92
реневский С.Н., 2012, s.105). Bu fakt Kür-Araz mədəniyyə-
tinin təşəkkül tarixini bir neçə əsr qədimləşdirməyə imkan verir.
Son illərin tədqiqatları Cənubi Qafqaz ərazisində Kür-Araz
mədəniyyətinin indiyə qədər düşünüldüyündən daha qədim oldu-
ğunu söyləməyə əsas verir. Belə ki, 2007-2011-ci illərdə Qərbi
Azərbaycanın Aknaliç kəndi (Armavir rayonu) yaxınlığında tədqiq
edilmiş 5 və 6 №-li kurqanlardan əldə edilmiş materialların radio-
karbon analizi göstərmişdir ki, onlardan biri e.ə. 3,633–3,355, digə-
ri isə e.ə. 3,627–3,104-cü illərə aiddir (Muradyan F., 2014, s. 348).
Radiocarbon date of the sample from the Kurgan N5.
Sample Radiocarbon Age (BP) δ13C (‰)
LTL13060A 5377 ± 50 -19.1 ± 0.7
Erməni alimlərin gəldikləri son və yekdil qərar budur ki, bu
kurqanlar orta eneolit dövrünə aiddir və Kür-Araz mədəniyyəti-
nin tipik abidəsidir. Hərçənd ki, bəzi analizlər e.ə. 4,340–4,050
illər tarixini göstərməkdədir (Muradyan F., 2014, s. 347).
Beləliklə, Kür-Araz mədəniyyətinin orta eneolit dövründə
təşəkkül tapdığını qeyd etməyin, Seyidli (Dostiyev və b., 1990,
s. 25), Soyuqbulaq (Мусеибли Н., 2007, c. 65-69) və Kavitsxe-
vi (Makharadze Z., 2007. p. 33-54; Makharadze Z., 2008. p.
152-160) kurqanlarını da bu mədəniyyətə daxil etməyin daha
doğru olacağını düşünürük.
Məlum olduğu kimi, Cənubi Qafqazda hələ kurqan mədəniy-
yəti peyda olmamışdan öncə Güney Qafqazda ölüləri, eynən Ça-
talhöyükdə olduğu kimi, yaşayış yerlərinin döşəmələrinin altında
və ya evlərin həyətlərində basdırardılar. Ölülər əksər hallarda «tək
və bükülü vəziyyətdə basdırılmışdır, ancaq az da olsa, kollektiv
dəfn adətinə rast gəlmək mümkündür. I Kültəpədə olduğu kimi,
Babadərviş və Əliköməktəpə abidələrində də qəbirlərdən oxra
tapılmışdır» (Göyüşov, 1986, s. 30). B. Kuftin hələ 1944-cü ildə
həmin dövrə aid maddi mədəniyyət nümunələrini xüsusi qrupda
birləşdirərək, onlardan «Kür-Araz eneoliti» kimi söz açmışdır
(Куфтин Б.А., 1944). Fikrimizcə, o tamamilə haqlı idi.
Bu fakt bizə türklərin ən azı orta eneolitdən etibarən Qafqaz
ərazisində yaşadıqlarını söyləməyə əsas verir. Lakin bu R1a və
93
R1b haploqruplarının Qafqazdan Konya düzənliyinə köç etdiyi-
ni iddia etməyə əsas vermir.
Azərbaycan türklərinin genetik yapısı və Leylatəpə
mədəniyyətinin Şərqi Anadolu ilə bağlılığı
Qafqaz türklərinin genetik yapısının öyrənilməsi işində bir
çox alimlərin böyük xidmətləri olmuşdur. Onların apardıqları au-
tosm DNT və klassik markerlər (Bulayeva et al., 2004, 2006; По-
чешхова, 2008; Боготова, 2009; Caciagli et al., 2009; Литвинов
и др., 2008;); mitoxodrial DNT markerləri (Бермишева и др.,
2003, 2004; Nasidze et al., 2003; Nasidze et al., 2004; По-
чешхова Э.А., 2008; Кутуев, 2009); Y-xromosomlar (Nasidze et
al., 2003; Nasidze et al., 2004; Underhill et al, 2010; Bulayeva et
al., 2006; Caciagli et al., 2009; Mirabal et al., 2009; Боготова,
2009; Кутуев и др., 2010) istiqamətində tədqiqatlar türklərin
Qafqazdakı yazıya qədərki və yazı sonrası genetik tarixini və
miqrasiyalarını öyrənmək baxımından çox böyük önəm daşıyır.
Azərbaycan Respublikasında sistemli və əsaslı genetik ana-
lizlər aparılmadığından bizim genetik yapımız haqqında məlu-
matları Rusiya alimlərinin Dağıstan (Dərbənd) azərbaycanlıları
üzərində apardıqları tədqiqatlardan öyrənmiş oluruq. Həmin təd-
qiqatlardan belə məlum olur ki, bu gün də Azərbaycan türkləri-
nin genetik yapısında, Kür-Araz mədəniyyəti və «Kür-Araz ene-
oliti» dövründə olduğu (Iosif Lazaradis et al) kimi, R1b Y-xro-
mosomu aparıcı yer tutur.
Qafqazın 6 türk xalqının – azərbaycanlıların, balkarların,
qaraçaylıların, qaranoqayların, qumuqların və noqayların Y-xro-
mosom markerlərinin (N=870) genişləndirilmiş vahid panel (58
SNP və 17 STR) üzrə təhlilini verən R. A. Saxalyaxo genetiklər
arasında R1b-M343 haploqrupunun 18 nəsil budağını ilk dəfə
təsnif etmiş və göstərmişdir ki, qaranoqaylarda müşahidə edilən
R1b1a1-M73 variantı mənşə etibarı ilə Asiyanın geniş çölləri ilə
bağlıdır və Qafqaza Asiya çöllərindən gəlmişdir. Alimin yazdı-
ğına görə, osetinlərin və Abxaz-Adıq qrupu xalqlarının (abxaz-
lar, abazalar, adıqlar, çərkəzlər, kabardalılar və şapsuqlar) gene-
tik yapısında dominantlıq təşkil edən G2a-P15 haploqrupuna sa-
94
dəcə qaraçay və balkarlarda rast gəlinir. Digər dörd türk xalqın-
da həmin haploqrup müşahidə edilmir və ya da olduqca önəmsiz
dərəcədədir (Схаляхо Р. А., 2013, с. 4). Bu isə qaraçay və bal-
karların digər türklərdən fərqli olaraq, adı çəkilən qonşu xalqlar-
la iç-içə yaşamasından, əsirlərlə qız verib-almasından qaynaqla-
nır. Azərbaycan və qumuq türklərində isə R1b və R1a haploq-
rupları ilə yanaşı önəmli ölçüdə Nax-Dağıstan xalqları (çeçen,
inquş, ləzgi, dargin, lak, tabasaran və s.) üçün xarakterik olan
J1-M267 və J2a-M172 haploqrupları da maşahidə edilir. Noqay-
larda və qaranoqaylarda, digər dörd türk xalqında rast gəlinmə-
yən N1-LLY22 və C-M130 haploqrupu da qeydə alınıb ki, bu da
onların yerli olmadığını, Qafqaza Şərqi Avrasiya çöllərindən
gəldiyini təsdiq edir (Схаляхо Р. А., 2013, с. 4).
Qaraçay və balkarların genetik kodları onların Çuxur mədə-
niyyəti – Döyüş baltaları mədəniyyəti – Kərtmə mədəniyyət – İskit,
sak, sarmat və alan mədəniyyəti – xəzər mədəniyyəti xətti ilə Qərbi
Avrasiyanın eneolit mədəniyyətinin birbaşa varisləri olduqlarını və
ən azı həmin dövrdən, yəni eneolit dövründən Şimali Qafqazda
yaşadıqlarını sübut edir və bu nəticə heç bir şübhə doğurmur.
Eyni sözləri genetik baxımdan «Kür-Araz eneoliti»nin bir-
başa genetik varisləri (Iosif Lazaradis et al) olan Azərbaycan
türkləri üçün də söyləmək mükündür. Biz də bu ərazilərdə ən azı
eneolit dövründən məskunuq. Arxeoloqlara inansaq, babalrımız
bu ərazilərə «Kür-Araz eneoliti» dövründə Şimali Mesopatami-
yadan, başqa sözlə, Şərqi Anadoludan köç etmişlər. Onların fik-
rincə, elm aləmində «Leylatəpə mədəniyyəti» adı ilə tanınan
mədəniyyət bilavasitə həmin köçün nəticəsində peyda olmuşdur.
Onların bu fikri genetiklərin fikri ilə üst-üstə düşür. Belə ki,
tədqiqatlar göstərir ki, Azərbaycan və qumuq türklərində dominant
olan R1b haploqrupunun R1b1a2a-L23 və R1b1a2-M269 variant-
ları (haplotipləri) Ön Asiya (Şərqi Anadolu) mənşəlidir. Qarano-
qaylarda müşahidə edilən R1b1а1-M73 haplotipi isə Azərbaycan
və qumuq türklərində dominantlıq təşkil edən R1b1a2a-L23 və
R1b1a2- M269 haplotiplərindən fərqli olaraq, Ön Asiya mənşəli
deyil, Şərqi Avrasiya mənşəlidir (Схаляхо Р. А., 2013, с. 13-15).
Dostları ilə paylaş: |