155
ku" kimi qeyd edildiyini ilk dəfə təsbit edən tanınmış alim Z.
Yampolski olmuşdur. O, türklərin mənşəyi və ilk ata yurdu barə-
də o vaxta qədər rus - sovet tarixşünaslığında mövcud olan rəs-
mi baxışlara qarşı çıxaraq bildirmişdi ki, akkad mənbələri "türk"
etnoniminin qeydə alındığı ən qədim yazılı mənbələrdir (Tahir-
zadə, 1991, s. 62-64). E. ə. birinci minilliyə aid Urartu mixi ya-
zılarında da eyni xalqın adı, eyni ərazinin sakinləri kimi qeyd
edilmişdir. Urartu mənbələrində həmin xalqın adı "turuxi" kimi
çəkilir. Firidun Ağasıoğlunun fikrincə, Aşşur mənbəlrində rast
gəlinən "turukku" etnonimi "türk"etnik adının aşşur dilindəki
səsləniş və yazılış formasıdır (Ağasıoğlu, 2005, s. 39).
İlk dəfə Z.Yampolski tərəfindən söylənilən bu fikrə sonralar
Ə.Hüseyni, C.Cəfərov, M.H.Tantəkin, Y.Yusifov, Q.Qeybullayev,
T.Hacıyev, M.İsmayıl, F.Ağasıoğlu, N.Xudiyev və s. kimi Azərbay-
can alimləri də şərik çıxmışlar.Y.Yusifovun yazdığına görə, "türk"
adına erkən orta əsrlərə aid hind qaynaqlarında turukka", Xotən
mətnlərində "trruki", Tibet mənbələrində "druq" və "druqu" forma-
sında rast gəlmək mümkündür (Azərbaycan tarixi, 1994, s. 78).
Turuklar barəsində ilk məlumatlara e.ə. XlV yüzilliyə aid
Aşşur mənbələrində rast gəlindiyini, daha sonra isə "turux" (və
ya turuxi) adı ilə Urartu mənbələrində məlumat verildiyini vur-
ğulayan M. İsmayıl da onların alimlər tərəfindən türklərlə eyni-
ləşdirildiyini söyləməkdədir (İsmayıl, 1955, s. 7).
Y. Yusifovun yazdığına görə, eramızdan əvvəl ll minilliyin
əvvəlində Urmiya gölü hövzəsində yaşayan türklərin aktiv siya-
sətə qoşulması başlayır. Onlar Zaqroş dağlarını aşaraq İkiçayara-
sına daxil olurdular. Türklər Aşağı Zab çayının yuxarı axarında
yerləşən Raniyə düzənliyinə çıxır və burada yaşayan hürrilərlə
ünsiyyətə girirdilər. Ümumiyyətlə, onlar bu ərazi uğrunda müba-
rizə aparırdılar və bununla da İkiçayarasının şimalında yaranmış
Aşşur dövlətinin sərhədlərində təhlükə yaradırdılar.
Aşşur mixi yazılarından belə məlum olur ki, aşşur hökmdarı
l Şamşi-Adad türklərə qarşı hərbi yürüş təşkil edir, lakin bu tay-
faların müdaxiləsinin qarşısını ala bilmir. Türklər aşşurların nə-
zarəti altında olan Şuşarra vilayətini ələ keçirirlər. Aşşur hökm-
156
darı l İşme-Daqan baş verənləri cöx maraqlı təsvir etmişdir: «O
ki qaldı Şuşarra olkəsinə, siz mənə yazırsınız ki, bu ölkə həya-
can içindədir və biz onu saxlaya bilmirik. Qoy qasid sizə vəziy-
yəti izah etsin. Turukkulu Lidaya və bu ölkədə onunla birlikdə
olan turukkilər rəqabət aparırdılar və iki yaşayış məntəqəsini da-
ğıtmışdılar. Mən oraya əlavə qoşun gətirdim, onlar dağlara çə-
kildilər. Mən əhalidən soruşdum və bu qərara gəldim ki, bu ölkə
nəzarətə alına bilməz» (Azərbaycan tarixi, 1994, s. 73, 74).
Təbii ki, mixi yazılardaki "turukku", "turuxi", "turuk" adlarını
"türk" enonimi ilə eyniləşdirən alimlərimiz haqlıdırlar. Biz də bu
fikirdəyik ki, adlarına ilk dəfə eradan əvvəl lll minilliyə aid akkad
və aşşur mixi yazılarında "turuku" kimi və eradan əvvəl l minilliyə
aid Urartu mənbələrində "truxi" kimi rast gəlinən və haqlarında
Azərbaycan və Şərqi Anadolu ərazisinin sakinləri kimi söz açılan
bu xalq sonrakı dövrlərdə, Vl-Vlll əsrlərdə böyük xaqanlıq qurmuş
və bu xaqanlığın mərkəzi indiki Monqolustan ərazisi olmuşdur.
Boz qurdla bağlı əldə olan etnoqonik miflərin təhlili göytürklərin
Mərkəzi Asiyaya, o cümlədən Monqolustan ərazisinə Ön Asiya və
Qafqazdan gəldiklərini, türklərin ilkin ata yurdunun Azərbaycan və
Şərqi Anadolu ərazisi olduğunu söyləməyə tam əsas verir.
Qədim Çin mənbələrində Orxon-Yenisey abidələrini yarat-
mış türk xalqının mənşəyi barədə türklərin öz dilindən bəzi əfsa-
nələr qeydə alınmışdır və onlardan biri bu xalqın Qərbdən - Xə-
zər dənizinin qərb sahillərindən gəldiklərini bildirməkdədir (He-
yət, 1993, s. 72).
Böyük Türk Xaqanlığının əsasını qoyan göytüklərin mənşəyi
ilə bağlı qədim Çin mənbələrində qeydə alınmış birinci rəvayətdə
deyilir ki, hunlarla eyni soydan olan göytürklər hun yurdunun şi-
malındakı Su (So) ölkəsindən çıxmışlar. Başbuğlarının, yəni sərkər-
dələrinin adı Kapan Pu idi və onun 16 qardaşı vardı. Bunlardan
birinin anası boz qurd idi. Bu gənc yellərə və yağışlara hökm edərdi.
Göytüklərin düşmənləri bir həmlə ilə qardaşları aradan
apardılar, Bu fəlakətdən yalnız bir gənc qurtuldu. Bu gəncin iki
arvadı vardı. Biri yaz tanrısının, digəri qış tanrısının qızı idi.
Onun bu arvadlardan iki oğlu oldu və xalq böyük oğlu özünə xa-
157
qan seçdi. O, Türk adını aldı. Onun 10 arvadı vardı və bu arvad-
lardan türk xalqı törədi (Heyət, 1993, s. 72; Гумилев, 2002, c.
26-27): Göytürklər qədim Xsiunq-Nunun (hunların, xəzərlərin)
soylarından yaranmışlar və onların bir qoludurlar. Özləri isə A-
şin-na adlı bir ailədən törəmişlər. (Sonradan çoxalaraq) ayrı oy-
maqlar halında yaşamağa başladılar.
Daha sonra Lin (Alan, Alaniya) adlanan bir məmləkət tərə-
findən məğlub edildilər. (Məğlubiyyətdən sonra göytürklər) bu
məmləkət tərəfindən bütünlüklə öldürüldülər.
(Tamamilə qırılan) göytürklər içində yalnız on yaşlı bir
uşaq qalmışdı. (Lin məmləkətinin) əsgərləri uşağın çox kiçik ol-
duğunu görüb (ona yazıqları gəlmiş və) öldürməmişdilər. Uşa-
ğın təkcə ayaqlarını kəsmiş, özünü də bir bataqlıq içindəki otla-
rın arasına tullayıb getmişdilər.
(Bu zaman) uşağın yanında bir dişi qurd peyda oldu və ona ət
verərək bəslədi. Uşaq bu minvalla böyüdükdən sonra da dişi qurdla
ər-arvadlıq etməyə başladı. Qurd da bu yolla ondan hamilə qaldı.
(Göytürkləri məğlub edən və hamısını qılıncdan keçirən Lin
məmləkətinin) kralı bu uşağın hələ də yaşadığını eşitdi və əsgərlə-
rini onu öldürməyə göndərdi. Uşağı öldürməyə gələn əsgərlər qurd-
la uşağı yan-yana gördülər. Əsgərlər qurdu öldürmək istədilər, am-
ma qurd (onları görən kimi) tez qaçdı və Kao-ç-anq (Kuşan) məm-
ləkətinin şimalındakı dağa getdi. Bu dağda dərin bir mağara, ma-
ğaranın içində isə böyük bir ovalıq var idi. Çevrəsi də bir neçə yüz
mildən artıq deyildi. Dörd yanı sıldırım qayalarla əhatə olunmuşdu.
Qurd qaçaraq bu mağaranın içinə girdi və orada on uşaq doğdu.
Vaxt keçdikcə bu on uşaq böyüdü və bayırdan qızlar gətirə-
rək, onlarla evləndilər. Beləliklə evləndikləri qızlar hamilə qal-
dılar və bunların hər birindən bir soy törədi. A-şi-na ailəsi də bu
on boydan biridir.
Onların oğulları və nəvələri çoxaldılar və yavaş-yavaş yüz
ailə halına gəldilər. Ju-julara tabe oldular. Altay ətəklərində yer-
ləşdilər. Bundan sonra da Ju-juan dövlətinin dəmirçiləri oldu-
lar... (Ögəl, 2006, s. 36).
Dostları ilə paylaş: |