Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə65/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   146

212 


qərarlaşmasına,  dövlət  quruluşuna,  müstəqil  dövlətçiliyin 

möhkəmlənməsinə  və  yüksəlməsinə,  Azərbaycan  mədə-

niyyətinin  və  incəsənətinin  bütün  dünyada  tanınmasına 

həsr etmişdir. O, özünün çoxillik siyasi dövlətçilik fəaliy-

yətində  Azərbaycanda  digər  sahələrlə  yanaşı  mədəniyyət 

və incəsənətin davamlı tərəqqisi, dünyada təbliği və tanın-

ması yolunda  da böyük və əvəzsiz tarixi xidmətlər göstər-

mişdir.  

Azərbaycan  qədim,  zəngin  və  unikal  mədəniyyətə 

malik bir diyardır. Xalqımızın minilliklər ərzində yaratdığı 

saysız-hesabsız mədəniyyət və incəsənət nümunələri nəsil-

lərdən-nəsillərə  ötürülmüş  və  dövrümüzə  qədər  gəlib 

çatmışdır. Milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin 

yüksək qiymətləndirilməsində bir çox tarixi şəxsiyyətlərin 

böyük  xidmətləri  olmuşdur.  Məhz  Heydər  Əliyevin  bu 

sahədəki rolu və fəaliyyəti isə ölçüyəgəlməzdir. Həm döv-

lət başçısı, həm də vətənpərvər bir insan kimi Heydər Əli-

yevin milli mədəniyyətə, mədəni irsə göstərdiyi hörmət və 

qayğı, verdiyi dəyər onun toxunduğu hər bir sahədə özünü 

göstərmişdir.  O,  hətta  siyasəti  də  böyük  mədəniyyətlə, 

səriştə ilə aparmağın lazım olduğunu tövsiyə edirdi. Hey-

dər  Əliyev  çıxışlarının  birində  deyirdi:“Dünyada  yaşayan 

azərbaycanlılar öz ana dilini, milli ənənələrini, heç zaman 

unutmamalıdır.  Hər  bir  azərbaycanlı  fəxr  etməlidir  ki, 

onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan 

Azərbaycan kimi böyük  vətəni vardır.”  

      Öz  dövrünün  böyük  mütəfəkkiri  və  ziyalısı  olan 

Heydər  Əliyev  azərbaycançılıq  fəlsəfi  ideyalarını  respub-

likada  təbliğ  etməklə  yanaşı  fəlsəfi  fikirlərini,  düşüncə-

lərini bütün dünya azərbaycanlılarına çatdırmaq kimi mə-

sul bir vəzifəni öz üzərinə götürmüş, onları milli dövlətçi-



213 


liyimizin ətrafında sıx birləşməyə, həmrəy olmağa çağırır-

dı. Məhz Heydər Əliyevin 31 dekabr tarixini “Dünya azər-

baycanlılarının həmrəylik günü” kimi qeyd etmək haqqın-

da qərarı da tarixi bir hadisə idi. Bu qərar dünyanın hər ye-

rində  yaşayan azərbaycanlıları bir bayraq altında birləşm-

əyə, bütün sahələrdə bir-birinə dayaq, həmdərd olmağa ça-

ğırırdı. Xaricdə yaşayan soydaşlarımız müəyyən problem-

lərin həllində xalqımıza yardım əlini uzadırdı. Öz həmrəy-

liyini  göstərən  Azərbaycan  diasporları  isə  ölkəmizin  dün-

ya birliyinə inteqrasiya olunmasında önəmli rol oynayırdı.  

 

2001-ci  il  noyabrında  ulu  öndər  Heydər  Əliyevin 



təşəbbüsü  ilə  dünya  azərbaycanlılarının  I  qurultayı  işinə 

başladı. Qurultayın başlıca məqsədi dünya azərbaycanlıla-

rının respublikamızın siyasi və mədəni həyatında iştirakını 

təşkil  etmək,  milli  birlik  ideyasının  inkişafında  onların 

rolunu artırmaq, xalqın problemlərinin həllində onların ya-

xından  iştirakını  təmin  etmək,  xaricdə  Azərbaycan  lobbi-

sini yaratmaq və genişləndirməkdən ibarət idi.  

 

Qeyd edək ki,müxtəlif tarixi dövrlərdə Azərbaycan 



imperiyaların işğalları ilə üzləşmiş, dəfələrlə parçalanmış, 

əhalisi  deportasiyalara,  dəhşətli  soyqırımlara  məruz  qal-

mışdır.  Parçalanmalar,  soyqırımlar,  torpaqlarımızın  zəbt 

edilməsi,  sərhədlərimizin  dönə-dönə  məcburi  şəkildə  də-

yişdirilməsi,  hüquqlarımızın  tapdanması  xalqa  ağır  zərbə 

vurmuş, milli-mənəvi dəyərlərimizin, tarixi abidələrimizin 

tədricən məhv edilməsi ilə nəticələnmişdir.  

 

Bu gün münbit torpaqları, şəfalı, əzəmətli dağ silsi-



lələri  ilə  zəngin  olan  Qarabağ  düşmən  tapdağı  altındadır. 

Zəbt  edilmiş  bu  torpaqlarımızda  xalqımızın  keçmişini  və 

bugününü əks etdirən toponimlər yox edilmiş, abidələr da-

ğıdılmış,  milli  mədəniyyətimizə,  mədəni  irsimizə  çox 




214 


böyük ziyan vurulmuşdur. Bunu ürək ağrısı ilə qarşılayan 

ulu öndər Heydər Əliyev milli mədəniyyətimizi, xalımızın 

qiymətli  sərvətlərini  qoruyub  saxlamaq  üçün  bir  çox 

əhəmiyyətli  addımlar  atmışdı.  Heydər  Əliyev  işgüzar  və 

ya  qeyri-rəsmi  səfərlərində  Azərbaycanın  tərkib  hissəsi 

olan Qarabağın işğalı ilə bağlı problemləri dünya ictimaiy-

yətinə  çatdırmağı  özünə  borc  bilmiş,  Azərbaycan  mə-

dəniyyətinə  vurulmuş  zərbədən,  tarixi  abidələrin  talan 

olunmasından,  müharibə  şəraitinin  mədəniyyətin  inkişa-

fına  göstərdiyi  mənfi  təsirindən  ürəkağrısı  ilə  söz  açmış, 

dəlil-sübutlar  təqdim  etmişdir.  O,  çıxışlarında  torpaqları-

mızın azad olunmasının, abidələrin yenidən bərpasının nə 

qədər  vacib  olduğunu  vurğulayırdı.  Heydər  Əliyev  öz 

ölkəsinin  xilasını  təkcə  silahda  yox,  hərbi  gücdə  deyil, 

eyni  zamanda  torpaqda  yaradılmış  qədim  və  bənzərsiz 

mədəniyyəti  xalqa  qaytarmaqda,    xalqın  milli  ruhunun 

dirçəldilməsində görürdü.  

 

Tarixdə  xalqına,  onun  mədəniyyətinə,  maarifinə 



xidmət edən rəhbərlər az olmayıb. Amma onların milli də-

yərlərdə təcəssüm tapmasına nadir hallarda təsadüf olunur. 

Heydər Əliyev məhz belə bir rəhbər və dövlət xadimi idi. 

Dahi  rəhbər  “milli”  sözünün  ehtiyatla  işlədildiyi  sovet 

dövründə,  Naxçıvanda  yaşadığı  dövrdə,  müstəqillik  döv-

ründə  də  Böyük  Azərbaycanlı  olduğunu  parlaq  şəkildə 

nümayiş  etdirirdi.  Ana  dilinə  incəliklərinə  qədər  bələd 

olan Ulu Öndər sərbəst, çox vaxt alovlu nitqi ilə xalq küt-

ləsini özünə cəlb edirdi. Böyük rəhbərin natiqlik məharəti 

xüsusi  əhəmiyyət  kəsb  edirdi.  Heydər  Əliyev  sovetlərin 

“ruslaşma”  siyasətini  apardığı  dövrdə  də,  ana  dilini 

yaşatmaq  üçün  mübarizə  aparırdı.  O  zamanlar  belə  bir 

mübarizəyə  qoşulmaq  böyük  cəsarət  və  qətiyyət  tələb 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə