38
O üç ulduz ki, Günəşdən altda!
Mavi sapa düzülün sıra-sıra,
Kəndlərinin sayı sığmr hesaba.
Aydın səmaları gəzirsən sən,
Ağappaq dağ zirvəsində durursan sən!
(Катанов, 1907, с. 492-493).
K.Pataçakovun yazdığna görə, bu mifik varlığa kaçin boyuna
daxil olan türküt və xasxa soyları tapınmışlar. Qadınlar da uşaq
sahibi olmaq üçün ona yalvarmışlar (Архив ХНИИЯЛИ, ф. 545,
оп. 1, д.20, л. 59). Belə çıxır ki, kaçinlr qutu verənin təkcə Kuday
olmadığına, bunu əcdad ruhlarından da almağın mümkün olduğuna
inanmışlar. Bu fakt altaylıların Dayıkdan qut istəmələrini xatırladır.
Yeri gəlmişkən qeyd edək ki, ağ dovşan dərisi Altayda Dayıkın
ikonoqrafik təsviri kimi qəbul edilirdi (Алексеев, 1984, с. 40).
Kaçinlərin inanclarına görə, şamanların köməkçilri qismin-
də çıxış edən ruhlar da yuxarı dünya sakinləridirlər. Onlar şaman
təbillərinin üz tərəfində təsvir edilirdilər. Bunlar bir ququ quşu,
iki qartal, at üzərində oturmuş insan formalı ruh və iki ağ quş
idilər. Ququ quşu şamana vəcdə gələrək, yuxarı dünyanın dağ,
çay və göllərini təsvir edərkən kömək edir, onun sirrli-sehrli ver-
gisini gücləndirirdi. Əgər təbildə bu quşun təsviri yox idisə, bu o
anlama gəlirdi ki, onun sahibi yuxarı dünya sakinlərinə dua edə
və onlardan nə isə istəyə bilməz.
Qartallar şamana öskürək xəstəliyinə tutulmuş adamları sa-
ğaltmaqda yardımçı olurdular. İki ağ quş isə göz xəstəliyin tutul-
muşlara şəfa verməkdə yardım edirdilər. At üzərində oturmuş
ruh isə xəstəliyin mənbəyini tapmada şamanın köməkçisi kimi
çıxış edirdi (Катанов, 1907, с. 570-580).
Bütün bunlardan başqa təbilin üz tərəfində kaçinlər günəşin,
ayın, doqquz ulduzun – böyük ayı bürcünə daxil olan yeddi ul-
duzun, gecə və sübh tezdən peyda olan iki ən parlaq ulduzun şək-
lini, eləcə də qoşa qayın ağaçının rəsmini də çəkirdilər. Ağaclardan
birinin yanında təbilin sahibi olan şaman təsvir edilərdi. Bu təs-
virdə şaman ayaq üstə, əlində mərasim zamanı istifadə ediyi əski
parçalarnı tutmuş vəziyyətdə olurdu (Катанов, 1907, с. 579).
39
N.Katanovun saqay tüklərindən topladığı materiallar da bö-
yük maraq doğurur. Bu tədqiqatçnn məlumatlandırıcılarından (in-
formatorlarından) birinin bildirdiyinə görə, saqaylar Kudayı bütün
varlıqların yaradıcısı saymaqla yanaşı, bir çox miflərdən də görün-
düyü kimi, onun iblislə, yəni Erlik ilə bilavasitə özünün mübarizə
apardığına inanmışlar. Belə ki, eposlarda Tanrı Kuday Erliyi şa-
manların, nağıllarda isə bahadırların vasitəçiliyi ilə təqib edir. Erli-
yi təqib edən Tanrı onu odlu oxlar və şimşəklə vurmağa çalışır. Er-
lik isə onlardan qorunmaq üçün gah ağacların, gah mal-qaranın,
gah da insanların arxasında gizlənir. Nəticədə isə Tanrının oxları
və şimşəyi ağaclara dəyir. Bu zərbələrə tuş gələn ağacların böyü-
məsi və inkişafı dayanır. Saqay miflərində Kuday öz iradəsini ya-
zılı formada bildirir. Bunun üçün o, ya kağız vərəqdən, ya da mək-
tubdan istifadə edir. Bəzi miflərdə isə Tanrı buludların üzərində
oturaraq, oradan bahadırların aşağı dünyanın bədxah ruhları ilə
mübarizəsini seyr edir (Катанов, 1907, с. 217-218).
N. Katanovun topladığı materiallardan belə məlum olur ki,
saqaylar Kudaya xallı atları qurban kəsirmişlər (Катанов, 1907,
с. 597). Bu xalqın inanclarına görə, yuxarı dünyada Kudaydan
başqa qara atlara sahib olan digər bir mifik varlq da yaşamaqda-
dır. Saqaylar ona aşağıdakı dua ilə müraciət edirdilər:
Nəmli buludları özünə döşək etmisən,
Ağ, yumşaq buludlara dirsəklənirsən!
Xalqlar başçsı bahadır Kaplaya bənzəyirsən,
On minlərin ağası bahadır Tüpleyə bənzəyirsən!
Gəzib dolaşırsan sən ən seçmə qara atda,
Əlindən düşməyir qayın ağcından olan çomağın da!
İpək yunlu çəpiş qurban edirik sənə,
Bir atın çəkə bilməyəcəyi çəllək veririk sənə!
(Катанов, 1907, с. 555).
Saqay mifologiyasında göy sakinlərindən biri kimi Kuba
adlı bir ilahədən də söz edilməkdədir. Ona həsr edilən ovsun-du-
ada isə belə deyilir:
Sən, ey bakirə Kuba,
Doqquz ərdən daha güclü doğulmusan sən!
40
Gümüş sırğalarını taxıb,
Xalqınla birlikdə aya gedirsən sən!
Ağ, yorğa atda gəzib-dolaşırsan,
Özünü qayın ağacından çomaqla qoruyursan!
Ey başı daim ağ ağamız, atamız Çalbart dağı,
Yaşıl meşə donunun misilsizdir yaraşığı!
Vətənin sarı uryanxaylar ölkəsi,
Qurbanın kəsilmiş heyvanın ən böyük tikəsi!
(Катанов, 1907, с. 555).
N.Катанов koybal türklərinin folkloruna dair də bir neçə
maraqlı material dərc etdirmişdir. Bunlar əsasən yerli türklərin
“ızık” adlandırdıqları əcdad ruhlara həsr edilmiş ovsun və alqış-
lardır. Koybalların mifik təsəvvürlərinə ızıklar bir-birilərindən
sahib olduqları atların rənglərinə görə fərqləndirilir. Ovsun-dua-
ların birində deyilir:
Atmayan və hədəfdən yayınmayan ey solaxay ağa,
Döşəyin olan nəmişli ağ buludlar bənzəyir dağa!
Masmavi göylərə çatan başın kölgəlik yerdədir,
Ağ göylərdə ağ bulud, Solban (Çolpan, Venra) zirvədə, dik-
dədir!
Ey sarı-qırmızı rənglərə boyanmış ayğır at,
Tükləri yorğa ayğırımın tükünə bənzəyən at!
Sarı göldür susuzluğunu yatızdırdığın yer,
Göy altında çapanda tirəyir bütün göy-yer!
Doqquz zirvələri aşan,
Doqquz barmağı olan! (Катанов, 1907, с. 252).
Qızıl türklərinə gəlincə, onların mifləri dövrümüzədək yetiş-
məmişdir. Yalnız o məlumdur ki, onlar yuxarı dünya sakinlərindən
Kudaya üstünlük vermişlər (Алексеев, 1984, с. 42). Onlardan fərq-
li olaraq, şor türkləri Ülgenə tapnırdılar. İ.Xlopina şorlardan Ülgen
və Erliklə bağlı bir neçə mif toplaya bilmişdir (Хлопина, 1978, с.
71-73). Bu miflər, demək olar ki, bütünlüklə altaylıların və xakas
türklərinin yaradılışla bağlı mifləri ilə üst-üstə düşür. Bu miflərdən
belə məlum olur ki, Ülgenin yaşadığı yuxarı dünya doqquz qat
göydən ibarətdir ki, bunlardan birincisi “Koşka” adlanır. Bu qatın
Dostları ilə paylaş: |