Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə51/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   146

164 


rəfli və ahəngdar inkişafı mümkün olur, o, müəyyən icti-

mai  vəzifəsini  yerinə  yetirir,  sosial  rolu  ifa  edir,  zəruri 

rəftar  və  davranış  normalarına,  praktik fəaliyyət vərdişlə-

rinə yiyələnir və ətraf aləmə daha fəal sürətdə təsir göstər-

məyə  can atır. Bu haqda  aydın təsəvvür əldə etmək  üçün 

tənhalığın bəzi xüsusiyyətləri ilə tanış olmaq kifayətdir.  

 

Tənhalığın iki növünü – fiziki və psixoloji tənhalığı 



fərqləndirirlər.  Fiziki  tənhalıq  həm  mütləq,  həm  də  nisbi 

xarakter kəsb edə bilər. Tarixi izləsək nisbi tənhalığa dü-

çar olmuş adamlara aid maraqlı nümunələtlə tanış ola bilə-

rik (tənhalığın bu formasına bədii ədəbiyyatda da az təsa-

düf  olunmur.  Hər  hansı  səbəb  üzündən  kimsəsiz  mühitə 

düşmüş, meşədə, dağda yaşamağa məcbur olmuş adamla-

rın  həyatı  buna  canlı  misaldır.  Belə  adamlar  insan  mühi-

tindən  məhrum  olsalar  da,  təbiətlə,  canlı  aləmlə  bu  və  ya 

digər dərəcədə bağlı olur. Belə halda insan uzun illər boyu 

insanlardan  kənarda,  tək-tənha  yaşaya  bilir.  Lakin  uzun 

müddət  insanlardan  kənarda  qalmaq  onların  davranışla-

rında özünəməxsus qəribəliklər əmələ gətirir. Onlar bəzən 

öz-özləri ilə hündürdən danışır, quşlarla, heyvanlarla sanki 

söhbətə girib, təskinlik axtarırlar, bəzən isə tənhalıq onları 

həddindən artıq sərtləşdirir, amansızlaşdırır və s.  

 

Tənhalığın ən ağır forması psixoloji tənhalıqdır, yə-



ni insanlar cəmiyyətdən tam təcrid olunub tənha, tək, kim-

səsiz qalması, özünə həmrəy, həmkar, həmsöhbət tapa bil-

məməsi,  kimsənin  onunla  ünsiyyətə  girmək  istəməməsi, 

məhz  psixoloji  tənhalıq  kimi  dəyərləndirilir.  Belə  ki,  bu 

gün həyati hadisələri izləsək, bu tənhalığın müxtəlif təza-

hürləri  ilə  rastlaşa  bilərik.  Hər  hansı  səbəb  və  ya  hadisə 

üzündən ətrafdakı şəxslərin insanlardan üzaq düşməsi, bir-

başa sağlam ünsiyyətdən məhrum olması, ən yaxın, və ya 




165 


ən  çox  əzizlədiyi  adamlarla  görüşməkdən,  üzbəüz  oturub 

söhbət  etməkdən  belə    məhrum  olması  acınacaqlı  nəticə-

lərə gətirib çıxardır. İllər boyu kiminsə yolunu gözləmək, 

ondan heç bir xəbər və ya məlumat ala bilməmək və s. bu 

kimi  proseslər  insanın  ağlında,  düşüncəsində,  davranışın-

da,  qiymət meyarlarında, hətta mənəviyyatında belə qəri-

bə xüsusiyyətlərin və hisslərin əmələ gəlməsi ilə nəticələ-

nir.  Buradan  məntiqi  nəticə  çıxarmaq  isə  çox  da  çətin 

deyildir.  Əlbəttə  ki,  sosial  həyatda,  içtimai  proseslərdə 

sağlam  ünsiyyətin  formalaşdlrılması  bu  gün  insan  həyatı 

üçün ən vacib və mühüm bir vasitə hesab edilməlidir. İn-

sanlar  ünsiyyət  prosesində  bir-birilərinin  fikirləri,  ideya-

ları,  hissləri  və  s.  ilə  daha  yaxından  tanış  olurlar.  Onlar 

keçmişdə baş vermiş müxtəlif hadisələr haqqında bir-biri-

nin rəyini və  mülahizəsini öyrənirlər.  Bu baxımdan kom-

munikasiya  prosesi  informasiya  müdabiləsi  kimi  də  təhlil 

oluna bilər.  

 

İnformasiya mübadiləsinin müxtəlif tərkib hissələri 



vardır. Bunlardan kommunikator (məlumat verən) və res-

pandent  (məlumatı  qəbul  edən)  bu  prosesin  iki  mühüm 

tərəfini təşkil edir. Kommunikasiya prosesində informasi-

ya, adətən ya konkret bir şəxsə, yaxud da, kiçik və ya bö-

yük insan qruplarına ötürülə bilər ki, bu da öz növbəsində 

kollektivdə  vacib  sayılan  sağlam  ünsiyyət  prosesinə 

kömək göstərir.  

 

 Hazırda informasiya  mübadiləsi prosesində  hər iki 



tərəfin  istifadə  edə  biləcəyi  kommunikasiya  vasitələrinin 

rolu  və  vacibliyi  olduqca  böyükdür.  Bu  gün  həm  də,  in-

sanlar  arasında  informasiya  mübadiləsini  təmin  edə  bilə-

cək  əlaqə  (kommunikasya)  vasitələri  də  olduqca  çox  və 

müxtəlifdir.  Buraya  şifahi  və  yazılı  nitq,  mimika,  ifadəli 



166 


hərəkətlər, jest, davranış normaları və s. daxildir ki, bütün 

bunlar isə  cəmiyyətdə bilavasitə  aktuallıq kəsb etməkdə-

dir. Məhz bu baxımdan  içtimaiyyətlə əlaqələrin təşkilində 

sağlam  və  işgüzar  ünsiyyətin  formalaşdırılması  cəmiyyə-

tin əsas prioritet istiqamətlərdən biri hesab edilməlidir.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



167 


VI FƏSİL. İCTİMAIYYƏTLƏ ƏLAQƏLƏRDƏ 

DÖVLƏT SİYASƏTİ 

 

6.1. Dövlət siyasəti və onun əsas prioritet istiqamətləri 

 

Müasir dövrdə dövlət siyasətinin əsas istiqamətlərin-

dən biri insan kapitalının rolunun cəmiyyətdə artırılmasına 

yönəldilmişdir. Belə ki, bu gün dövlət siyasətində insan və 

şəxsiyyətə olan münasibət ən  yüksək qayğı ilə əhatə olu-

nur. Milli-mənəvi dəyərlərin  mühafizəsi, təbliği və bunun 

mədəni  quruculuq  prosesinin  təməl  prinsipinə  çevrilməsi 

və  s.  məsələlər  dövlət  siyasətinin  əsas  prioritet  istiqamət-

lərindən  biri  hesab  edilir  və  bu  problemə  xüsusi  diqqət 

yetirilir.  Dövlət  siyasətinin  başlıca  vəzifəsi  cəmiyyətin, 

dövlətin və ümumilikdə bəşəriyyətin ilkin əsası olan insa-

nın  kamilləşməsinə  yardım  etməkdir.  Kamil  insan  dövlət 

siyasətində  başlıca  idrak  obyekti  olmaqla  bərabər  bütöv-

lükdə  cəmiyyətin  aparıcı  qüvvəsinə  çevrilir  və  aparıcı 

funksiyaları yerinə yetirir.  

Müasir  dövrdə  dövlət  siyasətinin  araşdırılaraq  öyrə-

nilməsi  ictimaiyyətlə  əlaqələrin  təşkilində  mühüm  əhə-

miyyət  kəsb  edir.  Belə  ki,  dövlət  siyasəti  eyni  zamanda 

xalqların tarixi inkişafını, qloballaşan dünyada inteqrasiya, 

innovasiya proseslərini və s. əhatə etmiş olur. Bu gün döv-

lət siyasətində iqtisadi problemlərlə yanaşı, xarici ölkələr-

lə  qarşılıqlı  inam  münasibətlərini  möhkəmləndirmək,  on-

larla bərabərhüquqlu və qarşılıqlı faydalı olan tərəfdaşlığı 

inkişaf etdirmək, müstəqilliyimizi qorumaq və bütün dün-

yada  obyektiv  tanıtmaq  missiyası  dayanır.  Dövlət  siyasə-

tində xalqların mədəniyyətlərini bir araya gətirmək, mənə-

vi  dəyərləri  üzə  çıxarmaq  əsas  prioritet  vəzifələrdən  biri 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə