Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə46/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   146

148 


XVIII  əsr  fransız  alimi  Helvetsi  insana  bütöv  və 

hərtərəfli  yanaşmağın  zəruriliyini  göstərərək  yazırdı:  “İn-

san haqqında elm tam mənada götürüldükdə hüdudsuzdur, 

onu öyrənmək uzun və çətin işdir. İnsan müxtəlif rəssam-

ların  seyr  etməsi  üçün  sərgiyə  qoyulmuş  modelə  bən-

zəyir”.  

İnsan  varlığı  haqqında  Şərq  və  Qərb  modellərinin 

yaranması  sivilizasiya  tarixində  iki  mədəniyyətin  və  mə-

nəviyyatın  mövcudluğundan  irəli  gəlir.  Qərb  mənəviyya-

tında  istifadə  olunan  dini  prinsip  yaradan  Allah  və  insan 

arasında  münsabətlər  müəyyən  dualizmə  əsaslanır.  Şərq 

mədəniyyətində  də  Allah  və  insan  arasında  uçurum  unu-

dulmur, bununla belə insandakı ölməz, qeyri-cismani baş-

lanğıcların  olması  ideyası  qəbul  olunur.  Məsələn,  hind 

mənəviyyatında belə bir təsəvvür var idı ki, Allah və insan 

arasında heç bir fərq yoxdur, insandakı ilahi başlanğıc elə 

Allahın  özüdür;  “Eqo”  total  şəkildə  (bütövlükdə),  mütləq 

“Mən”in  (insanda  həqiqi  Mən  olanın)  naminə  inkar  edir. 

Qərbdə  isə  dindən  yalnız  Axirət  günündə,  özü  də  yalnız 

peyğəmbərlər  imtina  edə  bilərlər  (bu  zaman  onlar  Allaha 

qovuşurlar). 

Şərqdə  insanlar  Allahları  seçirsə,  Qərbdə  əksinə, 

sanki,  Allah  insanları  seçir.Şərqdə  göstərilirdi  ki,  fövqəl 

biliyə nəyinki vəhy, həm də insana xas olan fövqəl-rasio-

nal,  intuisiya  yolu  ilə  nail  olmaq  mümkündür.Qərbdə  isə 

bu  yol  qeyri-məqbul  hesab  edilirdi.Şərqdə  əsasən  diqqət 

idarəetməyə, mənəvi özünüifadəyə (o cümlədən kosmolo-

giyaya)  yetirilirsə,  Qərbdə  daha  çox  rasional  fəallıq  gözə 

çarpır. Şərqdə ali mənəvi ideal  -  Allah sifətində qərarlaş-

maq,  öz  ifadəsini  tapmaqdırsa,  Qərbdə  söhbət  yalnız  ru-

hun xilasından (o da Axirət günündə) gedir.  



149 


Müasir elmi ədəbiyyatlarda insanın təbiəti və insa-

nın  mahiyyəti  anlayışları  fərqləndirilir.İnsanın  təbiəti  de-

dikdə  -  “Homo  sapiens”  nəslinə  xas  olan  daimi,  dəyişil-

məz  xüsusiyyətlər,  ümumi  qabiliyyət  və  keyfiyyətlər  nə-

zərdə tutulur. İnsanın mahiyyətini isə onun zəkası, yaratdı-

ğı maddi və mənəvi sərvətlər, sosial həyatın müxtəlif for-

maları  ifadə  edir.  Bu  gün  alimlər  insanın  mahiyyətini 

müxtəlif şəkildə izah edir, onun təbiətə, cəmiyyətə, Allaha 

və özünə qarşı olan münasibətini öyrənir və insanın əvəz-

olunmaz bir varlq olmasnı bir daha təsdiqləyirlər.  

 

5.3. İnsanın sosial həyat tərzi və mentaliteti 

 

 İctimai  əlaqələrdə  insanin  sosial  həyat  tərzi  və 

mentaliteti  əsas  prioritet  istiqamətlərdən  biri  hesab  edilir. 

İctimai inkişaf nəticəsində insanın bioloji və sosial keyfiy-

yətləri arasında yeni əlaqələr  yaranır, insan və təbiət ara-

sındakı  münasibətlər  sosial-mədəni  həyat  əsasında  qurul-

mağa  başlayır.  Hər  bir  dövr  isə  insanda  özünəməxsus  iz 

buraxır,  “yeni  insan”  tələbi  ilə  meydana  çıxır.  Bu  isə  in-

sanda  mentalitetin  formalaşdırılmasına  şərait  yaradır. 

Ağıllılıq,  mənəviyyat,  əxlaqi  məsuliyyət  -  insanın başlıca 

keyfiyyətləridir, bu keyfiyyətlər insanın tarixi mahiyyətini 

ifadə edir. Fərd azad və universal təbii varlıq olaraq, özün-

də  keçmişi,  indikini  və  gələcəyi  əks  etdirir,  bu  yolla  da 

özünü  dəyişdirir  və  mentaliteti  və  həyat  tərzini  formalaş-

dırır.   

Qloballaşma və inteqrasiya proseslərinin sürətlə in-

kişaf  etdiyi  müasir  dövrdə  mentalitet  anlayışı  elmi  ic-

timaiyyətin  daim  diqqət  mərkəzindədir.  Müxtəlif  tarixi 

dövrlərdə yaşayan xalqların,millətlərin,etnosların tarixi in-

kişafı  və  həyat  tərzi  zaman-zaman    alimləri  düşündürmüş 




150 


və onların elmi-tədqiqat obyektinə çevrilmişdir. Mentalitet 

insanların  ağıl,  düşünçə  tərzi  və  əhval-ruhiyyəsi  ilə  bağlı 

olmuşdur. Xalqın və millətin formalaşmasında milli men-

talitetin rolu əvəzsizdir. Milli mentalitet dedikdə, elə dərin 

struktur  nəzərdə  tutulur  ki,  bunlar  uzun  dövr  ərzində  xal-

qın  etnik,  yaxud  da  milli  xüsusiyyətlərini  özündə  əks  et-

dirir. Deməli, etnik və milli xüsusiyyətlər əbədi olaraq ya-

şayır və xalqın mentaliteti haqqında bütün dövrlərdə fikir 

söyləmək  imkanı  verir.  Mentalitet  dediyimiz  kimi,  latın 

sözü  olub-ağıl,  təfəkkür,  mənəvi  tərz,  düşünçə,  fikir  tərzi 

kimi  başa  düşülür.  Bu  baxımdan  mentalitet  xalqın  m-ə-

dəniyyəti və psixologiyası ilə sıx şəkildə bağlıdır. O, fər-

din, yaxud sosial qrupun hərəkət etmək, fikirləşmək, dün-

yanı müəyyən tərzdə qavramaq qaydaları ilə şərtləşir. Belə 

ki, insanın mentaliteti öz başlanğıçını xalqın tarixi keçmi-

şindən, sosial-ictimai ənənələrindən, mənəvi-əxlaqi dəyər-

lərindən,  davranış  normalarından,  baxışlarından,    sosial 

həyat tərzindən götürür. 

İnsan - ictimai varlıqdır, o yalnız cəmiyyətdə, digər 

fərdlərlə  ünsiyyətdə  yaşaya  bilər.  İnsanlar  öz  tarixini  öz-

ləri  yaradırlar,  lakin  buradakı  şərait,  onların  əvvəlki  inki-

şafı  ilə  müəyyən  olunur.  İnsanın  mahiyyəti  haqqında  ən 

dərin  və  ətraflı təsəvvürü  real  tarix verir,  bu prosesdə  in-

san  öz  mahiyyətini  bütün  rəngarəngliyi  və  zənginliyi  ilə 

ifadə edə bilir.  

Mentalitet  anlayışının  meydana  gəlməsi  tarixi-kul-

turoloji  məkanda  və  dəyişən  zamanda  insanın  təbiətini 

müxtəlif  çəmiyyətlərin  mənəvi  həyatını  və  onunla  bağlı 

ənənəvi  fəaliyyətini  öyrənməklə  daima  bağlı  olmuşdur. 

Mentalitet  böyük  şəxsiyyətlərin  fərdi  yaradıcılıqlarının 

məcmusu  ilə  məhdudlaşmır,  çünki  insanların  mənəvi 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə