Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə49/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   146

158 


aforizm kimi səslənir. Platona görə isə, insan yalnız mənə-

vi dayaqların möhkəm olduğu bir cəmiyyətdə xoşbəxt ola 

bilər.  Onun  fikrincə,  insan  ruhun  və  bədənin  vəhdətidir. 

Yunan  sofisti  Protaqor  isə  deyirdi  ki,  “bütün  şeylərin 

meyarı insandır”. Qədim yunan mütəfəkkiri Demokrit isə, 

insanda  mötədilliyi, ağıllılığı, sözlə işin düz  gəlməsini ən 

yüksək  məziyyət  elan  edirdi.  O  deyirdi  ki,  insana  lazım 

olan nə varsa, hamısını insan təbiətdə və özündə tapmalı-

dır. Qədim Yunanıstanın ensiklopedik mütəfəkkiri, Afina-

da  Likey  məktəbinin  banisi  (e.ə.  335-ci  ildə)  Aristotelin 

fikrincə  isə,  insan  bu  dünyaya  təbiətlə  vəhdətdə,  onunla 

daxilən bağlı olan vücud kimi gəlir. Lakin insan vahid üz-

vi  təbiətin  inkişafı  prosesində  cismani-mənəvi  təkamül 

yolu ilə irəliləyir.

25

 

Qədim Şərq kulturoloji fikrində insana olan müna-



sibət olduqca fərqli xüsusiyyətlərə malik idi. İnsana yalnız 

təbiətin bir hissəsi və  əsas  aparıcı  qüvvəsi kimi baxılırdı. 

Allahların  insanabənzərliyi,  onların  ümumi  həyat  yaşa-

ması, insanın allahla eyniləşdirilməsi ideyası güclü olmuş-

dur. Allahlar nəinki hər şeyə qadir idilər, həmçinin insan-

lar  kimi  qəzəblənir,  sevinir,  cəza  verir  və  s.  Dünya  bina-

sının qayda-qanunları, kortəbii-xaotik inkişafın tənzimlən-

məsi də dini-mifoloji tərzdə həll edilirdi. Vedlərdəki mifo-

loji  rəvayətə  görə  dünya  binasının  tənzimlənməsi,  orada 

nizam  qoyulması  minbaşlı,  minayaqlı,  mingözlü  “ilk  in-

san” olan “Pruşa” aid edilirdi. Rəvayətə görə Pruşun ruhu 

və ya əqlindən – Ay, gözündən günəş, nitqindən-atəş, nəf-

sindən-külək  və  s.  əmələ  gəlmişdir.  Cəmiyyətdəki  insan 

zümrələrinin (təbəqələr, kastalar) əmələ gəlməsi də Pruşla 

                                                 

25

 Fərhadoğlu M. Fəlsəfənin əsasları. “Maarif”, Bakı. 1996, s. 155-156. 




159 


bağlı  izah  edilirdi.  Guya  onun  ağzından  kahinlər  (brah-

manlar),  əllərindən  hərbçilər,  belindən  tacirlər,  ayaqların-

dan  kəndlilər,  qullar  və  digər  əməkçi  insanlar  əmələ  gəl-

mişdir.  Dünyanın  əmələ  gəlməsi  qədim  Çin  mifologiya-

sında eyni cür, əfsanəvi “ilk insan” olan Panqu ilə əlaqə-

dar izah olunmuşdur. Beləliklə, bu mifoloji fikirlərdə kos-

mos və insanın, təbiət və cəmiyyətin vəhdəti, onların mad-

di  mənşəyi ideyası, insan  və  kosmosun  ahəngdarlığı fikri 

bir  daha  ifadə  edilmişdir.  Qədim  Hindistan  və  Çində 

varlıq, insan, kainat, qanun, cəmiyyət və i. a. problemlərə 

dair  spesifik kulturoloji baxışlar  olmuşdur. Dünyanın, in-

sanın, kainatın mənşəyi məsələsi mifoloji tərzdə təhlil olu-

nurdu, dünyagörüşü mifoloji səciyyə daşıyırdı, təbiət can-

landırılırdı.  Məsələn,  hindlilərə  görə  kainat  göy  və  yerin 

evlənməsindən əmələ gəlmişdir. Çinlilərə görə isə, dünya-

da “qayda qanun  yaradan” iki ruh vardır: kişi ruhu göyü, 

qadın  ruhu  isə  yeri  idarə  edir.  İnsan  haqqında  kulturoloji 

baxışların  formalaşmasında  və  inkişafında  XVIII-XIX 

yüzilliyin  məşhur  klassik  alman  mütəfəkkirlərinin,  xüsusi 

ilə İ. Kant, G.V.F. Hegel, İ. Fixte, F. Şellinq və Lyudviq 

Feyerbaxın ideyalarının da çox böyük əhəmiyyəti və müs-

təsna  xidmətləri  olmuşdur.  Alman  klassik  fəlsəfəsinin  ən 

görkəmli və tanınmış dahi mütəfəkkirlərindən biri, məşhur 

alman filosofu G.V.F. Hegel (1770-1831) yazdığı “Məntiq 

elmi” əsərində qeyd edirdi ki, “ən mühüm tələbat, həqiqəti 

dərk etmək tələbatıdır”. G.V.F. Hegelə görə təbiət və cə-

miyyət mücərrəd ruhun məhsullarıdır, buna görə də, onlar 

mənəvi-ruhi  mahiyyət”  kəsb  edir.  Hegelə  görə  insan  cə-

miyyəti,  bəşəriyyət  “əsil  ruh  səltənətidir”.  G.V.F.  Hegel 

deyirdi ki, “gerçək olan şey ağlasığandır, ağlasığan şey isə 

gerçəkdir”.  XVIII  əsrin  digər  alman  mütəfəkkiri  İ.  Kant 



160 


isə belə hesab edirdi ki, varlıq, əxlaq, din və s. kimi kate-

qoriyaların  mahiyyəti,  sərhədi  ancaq  insan  zəkasının  im-

kanları əsasında müəyyən oluna bilər. L. Feyerbax (1804-

1872) isə deyirdi ki, insan özünü duyğularda, fiziki varlıq-

da, təbiətlə vəhdətdə hiss edir. Onun fikrincə insanın həqi-

qi  varlığı  onun  məhəbbətidir,  qarşılıqlı  münasibətidir. 

XVIII  əsr  fransız  filosofu  Helvetsi  isə  deyirdi  ki,  insan 

müxtəlif  rəssamların  seyr  etməsi  üçün  sərgiyə  qoyulmuş 

modelə bənzəyir. Hərə onun bir cəhətinə baxır, lakin hələ 

heç  kəs  onu  bütövlükdə  əhatə  edə  bilməmişdir.  Marksiz-

min  baniləri  Karl  Marks  (1818-1883),  Fridrix  Engels 

(1825-1896), V.İ. Lenin (1870-1924) isə insanı tarixi pro-

sesin subyekti kimi qiymətləndirirdilər. Onlar insan prob-

lemini,  onun  sosial  mahiyyəti  ideyasını  əsaslandıraraq 

qeyd edirdilər ki, insan sadəcə olaraq təbiətdə mövcud de-

yildir,  o,  öz  fəaliyyəti  ilə  praktik  olaraq  onu  dərinləşdirir. 

Bu mənada praktika insan fəaliyyətinin əsasını təşkil edir. 

Praktika-insanın  mənəvi  fəaliyyətinin  başlanğıcı  və  əsası-

dır.  Praktika  ictimai,  tarixi,  predmetli  fəaliyyətidir.  Odur 

ki,  marksizmə  görə  “praktika  həqiqətin,  fəaliyyətin  əsası 

və meyarıdır”. Həqiqətən də insan yaranışından dünyasını 

dəyişənədək  həmin  həqiqətin  axtarışında  olur,  dünyanın, 

təbiətin,  cəmiyyətin  sirlərini  açır,  bəşəriyyətin,  insanlığın 

inkişaf qanunlarını kəşf edir. 

Doğrudan  da  insan  mədəni  inkişafın  həm  başlan-

ğıcı,  həm  də  nəticəsi,  onun  fəaliyyətinin  həm  məqsədi, 

həm  də  vasitəsidir.  Hər  cür  mədəniyyət  öz  vəzifələrini 

boşluqda deyil, real mövcud olan obyektlərə münasibətdə 

həyata keçirir

26



                                                 

26

Kulturologiya. Bakı, ADMİU, Mars-Print, 2003, s. 15. 




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə