Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə43/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   146

139 


olunur. İnsana bir fərd kimi xas olan xüsusiyyətlər şəxsiy-

yətin təsirilə yeni məzmun və forma kəsb edirlər.”

19

 

İntibah  dövründə  insana  qarşı  göstərilən  baxışların 



müsbət  mənada  dəyişilməsi,  insan  hüquqlarına  verilən 

dəyərin  artması  sayəsində  humanizm  ideyaları  təşəkkül 

tapmağa başladı. Bu dövrdə insan azadlığı, liberal dəyərlə-

rə hörmət bəslənməsi kimi məsələlər də müzakirə obyekti-

nə  çevrilmişdi.  “Renessans  dövrünün  ideologiyası  huma-

nizm idi. Bu dövrdə inkişaf etmiş şəxsiyyət idealı əsas yer 

tuturdu, humanist mədəniyyətinin idealı təbiətdən, məhəb-

bətdən,  incəsənətdən,  insan  təfəkkürünün  nailiyyətlərin-

dən,  dostlarla  ünsiyyətdən  zövq  almağı  bacaran  hərtərəfli 

inkişaf etmiş insan şəxsiyyəti idi. Orta əsrlərin lovğa cən-

gavərlik ənənələri gülüş hədəfinə çevrilir, insan və şəxsiy-

yət real varlıq kimi qəbul olunurdu. İnsana və onun hisslə-

rinə  hörmətlə  yanaşmaq,  insan  şəxsiyyətini  ucaltmaq  hu-

manizm  ideologiyasının  əsaslarını  təşkil  edirdi.  Əsərləri 

və  fəaliyyəti  yeni  dövrlə  köhnə  dövr  arasında  körpü  sa-

yılan  Con  Lokk  “ağ  lövhə”  nəzəriyyəsini  irəli  sürməklə 

yeni  quruluşda  feodallar  üçün  heç  bir  əl  yeri  qoymamağa 

çalışırdı.  Con  Lokk  insan  azadlığının  mühüm  şərti  kimi 

mülkiyyəti  və  dövlətlə  vətəndaş  arasındakı  həmahəngliyi 

əsas götürürdü.

”20

 

Klassik alman fəlsəfəinin məşhur nümayəndələri də 



insan haqqında dəyərli fikirlər söyləmişlər. Məşhur alman 

filosofu, obyektiv idealizimin böyük nümayəndəsi Hegelin 

düşüncəsində  insan  Tanrı  ilə  eyni  mahiyyətə  malikdir. 

Feyerbaxa  görə  seyrçiliklə  müyəyyən  olunan  şüurdan 

                                                 

19

 http://psixologiya.net/tehsil_telebe/210-350399xs304yy399t304n-



ps304xolog304yasi.html 

20

 Ə.M. Tağıyev. Fəlsəfə  (dərs vəsaiti). Bakı, 2012, s.159 




140 


fərqli olaraq, insanın  mahiyyətini təbii hisslərlə xarakteri-

zə etmək olar.  

XX  əsrdə  yaşamış  digər  alman  filosofu,  sosioloqu, 

psixoanalitik  Erix  Zeliqmann  Fromm   insan  davranışının 

bioloji  motivlərinə  üstünlük  verirdi.  Frankfurt  məktəbinin 

məşhur  nümayəndəsi,  neofreydizmin  və  freydomarksiz-

min yaradıcılarından  biri  olan  Fromm  şəxsiyyətin  5  tipini 

ayırırdı: 

1.

 

Reseptiv; 



2.

 

İstismarçı; 



3.

 

Yığıcı;  



4.

 

Bazar; 



5.

 

Məhsuldar.  



Məşhur  İsveçrə  psixoloqu,  tanınmış  alim  Karl  Qustav 

Yunq  şəxsiyyəti  dərin  psixologiya  nöqteyi-nəzərindən 

şərh  edirdi.  Yunqa  görə  şəxsiyyətin  strukturunu  aşağdakı 

arxetiplərdən ibarətdir: 

1.

 

“Mən”-  şüuraltının  bütün  tətəflərini  tarazlayan  ən 



önəmli arxetipdir. 

2.

 



“Maska” - şəxsiyyətin ictimai qabığıdır. 

3.

 



“Kölgə” - şəxsiyyətin alçaq həzzlərini ifadə edir. 

4.

 



“Ruh” – valideynlərin şüursuzluğunu özündə ehtiva 

edir. 


Göründüyü kimi insan problemi hər zaman bəşəriyyəti 

düşündürmüş,  elm  adamlarını  narahat  etmişdir.  Hələ 

1789-cu  ildə  Böyük  Fransa  inqilabı zamanı  irəli  sürülən 

"İnsanın  və  vətəndaşın  hüquqları  haqqında  bəyannamə"  

vətəndaşların  hüquq  və  azadlıqları  üçün  önəmli  bir  əhə-

miyyət  kəsb  edirdi.  İnsan  azadlığının  təmin  edilməsi 

müasir  dövrdə  də  aktullıq  kəsb  etməkdədir.  “Müasir  sivil 

dövlətlərdə  insana  sosial  və  siyasi  bir  varlıq  kimi  baxıl-




141 


ması təbii şəkil almışdır. Ona  görə  də  insan  hüquqlarının 

qorunması  əsas  məsələyə  çevrilmişdir.  Bu  problem  özü-

nün ilk nəzəri ifadəsini fransız maarifçilərinin, alman filo-

soflarının  və  ingilis  iqtisadçılarının  əsərlərində  tapmışdır. 

İnsan  azadlıqlarının  hüquqi  təminatlarını  isə  1776-cı  il 

ABŞ-ın müstəqillik Bəyannaməsində, 1789-cu il Fransada 

qəbul  edilmiş  “İnsan  və  vətəndaş  hüquqları  Bəyannamə-

si”ndə, 1948-ci il 10 dekabrda BMT tərəfindən qəbul edil-

miş  İnsan  hüquqları  deklarasiyasında  qəbul  edilmişdir. 

ABŞ  prezidenti  Ceferson  insan  azadlıqları  üçün  dövlətin 

məsuliyyət  daşıdığını  elan  etmişdi.  Dövlət  şəxsiyyətin 

azadlıqlarını  təmin  etməklə  həm  də  onların  fərdi  qabiliy-

yətlərinin  üzə  çıxarılmasında  məsuliyyət  daşıyır.  Bunları 

həyata keçirməyən dövləti xalq nəinki devirməli, hətta onu 

devirmək xalqın bilavasitə vəzifəsi olmalıdır. İnsan habelə 

siyasi  bir  varlıq  olamaq  etibarilə  həm  siyasətin  obyekti, 

həm  də  onun  subyektidir.  Hökm  verməyi  bacardığı  kimi 

tabe  olmağı  da  bacarmalıdır.  Siyasi  mədəniyyətə  malik 

cəmiyyətlərin  insanlarında  bu  iki  amil  daim  vəhdətdə 

inkişaf edir.”

21

 

 



5.2. Təbiət, cəmiyyət və insan 

 

İnsan öz varlıqının ilk günündən başlayaraq təbiətlə 



bağlı olmuş, təbiət onun evi, yaşamaq ücün qida mənbəyi 

olmuşdur.İllər  kecdikçə  insanlar  təbiətin  isti,  soyuqunu 

dərk etdikləri kimi, təbiətin flora və faunasından da istifa-

dənin  səmərəli  yollarını  müəyyən  etmiş,  özlərinə  lazım 

olan sərvətləri mühafizə etmış, onların nəsildən-nəsilə ötü-

                                                 

21

 Ə.M. Tağıyev. Fəlsəfə  (dərs vəsaiti). Bakı, 2012, s.161 




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə