125
da qazılmışdır. 1 m dərinlikdən sonra qəbir kamerasında qazıntı
yalnız qərb tərəfdə 2,7 x 1,3 m ölçüdə davam etdirilmişdir. Hə-
min hissədə dərinlik aşkar edilmişdir. Cənub-şərq küncdə otur-
muş insan fiqurunu xatırladan iri çay daşı qoyulmuşdur. Kame-
ranın şərq tərəfi bir növ səki formasında qalmışdır. Onun üzərin-
də saxsı qab parçaları səpələnmiş halda aşkar edilmişdir. Belə
bir vəziyyət qazıntı müəlliflərinə qəbrin qarət edilməsi qənaətinə
gəlməyə əsas vermişdir» (Müseyibli N. Ə., 2014, s. 6-7).
P.Qasımovun yazdığına görə, qəbir kamerasından tapılmış
keramika məmulatı qazıntı müəllifləri tərəfindən iki qrupa ayrı-
lıb: kobud və zərif saxsı qablar. «N. Müseyibliyə görə, Seyidli
kurqanından aşkar edilmiş qablar “bardaq” deyil, kuzə tipli ol-
muşlar (Müseyibli N. Ə., Ağalarzadə A. M., 2013, s. 6-7). Belə-
liklə, Seyidli kurqanının Leylatəpə mədəniyyətinə aid edilməsi
üçün taksonomik əlamət kimi kurqanın əsas dəfnindən aşkar
edilmiş keramikadır» (Qasımov P., 2017, s. 17).
Alim bildirir ki, «Seyidli kurqanı və Soyuqbulaq kurqanla-
rının konstruktiv xüsusiyyətləri, dəfn inventarı, dəfn olunmuşla-
rın skeletlərinin istiqamətlənməsi və b. xüsusiyyətlər əsasında
Se Girdan (İran), Arslan təpə (Turkiyə) və Maykop kurqanları
(Rusiya) arasında oxşarlıq izlənilməkdədir. Bunu N. Museyibli
(Müseyibli N. Ə., 2014, s. 41-42), B. Lyonet, X. Alməmmədov,
B. Cəlilov (Lyonnet B., Akhundov T., Almamedov K., Bouguet
L., Jelilov B., Huseynov F., Loute S., Makharadze Z. and Rey-
nard S., 2008, s. 48-61), S.N. Korenevski (Корневский, 2004, s.
103-104) qeyd edirlər» (Qasımov P., 2017, s. 17).
Maraqlıdır ki, Seyidli kurqanı eneolit dövrünə aid olsa da,
onu tədqiq edən arxeoloqlar abidənin dövrünü yanlış olaraq e.ə.
III minillik kimi göstərmişlər (Dostiyev və b., 1990, s. 26). «Yal-
nız Soyuqbulaq kurqanlarının… aşkar edilərək qazılmasından
sonra Cənubi Qafqazdakı belə kurqanlar eneolit dövrünə aid edil-
mişdir (Müseyibli N.Ə., 2014, s. 7). Eyni sözləri Üçtəpə, Tel-
mankənd, Küdürlü və Dübəndi kurqanlarına, eləcə də Gürcüs-
tandakı Kavitsxevi kurqanına da aid etmək lazımdır. Təsadüfi
deyil ki, T.Axundov və V.Mahmudova belə də hərəkət etmiş, bir-
126
likdə qələmə aldıqları «Cənubi Qafqaz IV minillikdə Qafqaz - Ön
Asiya etnomədəni proseslərində» adlı çox dəyərli əsərdə Üçtəpə,
Telmankənd, Küdürlü və Dübəndi kurqanlarını eneolit dövrü kur-
qanları kimi təqdim etmişlər (Ахундов Т., Махмудова В., 2008).
Qeyd edək ki, bu kitaba rəyi dünyada kurqanlar üzrə ən tanınmış
mütəxəssislərdən biri hesab edilən S.Kornevski vermişdir.
Şübhəsiz ki, etnik tariximizi öyrənmək baxımından bu kur-
qanların hər biri çox böyük elmi əhəmiyyətə malikdir. Genetik
tariximizi öyrənmək baxımından isə Qərbi Azərbaycandakı 5 və
6 №-li Sərdarabad (Aknaliç // Talin) (Muradyan F., 2014, s.
339-369), Əmirxeyir, Adyaman və Qafan kurqanları isə əvəzsiz-
dir. Çünki həmin kurqanlardan əldə edilmiş DNT nümubələrinin
analizlərinin nəticələri məlumdur (İain Mathieson, et al., 2016).
Bu isə təkzibedilməz fakt deməkdir.
Bunlardan ən cavanları Adyaman və Qafan kurqanlarıdır.
Göyçə gölünün cənub-şərqində yerləşən, 1991-ci ildə adı
ermənilər tərəfindən «Getaşen-Nerkin» kimi dəyişdirilən Adya-
man kəndinin ərazisində aşkar edilərək qazılan Adyaman (Geta-
şen-Nerkin) kurqanı e.ə. II minilliyə aid edilir. Hələ 1908-ci ildə
tədqiq edilmiş bu kurqan strukturuna və dəfn adətinə görə Ör-
dəkli (Lçaşen), Muxan və Trialeti kurqanlarını xatırladır. Burada
da ölü öküzə qoşulmuş arabada dəfn edilib. Kurqandan çox say-
da tunc əşya tapılıb (Пиотровский Б. Б., 1949).
E.ə. II minilliyin sonlarına aid Qafan kurqanlarından (Arts-
vanik və Tandzaver) da çox sayda tunc bəzək əşyası tapılıb
(Хникян О., 1973, с. 238; Хникян О., 1975, с. 241).
Sərdarabad kurqanları eyni adlı rayonun Aknaliç kəndinin şi-
mal tərəfində aşkar edilmişdir. Burada altı kurqan üzə çıxarılmış və
onların qazıntısı 2007 və 2011-ci illərdə Ermənistan Elmlər Akade-
miyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspe-
disiyası tərəfindən aparılmışdır. F.Muradyanın başçılıq etdiyi alim-
lər qrupunun çalışmaları sonucunda kurqanlardan ikisinin – 5 və 6
№-li kurqanların eneolit, digər dördünün isə (1-4 №-li kurqanlar)
son tunc və dəmir dövrlərinə aid olduğu müəyyən edilmişdir.
127
5 və 6 №-li kurqanların Azərbaycandakı Üçtəpə, Soyuqbu-
laq, Telmankənd, 1 və 2 №-li Küdürlü, Dübəndi, Seyidli, eləcə
də Gürcüstandakı Kavitsxevi, Şimali Qafqazdakı Kişpek kur-
qanları (Иессен А.А., 1965; Chechenov 1987; Makharadze
2007; Лионне Б., Алмамедов К., Буке Л., Курсье А., Джели-
лов Б., Хусейнов Ф., Лут С., Махарадзе З., Рейнард С., 2002;
Lionnet 2008; Махмудов Ф.Р., Баку, 2008; Ахундов Т., Мах-
мудова В., 2008; Мунчаев Р.М., 1982; Кореневский С.Н.,
2012; Museyibli 2013; 2014) ilə ümumi özəlliklərə sahib oldu-
ğunu qeyd edən ekspedisiya üzvləri ən başda bu kurqanların da
e.ə. IV minilliyə aid ola biləcəyini düşünmüş və onların bu zənni
özünü bütünlüklə doğrultmuşdur. Belə ki, aparılmış radiokarba-
on analizlərinin nəticəsində kurqanların e.ə. 3700-ci illərə aid ol-
duğu təsdiqlənmişdir (Muradyan F., 2014, s. 347).
Örtük hissəsi dairəvi formda olan və təqribən eyni ölçülü ko-
bud bazalt daşlarından qurulan 5 №-li kurqanın diametri şərq-qərb
istiqamətində 11m, şimal-cənub istiqamətində 11,5 m, maksimal
hündürlüyü isə 1,1 m idi. Kurqan örtüyü götürüldükdən sonra onun
altında qara rəngli tuf parçasına rast gəlinib. Örtüyün təmizlənməsi
zamanı üst qatlarında son tunc, aşağı qatlarında isə erkən tunc və
son eneolit dövrlərinə aid keramika qalıqları aşkar edilib.
Oval formalı əsas qəbir kamerası kurqanın mərkəzindən bir
qədər şimalda yerləşirdi. İçi qamış və daşlarla dolmuşdu. Şimal-
cənub – qərb-şərq istiqamətli kameranın uzunluğu 1,43 m, eni
0,93 m, dərinliyi isə 0, 75 m idi. Kamera təmizlənərkən oradan
saman, keramika və obsidan qırıqları tapılmışdır. Skelet kamera-
nın döşəməsində sağ böyrü üstə, bükülü vəziyyətdə idi. Başının
altına daş parçası qoyulmuşdi.
Əsas kameradan bir qədər aralıda olan ikinci kamerada ske-
leteə rast gəlinməyib. Orada sadəcə sınmış bir küp var idi (Mu-
radyan F., 2014, s. 339-341).
Strukturu və ölçüləri baxımından 5 №-li kurqandan, demək
olar ki, heç nə ilə fərqlənməyən 6 №-li kurqanın da iki kamerası
olub. Bunlardan birində skelet sağ böyrü üstə, bükülü vəziyyət-
Dostları ilə paylaş: |