Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə48/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   146

154 


findən  işlədilmişdir.  Bununla  da  Azərbaycançılıq  insanın 

daxili  aləminə,  iç  dünyasına  yol  tapmış  Vətən  əxlaqını 

formalaşdırmışdır.  Dahi  şair  M.Arazın  dediyi  kimi:  ”Və-

tən daşı olmayandan, olmaz ölkə vətəndaşı!”. Bu söz hər 

bir Azərbaycan vətəndaşında böyük qürür hissi oyadır və 

Azərbaycançılıq  məfkürəsini  daha  da  dərinləşdirir.  Dün-

yəvi  prinsiplərə  istinad  etmək,  hüquqi,demokratik  dövlət 

qurmaq Azərbaycançılıgın əsas leytmativlərindəndir.  

Prof.N.Şəmsizadə Azərbaycan ideologiyasının aşa-

ğıdakı şərtlərini göstərmişdir: 

1.Maarifçilik yolu ilə inandırma.  

2.Tarixi əsaslandırma.  

3.Təşkilatlandırma. 

4.İstiqamətləndirmə. 

5.Yenini yaratma.  

Azərbaycan  ideologiyasının  tərkib  hissələri  bun-

lardır: 

1.Məfkürəçilik. 

2.İstiqlalçılıq. 

3İttihadçılıq. 

4.Türkçülük. 

5.İslamçılıq. 

6.Xalqçılıq. 

7.Ünsiyyətçilik. 

Azəbaycan 

ideologiyasının 

iqtisadi 

əsasları 

bunlardır: 

1.  Azərbaycanı  xammal  ixrac  edən  ölkədən,  hazır 

məhsul edən ölkəyə çevirmək. 

2. Regional iqtisadi bölgələr yaratmaq. 




155 


3.  Milli  sərvət  üzərində  sərt  dövlət  nəzarəti  qoy-

maq,  torpaq  katastrı  yaratmaq,  torpağı  toxunulmaz  mül-

kiyyətin əsas növü elan etmək. 

4.  İqtisadi  islahatları  ümummilli  marağın  qorun-

masına yönəltmək. 

5. Müəsisələri modernləşdirmək, iri koorporasiyalar 

yaratmaq. 

6. Bazarı və valyutanı tənzimlənmək . 

7.  İqtisadi  müstəqilliyin  hüquqi  əsaslarını  hazır-

lamaq və s. 

Bütün bunlar ideologiya boşluğunu, onunla birlikgə 

cəmiyyətdəki boşluqları aradan qaldırar, ümummilli iradə-

ni möhkəmlədər. Bu isə dövlətçiliyin əsasıdır.

23

  



Dövlətçiliyin  idarə  edilməsində  bu gün işgüzar  in-

san amili  ən əhəmiyyətli  rola malikdir. Qeyd edək ki, in-

san  cəmiyyətdə  adi  fərddən    şəxsiyyətə  doğru  xüsusi  bir 

inkişaf yolu keçmişdir. Təbiətin kortəbii qüvvələrinə qarşı 

mübarizədə,  yaşayış  vasitələri  əldə  etməklə  o,  müasir, 

“dərrakəli, müdrik insan”a, ali şəxsiyyətə doğru çox sürət-

lə  addımlamışdır.  Abbasqulu  ağa  Bakıxanov  qeyd  edirdi 

ki, insan orqanizmində başlıca üzv, ürək olduğu kimi, kai-

natda da insan ən yüksək ali varlıq hesab edilmişdir. Onun 

fikrincə, insan bilmədiyi hər şeyi öyrənməyə qadir olmuş-

dur.  İnsanın  mənəvi  aləmi  o  qədər  zəngin,  əhatəli  və  tü-

kənməz olmuşdur ki, onun təsviri üçün nə qədər deyilsə də 

belə,  yenə  də    azdır.  Çünki,  insanın  mənəvi  dünyası  yer-

dən göylərə yüksələn bir günəşə bənzəyir.

24

 

                                                 



23

 Şəmsizadə N. Azərbaycan ideologiyası. Bakı, “ Sabah”,1996, s.96-97 

24

 Ağayev Ə.Azərbaycan maarifpərvərləri şəxsiyyət haqqında. “Maarif”, 



Bakı, 1978, s. 19. 


156 


Müasir dövrdə elm hələ də insanın mənşəyi məsə-

ləsini fərziyyə, ehtimal əsasında  izah  edir.  Burada  faktlar 

azdır,  elmi  dəqiqlik  çatışmır.  Əgər  kulturantropoloqlar 

ağıllı  insanın  əmələ  gəlməsini  bioloji  təkamül  prosesi  ilə 

izah  edirlərsə,  filosoflar  isə  onu  inqilabi  sıçrayışla  bağla-

yırlar.  Elm  sübut  edir  ki,  bu  uzunmüddətli  prosesdir,  o, 

birdəfəlik  aktla  əmələ  gələ  bilməz.  Burada  antropogenez 

və sosiogenez (cəmiyyətin əmələ gəlməsi) qarşılıqlı əlaqə-

də  olmuşdur  və  antropososiogenez  kimi  vahid  prosesdən 

ibarətdir. Həmin prosesin elm 3-3.5 milyon il müddətində 

uzandığını ehtimal edir. İnsan haqqında müasir elm sübut 

edir  ki,  insan  insanabənzər  meymunlarla  ümumi  kökdən 

təxminən 12-15 milyon il əvvəl ayrılmışdır. Ən qədim in-

sanın Şərqi Afrikada,  Cənub-Şərqi Asiyada,  avstralopitek 

meymunlarından əmələ gəldiyi ehtimal olunur. Ehtimal ki, 

bu  mərhələdə  insanın  ulu  əcdadı  ramaniteklər  olmuşlar. 

Efiopiyada, Tanzaniyada yaşı 3-3.5 milyon il hesab edilən 

hominizlərin  qalıqları  tapılmışdır  (insanabənzər  məxluq-

lar) ki, onların kobud daş alətlərdən istifadə etdikləri ehti-

mal olunur. Onlara nisbətən inkişaf etmiş ilk insanlar pite-

kantroplar  (yaşı  05-1  milyon  il),  çadantroplar  (Mərkəzi 

Afrika,  1  milyon  il),  atlantroplar  (Şimali  Afrika,  600  min 

il),  heydalberq  insanı  (Avropa,  500  min  il),  sinantroplar 

(Mərkəzi Asiya, 300 min il) və i.a. hesab olunurlar. Xro-

noloji  olaraq  arxantroplar  (1.9-2.0  milyon  il)  və  polion-

troplar müasir insanın sələfləri sayılır. Daha sonra yaşı 50-

40 min il hesab  olunan və  insana  çevrilməsində  son  yeni 

mərhələ  sayılan  neandertallar  və  kromanyon  adamı  gəlir. 

Kromanyonlarla insanın bioloji təkamül prosesi başa çatır. 

Lakin, insanın tarixi təkamülündə hələ elmi cəhətdən tam 

aydınlaşdırılmamış  mübahisəli  məsələlər  də  az  deyil. 



157 


İnsan  yer üzünün əşrəfi, ən qüdrətli varlığı, dünya  möcü-

zələrinin  ən  böyük  möcüzəsi-deyənlər  heç  də  yanılma-

mışlar. 

“Homo  Sapiens”in  tarix  səhnəsinə  çıxdığı  vaxtdan 

bu  günə  qədər,  insan  həyatının  mühafizəsi  və  daha  da 

yaxşılaşdırılması bəşəriyyətin mədəni həyatının əsas məğ-

zini təşkil edir. Bu isə hər bir planet sakininin başlıca hə-

yat motividir - deyən kulturoloq Fuad Məmmədov insanın 

cəmiyyətdəki  rolunu  məhz  bu  gün  hər  bir  şəxsin  maraq, 

məqsəd  və  tələbatlarının  formalaşmasında,  onun  səadətə 

can  atmasında  və  xoşbəxtliyində  görür.  Məhz  bu  baxım-

dan  əsaslı  faktlara  istinad  edib  qeyd  etmək  olar  ki,  insan 

Tanrının  həyata  bəxş  etdiyi  ən  böyük  və  mürəkkəb  bir 

varlıqdır. Allah-taalanın yaratdığı şah əsərdir. Həzrəti Əli 

deyirdi ki, insan öz dilinin altında gizlənibdir, danışmağa 

başlayandan sonra ağıllı və ya ağılsız olması bilinir. 

İnsan  kimdir?  Dünyada  onun  yeri  və  məqsədi 

nədir? Onun cəmiyyətdə borcu, vəzifələri nədən ibarətdir? 

Bu suallara qədim Misirdə, Çində, Yunanıstanda, Hindis-

tanda böyük müdriklər həmişə zaman-zaman tutarlı cavab-

lar axtarmışlar. Eyni zamanda tarixi inkişafın sonrakı inki-

şaf  mərhələlərində  də  mütəfəkkirlər  bu  suallara  məntiqi 

cavablar axtarmağa çalışmışlar.Bəziləri insanı ağıllı varlıq 

(“homo sapiens”), bəziləri şüurlu fəaliyyət göstərən varlıq 

(“homo  agens”),  bəziləri  yaradıcı  varlıq  (“homo  faber”), 

bəziləri  emosiyalı,  təbəssümlü  varlıq  (“homo  ludens”), 

bəziləri isə əxlaqlı varlıq (“homo moralis”) adlandırmışlar. 

Məsələn, qədim yunan sofistlərinin ən görkəmli nümayən-

dələrindən  biri  olan  Sokrat  deyirdi  ki,  insan  “xeyri  dərk 

edən və yaradandır”. Onun insana müraciətlə dediyi “Özü-

nü dərk et!” müddəası iki min ilə yaxındır ki, zərb-məsəl, 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə