104
Eneolit dövrünə aid Soyuqbulaq kurqanlarının
radiokarbon analizlərinin nəticələri (N. Müseyibli)
İlk tunc dövründən etibarən köçü asanlaşdıran səbəblərdən
biri də arabanın kəşfi idi. Bu barədə F. Ağasıoğlu özünün «9 Bi-
tik» kitabının hələ dərc olunmamış, fəqət istifadə edə bilməmiz
üçün böyük lütf göstərərək, bizə təqdim etdiyi IV cildində (IV
Bitik, s. 198-203) maraqlı məlumatlar verməkdədir. Onun icazə-
si ilə kitabın həmin hissəsini olduğu kimi və bütünlüklə öz kita-
bımıza daxil etməyi lazım bildik:
«…İlk təkər və arabanın m.ö. IV minildə Urmu-Van gölləri
arasında yaranıb III-II minillərdəsə buradan dünyanın digər
bölgələrinə yayıldığını yazan uzmanlar (V.G.Childe, T.S.Pig-
gott, Y.A.Şer və b.) o çağda arabanın icadını bəşəriyət üçün bö-
yük texniki tərəqqi sayır, XX əsrdə ilk uzay uçağının verdiyi ef-
fekt kimi dəyərləndirirlər.
Türklərin 2 təkərli (kanqlı) və 4 təkərli (kölüngü) arabaları
onları daha uzaq yerlərə köç etməsinə imkan yaratdı. Keçə örtü-
lü arabalar isə gələnəksəl olaraq Avrasiya çöllərində saqa-hun-
göytürk bolarının etnoqrafiyasında irsi davamlıq kimi sərgiləndi.
Minillər boyunca təkmilləşmə aşamaları ilə araba və təkərin
müxtəlif türləri yaranmış, arabanın ayrı-ayrı hissələrini bildirən
təkər, boyunduruq, ok, okluq, dingil//tingil (araba oxu), arış,
gərmə, tilkicə, bağırcaq, aykırı, milməcər (qurdağzı), yağıldırak
kimi onlarla söz ortaya çıxmışdır.
İlk təkərlərin hazırlanması üçün lazım olan bərk ağac növü
və metal Azərbaycanda bol idi, Azərbaycanın əksər bölgələrində
Kür-Araz kulturu və orta tunc dövrünə aid basırıqlarda (kurqan-
larda - B. T.) xeyli cəng arabası, təkər-araba modelli fiqurlar,
hətta bütöv araba tapılmışdır. Dəclə-Urmu arası bölgələrdə Tə-
pə-Qavra, Hasanlu, Xəzər hövzəsində Telmankənd kurqanı, Tə-
pə-Hisar, Qazaxda Baba-Dərviş, Dağıstanda Vəlikənd, Çemi-
kənd, Naxçıvanda Kültəpə, İrəvan mahalında Lori-qala, Şenqa-
vit, Arıc, Ördəkli və basırıqlarında təkər fiqurlarına rast gəlmək
olur. Borçalıda isə bütöv araba tapılmışdır.
105
Təkər və arabanın ilk dəfə türk boyları tərəfindən yaranma-
sı inamı türk eposlarında orta əsrlərəcən davam etmişdir. «Oğuz-
namə»də deyilir ki, ona qədər təkər yox idi, arabanı ilk düzəldən
onlar oldular. Gərək olan yükləri, qənimətləri bu arabalara yük-
ləyib apardılar və bu səbəbdən Oğuz onlara «kanqlı», yəni «ara-
baçılar», «arabası olanlar» adını verdi.
Göründüyü kimi, uzmanlara görə arabanın 6 minil öncə Ur-
mu-Van arasında yaranması baxışı Oğuzxanın arabaçı boya verdiyi
adın Ön Asiya xalqlarının dilində əks olunması ilə örtüşür. Belə ki,
akad dilində «xulikanu», «xulukannum», hurri dilində «hulikanni»,
het yazısında isə «xuliganni» şəklində işlənib yüngül arabanı bil-
dirən sözlərin tərkibidəki «kan//kann» çox güman ki, «kañ//kanq»
(araba) ilə bağlıdır, çünki akad dilində xulu «yol» sözü ilə başlanan
bu söz (xulu-kanni) «yol arbası» deyiminə uyğun gəlir.
Türklərin quzey və doğu yönlərə köçü də Ön Asiyadakı araba
türlərinin o istiqamətlərə aparılması çağı ilə təsdiq olunur. Araba
gələnəyinin doğu miqrasiyası Koreyanın quzey-batı bölgəsinə
qədər gedib çıxmışdır. Çin yazıları üzrə məşhur alim V. Eberharda
görə, Çinə at bəsləmə gələnəyilə bərabər Ön Asiya tipli savaş
arabasını da aparan türklər idi. Savaş arabasından başqa, Orta
Asiya tipli hündür təkərli araba (kao-ch’ê) növü də Çinə türklərlə
keçmişdir. Çin qaynaqları «göytürklərin keçə (örtülü) arabaları
var» - deyə, «otaqlı araba» adlanan keçə örtüklü (ch’ê-chang)
arabalardan da bəhs etmişlər. Yunanca qaynaqlar eyni görkəmli
arabaların qonar-köçər saqa boylarında da olması, belə örtülü ev-
arabalarda qadın və uşaqların barınması haqqında bilgilər verir.
İ.M.Dyakonov yazır ki, Avropadan çıxıb Orta Asiya üzərin-
dən İran yaylasına gələn arilər atla deyil, piyada gəlmiş və ilk
dəfə savaş arabasını da burada görmüşdülər. Atın və cəng ara-
basının Hindistana gətirilməsini ari (hind) tayfaları ilə bağla-
yanların iddiasının doğru olmadığını burada m.ö. 2000 illərə aid
Xallur qazıntısnda tapılan yerli cəng arabası, at və at sümükləri
aydın göstərdi. Misirdə isə m.ö. XX-XIX əsrlərdə hələ savaş
arabaları yox idi, belə arabalar buralarda yalnız hiksosların yü-
rüşündə görünməyə başlayır.
106
Bəzi yazarlar «araba» sözünü ərəb və ya yunan dilindən alınma
sayır, ancaq bu dillərdə onun etimoloji yozumunu verə bilmirlər.
Bir sıra tanınmış dilçilərsə (N.K.Dmitriyev, G.Dörfer və b.) ərəb-
lərlə heç bir kontaktı olmayan çuvaş və başqa türk dillərində işlənən
araba sözünü türkmənşəli sayır. Belə ki, finuqor, monqol və tunqus-
mancur dillərinə türk dillərindən keçən araba sözü ərəb dilinə də
keçmişdir. Rus dilinə yükdaşıma və araba ilə bağlı çoxlu türk sözlə-
ri keçmişdir, belə ki, «navyuçivat» (yükləmək) deyimindəki «vyuk»
(yük) sözündən tutmuş, «arba» (araba), «teleqa» sözlərinə qədər
«kibita//kibitka» (üstü qapalı kəbit) və «tabor» (arabalarla dövrələ-
mə qurğu) kimi onlarla söz və belə etnoqrafik sözlər əsasında ya-
ranan xeyli deyimlər vardır. Örnəyin, daşımaqla bağlı «taşit», «tas-
kat», «taçka», «taçanka» və s. Anadolunun Kaniş şəhərində asur ta-
cirlərinin yazısında «daşımaq» sözü «taşşiatum» kimi verilir. Dörd
minil öncəyə (m.ö. XX əsrə) aid bu sözün rus dilində də «taşit» (та-
шить) şəklində işlənməsinin bir yozumu var, o da hər iki dildə
«daşı-« (taşıt) sözünün müxtəlif çağlarda türklərdən alınmasıdır».
Çuxur mədəniyyətində müşahidə etdiyimiz kurqanlara ara-
ba yerləşdirmək adəti Cənubi Qafqazın ilk tunc dövrü kurqanla-
rında da müşahidə edilməkdədir. Bu baxımdan Alazan sahilinin
sol sahilində yerləşən 3 №-li Ananauri kurqanını misal çəkmək
olar bu kurqandan iki ədəd 4 təkərli araba tapılmışdır (Махарад-
зе З., 2015, с. 110-111). 5 №-li Qaracəmirli kurqanının kamera-
sında isə araba qoşqusu qaydası ilə arabaya aid tunc detallar dü-
zülmüşdü (Гусейнова М. А., Алиев И. Н., 2008, s. 113-114).
Kurqana araba və ya onun hər hansı bir detalının, ya da ki
modelinin yerləşdirilməsi adətinin qeydə alındığı ən əski kur-
qanlardan biri də 1 №-li Telmankənd kurqanıdır. Bu abidənin
qəbir kamerasında iki araba təkəri modeli aşkar edilib (Махму-
дов Ф. Р., 2008, s. 38-40).
Bu yenilik sonrakı dövrlərdə Cənubi Qafqazın orta tunc abi-
dələrində, eləcə də Sintaşta, Kərtmə, Andronovo kimi mədəniy-
yətlərdə davam edir, daha sonrakı dövrlərdə öz davamını iskit,
sak, o cümlədən Pazırık kurqanlarında tapır. Orta əsrlərdə isə bu
ənənəni qıpçaq və oğuzlar davam etdirirlər. Deyilənlərə Gürcüs-
Dostları ilə paylaş: |