.
197
nəsillər tərəfindən yaradılmış incəsənətin şah əsərlərinə və
mədəni fəaliyyətin digər formalarına istinad edən bəşəriy-
yət XXI əsrin vahid planetar sivilizasiyasını quraraq hu-
manist dəyərlərin qloballaşmasını özündə birləşdirən milli
mədəniyyətlərin inteqrasiyası istiqamətində irəliləyir.
36
Təhsil haqqında Azərbaycan Respublikasının Qanu-
nunun 1-ci maddəsinin 1. 0. 24. bəndində innovasiya –
“müxtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında formala-
şan mütərəqqi xarakterli yeniliklər” kimi, 1. 0.46 bənində
isə “təhsil sahəsində innovasiyalar təhsil məhsulu” kimi
şərh edilir. Həmin Qanunun 5-ci maddəsinin 5. 7. bəndin-
də deyilir: “Dövlət milli təhsil ənənələrinin qorunmasına,
inkişafına və inovasiyaların tətbiqinə təminat verir”. Qa-
nunun 25-ci maddəsinin 25. 4. bəndində isə deyilir ki,
“Təhsilin inkişaf problemləri ilə bağlı elmi araşdırmalar
innovasiya xarakteri daşımaqla, tarixinin öyrənilməsinə,
təhsilin təşkilinin və idarə olunmasının təkmilləşdirilməsi-
nə, tədris prosesinin müasir metodlarla qurulmasma, təd-
risin yeni texnologiyalarının və digər istiqamətlər üzrə pe-
daqoji innovasiyaların hazırlanmasına və tətbiqinə yönəl-
dilir.”
37
Beləliklə, bu gün innovasiyaların tətbiqi, cəmiyyətin
inkışafına müsbət təsir göstərməklə bərabər, həm də hər
bir vətəndaş qarşısında şəxsi məsuliyyət və cavabdehlik
hissi qoyur.
36
Hüseynov İ., Əfəndiyev T. Kulturologiya tarixi. Ali məktəblər üçün
dərslik. Bakı “Mars-Print” NPF, 2012, səh.3-4
37
Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. “Azərbaycan”
qəzeti, 19 fevral 2011-ci il, №39
.
198
VII FƏSİL. İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏRDƏ
HEYDƏR ƏLİYEV İRSININ TƏBLİĞİ
7.1. İctimaiyyətlə əlaqələrdə Heydər Əliyev irsinin
təbliğinin əhəmiyyəti
Çağdaş Azərbaycan hazırda özünün əsl inkişaf və
milli özünüdərk dövrünü yaşayır. Bu dövr hər bir şəxsin
öz milli mənsubiyyətini dərk etməsi, soy kökünə qayıdış,
keçmişin ibrət dərslərindən nəticə çıxartmaq, mədəniyyəti-
mizi və tariximizi böyüməkdə olan nəsillərə hərtərəfli,
düzgün və obyektiv çatdırmaq və s. məsələlərlə səciyyələ-
nir. Belə ki, bu gün başımıza gələn bəlaların əsas səbəbi
də, məhz elə öz adət və ənənələrimizə, tariximizə, dilimi-
zə, soy kökümüzə olan ehtinasız və biganə münasibətimiz
və bir də unutqanlığımız olubdur.
Ümummilli lider, xalqımızin böyük oğlu Heydər
Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xid-
mətləri əvəzsizdir. Ulu Öndərin həyatımızın bütün sahələ-
rində olan naliyyətlərdə, o cümlədən milli mədəniyyətimi-
zin inkişaf edib çiçəklənməsində, yaradıcı insanların həya-
tındakı uğurlarında, milli mənəvi-əxlaqi dəyərlərimizin
qorunmasında, ana dilimizin inkişafında, Azərbaycan
xalqının mədəni imicinin beynəlxalq aləmdə tanıdılmasın-
da ölçüyəgəlməz dərəcədə böyük rolu və əvəzsiz xidmət-
ləri olmuşdur.
Ömür elə bir nemətdir ki, hamıya verilir, kiminə
çox, kiminə az. İllər insanlara ömür vermir, insanın özü
illərə ömür verir. Özünün bütün həyat və fəaliyyəti, varlığı
ilə illərə işıqlı ömür verən, xalqın mənəviyyatını zəngin-
ləşdirən, onu dünyada layiqli səviyyədə tanıdan, milli
mədəniyyətimizin hərtərəfli inkişafını özünün ən ümdə
.
199
vəzifəsi sayan ulu öndər Heydər Əliyev fenomenal
şəxsiyyət, dünya şöhrətli siyasətçi, müasir müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu olmuşdur.
Dünyanın ən qədim xalqlarından olan Azərbaycan
xalqı zəngin tarixə, maddi mədəniyyət abidələrinə, ədəbiy-
yata, incəsənətə və musiqi mədəniyyətinə malikdir. Azər-
baycanın gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi
xalqın bədii təfəkkür və yaradıcılığına böyük təsir göstər-
mişdir. Ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keç-
miş müxtəlif sənət növlərinin hər biri hazırda Azərbaycan
mədəniyyəti və incəsənəti haqqında tam və dolgun
təsəvvür yaratmağa imkan verir. Azərbaycan mədəniyyəti
və incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng və
zəngindir.
Hər bir xalqın mədəniyyəti onun böyüklüyünün
və müdrikliyinin təcəssümüdür. Azərbaycan xalqı qədim
tarixə və mədəniyyətə malik olan müdrik bir xalq kimi
artıq özünü bütün dünyada tanıtmışdır. Azərbaycan mədə-
niyyətinin yaranması və inkişafı, mənəvi-əxlaqi rolunun
yüksək dəyərləndirilməsində tarix boyu bir çox şəxsiyyət-
lərin böyük rolu olmuşdur. Məhz belə ensiklopedik şəx-
siyyətlərdən biri də ,ulu öndər Heydər Əliyev olmuşdur.
Heydər Əliyev Azərbaycan mədəniyyətinin hərtə-
rəfli inkişafında böyük rol oynamış, ölkəmizin zəngin mə-
nəvi-mədəni irsinin dünya mədəniyyətinə inteqrasiya
olunmasında əvəzsiz xidmətlər göstərmişdir. Ulu öndər
Heydər Əliyevin şəxsiyyəti və göstərdiyi xidmətlər res-
publikamızin gələcək mənəvi-siyasi həyatı üçün həm də
böyük bir məktəb olmuşdur. Onun mədəni-siyasi irsi,
yaratdığı azərbaycançılıq konsepsiyası və dövlətçilik mo-
deli həmişə xalqımızın qəlbində yaşayacaqdır.
Dostları ilə paylaş: |