107
tanın cənubunda, Trialeti yaylasında yerləşən və e.ə. II minilliyin
2-ci yarısına aid edilən (Куфтин Б. А., 1941, s. 2) kurqanların bir
neçəsindən araba tapılmasını, eləcə də. 1956-cı ildə A. Mnаsak-
yan tərəfindən Göyçə gölü yaxınlığında, Ördəkli (Lçaşen) adlı
məntəqədə aşkar edilən və e.ə. III-I minilliklərə aid olduqları mə-
lum olan kurqanlarda da iki və dördçarxlı arabalara rast gəlməsini
(Мнацаканян А. О., 1960) misal çəkə bilərik.
Çuxur mədəniyyətinin daşıyıcılarının DNT analizləri də on-
ların Şimala Cənubdan, Ön Asiyadan köçdüklərini söyləməyə
əsas verir. Son illərdə aparılmış tədqiqatlar nəticəsində onlarda
H, H15b1, U5, T2, T1, T1a1, U4, K, W, N1a, J, U2, X, R0a1
mitoxondrial (ana xətti) haploqruplarını üzə çıxarmışdır. Lakin
bizi maraqlandıran təkcə ata xətti, yəni mitoxondrial haploqrup-
lar yox, həm də ata xətti, başqa sözlə qadınlarda olmayan, ata-
dan oğula keçən Y-xromosomlardır. Rostov vilayətindəki Ulan
IV məzarlığından tapılmış 11 skeletin DNT analizləri onların
hamısında R1a haploqrupunu aşkar etmişdir. Onlardan 8-inin
R1a12a2, 1-inin R1ba2 M269, bir nəfərinin R1b1a2a-L23 və bir
nəfərinin də R1b1a-P297 haplotipinə sahib olduğu məlum ol-
muşdur (Haak W. et al., 2015; Morten E. Allentoft, et al., 2015;
İain Mathieson, et al., 2017).
Bu isə o deməkdir Çuxur mədəniyyətini yaradanlar əsasən
Kür-Araz mədəniyyətinin daşıyıcıları olan gəlmələrlə daha ön-
cəki Xvalınsk mədəniyyətinin daşıyıcısı olan yerlilərdən törə-
mişlər. Bu fikri antropoloqlar da təsdiq edirlər. Onların yazdığı-
na görə, «Cuxurlu»ların önəmli hissəsi eynən «Kür-Arazlı»lar
və «Maykoplu»lar kimi dolixokran kəllə quruluşuna sahib idilər
(Восточные славяне…).
Döyüş baltaları və ya qaytan keramikası mədəniyyəti
(e.ə. 3200-2300-cü illər): Protoqıpçaq-bulqarlar
protooğuzlardan niyə ayrılıb Qərbi Avropaya köç etdilər?
Türklərin Avropada əsasını qoyduqları daha bir mədəniyyət
eneolit dövrünün sonları - tunc dövrünün əvvəllərini əhatə edir
və elmi ədəbiyyatda «Döyüş baltaları mədəniyyəti» və ya «Qay-
108
tan keramikası mədəniyyəti» adı ilə tanınır. Bu iki fərqli ad bu
mədəniyyətə xas iki xarakterik xüsusiyyətdən qaynaqlanır:
1. Kurqanlarda, böyrü üstə basdırılan ölülərin yanına daş və
ya metal balta qoyular, bəzənsə balta meyitlərin əlinə verilərdi.
2. Bu mədəniyyətə xas keramikada ən çox istifadə edilən
bəzək növü qaytan şəklində idi.
Şərqdə Çuxur mədəniyyəti ilə həmsərhədd olan bu mədə-
niyyət Orta, Şimali və Qərbi Avropanın geniş ərazilərini əhatə
etmiş, sonrakı dövrlərdə törəmə mədəniyyətlər şəklində cənuba
doğru yayılmışdır. Aparılan genetik analizlər sayəsində Döyüş
baltaları mədəniyyətinin əsasını bir neçə əsr öncə Yaxın Şərqdən
(Cənubi Azərbaycan və Şərqi Anadoludan) gələn, Xvalınsk mə-
dəniyyətinin qurulmasında protooğuzlarla (R1b) birlikdə iştirak
edən protoqıpçaq-bulqar mənşəli (R1a) tayfalarla (79 %) Avro-
panın qədim daş dövrü qəbilələrinin (21%) birlikdə qurduqları
məlum olmuşdur (Haak W. et al., 2015; İain Mathieson, et al.,
2017; Morten E. Allentoft, et al., 2015).
Sözügedən mədəniyyətin daşıyıcılarının bir qismi əkinçilik
və oturaq maldarlıqla məşğul olur və kiçik kəndlərdə yaşayırdı-
lar. Sənətkarlıq, xüsusən də dulusçuluq, toxuculuq, metallurgiya
inkişaf etmişdi. Bununla belə, əhalinin böyük hissəsi yarımköçə-
ri və köçəri həyat tərzi sürüdü. Qoyunçuluqla məşğul olan əhali
yaylaq-qışlaq həyat tərzi keçirir, at bəsləməklə məşğul olanlar
üçünsə daha çox köçərilik xarakterik idi.
Ölülər böyrü üstə, bükülü vəziyyətdə basdırılardı. Kişilər
təqribən 1 m dərinliyində qazılan çuxur qəbirlərə sağ, qadınlar
isə sol böyrü üstə qoyulardı. Meyitlərin üzü, bir qayda olaraq,
cənub istiqamətinə yönləndirilirdi. Qəbirlərin üzərində çox da
hündür olmayan kurqanlar qurulurdu. Bəzənsə kurqan örtüyü ol-
mazdı (Кренке Н. А., Ершов И. Н., Лазукин А. В., Войцик А.
А., Раева В. А., Рожанская Н. И., 2013, c. 14-29).
Almaniya və İsveçrə ərazisindəki qəbirlərdən əldə edilmiş
skeletlərdən götürülmüş DNT nümunələri üzərində aparılan ana-
lizlər Döyüş baltaları mədəniyyəti qəbilələrinin HV, H, I, J, K,
T, U, W, X mitoxondrial (ana xətti) haploqrupunun daşıyıcısı ol-
109
duqlarını (Русакова Е., 2016) üzə çıxarmışdır ki, bu da həmin
mədəniyyəti Xvalınsk və Cuxur mədəniyyətləri ilə qohum mə-
dəniyyətlər sırasına daxil etməyə imkan verir.
DNT Y-xromosomların (ata nəsli) müəyyənləşdirilməsi isti-
qamətində aparılmış analizlər nəticəsində mədəniyyətin yayıldı-
ğı ərazilərin əksər hissəsində yaşayan qədim əhalinin böyük qis-
minin R1a1 haploqrupunun daşıyıcısı olduğu müəyyən edilmiş-
dir. Bu nəticəyə Esperştedtdən tapılmış 1 (Esperstedt, № I0104)
(Haak W. et al., 2015) və Eylaudan (Eulau) üzə çıxmış (İain
Mathieson, et al., 2017) 2 skeletdən götürülmüş DNT nümunələ-
rinin analizi sonucunda gəlinmişdir. Polşadakı Leki Male yaxın-
lığındakı məzardan götürülmüş nümunənin analizi də eyni nəti-
cəni vermişdir. Həmin ərazidə, e.ə. 2286-2048-ci illər arasında
yaşamış insanın skeleti üzərində aparılmış tədqiqatlar onun da
R1a (R1a1a1-M417) haploqrupuna sahib olduğunu ortaya qoy-
muşdur (Morten E. Allentoft, et al., 2015).
Estoniyanın iki müxtəlif yerindən (Ardu и Kunila) əldə
edilmiş 4 qədim insan qalığının üçünün R1a-Z645, birinin isə
R1a1a1-Z283 haploqrupunun daşıyıcısı olduğu məlum olmuşdur
(Lehti Saag et al, 2017; Alissa Mittnik et al, 2017).
Maraqlıdır ki, Çuxur mədəniyyəti təmsilçilərinin hamısın-
dan R1b haploqrupu çıxdığı, R1a-nın izinə rast gəlinmədiyi ki-
mi, Döyüş baltaları mədəniyyəti təmsilçilərinin də hamısının
R1a haploqrupuna sahib olduğu və bu ərazidə R1b-yə rast gəlin-
mədiyi müşahidə edilmişdir.
Bu isə o deməkdir ki, Xvalınsk mədəniyyəti dövründə proto-
oğuzlarla (R1b) bir yerdə yaşayan, Avropaya da Cənubi Qafqaz-
dan onlarla bir yerdə köç edən protoqıpçaq-bulqarlar hansısa sə-
bəbdən, təqribən e.ə. 3200-cü illərdə əski yurd yerini tərk edərək
Qərbə üz tutmuşdularr. Əski yurd yerində qalan protooğuzlar Cu-
xur, Qərbə köç edən protoqıpçaq-bulqarlar isə Döyüş baltaları
mədəniyyətlərinin əsasını qoymuşlar. Bu mədəniyyətlərin hər iki-
sini Xvalınsk mədəniyyətinin varisi hesab etmək olar. Hərçənd ki,
Cuxur mədəniyyətinin formalaşmasında Cənubi Qafqazdan Şi-
mala köç edən Kür-Arazlılar da önəmli rol oynamışlar. Protoqıp-
Dostları ilə paylaş: |