29
Bu xalqın mifik təsəvvürlərinə görə orta dünyanın ruhları
müəyyən bir yerdə yaşasalar da yerlərini dəyişə və köçə də bilər-
lər. Məsələn, miflərin birində ər evinə gəlin köçən qızla birlikdə
onun mənsub olduğu soyun hami ruhunun da onunla birlikdə
köçdüyündən söz açılır (Катанов, 1907, с. 492). Belə hesab edi-
lirdi ki, həm yuxarı həm də aşağı dünyanın ruhları da zaman-za-
man orta dünyaya keçirlər. Onlar əsasən axşam və ya gecə gəlir-
lər, ilk xoruzun banlaması ilə isə orta dünyanı tərk edirlər. Am-
ma onları adi gözlə görmək imkan xaricindədir. Lakin əgər onlar
istərsə, insana müəyyən bir heyvan, daha çox ilan formasında
görünə bilirlər (Островских, 1895, с. 341).
Orta dünya barədəki təsəvvürləri Altay və Sibirin digər türk
xalqlarından, demək olar ki, heç nə ilə fərqlənməyən koyballar
müxtəlif xəstəliklərdən qoruna bilmək üçün, bu xəstəlikləri törət-
diyinə inandıqları ruhları bir – birilərindən fərqləndikləri kimi, onlar
üçün kəsdikləri atları da bir-birindən rənglərinə görə fərqləndirirdi-
lər. Məsələn ailəni baş ağrısı və göz xəstəliklərindən qorumaq üçün
“ızık” adlandırdıqları kürən at kəsərdilər. Boz və qəhvəyi rəngli
atlar isə müqabil olaraq sinə xəstəliklərindən və qarın ağrısından
qorunmaq üçün qurban verilirdi (Катанов, 1907, с. 290). Koyballar
bu xəstəlikləri törədən ruhların orta dünyada yaşadıqlarına inanır,
onların başçsının 18 taskılın (daşlı təpənin) arxasında məskun
olduğunu hesab edirdilər. Onların torpaqlarında Altun göl yerləşir,
bu gölə qızıl bulaq axır, onun yanında qızıldan dirək ucalır. Bu
ruhların hər birinin öz qoruyucuları və köpəkləri var. Onların həyatı
insanlarn həyatından qətiyyən fərqlənmir (Алексеев, 1984, с. 76).
Şor türkləri hesab edirdilər ki, insanların ruhlarını dağ və su
ruhları oğurlaya bilərlər. Lakin bu halda söhbət eynən saqay
miflərində olduğu kimi, dağın qadın sahibəsinin kişi ruhlarını
ovlamasından gedir ki, bunda da məqsəd onu özünə ər etmək is-
təməsidir. Şorların mifik təsəvvürlərinə görə, sular donduqda
göllərin, çayların sahibələrini gözlə görmək olur. Onlar qara,
buynuzlu heyvana bənzəyirlər, üzə çıxır və kişilərin ruhlarını
ovlamağa çalışırlar. Ovladıqları ruhları dağ ətəklərində əsir edir-
lər. Bu baş verməsin deyə, müxtəlif ovsunlar mövcuddur ki,
30
bunlardan biri də içində su olan fincanın yerə çırpılıb sındırıl-
masdır. Bu halda su ruhları insanı rahat buraxır (Дыренкова,
1940, с. 257). Şorların təsəvvüründə orta dünyada sakin olan bir
neçə ruh daha böyük hesab edilirdilər. Bunlardan birincisi və ən
böyüyü Camqıraktu Cajızın sayılırdı. Ondan sonra üç ən böyük
nəslin himayəçi ruhları gəlirdi: Sarı Çalıq tezi, Tooçı san və Ka-
nım tezi. Bunlardan birinci və üçüncüsü ovçuluqla bağlı idilər
və ovçularn himayəçisi hessab edilirdilər (ФИЭ АН СССР
(ЛО), ф. 11, оп. 1, д.101, л. 22).
Tıvalıların baxşları da Altay və Sibirin digər türk xalqlarının
baxışlarından çox az şeylə fərqlənir. Onlar da hər bir yerin öz hi-
mayəçi ruhu olduğuna, ruhların bir qisminin orta dünyada yaşadı-
ğına inanmışlar (Дьяконова, 1981 б, с. 143). F. Konun topladığı
materiallara əsasən, orta dünyanın ruhları sırasına Kaybın-ku və
Puk ruhları daxildirlər. Kaybın-ku ruhları xəstələrə ağrı vermək
və onların huşlarnı itirməsinə səbəb olmaqla məşğuldurlar. Puk
adlandırılan ruhlara gəlincə, onların bir neçə növünün olduğuna
inanılırdı. Onların bir qisminin insan bədənində məskunlaşdıqları
və ondan kənarda yaşamadıqları hesab edilirdi (Кон, 1934, с. 23).
Tıvalıların inancına görə, əgər bir ailədə bütün ailə üzvləri ard-ar-
da ölürlərsə, bu, pukların işidir. Digər puklar isə ətrafda yaşayrlar.
Onlar bayquş kimi səs çxarır, bəzənsə quzu kimi mələyirlər. Əgər
itlər aramsız olaraq hürüşürsə, bu o deməkdir ki, puklar yaxında-
dırlar (Вчерашняя, 1955, с. 45).
Tıva türkləri orta dünyanın mifik varlıqlarından danışarkən
Albıs və Şulbusun da adını xüsusi çəkirlər. Onlar Albısı su pərisi
kimi təsəvvür etmiş, onun ərinin və qızının olduğuna, keçi kimi
çığırdığına və istədikdə göyə qalxa bildiyinə inanırdılar. Təpəsin-
də sadəcə bir gözü və kiçicik burnu olduğuna inanılan Şulbusa
gəlincə, o mağarada yaşayır. Şulbuslar erkək və dişi olmaqla iki
yerə bölünürlər. Albıs və şulbuslarn öhdəsindən ancaq bacarqlı və
təcrübəli şamanlar gələ bilirlər (Катанов, 1907, с. 31).
Teleutların animistik baxışları barədə geniş məlumatverən
N.Dırenkovanın qeydlərindən belə məlum olur ki, teleut şaman-
ları aşağıdakı kimi sıralamışlar:
31
1. Göyün yeddinci qatında yaşayan Ay ata;
2. Göyün beşinci qatında yaşayan Gün ana;
3. Poqoş ana;
4. Göyün üçüncü qatnda yaşayan Kayrakan;
5. Göylərin yaradıcısı, göyün dördüncü qatnda məskunlaş-
mış Dayuççı Tenqere;
6. Göyün yeddinci qatnda yaşayan Mergen ana;
7. Göyün səkkizinci qatında yaşayan, Çaqır-Kan adlandırı-
lan Bura ana;
8. Göyün doqquzuncu qatında yaşayan Abayoş ata;
9. Göyün doqquzuncu qatnda yaşayan Kızıqan ata;
10. Göyün onuncu qatnda yaşayan Tumat ata;
11. Göyün on birinci qatında yaşayan üçdişli Xan-Kayrakan ata;
12. Göyün on ikinci qatında oturan Qara Samur ata;
13. Havanı dəyişmək, yağış yağdırmaq iqtidarında olan,
göyün on ikinci qatında oturan Yada ata;
14. Göyün on üçüncü qatında oturan Eksey-Meksey ata;
15. Xan Mustaydan ayrılan və göyün on dördüncü qatında
yaşayan iki bakirə qız;
16. Göyün on beşinci qatında yaşayan təmiz, bakirə qızlar;
17. Göyün on altıncı qatında oturan Bay Ülgen ana (Ды-
ренкова, 1949, с. 138-145).
N.Dırenkovanın yazdığına görə, teleut şamanları öz alqış və
ovcunlarnda 12 göy sakininə müraciət etsələr də, nədənsə həmişə
faktiki olaraq, 16 mifik varlığın adını çəkmişlər. Maraqlıdır ki,
teleutların miflərində və şaman ovsunlarında Bay Ülgen qadın kimi
təsəvvür edilir və ana adlandırılır. Dualarda Gün, Kayrakan, Da-
yuççı, Mergrn və Bura obrazları da ana kimi təqdim edilir. Ümu-
miyyətlə “ana” epiteti xeyirxah ruhlar üçün işlənir. Bunlardan Da-
yuççı şamanla Ülgen arasındakı vasitəçidir. Bura ana isə A.Ano-
xinin topladığı materiallarda kişi kimi təqdim edilir və Ülgenin
oğulları sırasında göstərilir. L.Karunovskayanın şaman Mereydən
topladığı materiallarda isə o, Bura kan adı ilə Göqö Mönkönün
oğullarından biri kimi çıxış edir. Bundan başqa, şaman Merey onun
insan ruhlarının yaradıcısı olduğunu söyləmişdir. N.Dırenkovanın
Dostları ilə paylaş: |