Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə33/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   29   30   31   32   33   34   35   36   ...   154

 

98

Əqiqdən qayrılmış qabı balla doldurdu. 



Lacivərddən düzəlmiş qabı yağla doldurdu. 

Masanı bəzəyərək Utu üçün apardı  

(Bilqamıs dastanı, 1985, s. 66). 

Günəş tanrısı Utunun adı Azərbaycan folklorunda bu yaxın 

zamanlara  qədər  “Qodu”  şəklində  yaşamışdır.  Bilqamıs  Utuya 

bal, yağ kimi yeməli şeylər apardığı kimi, Azərbaycanda da Qo-

du üçün xəmiraşı bişirilməliymyş. Qeydə alınmış “Qodu-Qodu” 

nəğmələri  içərisində  bal  və  yağın  xatırlanması  da  xüsusi  maraq 

doğurmaqdadır:  

Qoduya qaymaq gərək, 

Qablara yaymaq gərək, 

Qodu gün çıxarmasa, 

Gözlərin oymaq gərək. 

Yağ verin yağlamağa, 

Bal verin ballamağa, 

Qodu gülmək istəyir, 

Qoymayın ağlamağa  

(Nəğmələr,inanclar,alqışlar, B.,1986, s. 47).  

5 min il öncə Günəş tanrısı Utuya bal və yağ qurbanlığı ve-

rən Bilqamıs bu mərasim zamanı gildən heykəl düzəltdiyi kimi, 

Azərbaycan türkləri də XX əsrin ortalarınadək “Bal verin balla-

mağa,  yağ  verin  yağlamağa”-deyərək  “Qodu-Qodu”  mərasimi 

keçirərkən, müqəvva düzəldərmişlər.  

Burada daha iki maraqlı paraleldən də söz açmaq yerinə düşər. 

Qədim  şumer  mənbələrində  yazılanlara  görə, Şumer  dövlətinin  ilk 

hökmdarı Etana olmuşdur. Qədim şumerlər onunla bağlı bir dastan 

da  qoşmuşdular  və  bu  dastanın  süjeti  Azərbaycanda  çox  məşhur 

olan Məlikməmməd nağılının süjeti ilə ağlasığmaz dərəcədə üst-üs-

tə düşür. «Dastanda əbədi həyat çiçəyini tapmaq qərarına gələn Eta-

na şah tanrıların məsləhəti ilə yola çıxır və bir quyuya düşür. O ora-

da balaları qartal tərəfindən yeyilmiş ilanın həmin qartalla döyüşü-

nün  şahidi  olur  və  ilanı  öldürür.  Etana  qartalın  belinə  minib  göyə 

qalxır. Göyə qalxanda Etana ilə qartal arasında dialoq baş verir. Quş 



 

99

qəhrəmana  yerə  baxmağı  və  onun  nəyə  oxşadığını  təsvir  etməyi 



təklif edir. Etana yeri öncə xəlbirlə, sonra çörəklə müqayisə edir. 

Dastanın  yazıldığı  gil  lövhə  qırıq  olduğundan  onun  ardı 

məlum  deyil.  Lakin  elə  bu  qədər  də  söhbətin  “Məlikməmmədin” 

şumer variantından, daha dəqiq desək, prototipindən getdiyinə heç 

bir  şübhə  oyatmır.  Beləki,  bizim  qəhrəman  da  əbədi  həyat  çiçəyi 

axtaran  Etana  kimi,  cavanlaşdırıcı  almanın  dalınca  gedir.  O  da 

quyuya düşür. O da əjdaha ilə zümrüd quşunun konfliktinin şahidi 

olur.O da əjdahanı öldürür və quşun belində uçur. Ona da quş yerə 

baxmağı və nə gördüyünü söyləməyi təklif edir. Məlikməmməd də 

eynən Etananın verdiyi cavabı verir (Tuncay B., 2013, s. 55). 

Bir çox Şərq xalqlarının, ilk növbədə də türk xalqlarının hər il 

mart  ayında  sevə-sevə  keçirdikləri  Novruz  bayramının  təşəkkülü 

ilə bağlı ilk yazılı mənbələr 5 min il öncəyə aid şumer mətnləridir 

ki,  bu  mətnlərdən  eyni  bayramı  martın  21–də  şumerlərin  də  qeyd 

eməkdə olduqları və bu bayramın məhsuldarlıq və cobanlar tanrısı 

Dumuzu  şərəfinə  keçirildiyi  məlum  olur.  «Şumerlər  həmin 

bayramı  eyni  tanrının  adı  ilə  Dumuzu  bay-ramı  adlandırırdılar. 

Bununla  bağlı  ayrıca  bir  mifik  süjrt  də  var  idi  və  həmin  süjet 

barədə  Lipin  və  Belov  birgə  qələmə  aldıqları  “Gil  kitabələr”  adlı 

kitablarında  məlumat  verməkdədirlər.  Süjetin  qısa  məzmunu 

belədir: Yeraltı ölülər dünyasının hakimi Ereşkiqal məhsuldarlıq və 

çobanlar  tanrısı  Dumuzunu  öz  qaranlıq  dünyasında  əsir  edir.  Bu 

səbəbdən də  yer üzündə  bütün çiçəklər  solur, ağacların  yarpaqları 

tökülür.  Sevgi  tanrısı  İninni  Dumuzunu  xilas  etmək  üçün  yeraltı 

dünya-ya  enir,  7qapı  keçir  və  uzun  sərgüzəştlərdən  sonra  Dumu-

zunu  əsirlikdən  xilas  edir.  Bu  martın  21-də  baş  verir.  Həmin  gün 

ağaclar yenidən çiçək açır, təbiət oyanır» (Tuncay B., 2013, s. 71).  

Beləliklə,  folklorçu  alimlərin  üzə  çıxartdıqları  paralellər  arxe-

oloqların  və  genetiklərin  gəldikləri  nəticənin  düzlüyünü  təsdiq  et-

məklə yanaşı, erkən kurqanda dəfn ənənələrinə malik tayfaların mə-

dəni mənsubiyyəti və əlaqələrinə işıq salmaqda önəmli ip ucu verir.  

Fikrimizcə,  həmin  tayfaların  mədəni  mənsubiyyətinin  və 

əlaqələrinin  aydınlaşdırılmasında  dilçi  alimlərin  ortaya  qoyduq-

ları dil paralellərinin də əhəmiyyəti bundan az deyildir.  




 

100


Maraqlıdır  ki,  alimlərin  bəziləri  şumer  dilini  türk  dili  saymış 

və bu gün də saymaqda davam edirlər. Məlumat üçün  bildirək ki, 

şumer  və  türk  dillərinin  qohumluğu  müddəasını  ilk  dəfə  irəli  sü-

rənlər görkəmli dilçi alimlər Hommel və Qroznı olmuşlar. Sonralar 

bu fikir Ə.Cavad, N.Boratav və başqaları tərəfindən daha da inkişaf 

etdirilmişdir. Bu  iş sonrakı dövrlərdə də davam edirilmişdir və  bu 

sahədə  görkəmli  Azərbaycan  dilçisi  A.Məmmədov  və  tanınmış 

qazax  alimi  A.Amanjolov,  məşhur  qazax  şairi  O.Süleymenov, 

qaraçay-balkar  alimi  Miziyev,  türkiyəli  tədqiqatçı  O.N.Tuna  və 

başqalarının əməyini xüsusi qeyd etmək lazımdır.  

Ə.Cavad, N.Boratav və M.Miziyev bir çox şumer-türk söz-

lərinin qarşılıqlı  müqayisəsini  vermiş  və  bu dillərin genetik qo-

hum  olduqları  versiyasını  müdafiə  etmişlər.  O.  N.  Tuna  şumer 

və  türk  dillərinin  tarixi  əlaqəsinə  həsr  etdiyi  əsərində  170-ə  qə-

dər  şumer  kəlməsini  türk  kəlməsi  ilə  tutuşdurmuş  və  linqvistik 

qanunauyğunluqlar  əsasında  şumer-türk  leksik  uyğunluqlarını 

müəyyən etmişdir. Alim fonetik səs əvəzlənməsi prinsipinə isti-

nad edərək belə nəticəyə gəlmişdir ki, şumer dilində həm qərbi, 

həm  də  şərqi  türk  ləhcə  və  şivələrinin  ünsürlərinə  rast  gəlinir 

(Tuncay B., 2013, s. 55-56).  

Tanınmış  dilçi  alim  A.  Məmmədov  yazır  ki,  şumer  dili  ilə 

türk  dillərinin  tarixi  əlaqəsinin  mahiyyətini  daha  aydın  duymaq 

üçün  ilk növbədə bu dilləri  müqayisə etmək  və onları  yaxınlaş-

dıran  fonetik,  leksik  və  qrammatik  eyniyyətlər  bir  tərəfdən 

Şumer  dilinin  genetik  mənşəyini  daha  obyektiv  şəkildə  öyrən-

məyə  şərait  yaradırsa,  digər  tərəfdən  də  türk  dillərinə  məxsus 

sözlərin  tərkibində  daşlaşmış  bəzi  köklərin  arxetiplərini  bərpa 

etməyə tutarlı əsas verir (Məmmədov A, 1989, s. 5). 

A.Məmmədov özünün “Şumer-Türk leksik paralelləri” adlı 

məqaləsində  dillərin  yaxınlıq  səviyyəsini  müəyyənləşdirməkdə 

leksik  qatın  əvəzsiz  rol  oynadığını  nəzərə  alaraq,  şumer  dili  ilə 

türk dillərinin genetik  bağlılığını  sübut edən 120  leksik paraleli 

misal gətirmişdir (Məmmədov A, 1989, s. 5-6).  

Şumer-türk  paralellərinin  və  bu  paralellər  əsasında  mədəni 

əlaqələrinin üzə çıxarılması sahəsində professor Tofiq Hacıyevin 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə