Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə38/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   34   35   36   37   38   39   40   41   ...   154

 

113


12. 

 Yuxnovsk mədəniyyəti (e.ə. V- b.ə. II əsrlər). Ukrayna-

nın Çerniqovsk, Rusiyanın Bryansk, Kursk və Orlov vilayətləri-

ni əhatə etmişdir (Моора Х. А., c. 25). 

13. 

 Viplan  mədəniyyəti  (e.ə.  XI-VII  əsrlər).  İtaliyanın  şi-



malını və mərkəzini əhatə etmişdir (Гордон Чайлд, 2010 г). 

14. 


 Halştat mədəniyyəti (e.ə. IX-IV əsrlər) Mərkəzi Avropa 

və Balkanları əhatə edirdi (Megav J. V. S., 2005, p. 65-74). 

15. 

 Velbar  mədəniyyəti  (II-V  əsrlər).  Polşanın  şimalını  və 



Belorusun cənub-qərbini əhatə etmişdir (Juras Anna) və s. 

Beləliklə,  e.ə.  3200-ci  illərdə,  protoqıpçaq-bulqarların  Av-

ropanın  şərqindən  qitənin  mərkəzinə,  qərb  və  şimal  hissələrinə 

kütləvi  axını  baş  vermiş,  onlar  zamanla  cənuba  da  yayılaraq  öz 

genlərini bütün Avropa ərazisinə yaymış, özləri isə tədricən yerli 

xalqların içində ərimişlər. Nəticədə türklərə məxsus R1a Y-xro-

mosomu  avropalıların  genetik  yapısında  önəmli  yerə  sahib  ol-

muşdur. Bu işi sonrakı dövrlərdə hunlar davam etdirmişlər.  

Genetiklərin molekulyar hesablamalarına görə, R1a və R1b 

Y-xromosomlarının  ümumi  əcdadı  hesab  edilən  R1  haploqrupu 

təqribən  22 800  il  öncə  Asiyada,  böyük  ehtimalla  Ön  Asiyada 

peyda olmuş və bir neçə dalğa şəklində bütün Avrasiyaya yayıl-

mışdır (Корниенко И. В., Водолажский Д. И., 2013). 

Alimlərin  fikrincə,  təqribən  e.ə.  III  minillikdə  ən  önəmli 

dalğa  baş  vermiş  və  onun  başlanğıc  nöqtəsi  Qara  dənizin  şimal 

sahilləri olmuşdur. R1a haploqrupuna ən çox hazırda Monqolus-

tanda  yaşayan  və  artıq  monqol  dilində  danışan,  fəqət  XX  əsrin 

otalarına  qədər  türkcə  danışdığı  məlum  olan  xotənlərdə  (80  %) 

və qırğız türklərində (63 %) rast gəlinib.  

Təqribən 4-4,5 min il öncə R1a1a1b2-Z93 haplotipinin «part-

layış»ı  baş  vermişdir.  Bu  Y-xromosomun  arxeoloji  qalıqları  daha 

çox  iskit  və  xəzər  kurqanlarından  tapılmış  skeletlər  üçün  xarak-

terikdir. Hazırki təmsilçiləri qaraçay və balkarlar, eləcə də tatar və 

başqırdlardır (Peter A. Underhill, G. David Poznik, Ornella Semi-

no,  Levon  Yepiskoposyan,  Oleg  Balanovsky,  Elza  K.  Khusnutdi-

nova, Jacques Chiaroni, Toomas Kivisild et al., 2015, p.124–131). 

 



 

114


Soyuqbulaq, Üçtəpə və Telmankənd kurqanları etnik 

tariximizin aynası kimi 

E.ə. IV minillikdə Azərbaycan ərazisində peya olan və radi-

okarbon analizləri  nəticəsində  bölgənin ən qədim  kurqanları ki-

mi qəbul edilən dəfn  abidələri 11 №-li (2005) Soyuqbulaq kur-

qanı (e.ə. 3930-3760-cı illər), Üçtəpə kurqanı (e.ə. 3932-3363-ci 

illər),  8  №-li  (2005)  Soyuqbulaq  kurqanı  (e.ə.  3790-3710-cı  il-

lər), eləcə də 14 (2005, e.ə. 3700-3640-cı illər) və 9 №-li Soyuq-

bulaq  (2005,  e.ə.  3650-3639-cu  illər)  kurqanlarıdır.  Digər  So-

yuqbulaq kurqanları e.ə. IV minilliyin ortalarına aiddir.  

Bu və ümumiyyətlə e.ə. IV minilliyə aid olan kurqanlardan 

mövzumuz baxımından bizim üçün ən önəmliləri Üçtəpə, 1 №-li 

(2006) Soyuqbulaq və 1 №-li Telmankənd kurqanlarıdır. Həmin 

kurqanların  hər  birindən  at  başlı  skipeter  tapılmışdır  ki,  bu  da 

həmin  kurqanlarda  dəfn  edilmiş  şəxslərin  qəbilə  başçısı,  başqa 

sözlə bəy (bəlkə də xan) olduğunu, qəbiləyə məxsus at ilxısının 

onun nəzratinədə olduğunu göstərir.  

Üçtəpə və 1 №-li Telmankənd kurqanlarının önəmi isə onda-

dır ki, onlarda daş baltalara rast gəlinib ki, bu da Sügə toyon (Balta 

ağa),  deməli,  həm  də  Ceseqey  ayıı  kultlarının  artıq  e.ə.  IV  mi-

nillikdə  formalaşmağa  başladığını,  Ağ  ana  kultunun  öz  önəmini 

itirmisinin  də  təqribən  eyni  dövrdə  baş  verdiyini  söyləməyə  əsas 

verir.  Bundan  başqa,  Döyüş  baltaları  mədəniyyətinin  köklərinin 

Cənubi Qafqaza uzandığını söyləyə bilərik. Üstəlik də 1 №-li Tel-

mankənd kurqanında dəfn edilmiş  mərhumun sağ  böyrü üzərində, 

bükülü vəziyyətdə uzadılmış olması bu kurqanın R1a Y-xromoso-

munu daşıyan protoqıpçaq-bulqarlara aid olduğundan xəbər verir.  

Konik formalı bu kurqan Bakı-Astara şosse yolunun yaxın-

lığında aşkar edilmişdir. Onun örtüyünün hündürlüyü 2.3 m, dia-

metri 14 m, daş kromlexinin diametri isə 6.9 m. idi. Kurqan ör-

tüyü müxtəlif ölçülü daşlardan qurulmuşdu. Qəbir kamerası kur-

qanın  mərkəzində,  örtüyün  altında,  1  m  dərinlikdə  qazılmışdı, 

uzunluğu 1 m, eni isə 0.7 m idi, Kamera ölçülərinə görə cox da 

böyük  olmayan  daşlarla  əhatə  edilmişdi.  Burada  rast  gəlinmiş 

insan  qalıqları  güclü  cürüntü  və  aşınmaya  məruz  qaldığından 




 

115


onun  basdırılma  vəziyyətini  müəyyənləşdirmək  mümkün  olma-

yıb. Onun sağ böyrü üstə, bükülü vəziyyətdə basdırıldığı ehtimal 

edilir. Fikrimizcə bu ehtimal doğru deyil. Qəbirdən at başlı  ski-

peterin  çıxması  orada  basdırılanın  R1b  Y-xromosomunun  daşı-

yıcısı,  yəni  protooğuz  olma  ehtimalını  artırır.  Protooğuzlar  isə 

ölülərini arxası üstə basdırardılar.  

Qəbir kamerasında 2 ədəd 27 və 15,5 sm uzunluqlu nizə uc-

luqları, at başlı skipeter, iki araba təkəri modeli və iki balta aşkar 

edilib.  Nizə  ucluqlarının  Ön  Asiya-Qafqaz  tipli  olduğu  hesab 

edilir (Махмудов Ф. Р., 2008, s. 38-40). 

2  №-li  Telmankənd  kurqanı  1  №-li  kurqandan  1 km  cənub-

da, Bakı-Astara şosse yolunun kənarında, Drankeş adlı  yerdə aş-

kar edilib. Hündürlüyü 2 m, diametri 11 m olan və təpəsində cu-

xur olduğu müəyyən edilən bu kurqanın daş kromlexinin diametri 

6.9  m  kimi  qeydə  alınıb.  Dördbucaqlı  formalı  dəfn  kamerasının 

ölçüləri  isə  3.5  x  2.4  x  1.2  idi.  Kamera  böyük  ölçülü  sal  və  çay 

daşlarından  qurulmuşdu. Burada  insan  qalıqlarına,  eləcə  də talan 

edilmiş  olması  səbəbindən  heç  bir  arxeoloji  mədəniyyət  nü-

munəsinə  rast  gəlinməyib.  F.Mahmudovun  yazdığına  görə,  sö-

zügedən  kurqanlar  örtük  və  kromlexlərinin  ölçüləri  baxımından 

Xankəndi,  Xacıncay,  Gəncəcay,  Oğuz,  Qobustan  və Qəbələ  kur-

qanlarının  bənzəridir.  Bu tip  kurqanlar  Lənkəran  və  Masallı  əra-

zilərində də qeydə alınıblar (Махмудов Ф. Р., 2008, s. 40 – 43).  

Tədqiqatcılar bu kurqanların e.ə. III minilliyin ikinci yarısı-

na aid edirlər, amma  nə qədər ki, radiokarbon analizi aparılma-

yıb, bu tarix şübhəli olaraq qalacaq. 

Burada  mövzudan  bir qədər kənara çıxaraq qeyd etmək  la-

zımdır  ki,  Azərbaycanın  təbii  coğrafi  şəraiti  ilə  əlaqədar  minil-

liklər boyu ata böyük ehtiyac olmuş, at həm də ən qiymətli xalq 

nəqliyyatı vasitəsi sayılmışdır (Şirinli S., 2014, s. 68). Cəlilabad 

rayonu ərazisində Eneolit dövrünə aid Əliköməktəpəsində aparı-

lan  qazıntılar  nəticəsində  əldə  edilən  osteoloji  qalıqlar  atçılığın 

son eneolit-erkən tunc dövründə Azərbaycanda təşəkkül tapdığı-

nı  söyləməyə  imkan  verir.  Təsadüfi  deyil  ki,  qazıntılar  zamanı 

iki növ əhliləşmiş at sümüyü tapılmışdır (Azərbaycan Etnoqrafi-



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə