tərəfindən idarə olunur. Dövlətin iki mühüm funksi-
yası mövcud olmuşdur: daxili funksiyalar və xarici funksi-
yalar. Qeyd edək ki, bu funksiyaların hər ikisi bir-biri ilə
sıx əlaqədədir. Bu baxımdan dövlətin daxili funksiyaları
aşağadakılardan ibarətdir:
1.
Hüquqi funksiyası - asayişin təmin olunması, in-
san və vətəndaş hüquq və azadlıqlarının qorunması və
davranışı, vətəndaşların ictimai münasibətlərini tənzimlə-
yən hüquqi normaların yaradılması ilə xarakterizə olunur;
2.
Siyasi funksiyası - strateji inkişaf məqsədlərinin
və vəzifələrinin cəmiyyətinin siyasi sabitliyin təmin edil-
məsi, hazırlanmasıdır;
3.
Təşkilatçılıq funksiyası - siyasi sistemin bütün
subyektləri ilə fəaliyyətin əlaqələndirilməsi, qanunların ic-
rasına nəzarətin həyata keçirilməsi, iqtidar fəaliyyətinin
nizamlanmasıdır;
4.
İqtisadi funksiyası vasitəsi ilə vergi və kredit si-
yasəti, planlaşdırma, iqtisadi fəallığın sanksiyaların həyata
keçirilməsinin əlaqələndirilməsi və təşkili, iqtisadi proses-
lərin tənzimlənməsi baş verir;
5.
Sosial funksiya dedikdə cəmiyyətdə sosial ədalət
prinsipinin həyata keçirilməsi, cəmiyyətdə müxtəlif əmək-
daşlığın təmin edilməsi, mənzil tikintisi, səhiyyə, ictimai
nəqliyyat sisteminin dəstəklənməsi, vətəndaşların maraq-
larının qorunması, həmrəy münasibətlər nəzərdə tutulur;
.
174
6.
Ekoloji funksiyası - insanın təbiətdən istifadənin
tənzimlənməsi, sağlam mühitin təmin edilməsi nəzərdə
tutulur;
7.
Mədəni funksiyası mədəni tələbatını ödəmək üçün
şəraitin yaradılması, insanların yüksək mənəviyyatın for-
malaşdırılması, vətəndaşlıq, dövlət mədəniyyət siyasətinin
formalaşması, açıq informasiya məkanı təmin edilməsidir;
8.
İnsanlara bərabər təhsil almaq imkanlarının veril-
məsi, təhsilin keyfiyyəti, onun sabitlik və demokratikləş-
mə təmin edilməsi üzrə təhsil funksiyası fəaliyyəti də döv-
lətin daxili funksiyaları.
Dövlətin xarici funksiyaları isə aşağıdakılardan iba-
rətdir:
1.
Beynəlxalq müqavilələrin bağlanması, beynəlxalq
təşkilatlarda iştirak, dövlətlər arasında diplomatik münasi-
bətlərin inkişafı;
2.
Ərazi bütövlüyünün qorunması, suverenliyi və
dövlət təhlükəsizliyi, müdafiə qabiliyyətinin lazımi səviy-
yədə saxlanmasını, milli təhlükəsizliyin təmin edilməsi;
3.
Silahlanmanın azaldılması, müharibələrin qarşısı-
nın alınması üzrə fəaliyyət, bəşəriyyətin qlobal problemlə-
rinin həllində iştirak, beynəlxalq münasibətlər sisteminin
inkişafında iştirak dünya nizamı saxlamaq funksiyası;
4.
Digər dövlətlərlə iqtisadi, siyasi, mədəni və digər
sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq funksiyası.
Dövlət siyasəti müasir dövrümüzdə çox mühüm
məqsəd və vəzifələri həyata keçirir. Dövlət siyasətində da-
vamlı insan inkişafı insanların həyat səviyyəsinin yüksəl-
dilməsinə, maddi durumun yaxşılaşdırılmasına, sosial-
iqtisadi durumun inkişafına, əxlaqi-mənəvi dəyərlərin qo-
runmasına, insan kapitalına və s. istiqamətlənir. Bu isə
Dostları ilə paylaş: |