Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə57/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   146

187 


və  mədəniyyət  abidəiərinə  ümumdünya,  ölkə  və  yerli 

(regional)  səviyyədə  mədəni  dəyər  statusu  verilməklə  on-

ların  tamsiyahısının  tərtib  və  təsdiq  edilməsi,  dövlət  uço-

tuna  alınması  və  pasportlaşdırılması,  daşınmaz  abidələrin 

xəritəsinin hazırlanması, onlar üzərində  miilkiyyət forma-

larının müəyyən edilməsi nəzərdətutulmuşdur. 

Qanunda  abidələrin  bədii-estetik  simasının  dəyişdi-

rilməsinə  və  onların  tamamilə  və  ya  qismən  dağılmasına 

səbəb olan təmir, tikinti, təsərrüfat və ya digər növ işlərin 

aparılmasının qadağan edilməsi də müsbət haldır. 

Milli  Arxiv  Fondunun  formalaşmasına  və  fəaliyyə-

tinə  qoyulan  yeni  tələblər,  dövlət  və  qeyri-dövlət  arxiv 

fondunun  və  onlardasaxlanılan  sənədlərin  mülkiyyət  for-

malarının və hüquqlarının dəqiq müəyyən edilməsinin va-

cibliyi,  habelə  bu  qədər  böyük  mənəvi  sərvətin  günün 

tələblərinə müvafiq normativ-hüquqi əsaslarının olmaması 

bu sahədə xüsusi qanunun hazırlanması və qəbul edilməsi 

zəruriyyətini doğurmuşdur. “Milli Arxiv Fondu haqqında” 

Qanun arxivlərin fəaliyyəti, Milli Arxiv Fondunun forma-

laşdırılması, mühafizəsi və istifadəsi ilə bağlı bütün müna-

sibətləri  tənzimləyir,  arxiv  işçilərinin  sosial  müdafiəsini 

xeyli gücləndirir. 

Tarix və mədəniyyət abidələrinin mühafizəsi ilə bağ-

lı bütün problemlərin hüquqi cəhətdən tənzimlənməsi bey-

nəlxalq  konvensiyalara,  o  cümlədən  "Silahlı  münaqişələr 

zamanı  mədəni  dəyərlərin  qorunması  haqqında”  (Haaqa, 

1954), “Ümumdünya mədəni irsinin qorunması haqqında” 

(Paris,  1970),  “Mədəni  dəyərlərin  qeyri-qanuni  aparılma-

sının,  gətirilməsinin,  onlara  mülkiyyət  hüququnun  başqa-

sına  verilməsinin  qadağan  edilməsinə  və  qarşısının  alın-

masına  yönəldilən  tədbirlər  haqqında”  (Paris,  1970), 



188 


“Oğurlanmış  və  qeyri-qanuni  aparılmış  mədəni  dəyərlər 

haqqında”  (1995)  konvensiyalara,  həmçinin  YUNESKO-

nun  və  onun  nəzdində  fəaliyyət  göstərən  beynəlxalq 

təşkilatların  (İKOM,  İKOMOS  və  İKKROM)  və  mədəni 

dəyərlərin  mühafizəsi  məsələləri  ilə  geniş  şəkildə  məşğul 

olan digər beynəlxalq qurumaların layihə və tövsiyələrinə 

uyğun olaraq həll edilmişdir.

35

 



Sosial-iqtisadi  və  maliyyə  üzrə  təşkilatlar,  mədəniy-

yət  idarələri,  hüquq  mühafizə  orqanları  işçilərinin,  göm-

rükçülərin  mədəni  dəyərləri  qoruyub  saxlamaq  məsələləri 

üzrə  əməli  fəaliyyəti  müxtəlif  hüquqi  səviyyəli  normativ 

aktlarda  tənzimlənir  (konstitusiya,  qanunlar,  fərmanlar, 

sərəncamlar  və  s.).  Bu  baxımdan  ictimaiyyətlə  əlaqələrdə 

normativ-hüquqi sənədlərin əhəmiyyəti olduqca böyükdür. 

Bu  hər  bir  vətəndaşdan  şəxsi  məsuliyyət  və  cavabdehlik 

tələb edir.   

 

6.5. Dövlət siyasətində innovasiya prosesləri 

 

Müasir  dövrdə  innovasiyalar  (yeniliklər)  milli  özü-

nüdərk və mentalitetin formalaşmasında, İKT-nin tətbiqin-

də  mühüm  əhəmiyyətə  malikdir.  Belə  ki,  innovasiya  pro-

sesləri  hazırda  qloballaşma  və  inteqrasiya  prosesinin  mü-

hüm tərkib hissəsini təşkil edir. Qloballaşma şəraitində in-

novasiyaların tətbiqi sosial-iqtisadi və mədəni inkişaf üçün 

də əsas prioritetlərindən biri hesab edilir. 

Çağdaş dövrümüz üçün prioritet istiqamətlərdən olan 

innovasiya  problemləri  ictimaiyyətlə  əlaqələrdə  özünü 

daha çox göstərir. Azərbaycan kimi Şərq və Qərb dəyərlə-

                                                 

35

M.Həsənova,  A.İsfəndiyarov.  Mədəniyyət  və  incəsənət  sahələrinin 



menecmenti. Bakı 2012, səh 57. 


189 


rindən bəhrələnən, dinamik inkişaf edən ölkələrdə innova-

siyaların  məhz  sosial-iqtisadi  və  mədəni  inkişaf  konteks-

tində    tətbiqi  bu  gün  böyük  maraq  doğurmaqdadır.  Ölkə-

mizdə böyük sosial-mədəni və iqtisadi layihələrin gerçək-

ləşməsi innovasiya proseslərini sürətləndirir. 

Modernləşmə,  inteqrasiya  və  qloballaşma,  tolerant-

lıq, informasiya cəmiyyəti və s. proseslər bu gün innovasi-

yaların  sosial-ictimai  və  mədəni  xarakteri  ilə  əlaqədardır. 

Belə ki, vətəndaş cəmiyyətinin formalaşması və mədəniy-

yətlərarası  dialoqun  və  milli  özünəməxsusluğun  inkişafı 

innovasiya prosesinə yeni paradiqmadan yanaşmağı ehtiva 

edir.  Hətta  mədəni  sahədə  olan  innovasiyalar  özündə 

iqtisadi-maliyyə  və  idarəçilik  xüsusiyyətlərini  də  özündə 

əks etdirmiş olur. Bu gün Azərbaycan iqtisadiyyatına olan 

dövlət qayğısı,  milli-mədəni dəyərlərimizin dünya miqya-

sında tətbiq olunması, turizm potensialının inkişaf etdiril-

məsi  mədəniyyət  sahəsindəki  kulturoloji  innovasiyaların  

iqtisadiyyat və idarəçilikdəki mühüm təzahür formalarıdır. 

Dövlətimizin  reallaşdırdığı  beynəlxalq  mədəni  layihələr 

qloballaşma  dövründə  milli-mədəni  dəyərlərimizin  dünya 

birliyinə  daha  yaxından  tanıdılması  üçün  mühüm  əməli 

vasitədir.  

Bu  gün  inkişafa  və  dəyişikliklərə  olan  meyl  şəxsiy-

yətin və cəmiyyətin səciyyəvi cəhətləri sırasıdadır. Mədə-

niyyətdə  yaradıcı  ənənələrin,  fərdiyyətçilik  təzahürlərinin 

varlığı,  mədəni  ənənənin  tolerantlığı  innovasiyaların  ya-

ranmasına, davamlı inkişafına səbəb olur. Yeni axtarışlara, 

yenilikçiliyə  meylin  zəif  olduğu  cəmiyyətlərdə  adət-ənə-

nələr  inkişafdan  kənarda  qalır,  durğunluqla  üzləşir.  Belə 

mədəniyyət ictimai həyatda baş verən dəyişiklikləri çətin-

liklə  qəbul  edir.  Ənənəvi  mədəniyyətin  hər  hansı  yenilik-



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə