Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə38/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   146

123 


vasitəsilə  müəssisənin  sərəncamında  olan  resurslardan 

əlverişli istifadə etməklə gəlirliyin təmin olunmasıdır. 

Menecment  ictimaiyyətlə  əlaqələr  müəssisələrinin 

fəaliyyəti üçün elə şərait yaratmalıdır ki, mənfəət müəssi-

sənin  fəaliyyət  göstərməsinin  səbəbi  yox,  onun  səmərəli 

fəaliyyətinin  nəticəsi  olsun.  Bunu  isə  yaradılan  əmtəə  və 

göstərilən  xidmətin  istehlakçıların  tələbatını  nə  dərəcədə 

ödəməsindən asılı olaraq bazar müəyyənləşdirir.  

Göstərilənlərin  təmin  olunması  ilə  əlaqədar  olaraq 

ictimaiyyətlə  əlaqələr  sahələrində  menecmentin  vəzifələri 

aşağıdakılardır: 

1) işçi heyətinə daha yaxşı iş şəraiti yaratmaq, möv-

cud imkanlar daxilində onların əmək haqqını yüksəltmək; 

mədəni  fəaliyyətin  bütün  səviyyələrində  yoldaşlıq,  əmək-

daşlığı qurmaq; yaradıcılıq mühiti yaratmaq; maddi həvəs-

ləndirmə sistemini həyata keçirmək

2)  yüksək  ixtisaslı  kadrlardan  istifadə  etməklə  yeni 

texnika və texnologiyaya yiyələnmək

3)  ictimai  təşkilatların  bütün  bölmələrinin  fəaliyyə-

tini əlaqələndirmək, müəssisənin səmərəli fəaliyyət göstər-

məsinə nəzarət etmək; 

4)  ictimai  təşkilatlara  təsir  göstərən  daxili  və  xarici 

mühit amillərini nəzərə almaqla müəssisənin gələcək inki-

şafının konkret məqsədlərini müəyyənləşdirmək; 

5) qarşıya qoyulan cari və strateji məqsədlərdən asılı 

olaraq  zəruri  ehtiyatların  və  onların  mənbələrinin  müəy-

yənləşdirilməsi; 

6)  qarşıya  qoyulan  məqsədə  çatmaq  üçün  əlverişli 

nəzarətin təmin edilməsi. 

İctimaiyyətlə  əlaqələr  sferasında  hadisələr  öz  axarı 

ilə  gedir,  burada  çalışan  işçilər  ancaq  bu  prosesə  ya  kö-



124 


məklik  gösətərə  bilərlər,  ya  da  ki,  maneçilik  edə  bilərlər. 

Buna  görə  də  menecmentin  əsas  vəzifəsi  ictimai  həyatın 

öz  axarı  ilə  inkişafı  üçün  təşkilati  və  iqtisadi  şəraitin 

yaradılmasını  təmin  etməkdir.  İctimaiyyət  menecmenti 

məqsəd və vəzifələrini həyata keçirmək üçün, ictimai fəa-

liyyət prosesində meydana çıxan sosial-iqtisadi, texnoloji, 

sosial-psixloji,  sosial-etik  problemləri  həll  etmək  üçün 

özünün  bütün  bacarığından  və  istedadandan  maksimum 

istifadə etməlidir.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



125 


V FƏSİL. İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏRDƏ 

İNSAN AMİLİ  

 

5.1. İnsan daim axtarışda olan varlıq kimi 

 

Cəmiyyətimizin  müasir  inkişaf  mərhələsində    icti-



mai münasibətlər  tarixinin  konkret araşdırmalar konteks-

tində öyrənilməsi və tədqiqi mövcud sivilizasiyalar və in-

san  cəmiyyətləri  üçün  aktuallıq  kəsb  edir.  İctimaiyyətlə 

əlaqələrin   tədqiqat obyekti kimi ön plana çəkilməsi məhz 

dövrün  zəruri  tələbi  kimi  əsas  prioritetə  çevrilir.  Müasir 

cəmiyyətin  inkişafında  insanın  hərtərəfli  və  mükəmməl 

şəxsiyyət kimi yetkinləşməsində ictimai-humanitar elmlər 

şəbəkəsində xüsusi  yer almış ictimaiyyətlə əlaqələrin çox 

böyük tarixi əhəmiyyəti vardır. 

İnsan  haqqında  hər  zaman  müxtəlif  mülahizələr 

irəli sürülmüş, insan problem uzun müddət alim və tədqi-

qatçılar  tərəfindən  araşdırılma  mövzusuna  çevrilmişdir. 

“Varlıq haqqında (ontologiya), idrak haqqında (qnoseolo-

giya) təlimlərində insan problemi, xüsusilə onun mənşəyi, 

mahiyyəti, təbiətdə tutduğu  yeri, cəmiyyətdə rolu məsələ-

ləri  fundamental  fəlsəfi  problemlərdən  biri  kimi  nəzərdən 

keçirilir.  Fəlsəfə  meydana  gələndən  bu  günə  qədər  insan 

onun  diqqət  mərkəzində  olmuşdur.  Bu  gün  artıq  digər 

elmlər  də  (psixologiya,  təbabət,  pedaqoqika  və  s.)  insan 

fəaliyyətinin bu və ya digər cəhətini öyrənməkdədir. Təəs-

süf hissi ilə qeyd etmək lazımdır ki, müasir elm necə inki-

şaf edirsə – etsin, insan, onun mənşəyi və mahiyyəti məsə-

lələrində hələ də sirli cəhətlər çoxdur. Əslində təkzibedil-

məz  fakt  və  arqumentlərlə  bəşəriyyətin  təşəkkülünün 




126 


tarixdən  əvvəlki  dövrünü  izah  etməyə  qadir  olan  elə  bir 

nəzəriyyə hələ də yaranmamışdır. İnsan haqqında mövcud 

təsəvvürlər  başlıca  olaraq  hipotez  və  fərziyyələrə  əsasla-

nır. Lakin  buna  qətiyyən  təəccüb  etmək  lazım  deyildir. 

Çünki  dünya  o  cümlədən  insan  haqqında  müasir  elmi 

təsəvvürlər 300– 400 il bundan əvvəl formalaşmağa başla-

mışdır.  Bu  isə  bəşəriyyətin  çoxəsrlik  tarixində  bir  ana 

bərabərdir.  Ancaq  bütün  bunlara  baxmayaraq,  insanın 

təbiətinin  fəlsəfi  izahı  ümumnəzəri  səviyyədə  kifayət 

qədər inandırıcıdır və gediləcək yolun istiqamətini düzgün 

müəyyən edir. İnsan haqqında ilk ideyalar fəlsəfə meyda-

na gəlməmişdən əvvəl olmuşdur. Bu barədə bizə gəlib ça-

tan miflər və ibtidai dini təsəvvürlər çoxlu məlumat verir. 

Antik  dövr  mütəfəkkirləri–  Qədim  Hindistanda,  Çində, 

Yunanıstanda  insana  kosmosun  bir  hissəsi,  hardasa  za-

mandan  kənarda  təbiətin  «nizamı»,  «qaydası»  kimi  çıxış 

edən,  özündə  dünyanın  ilk  əsaslarını–  suyu,  odu,  havanı, 

torpağı,  efiri  birləşdirən  varlıq  kimi  baxırdılar.  Sonra  st-

ruktur  baxımından  Platonda  qeyd  edildiyi  kimi,  insan  ruh 

və  bədəndən  ibarət  hesab  olunurdu.  Aristotel  isə  iki–  ruh 

və bədəni bir reallığı təşkil edən kimi təsvir etmişdir.”

10 


Antropologiya  bəşəriyyətin  və  insanın  fəaliyyəti 

haqqında  olan  elmdir.  İnsanın  həyat  fəaliyyətinin  təkmil-

ləşməsi, qloballaşma və mədəni inteqrasiya proseslərindən 

meydana  gələn  yeni  tələblər,  dövlət  və  cəmiyyətin  texno-

gen  səviyyədə  inkişafı,  yeni  rəqəmsal  kəşflərdən  düzgün 

bəhrələnməsi  önəmlidir.  Qədim  dünya  ilə  müqayisədə 

xristianlıq  insanın  daxili  həyatını  qat-qat  artıq  dərəcədə 

genişləndirdi  və  dəqiqləşdirdi,  lakin  bununla  belə  insan 

                                                 

10

 http://kayzen.az/blog/fəlsəfə/4910/fəlsəfədə-insan-problemi-haqda.html 




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə