149
yük ölçüləri ilə seçilən, sonrakı illərdə tədqiqi E. Resler tərəfin-
dən davam etdirilən kurqanlardan gedir. İçlərində skeletə rast
gəlinməyən bu kurqanlardan boyalı saxsı qab nümunələri, bir
ədəd gil qab və bir ədəd daş sancaq çıxıb (Avşarova İ. N., Pirqu-
liyeva Q. Ə., 2010, s. 62-63).
Gürcüstan kurqanları da Qərbi Azərbaycandakı həmdövr
abidələrdən geri qalmır. Onlara da əsasən qədim köç yolları ya-
xınlığında rast gəlinib.
Maraqlıdır ki, Xll əsrdə qələmə alınmış müəllifi bilinməyən
bir gürcü mənbəsində yazılmışdır: «Qışı türklər...Tiflislə Bərdə
arasında keçirirlər... Yazda isə onlar Somxet və Ararat (Ağrı)
dağlarına qalxırlar» (Tuncay B., 2012 a., s. 102).
Bu kiçik yazıda Azərbaycan türklərinin tərəkəmə hissəsinin
Kür-Araz mədəniyyəti dövründən XX əsrin sonlarına qədər
mövcudluğunu qoruyan və minilliklər ərzində dəyişməyən yay-
laq-qışlaq marşrutlarından biri təsvir edilmişdir. Həmin marşrut-
ların əsasının ən azı Kür-Araz mədəniyyəti dövründə qoyuldu-
ğunu Gürcüstan ərazisindən tapılmış ilk tunc dövrü kurqanları
da sübut etməkdədir. Bu baxımdan Gürcüstan Milli Muzeyinin
arxeologiya qrupunun 2012-ci ildə tədqiq etdiyi 3 №-li Ananauri
kurqanı deyilənlərə ən gözəl misaldır. Alazan çayının sol sahi-
lində yerləşən bu kurqanın diametri 100 m, hündürlüyü 12 m-
dir. Z. Maxaradzenin yazdığına görə, kurqanın örtüyü gildən
ibarət idi, üst sahəsi daş düzümü ilə bərkidilmişdi.
E.ə. XXIV-XXII əsrlərə aid olan bu kurqanın örtüyünün al-
tında, onun mərkəzi hissəsində iki cərgə palıd tirlərdən qurulmuş
25 x 15 m genişliyində meydançaya rast gəlinmişdir. Meydança-
nın üzərinə 0,2 m qalınlığında yonqar tökülmüş, onun üstünə isə
bol şəkildə oxra səpilmişdi. 2,2 m dərinlikdə qazılmış qəbir ka-
merası meydançanın altında aşkar edilmişdir. Meydança onun
üst örtüyü rolunu oynayır və kameranın döşəməsində quraşdırıl-
mış üç ağac tir üzərində qərar tapmışdı. Bu tirlər sütun kimi çı-
xış edirdi. Yonulmuş ağaclardan konstruksiya edilmiş qəbir ka-
merası 9,5 x 6 m ölçülərində idi.
150
Divarları və döşəməsi bütünlüklə ağacdan olan kameranın
qədim zamanlarda qarət edildiyi məlumdur. Buna rəğmən, orada
bir çox maraqlı arxeoloji materiala rast gəlinib. Bunlar iki dörd tə-
kərli arabadan, ağacdan düzəldilmiş taxtdan, müxtəlif saxsı və
taxta qablardan, qiymətli daşlardan və qızıldan düzəldilmiş bəzək
əşyalarından, kəhrəba boyunbağıdan ibarət idi. Kamerada qızılla
üzlənmiş ox ucluqları da aşkar edilib. Onlar dəvəgözü və çaxmaq
daşından hazırlanmışdılar (Махарадзе З., 2015, с. 110-111).
Gürcüstan ərazisində qeydə alınmış Kür-Araz mədəniyyəti
dövrünə aid digər kurqan da Matkopi kurqanıdır. Onun örtüyü
inşaat işləri zamanı dağıdılmışdı, bu üzdən də onun ölçüləri ba-
rədə heç bir məlumat yoxdur. Burada da mərkəzi hissədə iki cər-
gə palıd tirdən düzüımüş meydança, onun altıbda isə 4-5 m də-
rinlikdə qazılmış qəbir kamerası aşkar edilmişdir. Kameranın
ağac örtüyünü döşəmədə quraşdırılmış ağac tirlər saxlayırdı. Bu
kurqanın da kamerası yonulmuş ağaclardan düzəldilmişdi. Onun
döşəməsinin sahəsi 45-50 kv. m təşkil edirdi. Kameranın divar-
ları da, döşəməsi də ağacdan qurulmuşdu. Onun ayrıca giriş qa-
pısı və qapıya çöldən uzanan yolu vardı. Kurqandan heç nə ta-
pılmamışdır (Sherazadishvili Z., 2009, p. 90).
Bu sırada Bedeni vadisindəki daha iki kurqanı da misal çək-
mək olar. E.ə. III minilliyin sonlarına aid edilən, ərazidəki digər
çoxsaylı kurqanlardan öz böyük ölçüləri ilə fərqlənən bu kurqan-
lardan biri elmi ədəbiyyatda «Böyük Tsnori kurqanı», digəri isə
«Kiçik Tsnori kurqanı» adları ilə məşhurdur.
Kiçik Tsnori kurqanının örtüyü dağıdıldığından onun ölçüləri
haqqında məlumat yoxdur. Amma dəqiq məlmdur ki, o, nisbətən
kiçik idi. Onun kanerası 8 m dərinlikdə qazılmışdı, döşəməsinin
sahəsi 8 x 14 m olub. Burada da dörd təkərli araba aşkar edilmişdir.
Kurqanda qızıl və gümüş bəzək əşyaslarına da rast gəlinib (Гобед-
жишвили Г.Ф., 1981, с. 6; Дедабришвили Ш.Ш., 1979, с. 19).
Qərbi Azərbaycan və Gürcüstanda çox sayda kurqanın ol-
masına rəğmən, onların sayı Cənubi Qafqazın şərqində, yəni
Azərbaycan Respublikası ərazisində daha çoxdur ki, bu da bir
vaxtlar K.Kuşnaryovanın təəccübünə səbəb olmuş və o, Kür-
151
Araz kurqan mədəniyyətinin şərq arealında bu qədər geniş yayıl-
masının səbəblərinin dəqiq müəyyən etməyin çətin olduğunu
yazmış və bildirmişdi ki, bilinən yeganə şey odur ki, Cənub-Şər-
qi Qafqazda kurqanda dəfn ənənəsi eneolit dövründən gec ya-
ranmamışdır (Кушнарева К. Х.,1993, s. 60).
Kurqanlara əsasən yayalaq-qışlaq, yəni köç yolları üzərin-
də, əsasən qışlaq yerlərinə yaxın ərazilərdə rast gəlindiyi sübuta
ehtiyacı olmayan aksiomadır. Təsadüfi deyil ki, kurqan abidələ-
rinin böyük əksəriyyətinin erkən maldarlığın inkişafı ilə əlaqə-
ləndirən C. Çernikov yazır ki, onlar daha çox qışlaqlara yaxn
yerlərdə - dağətəyi zonalarda və çay sahillərində ucaldılmışdır.
O bildirir ki, kurqanlara açıq çöllərdə və yaylaq yerlərində, de-
mək olar ki, rast gəlinmir (Черников С. С., 1951).
Kür-Araz dövrünə aid kurqanlara Azərbaycan respublikasının
demək olar ki, bütün bölgələrində rast gəlinir. Bu baxımdın Talış-
Muğan zonası da istisna deyil. Bu zonanın kurqanlarından bəhs
edən F.Mahmudovun sözlərinə görə, bölgədə tək dəfnli məzarların
üzərində gözəgəlimli kurqan örtüyün quraşdırılması və dəfn
inventarındakı zənginlik e.ə. III minilliyin ortasında bu ərazidə
tayfa elitasının varlığından xəbər verir. «Oxşar kurqanlar Lənkəran
və Masallı rayonlarında da var» (Махмудов Ф., 2008, c. 42).
Bənzər kurqanlara bölgənin hər tərəfində rast gəliməsi təsa-
düfi deyil. Çünki bu bölgə də ən azı Kür-Araz dövründən etiba-
rən əsas köç yollarından birinin yerləşdiyi bölgələrdən olub və
bu hal bu gün də beləcə davam edir.
Eyni sözləri respublikanın şimal-şərq və şərq bölgələri haqqın-
da da söyləmək mümkündür. Bu bölgədə də Kür-Araz mədəniyyəti
dövrünə aid bir neçə önəmli kurqan aşkar edilmişdir. Bu sırada Q.
Qoşqarlının rəhbərlik etdiyi arxeoloji ekspedisiyanın 2009-cu ildə
Xızı rayonu ərazisində aşkarladığı 20-dən çox kurqanı misal çək-
mək olar. «Sitalçay kurqanları» kimi tanınan bu kurqanlarda qazın-
tı işləri 2011-ci ildə aparılmış və tədqiqatlar nəticəsində onlardan
üçünün (1, 2 və 5 №-li Sitalçay kurqanları) məlum olmuşdur.
Sözügedən dəfn abidələrindən 1№-li Sitalçay kurqanının di-
ametri şimaldan cənuba 13,1 m, qərbdən şərqə 15,5 m, hündürlüyü
Dostları ilə paylaş: |