80
happan R., Урасин В.М., Балаганский А.Г., Баранова Е.Г.,
Балановский О.П.,2011, c. 12-22).
O. Balaqanskaya və həmkarlarının gəldikləri bu nəticəyə is-
tinad edən Q. Hümbətov yazır ki, ilk türklərin Sibirə 4000 il əv-
vəl gəldiyi təsdiq edilir ki, bu da ilk «andronovoluların» (Andro-
novo mədəniyyətinin daşıyıcılarının) həmin regionda peyda ol-
ması dövrü ilə üst-üstə düşür və arxeoloqların gəldiyi nəticəni
təsdiq edir (Гумбатов Г., 2015).
Beləliklə, genetika elmi ilk türklərin Altay, Sayan, Pamir və
Tyan-Şana 4000 il bundan əvvəl qərbdən, daha dəqiq desək,
Qərbi Avrasiyadan gəldiklərini bildirir. Bu isə o deməkdir ki,
türklərin Altay mənşəli olduqları və bu ərazidən bütün Avrasiya
ərazilərinə yayıldıqları fikri öz təsdiqini tapmır. Yəni Altay Nə-
zəriyyəsini uyduranlar onu siyasi və geosiyasi məqsədlərlə uy-
durmuşlar və bu nəzəriyyənin heç bir elmi əsası yoxdur.
Genetiklərin Avrasiya ərazisinə yayılmış və müxtəlif minil-
liklərə aid çoxsaylı kurqanlardan aşkar edilmiş skeletlərdən gö-
türdükləri DNT nümunələri əsasında onların, demək olar ki, ha-
mısının R1a və R1b haploqruplarının daşıyıcısı olduğu və həmin
genlərin Qərbi Avrasiyanın eneolit dövrü qədim əhalisi ilə bağlı
olduğu üzə çıxmışdır.
Tərkibinə Rusiyanın Y.Balanovskaya, O.Balaqansakaya,
L.Damba, X.Dibirova, A.Aqocanyan, Y.Boqunov, M.Jabagin,
J.İsakova, M.Lavryaşina və O.Balanovskiy kimi aparıcı genetik-
lərinin daxil olduğu genetiklər qrupunun apardıqları tədqiqatlar
nəticəsində gəldikləri nəticə də çox maraqlıdır. Onlar birlikdə qə-
ləmə aldıqları «Altay-Sayan, Tyan-Şan və Pamirin türkdilli dağ
və çöl əhalisinin genofonduna təbii şəraitin təsiri» adlı məqalədə
sözügedən bölgələrinin türk əhalisi arasında uzun illərdən bəri
apardıqları tədqiqatların nəticələrinə nöqtə qoyaraq yazırlar ki,
Altay-Sayan, Tyan-Şan və Pamirin türkdilli əhalisinin genofon-
dundakı Y-xromosom markeləri əsasında genlərin üç axını müəy-
yən edilib. «R1a1a hamloqrupu ilə markerləşdirilən Qərbi Avrasi-
ya geni tədqiata cəlb edilmiş bütün türk xalqlarında (yakutlardan
başqa) dominantlıq təşkil edir (orta hesabla 45 %). Bu haploqrup
81
şorlarda 60%, tubalar və altay-kijilərdə 50% təşkil edir. Digər təd-
qiq edilmiş türk xalqarında isə bu göstərici 24-57 % faiz arasında
dəyişir. R1b1b-ə isə çox nadir hallarda rast gəlinir və o, 1% -i
keçmir (Балаганская О.А., Балановская Е.В., Лавряшина М.Б.,
Исакова Ж.Т., Сабитов Ж.М., Фролова С.А., Романов А.Г.,
Дибирова Х.Д., Кузнецова М.А., Захарова Т.А., Pitchappan R.,
Урасин В.М., Балаганский А.Г., Баранова Е.Г., Балановский
О.П.,2011, c. 12-22; Балаганская О.А., Балановский О.П., Лав-
ряшина М.Б., Кузнецова М.А., Романов А.Г., Дибирова Х.Д.,
Фролова С.А., Захарова Т.А., Баранова Е.Е., Сабитов Ж., Ни-
мадава П., Балановская Е.В., 2011, c. 25-39).
Dünyanın ən tanınmış genetiklərindən hesab edilən ameri-
kalı mütəxəssis P. Anderhill dünyanın 32 aparıcı genetiki ilə bir-
likdə qələmə aldığı bir məqaləsində bildirir ki, fileocoğrafi mə-
lumatlar tədqiqatçıları belə bir fikrə gətirib ki, R1a-M420 halo-
qrupunun ilkin diverfikasiya epizodları təqribən 5800 il öncə
İranın bilavasitə yaxınlığında, Qərbi Azərbaycan vilayətində və
Şərq Anadoluda baş verib. Tədqiqata cəlb edilmiş R1a-M420
(xSRY10831.2) xromosom barədə məlumatların 18-i İranın Qər-
bi Azərbaycan vilayətindən, 3-ü isə Şərqi Anadoludan əldə edil-
mişdir. Müşahidə edilən R1a1-SRY10831.2 (xM417 / Page7)
altı xromosomdan beşi də analoji olaraq məhz İran Azərbayca-
nında üzə çıxarılıb (Underhill, P.A.; Myres, Natalie M; Rootsi,
Siiri; Metspalu, Mait; Zhivotovsky, Lev A; King, Roy J; Lin,
Alice A; Chow, Cheryl-Emiliane T; et al., 2009, p. 479–484).
Alimin sözlərinə görə, regionda R1a haloqrupunun bazal
xətlərinin müxtəlifliyi və zənginliyi bu genin Yaxın Şərq mənşə-
li olduğuna şübhə yeri qoymur və onun doğuş yeri kimi İranın
şimal-qərbini gözdən keçirməyə imkan verir (Underhill, Peter
A., 2015, p.124-131).
ABŞ və Avropa alimlərinin bu sahədəki araşdırmalarını də-
rindən təhlil edən Q. Hümbətovun yazdığına görə, son illərdə
qədim və çağdaş türk xalqlarının genofondunu araşdıran çox
sayda tədqiqat əsəri yazılmışdır. Tədqiqatçılar 2012 ildə Cənubi
82
Azərbaycan sakinlərində R1a (SRY10831.2) relikt haploqrupu-
nu, eləcə də daha qədim R1a-M420 əcdad genini tapmışlar.
«R1a haploqrupunun daşıyıcısı olan protürklər e.ə. X minil-
likdən etibarən Cənubi Qafqazda yaşamışlar. P. Anderhill və di-
gərlərinin tədqiqatlarına əsasən deyə bilərik ki, təqribən 6000-
5500 il əvvəl R1a (M420)>(M198), (M417) > (SRY10831.2)
haploqrupunun daşıyıcıları olan qədim türklərin bir qismi yeni
otlaq yerləri axtararaq, Qafqazdan keçməklə Avrasiya düzənlik-
lərinə hərəkət etmişlər - R1a (SRY10831.2) > (Z93). Qədim
türklərin başqa bir hissəsi isə (çağdaş cənubi azərbaycanlılar) əs-
ki yurd yerlərində qalıblar.
Məlum olduğu kimi, R1a haploqrupu türk etnosunun və
kurqan mədəniyyətinin yayılma markeri kimi tanınır. Bu hap-
loqrupun yüksək tezliklərinə bütün türk xalqlarında və onların
tarixi qonşularında rast gəlinir. Türklər 5000 ildir ki, həmin
xalqlarla təmas halındadır.
Beləliklə, ehtimal etmək olar ki, R1a haploqrupunun daşıyı-
cısı olan çağdaş kişilərin böyük əksəriyyəti protürklərin xələflə-
ridir və onların əcdadları Cənubi Azərbaycandan çıxmışlar»
(Гумбатов Г., 2015)
Avropada neolit mədəniyyəti, şübhəsiz ki, Anadoluda və
Yaxın Şərqdə ilk dəfə peyda olan neolitdən asılı olmayaraq, yəni
müstəqil şəkildə yaranmışdır və bunu qətiyyətlə söyləmək olar,
amma enolit dövrü haqqında bunu söyləmək çətindir və hətta
mümkün də deyil. Arxeoloqlar, bir qayda olaraq, eneolit mə-
dəniyyətinin Avropa və Qafqaza ayaq açmasını Anadoludan və
ona həmsərhəd olan Güney Azərbaycandan köçüb gələn miq-
rantlarla bağlayırlar. Genetiklərin tədqiqatları sayəsində həmin
köçmənlərin R1a və R1b Y-xromosomlarının daşıyıcıları olduq-
ları, bir müddət sonra kurqanda dəfn ənənəsinin də məhz onların
içərisində yarandığı məlum olmuşdur.
Kurqanda dəfn adətinin ilk dəfə hansı ərazidə yarandığı
uzun müddət mübahisələr mövzusu olsa da, elmə məlum kur-
qanların radiokarbon üsulu ilə yaşının müəyyənləşməsindən
sonra bu məsələyə müəyyən qədər aydınlıq gətirilmişdir.
Dostları ilə paylaş: |