Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə34/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   30   31   32   33   34   35   36   37   ...   154

 

101


əməyi  də  yüksək  qiymətləndirilməlidir.  O,  istər  fonetika,  istər 

leksika,  istər  morfologiya  və  istərsə  də  sintaktik  quruluş  baxı-

mından  böyük  maraq  doğuran  paralelləri  üzə  çıxarmağı  bacar-

mışdır (Hacıyev T, 1976, s. 22-23). 

 

Çuxur (e.ə. IV-III) və Kür-Araz mədəniyyətilərini (e.ə. 

IV-III minilliklər) quranların genetik analizi onların eyni 

xalq – protooğuz-qıpçaqlar olduğundan xəbər verir 

Türklərin R1b Y-xromosomlarının daşıyıcısı olan hissəsinin, 

yəni protooğuzların Avropada qurduqları daha bir möhtəşəm mə-

dəniyyət  e.ə.  3600-2300-cü  illəri  əhatə  edən,  başqa  sözlə,  son 

eneolit  –  ilk  tunc  dövrlərinə  aid  olan  Çuxur  mədəniyyətidir.  Bu 

mədəniyyəti Xavalınsk mədəniyyətininin davamı və birbaşa varisi 

hesab  edirlər.  Belə  hesab  etmək  üçün  ən  əsas  arqument  hər  iki 

mədəniyyətin eyni coğrafi ərazidə (Cənubi Uraldan Dnesyr çayı-

na və şimali Qafqaza qədər uzanan ərazilərdə) peyda olması, ölü-

lərin kurqanlarda arxası üstə basdırılması, onların üzərinə oxra sə-

pilməsi  və  R1b  haploqrupunun  dominant  olmasıdır.  L.  Kleyn 

1975-ci ildə bu mədəniyyətin qərb qanadını ayrıca qrup kimi göz-

dən keçirməyi daha məqsədəuyğun saymış (Клейн Л. С., 1975, c. 

297-304),  daha  sonra  onun  bu  fikrini  digər  arxeoloqlar  da  qəbul 

etmiş  və  Cuxur  mədəniyyətinin  qərb  qanadını  «Bucaq  mədəniy-

yəti» adlandırmağa başlamışlar (Иванова С. В., 2012, c. 18-47). 

Cuxur mədəniyyətinin daşıyıcılarının ölülərini kurqanaltı cu-

xurlarda (qəbir kameralarında) basdırırdılar. Sözügedən mədəniy-

yət də adını məhz buradan almaqdadır (Мерперт Н. Я., 1974). 

«Çuxurçu»lar  əsasən  yarımköçəri  heyvandarlıq  və  əkinçi-

liklə  məşğul  olurdular.  Əkinçilikdə  əsasən  sümükdən  (heyvan 

buynuzlarından) hazırlanmış toxadan istifadə edir, daha çox bö-

yük çay sahillərində saldıqları kənd və kiçik şəhərlərdə yaşayır-

dılar.  Arabanın  nə  olduğunu  bilir  və  ondan  istifadə  edirdilər. 

Şərqi  Avropada  ən  qədim  arabalar  bu  mədəniyyətə  və  e.ə.  III 

minilliyə  aid  edilən  kurqanlardan  tapılmışdır.  Bu  baxımdan 

Dneprdə,  Odessa  vilayətinin  Yasski  kəndi  yaxınlığındakı  «Ke-

şikçi  təpəsi»  (Storojevaya  moqila)  kurqanını  və  Orenburq  vila-

yətindəki Şumayev məzarlığını misal çəkmək olar. 



 

102


Cuxur  mədəniyyətinin  daşıyıcıları  metal  əşyalar  düzəltmək 

üçün  lazım  olan  xammalı  Qafqazdan  əldə  edirdilər  (Кульбака 

В., Качур В., 2000).  

Sözügedən  mədəniyyətinin  xarakterik  xüsusiyyətləri  ölülərin 

kurqanaltı  sərdabələrdə  basdırması,  meyitlərin  qəbrə  arxası  üstə, 

dizləri  bükülmüş  vəziyyətdə  qoyulması,  üzərlərinə  oxra  səpilməsi 

və kollektiv dəfn adətinin ortaya çıxmasıdır. Kurqanlarda çox adam 

dəfn  edilir  və  əksər  hallarda  bu  müxtəlif  vaxtlarda  baş  verirdi. 

İnsan sümükləri ilə birlikdə kurqanlarda qoyun, keçi, qaramal, at və 

qaban sümüklərinə də rast gəlinir. Əsas xarakterik xüsusiyyətlərdən 

biri  də  ölülərin  arabalarda  dəfn  edilməsidir.  Dunay  və  Manıç 

çayları arasındakı  düzənlikdə kurqanlardan 160 araba, təkər və  ya 

onların gildən düzəldilmiş modeli tapılmışdır. Bunlardan ən qədimi 

e.ə. 3200 – cü ilə aid edilir (Кульбака В., Качур В., 2000). 

Dördtəkərli  arabalar  Moldovanın  cənub  qərbində,  Yalpux 

çayı  sahilindəki  və  Aşağı  Dnestr  sahillərindəki  Mayaki  kəndi 

yaxınlığındakı  kurqanlardan,  eləcə  də  İnqulets  çayı  sahilində, 

Sofiyevka kəndi yaxınlığında və İnqul adlı yerdəki kurqanlardan 

aşkar  edilmişdir.  İkitəkərli  arabaların  qalıqlarına  isə  Dnepr  şə-

həri  yaxınlığındakı  «Keşikçi  təpəsi»  (Storojevaya  moqila),  Ka-

xovka  yaxınlığındakı  Pervokonstantinovka  və  Akkermandakı 

kurqanlarda rast gəlinmişdir. 

Rostov  yaxınlığındakı  cuxur  qəbirdən,  Gerasimovka  I  mə-

zarlığındakı 7 №-li kurqandan, Ural ətəklərindəki  Şumayevo II-

dən araba təkəri tapılmışdır. Şumayevo OK II/2-dən isə üç təkər 

əldə  edilmişdir.  Bir  çox  qəbirlərdən  isə  araba  və  ya  təkərin  gil 

modelləri çıxmışdır (Моргунова Н. Л., 2014). 

Maraqlıdır  ki,  yuxarıda  Cuxur  mədəniyyətinin  xarakterik 

xüsusiyyətləri kimi qeyd edilən əlamətlərin  hamısı Cənubi Qaf-

qazın ilk tunc dövrü mədəniyyəti üçün də xarakterikdir və bu da 

bizə Çuxur mədəniyyətini nüvəsini Kür-Araz mədəniyyəti təşkil 

edən böyük bir mədəni arealın şimal perifiriyası kimi gözdən ke-

çirməyə imkan verir.  

M. Poulmarch L Pecqueur və B. Cəlilovla birlikdə qələmə al-

dığı  bir  məqaləsində  Kur-Araz  mədəniyyəti  üçün  xarakterik  olan 



 

103


dəfn ənəsindən söhbət açarkən, sözügedən mədəniyyət üçün 5 dəfn 

abidəsi  formasını  qeyd  edir  və  bu  sıraya  daş  qutuları,  müxtəlif 

formalı  sərdabə  tiplərini,  nalşəkilli  sərdabələri,  topaşəkilli  daş 

qalaqları  və  klassik  kurqanları  aid  edir  (Poulmarc'h  M.  with  Pec-

queur L. and Jalilov B., 2014, p. 232). Bütün bu formalarana eynilə 

Çuxur  mədəniyyəti,  eləcə  də  ondan  öncə  həmin  ərazidə  mövcud 

olmuş Xvalınsk mədəniyyəti abidələrində də rast gəlinir. 

Burada  Xvalınsk  mədəniyyəti  üçün  xarakterik  olan  bir  xüsu-

siyyəti, qəbilə başçılarının qəbirlərindən at başı formasında olan daş 

skipeterlərin  çıxması  faktını  qeyd  etməliyik  ki,  bənzər  skipeter 

«Kür-Araz eneoliti» dövrünə aid Soyuqbulaq kurqanlarının birindən 

də çıxmışdır (Лионне Б., Алмамедов К., Буке Л. и др., s. 48-61).  

Bənzər skipeter Azərbaycanın ilk tunc dövrünə aid Telman-

kənd kurqanından da əldə edilmişdir. Üstəlik də bu skipeterin ta-

pıldığı  1№-li  Telmankənd  kurqanından  iki  araba  təkəri  modeli 

də  çıxmışdır  (Махмудов  Ф.Р.,  2008,  s.38-40). Maraqlıdır  ki, 

bənzər skipeterlər Çuxur mədəniyyətinin ilk mərhələləri üçün də 

xarakterik idi. 

Rus və Avropa alimləri Cənub-Şərqi Avropanın kurqanları-

nın  tarixini  qədimləşdirməyə  çalışsalar  da,  orada  da  ən  qədim 

klassik kurqanların tarixi «Kür-Araz eneoliti» dövrü kurqanları-

nın tarixi qədərdir. Yəni həm Qafqazlardan şimalda, həm də cə-

nubda  kurqanlarda  dəfn  adəti  təqribən  eyni  dövdə  ortaya  çıxıb 

və onların peyda olması eneolit dövründə Anadolu (P1b) və Cə-

nubi  Azərbaycandan  (R1a)  köçən,  öncə  Cənubi,  daha  sonra  isə 

Şimali Qafqazda məskunlaşan və oradan da şərqdə Cənubi Ural, 

qərbdə Dunay və Karpatlara qədər geniş ərazilərə yayılan qədim 

türk qəbilələri ilə bağlı olmuşdur. Köçə səbəb isə, çox güman ki, 

həddən artıq çoxalan at ilxıları üçün yeni otlaqlar və cu mənbə-

ləri tapmaq olub. İlxılar əsasən qəbilə başçılarına məxsus olurdu 

və at başı formalı skipeterlər də onların hakimiyyət, başqa sözlə 

bəylik (// baylıq) rəmzi idi. Fikrimizcə, burada at kultunun izlə-

rini axtarmaq hələlik yersizdir və bu kult əsasən İlk tunc dövrü-

nün  sonları  və  orta  tuncun  əvvəllərində  peyda  olmuşdur  ki,  bu 

barədə sırası çatdıqda söhbət açacağıq. 



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə