Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə56/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   146

183 


−  gənclərin  beynəlxalq  mübadilə  və  mədəniyyətlər-

arası dialoqda iştirakının dəstəklənməsi

− gənclərin inkişafına yönəlmiş infrastrukturun yara-

dılması”.

33

 

Gənclərin  çoxsaylı  problemlərinin  həlli  yeni  yanaş-



ma yolları tələb edir. Müasir ictimai-siyasi arenanın sürətli 

inkişaf  mərhələsinə  şahidlik  etdiyimiz  bir  zamanda  Azər-

baycan  gəncliyinin  problemlərinə  baxış  prizması  yenilən-

məlidir. 2007-ci ilin “Gənclər ili” elan olunması ilə dövlət 

və  idarə  strukturları  növbəti  dəfə  bütün  qapıların  istedad 

və  potensiala  sahib  gənclərimizin  üzərinə  açıq  olduğunu 

bariz olaraq göstərdi.  

 

6.4. İctimaiyyətlə əlaqələrdə normativ-hüquqi 



sənədlərin əhəmiyyəti 

 

İctimaiyyətlə  əlaqələrdə  dövlət  siyasətində  qanun-

vericilik sistemi  konstitusiya, referendumla qəbul edilmiş 

aktlar, qanunlar, fərmanlar, sərəncamlar, Azərbaycan Res-

publikasının  Nazirlər  Kabinetinin  qərarları,  Mərkəzi  icra 

hakimiyyəti  orqanlarının  normativ-hüquqi  aktları,  bir  sıra 

beynəlxalq  müqavilələr,  bəyannamələr,  sazişlər,  aktlar  və  

s. normativ-hüquqi sənədlərdən ibarətdir. 

Azərbaycan Respublikasının Konstitusiyasının “Nor-

mativ hüquqi aktlar” adlı 149-cu maddəsində normativ hü-

quqi aktlar haqqında deyilir: 

“1)  Normativ  hüquqi aktlar hüquqa  və  haqq  ədalətə 

əsaslanmalıdır.  

                                                 

33

www.president.az – 7 iyul 2011 




184 


2)  Referendumla  qəbul  olunmuş  aktlar  yalnız  dərc 

edildikdə  onların  tətbiqi  və  icrası  vətəndaşlar,  qanunveri-

cilik,  icra  və  məhkəmə  hakimiyyəti,  hüquqi  şəxslər  və 

bələdiyyələr üçün məcburidir. 

3) Qanunlar konstitusiyaya zidd olmamalıdır. Yalnız 

dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, 

qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyəti,  hüquqi 

şəxslər və bələdiyyələr üçün məcburidir. 

4) Azərbaycan Respublikası Prezidentinin fərmanları 

Azərbaycan Respublikasının Konstitusiyasına və qanunla-

rına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tət-

biqi  və  icrası  bütün  vətəndaşlar,  icra  hakimiyyəti  orqan-

ları, hüquqi şəxslər üçün məcburidir.  

5) Azərbaycan  Respublikasının Nazirlər Kabinetinin 

qərarları  Azərbaycan  Respublikasının  Konstitusiyasına, 

qanunlarına  zidd  olmamalıdır.  Azərbaycan  Respublika- 

sının  Nazirlər  Kabinetinin  qərarları  yalnız  dərc  edildikdə 

onların  tətbiqi  və  icrası  vətəndaşlar,  mərkəzi  və  yerli  icra 

hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. 

6)  Mərkəzi  icra  hakimiyyəti  orqanlarının  aktları 

Azərbaycan  Respublikasının  Konstitusiyasına,  qanunları-

na,  Azərbaycan  Respublikası  Prezidentinin  fərmanlarına 

və  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  qə-

rarlarına zidd olmamalıdır.  

7)  Fiziki  və  hüquqi  şəxslərin  vəziyyətini  yaxşılaş-

dıran, hüquq məsuliyyətini aradan qaldıran və ya  yüngül-

ləşdirən  normativ  hüquqi  aktların  qüvvəsi  geriyə  şamil 

edilir. 


8) Normativ hüquqi aktlar dərc edilməlidir.  Heç kəs 

dərc edilməyən normativ hüquqi aktın icrasına görə məsu-

liyyətə  cəlb  edilə  bilməz.  Normativ  hüquqi  aktların  dərc 



185 


edilməsi  qaydası  Konstitusiya  qanunu  ilə  müəyyən  edi-

lir”.


34

 

Bu  gün  Azərbaycanda  mədəni  irsin  qorunması  ilə 



bağlı  olaraq  normativ  hüquqi  aktlar  qəbul  olunmuşdur. 

Bunlar  4  bölmədən  ibarətdir:  Azərbaycan  Respublikası 

tərəfindən qəbul edilmiş beynəlxalq normativ hüquqi akt-

lar,  o  cümlədən  ümumdünya  mədəni  irsinin  mühafizəsi; 

qanunsuz olaraq çıxarılmış mədəni dəyərlərin tutulub qay-

tarılması sahəsində əməkdaşlıq və qarşılıqlı  yardım məsə-

lələrini  tənzimləyən  konvensiyalar  və  sazişlər  daxil  edil-

mişdir. İnsan ləyaqətini qorumaq üçün mədəniyyət və təh-

sil, ədalət, azadlıq və sülh əsasında bütün insanlar arasında 

geniş  yayılmalıdır. Ona görə də bu baxımdan bütün xalq-

ların üzərinə  qarşılıqlı  əməkdaşlıq ruhunda  yerinə  yetiril-

məsi olan müqəddəs vəzifələr qoyulur. Bunlardan ən əhə-

miyyətlisi “Mədəni sərvətlərin qanunsuz olaraq gətirilmə-

si,  çıxarılması  və  onların  üzərində  mülkiyyət  hüququnun 

başqasına  verilməsinin  qadağan  edilməsi  və  qarşısının 

alınmasına  yönəldilmiş  tədbirlər  haqqında  14  noyabr 

1970-ci  il  tarixli  Paris  Konvensiyası”dır.  Həmin  konven-

siya 30 sentyabr 1997-ci ildə Azərbaycan Respublikasının 

Milli  Məclisi  tərəfindən  qəbul  edilmişdir.  Konvensiyada 

qeyd  olunur  ki,  Beynəlxalq  əməkdaşlıq  ölkələrə  məxsus 

olan mədəni dəyərlərin bu əməkdaşlıqla bağlı bütün təhlü-

kələrdən  mühafizəsini  təmin  etməyi  ən  təsirli  vasitələrin-

dən  biridir.  Konvensiyada  müəyyən  olunmuşdur  ki,  mə-

dəni dəyərlərin üzv dövlətlər tərəfindən qəbul edilmiş qay-

dalar  pozulmaqla  gətirilməsi,  çıxarılması  və  onların  üzə-

                                                 

3

Azərbaycan Respublikasının Konstitusiyası. Bakı 2014, səh 64-65 



 


186 


rində mülkiyyət hüququnun başqasına verilməsi qanunsuz 

hesab edilir. 

Qanun  mədəniyyət  sahəsində  dövlət  siyasətinin  əsas 

prinsiplərini,  vətəndaşların  hüquq  və  azadlıqlarını,  milli 

mədəniyyət sərvəti obyektlərinin qorunub saxlanılmasının 

və inkişafının, mədəniyyət siyasətinin demokratik əsaslar-

la təşkili və idarə olunmasının, mədəniyyət sahəsində fəa-

liyyətin hüququ əsaslarını və beynəlxalq əlaqə formalarını 

müəyyən edir. 

Milli mədəniyyətin qorunub saxlanması onun inkişa-

fına yardım göstərməyi, mədəni fəaliyyət ilə məşgul olan 

subyektlərin  hüquqlarının  və  azadlıqlarının  müdafiəsini, 

mədəniyyət  təsisatlarının  yaradılması  və  inkişafına  yardı-

mı dövlət bir vəzifə kimi öz üzərinə götürür. Eyni zaman-

da mədəni fəalıyyətin informasiya və elmi-metodiki təmi-

natını, statistik uçotun aparılmasını, mədəniyyət sahəsində 

xeyriyyəçilik,  himayədarlıq  və  mesenatlıq  fəaliyyətinin 

inkişaf etdirilməsini də dövlət öz vəzifəsi hesab edir. 

Ölkədə  tarix  və  mədəniyyət  abidələrini  mühafizə 

etmək  həm  Konstitusiyada,  həm  də  “Mədəniyyət  haqqın-

da”  Azərbaycan  Respublikasınm  Qanununda  hər  bir  və-

təndaşın əsas vəzifəsi elan edilsə də, abidələrin aşkar edil-

məsi, öyrənilməsi, qorunması və istifadəsilə bağlı münasi-

bətlər  “Tarix  və  mədəniyyət  abidələrinin  mühafızəsi  haq-

qında" qanunla tənzimlənir. Bu qanun abidələrin  mühafı-

zəsinin  dövlət  və  bələdiyyə  təminatı  ilə  bağlı  məsələləri, 

onların istifadəsi, öyrənilməsi, konservasiyası, təmiri, bər-

pası,  yenidən  qurulması,  regenerasiyası  və  təhlükəsizliyi 

qaydalarını  ətraflı  şərh  edir.  Qanunda  abidələri  qorumaq 

məqsədilə  aparılan  abadlıq  və  möhkəmləndirici  tikinti 

işləri ilə  bağlı problemlər hərtərəfli həll edilmişdir. Tarix 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə