Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə63/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   146

206 


ixtiyarına  verildi.  Heydər  Əliyev  bütün  dini  bayramlarda 

məscidə  gəlir,  dindarlarla  söhbət  edir,  onların  fikirlərini 

öyrənir,  problemlərinə  qayğı  göstərirdi.  O,  1994-cü  ildə 

Məkkə  ziyarətinə  gedərək,  Kəbə  evinə  daxil  olur,  qara 

daşı öpür və ziyarət edir.  

 

Ulu Öndər Mədinədə Həzrəti Rəsulullahın məzarını 



ziyarət edib, burada namaz qılmışdı. O, dua edərək Allaha 

şükür  edirdi  ki,  həyatda  onu  ən  böyük  arzusuna,  Məkkə-

Mədinəni  ziyarət  etmək  və  Azərbaycanın  müstəqilliyinin 

möhkəmlənməsinə nail edibdir.  

 

Ulu Öndər öz çıxışlarında İslam dini ilə bağlı olan 



fikirlərini xalqla bölüşərək qeyd edirdi ki,İslam dini insan-

ları daima düz yola, ədalətə, saflığa, paklğa, yüksək mənə-

viyyata  yönəldən  müqəddəs  bir  dindir.  İslam  dini  bəşər 

tarixində  misilsiz  xidmətlər  göstərmiş,    müsəlamnalrın 

yüksək mənəvi-əxlaqi dəyərlərə nail olmasını təmin etmiş-

dir.  Biz  fəxr  edə  bilərik  ki,  islam  dini  yüksək  mənəvi-

əxlaqi dəyərlərə mənsub olan dindir. 

 

Heydər  Əliyevin  mədəni  irsində  Vətən  sevgisi, 



Azərbaycan  sevgisi,  azərbaycançılıq  hissi,  xalq,  millət 

sevgisi, dil sevgisi, milli mənəviyyat sevgisi xüsusi yer tu-

tur. O,məhz bunları insan üçün mənəvi əsas hesab edirdi.  

 

Müasir Azərbaycan tarixinin yaradıcısı, dünya miq-



yaslı siyasətçi Heydər Əliyevin çoxşaxəli siyasi, ictimai və 

diplomatik fəaliyyəti istər ölkə daxilində, istərsə də xarici 

ölkələrdə  elmi tədqiqatçıların  araşdırma obyektinə çevril-

mişdir.  Bu  dahi  şəxsiyyətlə  ünsiyyətdə  olanlar,  onunla 

görüşlərdən  olan  təəssüratlarını  heç  vaxt  unutmamışlar. 

Həmin insanların sırasında Azərbaycanın sadiq dostu, Kü-

veyt  dövlətinin  İslam  işləri  və  Vəqflər  Nazirinin  I  müa-

vini, Asiya Müsəlmanları  Komitəsinin sədri, doktor Adil 




207 


Əl-Fəllahın da adını xüsusi qeyd etmək olar. Onun Heydər 

Əliyev şəxsiyyətinə həsr etdiyi əsərinin ilk səhifələrindən 

bəlli olur  ki, A.Əl-Fəllah  Heydər  Əliyevi şəxsən tanımış, 

onun  haqqında  yazılmış  əsərləri,  onun  müxtəlif  səpkili 

çıxışlarını yaxından öyrənmişdir. Əsərin ərəbcə yazılması 

onun əhəmiyətini daha da artırır. Kitab çoxmilyonlu ərəb 

oxucularına  Heydər  Əliyevin  hərtərəfli  fəaliyyət  ilə  tanış 

olmaq  imkanı  verir.  Doktor  Adil    əl-Fəllah  ölkəmizin 

müstəqilliyinin ilk günlərindən Azərbaycanı dəstləkləmiş, 

üzləşdiyimiz  Qarabağ  problemi  ilə  bağlı  doğma  ölkəsi  – 

Küveytin  bizim  haqq  işimizi  müdafiə  etməsinə  çalışmış, 

qaçqın və məcburi köçkünlərimizə öz dövlətinin bu günə-

dək davam edən  təmənnasız  yardımını təşkil etmişdir. A. 

Əl-Fəllah  Azərbaycanda  və  Gürcüstanda,  digər  müstəqil 

respublikalarda  keçirilmiş  İslamın  müasir  problemləri  ilə 

bağlı  bir  neçə  beynəlxalq  konfrans  və  simpoziumların 

təşkilində  yaxından  iştirak  etmiş,  həmin  konfranslarda 

etdiyi dərin məzmunlu məruzələri ilə yadda qalmışdır.  

 

Zəngin həyat təcrübəsinə malik olan, obyektiv fikir 



və  mülahizələri  ilə seçilən, vətənində  böyük  nüfuz  sahibi 

olan  doktor  Adil  Əl-Fəllah  Azərbaycanda  da  rəğbət  və 

ehtiram qazanmışdır. Müəllif əsərində Heydər Əliyevi Qu-

rani-Kərimə  və  İslam  elminə  dərin  hörmət  və  ehtiramla 

yanaşan  dahi  siyasi  xadim  kimi  təqdim  etmiş,  onun 

müxtəlif  çıxışlarındakı  islam  dini,  islam  əlxaqı  və  dəyər-

ləri ilə bağlı fikirlərini böyük məharətlə   yazıya  almışdır. 

O,  Heydər  Əliyevin  nadir  düha  sahibi  olduğunu  xüsusi 

vurğulamışdı.  

 

A.Əl-Fəllah  Heydər  Əliyevin  çoxsaylı  tədbirlərdə, 



o cümlədən, Bakıda keçirilmiş nüfuzlu beynəlxalq forum-

larda, beynəlxalq təşkilatların yığıncaqlarında, habelə dün-




208 


ya dövlətlərinin  başçıları ilə görüşlərində söylədiyi fikir-

ləri təhlil edir, onun öz torpağına, xalqına, dininə və əxlaqi 

dəyərlərə  olan  misilsiz  məhəbbətini  və  bağlılığını  qeyd 

edir. Heydər Əliyevin dini-mənəvi, dini-fəlsəfi baxışlarını, 

onun  fikir  və  ideyalarını  təhlil  edən  A.Əl-Fəllah  belə 

qənaətə gəlir ki, Azərbaycan xalqının böyük oğlu, Heydər 

Əliyev  öz ömrünü məhz ölkəsinin və xalqının çiçə-klən-

məsinə  həsr  edən  dahi  bir  şəxsiyyətdir.  Əsərdə  müəllif 

Heydər  Əliyevə  İslam  ekstremist  damğası  vurmağa  çalı-

şanlara tutarlı cavab verir. Müəllif eyni zamanda Qurani-

Kərimə istinad edərək Ulu Öndərin islama olan məhəbbə-

tini və inamını da qeyd edir. A.Əl-Fəllah Heydər Əliyevin 

müxtəlif dini bayram və tədbirlər münasibətilə möminlərlə 

görüşlərini, “Təzə Pir” və “Bibiheybət” məscidləridə olan 

ziyarətini təsvir edərək, həmin görüşlərdə söylənilən fikir-

lərə istinad edir.  

 

Azərbaycanı İslam dünyasının ayrılmaz bir hissəsi, 



İslam sivilizasiyasını isə Yer üzündə sülhün, əmin-amanlı-

ğın və ədalətin carçısı hesab edən ulu öndər Heydər Əliye-

vin ideyaları, bu gün də Azərbaycanda keçirilən bütün fo-

rum  və  simpoziumların  ana  xəttini  təşkil  edir  və  onun 

fenomenal bir şəxsiyyət olmasını  bir daha təsdiqləyir. 

 

7.3. Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz 

 

 

Heydər  Əliyevin  çoxillik  siyasi  və  dövlətçilik  fəa-



liyyəti  dövründə  Azərbaycan  mədəniyyətinin  inkişafı  ilə 

bağlı olduqca zəngin, dəyərli, maraqlı irs qalmışdır. Bu irs 

XX-XXI  yüzillik  Azərbaycan  mədəniyyətinin  yarım  əsir-

lik dövrünün bütün sahələrini, problemlərini, yeniliklərini 

və  nailiyyətlərini  özündə  cəmləşdirir.  Heydər  Əlieyvin 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə