146
S.P.Tolstov və ona istinad edən X.Koroğlu Səlcuqluların
Azərbaycan və Ön Asiyaya köçündən öncə də türkmənlərin, yəni
oğuzların yaşadığını etiraf etmişlər (Толстов, 1938, s. 80; Koroğlu,
1999, s. 14-15). Şübhəsiz ki, bunlar «Kür-Araz eneolitini» və Kür-
Araz mədəniyyətini quran, damarlarında R1b Y-xromosomunu
daşıyan (İain Mathieson, et al., 2016) ən qədim oğuzların nəsil-
ləridir. Onlar hələ Kür-Araz mədəniyyəti dövründə öz damğalarını
qayaların üzərinə həkk etmişlər və bunun da sayəsində biz Kür-
Araz mədəniyyətinin, o cümlədən e.ə. 3300-3200-cü illərdə təməl-
ləri Arslantəpədə atılan ilk dövlətimizin (Frangipane M.,2002)
məhz hansı protooğuz, eləcə də protoqıpçaq boy və soyları
tərəfindən qurulduğunu çətinlik çəkmədən müəyyənləşdirə bilirik.
Professor Cəfər Cəfərovun yazdığına görə, türk soy və boy-
larının ən qədim düşərgələrini, ata-baba yurdlarını, onların doğ-
ma vətənlərini, habelə mövcud olmuş ünvanlarını müəyyənləş-
dirmək üçün həmin tamğaların müstəsna əhəmiyyəti vardır.
Tamğa və işarələr, bir sıra başqa xalqlarda olduğu kimi, türk
xalqlarının, o cümlədən Azərbaycan türklərinin də etnogenezin-
də iştirak etmiş soy və soybirləşmələrinin qədim yazı nümunələ-
ri kimi qiymətlidir. Azərbaycanın bir sıra rayonlarından tapılmış
və 10-12 min əvvələ və daha sonrakı dövrlərə aid edilən müxtə-
lif işarə və tamğalar haqqında Cəfər Cəfərov və Əbülfəz Hüsey-
ni kimi tədqiqatçılar fikir söyləmiş, Əbülfəz Hüseyni Gəmiqaya
təsvirləri, Cəfər Cəfərov Qobustan petroqlifləri içərisindən üzə
çıxartdıqları, Firəngiz Muradova isə Şirvan zonasında tapdığı
tamğalardan söhbət açmışlar (Cəfərov, 1987, s. 29-36).
Mövzumuz baxımınadan e.ə. III minilliyə aid edilən, İranın
şimal-qərbində yerləşən Timərə (Teymərə) qayalıqlarında rast
gəlinən oğuz boylarına məxsus damğaların (Naserfərd M., 2016)
müstəsna əhəmiyyəti var. Bu damğalar protooğuzların bu ərazi-
lərin ən qədim avtoxton sahibləri olduğunun, buralarda ən azı
Erkən Tunc dövründən məskun olduqlarının və dünya sivilizasi-
yasında önəmli mərhəllərdən biri olan Kür-Araz mədəniyyətinin
yaradıcıları qismində çıxış etdiklərinin təkzibedilmz sübutudur.
147
M.Frangipane e.ə. IV minilliyin ikinci yarısında «Kür-Araz-
lı»ların, yəni protooğuz-qıpçaqların Arslantəpədə qurduqları döv-
ləti (Frangipane M.,2002) şəhər dövləti adlandırır. Amma, bu döv-
ləti quranların folklor yaddaşında həmin dövlətin nüfuz dairəsi çox
günişdir və Avropaya (Çuxur, Döyüş baltaları və Maykop
mədəniyyətləri) qədər uzanır: «Bayandır xan padşahlığı dövründə
İranı, Turanı, Rumu, Şamı, Misiri, Əfrənci (Avropanı), Xətayı,
Qıpçaq çöllərini aldı. Beçenek onun kiçik qardaşı idi. Bayandır xan
onu Sayramda öz nümayəndəsi təyin etdi. Özü qışlamağa Qara-
bağa, yaylamağa Göyçə gölünə getdi» (Koroğlu, 1999, s. 66).
Mətndə Göyçə gölünün adının çəkilməsi, buraların proto-
oğuzların yaylaq yerinin olmasının qeyd edilməsi çox maraqlı-
dır. Bu sözlər Qərbi Azərbaycandan tapılmış ilk tunc dövrünə,
yəni Kür-Araz mədəniyyəti dövrünə aid kurqanlarla da öz təsdi-
qini tapır. Bu baxımdan qazıntıları 1985-1991-ci illərdə gerçək-
ləşdirilmiş 7, 10, 11, 12 №-li Alagöz (Talin) kurqanlarını misal
çəkə bilərik. Bu abidələr Talin şəhəri yaxınlığında, Alagöz dağı-
nın ətəklərində aşkar edilmişlər. Onlar IV minilliyin sonu-III mi-
nilliyin əvvəllərinə aid edilirlər.
Alagöz (Talin) abidələrindən 7 №-li kurqanın üst örtüyü
daşdan olub, hündürlüyü 0,8 m, diametri isə 13 m kimi qeydə
alınıb. Kurqan örtüyünün aldından çıxan və kromlexlə əhatələ-
nən daş düzümüün altında aşkar edilən 2,3 x 1,2 x 1,4 ölçülü qə-
bir kamerasının divarları bazalt daş pilitələrdən qurulmuşdu.
Düzbucaqlı formada olan cənub-şərq – şimal-qərb istiqamətli
kameranın küncləri oval şəkildə idi. O, dromosa sahib idi və onu
dromosdan daş pilitə ayrırdı.
Kamerada, dromosa yaxın tərəfdə insan skeleti və xırdabu-
yunuzlu heyvana aid on ədəd sümük qalığı aşkar edilib.
Hündürlüyü bir metr olan 10 №-li Alagöz (Talin) kurqanı-
nın örtüyü daşlardan qurulmuşdu və sanki, iki hissədən ibarət
idi. Bunlardan kiçik hissənin diametri 11 m, örtüyün ümumi dia-
metri isə 25 m idi.
Kurqan örtüyünün altında daş yığınına rast gəlinib. O, iki cər-
gə kromlexlə əhatələnmişdi. Kromlexin diametri 7,5 m idi. Qəbir
148
kamerası daş yığımının altında, qərb tərəfdə aşkar edilib. Cənub-
qərb – şimal-şərq istiqamətli kamera 2,1 x 2 x 1 m ölçüsündə idi.
Burada skeletə rast gəlinməyib, sadəcə keramika fraqmentləri, tunc
bəzək əşyaları və pastadan hazırlanmış muncuqlar tapılıb.
7 №-li Alagöz (Talin) kurqanına tam bitişik olan 11 №-li
Alagöz (Talin) kurqanının da örtüyü digərləri kimi daşlardan qu-
rulmuşdu. Hündürlüyü 1,5 m, diametri isə 20 m idi. Onun 2,1 x
2,4 x 1,5 m ölçülü, cənub-şərq - şimal-qərb istiqamətli qəbir ka-
merasında 5 insan skeleti aşkar edilib. Kameraya bitişik dromo-
sun ölçüləri 6,2 x 0,6 x 0,6 m olub.
Daşdan qurulmuş örtüyü iki hissəli olan 12 №-li Alagöz
(Talin) kurqanının hündürlüyü 1 m və 1,5 m, diametri isə 16 m
və 23 m kimi qeyd edilib. Bu kurqan mürəkkəb struktura sahib
idi və bu səbəbdən də məzarlıqdakı digər kurqanlarından fərqlə-
nirdi. Onun cənub-qərb – şimal şərq istiqamətli qəbir kamerası
yer səthində qurulmuşdu. Xüsusi dəhliz onu şimal-şərq tərəfdən
«T» hərfini xatırladan formaya sahib xüsusi daş konstruksiya ilə
möhkəmləndirilmiş dromosla birləşdirirdi.
Kameranın düz yanında, meydança formalı qurbangah inşa
edilmişdi. Meydançanın hündürlüyü 1 m, sahəsi 4,8 x 10 m idi.
Onun üzərində iki dairəvi çala vardı. Qurbangahdan bir qədər
aralı ikinci bənzər meydançaya da rast gəlinib. İkinci meydança-
nın sahəsi 5,9 x 9 m olub.
Kamerada aşkarlanan insan skeleti həddən artıq çox çürü-
müş və aşınmaya məruz qalmışdı. Onun yanında saxsı fraqment-
ləri və bir ədəd möhür aşkar edilib (Avetisyan P., Muradyan F.,
Sargsyan G., 2006, p. 161-164).
Yeri gəlmişkən qeyd edək ki, bu kurqanlardan tapılan sü-
mük qalıqlarının da DNT analizləri keçirilib və onların da R1b
və R1a haploqruplarının daşıyıcısı olduğu üzə çıxıb (İain Mathi-
eson, et al., 2016).
Qərbi Azərbaycanda aşkar edilmiş ilk tunc dövrü kurqanla-
rından söz düşmüşkən, P. Carkovskinin rəhbərliyi altında 1896-
cı ildə tədqiq olunmuş iki kurqanı da unutmamaq lazımdır. Söh-
bət İrəvan yaxınlığındakı Zənçiqala şəhərində aşkar edilən, bö-
Dostları ilə paylaş: |