Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə18/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   14   15   16   17   18   19   20   21   ...   154

 

53

bu  zaman  qarışıqlıq  əmələ  gəlir  və  şəcərə  ağacını  dəqiq  rekons-



truksiya  etmək  mümkün  olmur.  Bununla  belə,  ana  xromosom-

larında  olan  mitoxondriayalar  də  qədim  əcdadlar  haqqında  mü-

əyyən  məlumat  əldə  etməyə  imkan  verir.  Məsələn, İran  ərazisin-

də,  daha  doğrusu  İranın,  Cənubi  Azərbaycan  da  daxil  olmaqla, 

şimal-qərb  hissəsində  mixondrial  haploqrupların  təyini  üzərində 

aparan tədqiqatlar nəticəsində bu bölgənin əhalisinin son 7-8 min 

ildə heç bir genetik dəyişikliyə məruz qalmadığı və həmin əhalidə 

«ari izi»nə rast gəlinmədiyi müəyyən edilmişdir. Yəni ərazidə 7-8 

min ildir ki, eyni xalq, başqa sözlə Azərbaycan türkləri yaşayır. 

Bununla belə, bu xalqın  ayrı-ayrı  fərdlərinin və  ya nəsilləri-

nin  ümumi  əcdadlarını  mitoxondriyalar  əsasında  dəqiq  müəyyən 

etmək mümkün deyil. Y-xromosomların tədqiqi isə istənilən ada-

ma özünün  nəsil  şəcərəsi  və  ulu əcdadı  haqqında dəqiq  məlumat 

əldə etməyə, ətrafdakı adamlarla qohumluq dərəcəsini öyrənməyə 

imkan  verir.  Odur  ki,  hər  hansı  bir  etnosun  genetik  tarixinin 

öyrənilməsində Y-xromosomlar əvəzsiz informasiya mənbəyidir. 

Sevimli  oxucularımıza  təqdim  etdiyimiz  «Kurqanlarda  ya-

tan möhtəşəm tarix» adlı bu kitabımızda Avrasiyanın geniş  əra-

zilərinə yayılmış olan və eneolit dövründən XIII-XIV əsrlərə qə-

dər uzanan uzun bir dövrü əhatə edən çoxsaylı kurqanlardan ta-

pılmış  skeletlərdən  əldə  edilmiş  DNT  nümunələrinin  analizləri-

nin  nəticələri təhlil edilir,  yer-yer  mitoxondrial  haploqruplardan 

söhbət açılsa da, əsasən Y-xromosomlar  əsasında kurqan  mədə-

niyyətini yaradan və arxeoloqlar arasında «kurqan etnosu» kimi 

tanınan  etnosun  –  yəni  qədim  türklərin  şəcərəsi  və  miqrasiya 

marşrutları  barədə  məlumat  verilir.  Eləcə  də  bu  etnosun  eneolit 

dövründən Tatarların, yəni Çingiz xanın dövrünə qədər yaratdıq-

ları zəngin mədəniyyətlər gözlər önünə sərilir. 

Türklərin, dünyəvi dinləri  – xristianlıq  və İslamı qəbul etmə-

mişdən öncə minillər boyu əski dini-mifoloji təsəvvürlərini davam 

etdirdikləri, ölülərini xristian və ya müsəlman adətlərinə uyğun ola-

raq dəfn  etməyə  başlamamışdan öncə əski dini-mifoloji görüşləri-

nin qaydalarına uyğun olaraq kurqanlarda dəfn etdikləri məlumdur. 

Qədim türk dilində, eləcə də çağdaş türk ləhcə və şivələrində «qur-




 

54

ğu»,  «qala»  anlamlarını  verən  «kurqan»  terminin  başqa  xalqların 



dilinə  türklərdən  keçmişdir.  Bu  kəlmə  VIII  əsrə  aid  qədim  türk 

yazılı mənbələrində də işlənmişdir (Айдаров, 1971, с. 301, 362). 

İtaliyalı  alim  M.Alinei  haqlı  olaraq  bildirir  ki,  məzarların 

üzərində  kurqan  ucaltmaq  adəti  tarixən  türklərə  məxsus  olmuş-

dur. Bu dəfn ənənəsi tarix səhnəsinə çıxdığı gündən orta əsrlərin 

sonlarınadək  türk  xalqlarının  ən  əsas  etno-mədəni  özəlliklərin-

dən biri idi (Mario Alinei. Paleolythic…). 

İtaliyalı  alimin  fikrini  təsdiq  edən  N.  Müseyibli  Dağıstanda 

xəzərlərə aid Çir-Yurt kurqanlarını (Плетнова, 1986, 27), Mozdok 

yaxınlığındakı  qıpçaq  kurqanlarını  (Федоров,  Федоров,  1978,  с. 

224; Романова, 2013, с. 179) misal çəkərək yazır ki, «bütün Avra-

siya çöllərində yaşamış türkdilli xalqların bir çoxu orta əsrlərdə də 

kurqanlarda  dəfnləri  icra  edir  və  bu  qəbirləri  də  «kurqan»  adlan-

dırırdılar» (Müseyibli N., 2014, s. 88-89). F. Ağasıoğlunun sözlə-

rinə görə, slavyanlar ayrı-ayrı bölgələrdəki kurqanları bəzən ayrı-

ayrı türk  xalqlarının  adı  ilə  adlandırmışlar.  Məsələn,  «Zaporojye-

Dneprepetrovsk bölgələrində bu kurqanlara kazak, Xersonda tatar, 

Krımda  türk qəbri  deyilir.  Xerson  vilayətinin  Aşağı  Seroqoz 

qəsəbəsindəsə hündürlüyü 20 metr olan bir möhtəşəm skif kurqanı 

Oğuz kurqanı adlanır» (Ağasıoğlu F., 2013, s. 15).  

Avropa və rus arxeoloqlarının  bir qismi  hələ də bu fikirdə-

dirlər ki, eneolit və tunc dövrünə aid kurqanların və ümumiyyət-

lə kurqan mədəniyyətinin yaradıcıları hind-avropalılar olmuşlar. 

Onların  belə  düşünməsi  həmin  mədəniyyətin  birbaşa  varisləri 

olan iskit, sak, sarmat və alanları irandilli hesab etmələri ilə bağ-

lıdır.  Məlum  olduğu  kimi,  Q.  Bonqard-Levin,  E.  Qrantovski, 

(Бонгард-Левин Г. М., 1973; Бонгард-Левин Г. М., Грантовс-

кий Э. А., 1974), İ. Dyakonov (Дьяконов И. М., 1967; Дьяко-

нов И. М., 2012), M. Dandamayev, V. Lukonin (Дандамаев М. 

А., Луконин В. Г.,  1980), V. Abayev (Абаев В. И., 1962), D. 

Rayevski (Раевский Д. С., 1980; Раевский Д. С., 1985; Раевс-

кий Д. С., 2006) və s. bu kimi tanınmış iranşünas və hindşünas 

alimlər əsərlərində yanlış olaraq iskit, sak, sarmat və alanlardan 

irandilli kimi bəhs etmiş, bu zaman hunların, xəzərlərin, bulqar-




 

55

ların, savirlərin, qıpçaqların və s. türk xalqlarının da eyni ənənə-



nin daşıyıcısı olduğunu gözardı etmişlər. 

Türkoloqların böyük əksəriyyəti, eləcə də tarixçi alimlərin bir 

qismi  (Юсифов  Ю.Б.,  1988,  s.  181-182;  Kothe  H.,  1967,  s.  23; 

Бернштам., 1946, s. 112; Мухаммед Гасанхан Э'тимад ус-Сал-

тана.,  1875,  s.  28;  Ахинжанов  М.Б.,  1957,  s.104;  Гинзбург  В., 

1956; Гейбуллаев Г., с. 49-59, 154-189; Доватур А.И., Каллис-

тов  Л.П.,  Шишова  И.Л.,  1982,  с.  171;  Петров  К.И.,  1975,  s. 

124;  Ямпольский  3.И.,  1970;  Голубовсикй  П.В.,  1888,  s.  143-

144; Трощанский  В., 1911, s. 8)  isə kimer,  skif  və sakların türk 

olduğu  fikrindədirlər  və onların  da özlərinə görə  çox sayda  arqu-

ment və sübutları var. Bütün bu dəlillər, yəni kimer, iskit və sakla-

rın hunlar və qədim türklərlə eyni etnosun nümayəndələri olduğu-

nu  təsdiqləyən  tarixi  mənbələr  O.C.Mənxen-Helfenin  «Hunların 

dünyası» kitabında cəmlənmişdir (Otto Mänchen-Helfen.,1978). 

Genetiklərin  əldə  etdikləri  nəticə  iranşünaslarla  türkoloqlar 

arasında  iki  əsrə  yaxındır  ki,  davam  edən  bu  mübahisəyə  son 

qoymuş və sözügedən xalqların türk olduqlarını birmənalı şəkil-

də təsdiq etmişdir.  

Rusiya Elmlər Akademiyasının Sibir şöbəsinin Genetik Sito-

logiya İnstitutunun  və  Samara  Dövlət  Sosial-Pedaqoqika  Univer-

sitetinin aparıcı alimlərinin Almaniya, ABŞ, Fransa və başqa ölkə-

lərdən  olan  həmkarları  ilə  birlikdə  Avrasiyanın  müxtəlif  bölgələ-

rinə səpələnmiş müxtəlif skif kurqanlarından aşkar edilmiş skelet-

lər və onlardan götürülmüş DNT nümunələri üzərində apardıqları 

antropoloji  və  hərtərəfli  genetik  analizlər  nəticəsində  skiflərin  et-

nik mənşəyinə aydınlıq gətirilmişdir (Поздняков Д. Скифы…). 

Tədqiqatların  nəticələri  aşağıdakı  alimlərin  rəyi  ilə  dərc 

edilmişdir:  

Almaniyadakı Maynts Universitetinin və Bioloji Təkamül İns-

titunun əməkdaşları Martina Unterländer, Zuzana Hofmanová, Me-

lanie Groß, Christian Sell, Jens Blöcher, Karola Kirsanow, Sandra 

Wilde, Adam Powell, Benjamin Rieger və Joachim Burger. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə