Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə28/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   24   25   26   27   28   29   30   31   ...   154

 

83

Tədqiqatlar  nəticəsində  eneolit  mədəniyyətininin  kurqanaqə-



dərki və ondan sonrakı sərhəddinə aydınlıq gətirməyi bacaran alim-

lərin  səyləri  nəticəsində  bu  yeniliyin  ilk  dəfə  harada  yarandığı  və 

Avrasiyanın  geniş  çöllərinə  haradan,  hansı  marşrutlar  üzrə  və  nə 

zaman  yayıldığını  müəyyən  etmək,  qismən  də  olsa,  mümkün  ol-

muşdur. Xüsusən də Şimali Qafqaz və Volqa-Don bölgəsində apa-

rılan tədqiqatlar bu baxımdan çox faydalı olmuşlar. Bu istiqamətdə 

A.İessen  (Иессен,  1941),  А.Кruqlov,  Б.Piotrocski,  Q.Podqayetski 

(Круглов, Пиотровский, Подгаецкий, 1941), Y Кrupnov (Круп-

нов,  1950;  1957),  О.Мiloradoviç  (Милорадович, 1956),  R.Мun-

çayev (Мунчаев, 1961), М.Romanovskaya (Романовская, 1982), 

E.Şarafutdinova  (Шарафутдинова,1983),  Y.Şatalin  (Шаталин, 

1982; 1984), N.Qicarati (Гиджрати, 1986), С.Кornevski, А.Naqler 

(Кореневский,  Наглер,  1987),  V.Derjavin  (Державин,  1989, 

1991),  V.Trifonov  (Трифонов,  1991),  А.Neçitaylo  (Нечитайло, 

1979;  1996;  1999;  2003;  2004),  Y.Rassamakin  (Рассамакин, 

1993;1997;  Rassamakin,  2004;  Рассамакин,  2009),  B.Qovertitsa 

(Govedariča,  2004),  Kotova  (Котова,  2004;  2006;  2010)  və  baş-

qalarının əməyini xüsusi qiymətləndirmək lazımdır. 

Bu sıraya Cənubi Qafqazın eneolit mədəniyyətinin və erkən 

kurqanlarının araşdırılmasında böyük əmək sərf etmiş İ.Nərima-

nov (Нариманов И.Г., 1987), T.Dostiyev (Dostiyev və b., 1990, 

s. 26), N.Müseyibli (Müseyibli N., 2014), T.Axundov (Ахундов 

Т.И.,  2009),  B.Lionnet  (Лионне  Б.  и  др.,  2002),  Z.Maxaradze 

(Махарадзе  З.,  2015)  F.  Muradyan  (Muradyan  F.,  2014)  və  s. 

alimlərin də adını xüsusi qeyd etmək lazımdır. 

Erkən kurqanların doğuş yeri məsələsinin elmi problem ki-

mi ortaya çıxmasında Nalçik nekropolonun kəşfinin  böyük rolu 

olmuşdur.  Bu  məzarlığın  kəşfindən  və  tədqiqindən  sonra  elmi 

ədəbiyyatda belə bir fikir hakim olmuşdu ki, ilk kurqanlar Şərqi 

Avropada,  daha  dəqiq  desək,  Şimali  Qafqazda,  Volqa  və  Don 

çayları arasındakı düzənliklərdə peyda olmuşdur (Круглов, Пи-

отровский,  Подгаецкий,  1941,  c.  68–69).  Amma  çox  keçmədi 

ki, Xvalinsk mədəniyyəti üzə çıxarıldı və bu fikir öz aktuallığını 

müvəqqəti olaraq itirdi (Васильев, 1981, c. 39).  




 

84

1950-ci  illərdə  Qroznı  şəhəri  yaxınlığından  tapılan,  içərisində 



oxra və çaxmaqdaşından düzəldilmiş lövhəyə rast gəlinən bir məzar 

Şimali  Qafqaz  variantının  yenidən  gündəmə  gəlməsinə  (Милора-

дович, 1956) və kurqan mövzusuna marağın artmasına səbəb oldu 

(Мунчаев, 1982, c, 130, 131). Bundan sonra Kalmıkiya və Moldo-

vadakı kurqan tipli məzarlardan skipetrlər tapıldı və sonrakı araşdır-

malar İ. Sinitsin və U. Erdniyevin Volqa-Don düzənliyində, Arxar I 

məzarlığında eneolit dövrünə aid gerçək kurqanların izinə rast gəl-

məsi ilə nəticələndi (Синицын, Эрдниев, 1966, c. 166, 167). Daha 

sonra  Moldovada  –  Kaynarıda  (1969)  və  Suvorovo  kəndi  yaxınlı-

ğında (1972) elmi ədəbiyyatda haqqında «kurqan materialları» kimi 

söz açılan (Алексеева, 1976) arxeoloji materiallar aşkarlandı ki, bu 

da V.Danilenko və M.Şmaqliyə eneolit dövrünün qədim atçıları ba-

rədə fərziyyə irəli sürməyə əsas vermişdir (Даниленко, Шмаглий, 

1972).  Beləcə,  erkən  kurqanların  cuxur  mədəniyyəti  ilə  bağlılığı 

barədə  fikirlər  doğmağa  başladı  və  bu  işdə  əsas  rolu  N.  Merpert 

oynadı.  O,  Berejnovki  I  tipli  kurqanların  dünyanın  ilk  kurqanları 

olduğunu elan etmişdir (Мерперт, 1974, c. 132).  

N.Merpertdən sonra erkən kurqanlar ideyasını daha da inki-

şaf etdirən İ. Vasilyev  həmin kurqanların  siyahısını tərtib etmiş 

və ora Arxar məzarlığındakı 27 və Berejnovka  yaxınlığındakı 5 

№-li  kurqanları  ən  qədim  kurqanlar  kimi  daxil  etmişdir.  O  bu 

kurqanların  genezisini  Xvalinsk  mədəniyyəti  ilə  əlaqələndirmə-

yə çalışırdı (Васильев, 1981, c. 43). Merpertin  fikrincə  isə, cu-

xur  mədəniyyəti  Xvalinsk  və  Maykop  mədəniyyətləri  arasında 

xüsusi  bir  keçid  olmuş  və  Maykop  mədəniyyətindən  öncə  gəl-

mişdir (Мерперт, 1974, c. 79).  

Sonrakı dövrlərdə oxralanmış məzarların və daş skipterlərin 

tapılması alimlərə cuxur mədəniyyətinin qərb sərhələrini Dunay 

çayı və Karpat dağıarına qədər uzatmağa, Rumıniya, Macarıstan 

və  Bolqarıstan  ərazilərini  də  həmin  mədəni  areala  daxil  etməyə 

imkan verdi. Eneolit dövrünə aid edilən bu mədəni areal öz əksi-

ni N. Merpertin cızdığı xəritədə tapmışdır.  

1992-ci  ildə İ. Dremov  və  A. Yudin Volqa  hövzəsinin  Be-

rejnovka tipli kurqanları  barədə  ilk  hesabatlarını təqdim etdilər. 




 

85

Onların hesabatlarında bu kurqanlar eneolit dövrü kurqanları ki-



mi qeyd edilmişdir (Дремов, Юдин, 1992). Həmin dövrdən ke-

çən illər ərzində sözügedən bölgədən aşkar edilmiş eneolit dövrü 

kurqanlarının sayı  hesabatda qeyd edilən kurqan sayını çox-çox 

geridə qoymuşdur. 

Bütün bu kəşflər M. Gimbutası özünün  məşhur kurqan  nə-

zəriyyəsini  yaratmağa  sövq  etdi.  O,  kurqan  mədəniyyətində  qə-

dim  hindavropalıların  izini  axtarırdı.  Daha  doğrusu,  buna  əmin 

idi. O, həm də «kurqan etnosu» (Kurgan people) ideyasının, yə-

ni ölülərini kurqanlarda dəfn edənlərin eyni etnosun nümayəndə-

ləri  olduğu  ideyasının  banisidr.  Genetika  elmi  onun  bu  fikrini 

bütünlüklə  təsdiq  etsə  də,  aparılan  DNT  analizləri  bu  etnosun 

hindavropalılar deyil, türklər olduğunu ortaya qoymuşdur. 

M. Gimbutas alimlər içərisində kurqan fenomeninə hindav-

ropalı  hesab  etdiyi  eneolit  dövrü  əhalisinin  şərqdən  qərbə,  Vol-

qaboyu düzənliklərindən Dunay hövzəsinə, daha sonra isə Skan-

dinaviya və Britaniyaya qədər köç marşrutlarının üzə çıxarılması 

vasitəsi kimi baxır və öz nəzəriyyəsini də bunun üzərində qurur-

du (Gimbutas, 1977; 1991; 1994; 1997).  

Onun  nəzəriyyəsinə  görə,  dörd  əsas  miqrasiya  dalğası  ol-

muşdur ki, bunlardan birincisi Dnepr-Volqa bölgəsini əhatə edir 

və bu dalğa e.ə. IV minilliyin ilk yarısında baş vermişdir. Alimin 

fikrincə, Samara və Seroqlazovo mədəniyyətlərinə Volqa hövzə-

si mədəniyyətinin tərkib hissəsi kimi baxılmalıdır. 

E.ə.  IV  minilliyin  ikinci  yarısında  baş  verən,  Orta  Dnestr  və 

Maykop mədəniyyətlərini əhatə edən  ikinci dalğa üçün daş krom-

lexlər, ikitəkərli arabalar, antopomorf daş heykəllər xarakterik olub. 

Cuxur  mədəniyyəti  üçüncü  dalğaya  aid  edilir  və  bu  köçün 

e.ə.III  minilliyin  birinci  yarısında  baş  verdiyi  güman  edilir.  M. 

Gimbutasa görə, sözügedən dalğa Ural dağları ilə Rumıniya ara-

sındakı bütün çöl zonasını içinə alır. Daha sonra Kukuteni (Tri-

polye) mərhələsi gəlir. Bu mərhələdə Volqa hövzəsindən Dnepr 

hövzəsinə miqrasiya baş vermişdir. Həmin köçün izlərinə Vinça 

və Lendel mədəniyyətlərində rast gəlinir.  



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə