Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə26/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   22   23   24   25   26   27   28   29   ...   154

 

77

- Mən bir şeytanam, lap suyun dibindəki yerdə yaşayıram. 



Tanrı şeytana üz tutub soruşdu: 

-Bilmirəm,  sözün  doğrudurmu?  Suyun  altında  yer  varmı? 

Elədirsə, o yerdən mənə bir parça torpaq gətir! – dedi. 

Şeytan dənizə daldı, xeyli vaxt keçdikdən sonra şeytan görün-

dü. Əlində bir az torpaq var idi. Tanrı qara torpağı ondan aldı, əlində 

tutub, baxdı, torpağı təqdis etdi və suya atdı. Sonra şeytan düşündü 

ki, Bu Tanrını necə suda batırım, boğulsun. Lakin elə bu vaxt torpaq 

böyüyüb,  ətrafa  yayılmağa  başladı.  O  sərtləşdi,  bərkidi.  Dənizin 

böyük bir hissəsi həmin torpaqla doldu» (Ögəl, 2006, səh. 443). 

Daha  bir  variant:  «Bir  zamanlar  yalnız Tanrı  Qara  xan  və  su 

vardı.  Qara  xandan  başqa  görən  və  sudan  başqa  görünən  yox  idi. 

Ağ  ana  göründü.  O,  Qara  xana  “yarat”  deyib  yenidən  suya  daldı. 

Bunu  eşidən  Qara  xan  bir  kişi  yaratdı.  Qara  xanla  kişi  intəhasız 

suyun üstü ilə iki qara qaz kimi uçurdular. Lakin halından məmnun 

olmayan  kişi,  Qara  xandan  daha  yüksəkdə  uçmaq  istəyirdi.  Onun 

istədiyini  bilən  Qara  xan  kişidən  uçmaq  qabiliyyətini  aldı.  Kişi 

dibsiz  suya  yuvarlandı.  Elədiyindən  peşiman  olub  Tanrı  Qara 

xandan bağışlanmasını xahiş etdi…» (Cəfərov, 2004, səh 13).  

«Ər Soqotox» dastanının O. Böhtlinq tərəfindən toplanmış va-

riantında Ağ Ana da eynən Umay kimi ağacla bağlı təqdim edilir: 

«...Günəşə  üz  tutub,  üç  dəfə  salam  verdi.  “Xaqan  ağac”ın 

qarşısına çatan kimi diz çökdü və ağaca belə dedi: 

-Mənim  ağac  Xaqanım!  Ey  müqəddəs  ruh!  Ey  ulu  xatun! 

Mənim  yurdumun  ruhu!  Mən  bir  yetimdn  başqa  bir  şey  deyil-

dim. Sən götürdün, məni böyütdün.Mən kiçik bir uşaq ikən, sən 

məni böyük bir adam etdin... Gəl mənim nə olacağımı, gələcəyi-

mi də bildir. Mən nə edəcəyəm? Mən bundan sonra necə yaşaya-

cağam? Ey ulu ana!.. 

İgid bunları söylədikdən sonra birdən göy üzü tutulmuş, bu-

ludlar yığılmış və göy müdhiş bir şəkildə gurlamağa başlamışdr. 

Az  sonra  iri-iri  damlalı  yağış  yağmağa  başlamış  və  ətrafı  sellər 

basmışdır.  Göydən  ağ  bir  bulud  uçmuş  və  bu  buluddan  da  yerə 

ildırımlar  enmişdir.  Yer  –  göy  titrəmiş,  çaylar  daşmş,  dənizlər 

çalxalanmışdır.  Az  sonra  ağ  saçlı  Ana  Tanrı  görünmüşdür.  Ya-




 

78

vaş  –  yavaş  ağacın  kökündən  çölə  çıxmş  və  oğlanın  qarşısında 



durmuşdur» (Ögəl, 2006, səh. 120).  

Yuxarıda qeyd edildiyi kimi, Çatal-Höyükdə Ağ Ana ilə ya-

naşı sitayiş obyektlərindən olan kişi «tanrı»lar bəzən uşaq, bəzən 

yeniyetmə (ilahənin sevgilisi) bəzənsə saqqallı kişi şəklində dü-

zəldilirdi. Saqqallı kişilər bir sıra  hallarda hansısa mifoloji  hey-

vanın və ya öküzün belində oturulmuş vəziyyətdə olurdu (James 

Mellaart, 1967, p.181). 

Maraqlıdır  ki,  sonuncuların  təsviri  türk  mifologiyasında 

aşağı ölülər dünyasının sahibi olan Erliyin təsvirləri  ilə üst-üstə 

düşür.  Belə  ki,  şamanlar  öz  alqış  və  ovsunlarında  Erliyi  atletik 

bədən  quruluşuna  malik  qoca  kişi  kimi  vəsf  edirlər.  Onun  göz-

qaşı hiss kimi qara rəngdədir, iki yerə bölünən saqqalı dizinə qə-

dər  çatır.  Azı  dişlərini  xatırladan  bığlar  burmadır  və  qulağının 

arxasına  qədər  uzanr.  Buynuzları  ağac  köklərini  xatırladır.  Saç-

ları  buruq-buruqdur.  O,  bir  versiyaya  görə  qara  palçıqdan  tikil-

miş sarayda, digər iki versiyaya əsasən isə qara dəmirdən qayrıl-

mış  çəpərləri  olan  sarayda  yaşayır.  Bu  saray  Toybadım  çayının 

sahilində  yerləşir.  Erlik  bəzən  avarları  olmayan  qara  qayıqda, 

bəzən  “kəlkə”  (kəlçə)  adlanan  mifik  heyvanın,  bəzənsə  keçəl 

öküzün belində gəzir (Алексеев, 1984, с. 53). 

Çatal-Höyükdə  kəsilmiş  insan  başları  yeyən  yırtıcı  quş  şə-

killərinə  də  tez-tez  rast  gəlinir.  Bunun  nə  anlama  gəldiyini  bil-

məsək də, bu günə qədər dilimizdə işlənən «filankəsin başını ye-

mək» ifadəsi, çox güman ki, həmin dövrün yadigarıdır. 

 

«Kurqan etnosu» və kurqan nəzəriyyəsi 

Tanınmış  rus  genetiki  O.  Balaqanskaya  başda  olmaqla  bir 

qrup  tanınmış  rus  aliminin  birlikdə  qələmə  aldıqları  «Altay,  Sa-

yan,  Tyan-Şan  və  Pamirin  türkdilli  əhalisinin  Y-xromosomunun 

polimorfizmi  Qərbi  və  Şərqi  Avrasiyanın  genofondlarının  qarşı-

lıqlı  əlaqəsi  kontekstində»  adlı  məqaləsində  yazırlar  ki,  R1a1a 

haploqrupu  tədqiqata  cəlb  edilmiş  bütün  populyasiyalarda,  yəni 

əhali  qruplarında  4-61  %  arasında  müşahidə  edilməkdədir.  Bu 

hal,  çox  güman  ki,  sözügedən  ərazidə  iskit-sarmat  dövründə  və 

daha öncəki dövrlərdə üstünlük təşkil etmiş paleoavropa substratı-




 

79

nı  markerləşdirir.  R1b1b2(269)  variantı  isə  bunun  əksinə  olaraq 



öyrənilən populyasiyalarda çox nadir hallarda rast gəlinir (1%) və 

orta  hesabla  polimorfizm  həddinə  çatmır  (Балаганская  О.А., 

Балановская  Е.В.,  Лавряшина  М.Б.,  Исакова  Ж.Т.,  Сабитов 

Ж.М., Фролова С.А., Романов А.Г., Дибирова Х.Д., Кузнецо-

ва М.А., Захарова Т.А., Pitchappan R., Урасин В.М., Балаган-

ский А.Г., Баранова Е.Г., Балановский О.П.,2011, c. 12-22). 

Alimlər  yuxarıda  söylənilənlərdən  çıxış  edərək  aşağıdakı 

nəticələrə gəliblər: 

-  Altay,  Sayan,  Tyan-Şan  və  Pamirin  türkdilli  əhaləsində 

(toplam  1101  nəfər)  üç  əsas  gen  axını  istiqaməti  aşkar  edilmiş-

dir:  (R1a1a  haploqrupu  ilə  markerləşən)  Qərbi  Avrasiya,  Şərqi 

Avrasiya  (C,  D,  O  haploqrupları)  və  Şimali  Avrasiya  (N1b, 

N1c1 və Q) genləri. 

- Tədqiqata cəlb edilmiş türkdilli əhali qruplarının genofon-

dunun  formalaşmasında  əsas  tendensiya  özünü  Qərbi  Avrasiya 

(paleoyevropoid)  komponentinin  Şərqi  Avrasiya  (monqoloid) 

komponenti  ilə əvəz olunması  şəkilində göstərir. Monqoloid tə-

sir özünü baryer rolunu oynayan dağlıq zonalara nisbətən çöl və 

çöllə həmsərhədd zonalarda daha çox büruzə verir. Onların gen-

lərində protoural və paleoasiya komponentlərinin izləri də qoru-

nub saxlanılmışdır.  

- Öyrənilən türkdilli populyasiyalar genetik sahədə üç klas-

terdə  birləşir:  Altay-Sayan,  çöl  və  bu  ikisi  arasında  keçid  olan 

Pamir – Tyan-Şan. Y-xrosomun hər iki (SNP və STR) markeləri 

üzrə xakaslarla qırğızların daha sıx etnogenetik bağlarının oldu-

ğu, şorların Qərbi Avrasiya, qazaxların isə Şərqi Avrasiya kom-

ponentinə daha yaxın olduğu müəyyən edilib. 

-  Nisbətən  tez-tez  müşahidə  edilən  haploqruplar  (N1b, 

N1c1,  P1a1a,  R1b1b1,  Q,  D)  STR-haplotiplərin  klasterləri  mü-

əyyənləşdirilib. Onlar əsasında Cənubi Sibir və Orta Asiya xalq-

larının  genofondunun  nisbətən  cavan  (təqribən  4000  il)  olduğu 

aşkar edilib (Балаганская О.А., Балановская Е.В., Лавряшина 

М.Б.,  Исакова  Ж.Т.,  Сабитов Ж.М., Фролова С.А.,  Романов 

А.Г.,  Дибирова  Х.Д.,  Кузнецова  М.А.,  Захарова  Т.А.,  Pitc-




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə