158
İikinci rəvayətdə isə deyilir ki, türkləin ilk atası Qərb dəni-
zinin, yəni Xəzər dənizinin qərb sahillərində yaşayırdı. Bunun
xalqı hunların bir bölümü idi və Asina (aşina) adlanırdı. Bu xalq
qonşu xalqlardan biri tərəfindən məhv edilir. Bunlardan yalnız
bir oğlan uşağı sağ qalır. Bir dişi qurd həmin uşağı tapıb ona
qulluq edir, onu böyüdür və onunla evlənir. Oğlandan hamilə
qalan qurd dənizin şərq tərəfinə keçirir və orada 10 oğlan uşağı
doğur. Bu oğullardan Göytürk (Türküt) xalqı törəyir:
Türklərin genezisi ilə bağlı ikinci rəvayətin məzmunu belədir:
Bəziləri belə deyirlər: Bir rəvayətə görə göytürklərin ilk ataları
Xsi-hai, yəni Qərb dənizinin (Xəzərin) sahillərində yaşayırdılar.
Onların qadınları, kişiləri (uşaqları ilə birlikdə), böyüklü-kiçikli
hamısı birlikdə Lin (Alan, Alaniya) adlı bir məmləkət tərəfindən
məhv edilmişlər. (Türklərin hamısını qırdıqları halda) yalnız bir
uşağa rəhm etmiş, onu öldürməkdən vaz keçmişlər. Bununla belə,
onun da qollarını və qıçlarını kəsərək, özünü Böyük bataqlığın için-
dəki otların arasına atmışdılar. Bu vaxt dişi bir qurd peyda olmuş və
ona hər gün ət və yemək gətirmişdir. Uşaq da bunları yeyərək özünə
gəlmiş və ölməmişdi. (az bir vaxtdan sonra) uşaqla qurd ər-arvad
kimi yaşamağa başlamış və qurd uşaqdan hamilə olmuşdu.
(Türklərin əski düşməni olan Lin dövlətinin hökmdarı uşağın
sağ qaldığını eşitdikdə) tez adamlarını göndərərək həm uşağı,
həm də qurdu öldürməyi əmr etmişdir. Əsgərlər qurdu öldürməyə
gəldikləri zaman qurd bundan xəbərdar olmuş və qaçmışdı. Çünki
qurdun müqəddəs ruhlarla (əyələrlə) əlaqəsi vardı (və daha öncə
onlar vasitəsilə düşmənlərin gəldiklərini xəbər tutmuşdu).
Buradan qaçan qurd Qərb dənizinin şərqindəki bir dağa get-
mişdi. Bu da Kao-ç-anqın (Kuşanın) şimal-şərqində yerləşirdi. Bu
dağın altında isə çox dərin mağara var idi. (Qurd buraya gəlincə)
dərhalhəmin mağaranın içinə girmişdi. Bu mağaranın arxasında
böyük bir ovalıq var idi. Bu ovalıq başdan-başa ot və çaylarla
örtülü idi. Ovalığın çevrəsi isə təqribən 200 mildən artıq idi.
Qurd burada on oğlan uşağı doğmuşdu. (Göytürk dövlətini qu-
ran) A-si-na (“Tövrat”da və “Albaniya tarixi”ndə Askenaz) ailəsi
bu uşaqlardan birinin soyundan törəmişdir (Ögəl, 2006, s. 38).
159
Qeyd edək ki, məşhur fransız alimi, Çin mənbələri və coğ-
radiyası üzrə tanınmış mütəxəssis J. Dögin Çin mənbələrindəki
“Xsi-hai” dənizinin (Qərb dənizinin) Xəzər dənizi olduğunu təs-
diqləməkdədir (Tahirzadə, 1991, 68).
Çin mənbələrində türk xalqının mənşəyi ilə bağlı qeydə
alınmış bu iki rəvayətdə iki məqam diqqəti xüsusi cəlb edir. 1-ci
məqam türklərin ulu babalarının Xəzərin qərbində, yəni Azər-
baycanda yaşamış olması faktıdır ki, bu faktı eradan əvvəl lll-ll
minilliklərə aid akkad və aşşur mənbələri, eləcə də eradan əvvəl
l minilliyə aid Urartu mənbələri təsdiqləyir.
İkinci məqam maraqlı və son dərəcə önəmli məqam türklə-
rin Su adlı bir ölkədən çıxmış olması faktıdır. Mövzumuz baxı-
mından bu fakt o qədər böyük əhəmiyyət daşıyır ki, onun üzə-
rində bir qədər ətraflı durmaq lazımdır.
Su ölkəsi harada yerləşmişdir?
Bu sualın cavabını da mixi kitabələrdə tapırıq. Məsələ bura-
sındadır ki, eradan əvvəlki lll-ll minlliklərə aid mixi yazılarda
Azərbaycan ərazisində yaşamış kuti, lulu, subar, kuman və tu-
ruk, yəni türk xalqları ilə yanaşı su xalqından da söz açılmaqda
və Su ölkəsinin adı çəkilməkdədir.
Mixi yazıların gözəl bilicicisi, mərhum alimimiz Yusif Yu-
sifovun yazdığına görə, qədim qaynaqlarda "Su ölkəsinə mənsub
lullu" ifadəsi işlənməkdədir:
«Bəzi hallarda Aratta ölkəsinin adı "Su ölkəsi" mixi işarələ-
ri ilə göstərilmişdir. Deməli, Aratta... və Su ölkəsi Urmiya gölü
hövzəsində mövcud olmuş geniş bir ərazinin müxtəlif adları ol-
muşdur. Sular da turukku və lullu tayfa birləşməsinə daxil idi-
lər» (Azərbaycan tarixi, 1994, s. 81).
Mixi yazılardan göründüyü kimi, göytürklərin öz əski və-
tənləri saydıqları, qədim Çin mənbələrində haqqında söz açılan
və Xəzər dənizindən qərbdə yerləşdiyi vurğulanan Su ölkəsi
Azərbaycan ərazisində mövcud olmuş ən qədim dövlətin – Arat-
ta dövlətinin başqa bir adıdır.
Mövzu ilə bağlı Lev Qumilyov yazır ki, əfsanə türklərin
mənşəyini yerli So (Su) nəsli və yenə də dişi qurdla bağlayır.
160
«So (Su) qəbiləsinin bütün üzvləri öz axmaqlıqları üzündən...
məhv olurlar. Yalnız dişi qurdun dörd nəvəsi sağ qalır. Onlardan
birincisi qu quşuna çevrilib Güney Altayda Abu və Qyan çayları
hövzəsində.., üçüncü və dördüncüsü isə Güney Altaydakı Çus
çayında məskunlaşdılar. Bu əfsanəni şərh edən N. A. Aristov əf-
sanədəki "So" nu Altayın quzeyindəki Biye çayı sahillərində ya-
şayan kumandinlərin (kumanların) So nəsli ilə tutuşduraraq, bi-
rinci nəvəni lebedinlərlə - ku kijilərlə (ku kişiləri, ku adamları)
... eyniləşdirmişdir." (Гумилев, 2002, c. 26-27).
Maraqlıdır ki, "Su" (So) adına ilk dəfə mixi yazılarda rast
gəlindiyi kimi, "ku" və "kuman" etnonimlərinə və "Altay" topo-
niminə də (Urartu mənbələrində Arattanın adı Alateye kimi çə-
kilir) ilk dəfə eyni mənbələrdə rastlanmış və onların hamısından
Azərbaycan və Ön Asiya (Şərqi Anadolu) etnonim və toponim-
ləri kimi söz açılmışdır (Azərbaycan tarixi, 1994, s. 80).
Qədim mixi yazılarda (e.ə.Xlll-Xll) "ku" və "kumen" (ku-
man) etnonimlərinin də adı çəkilməkdədir (Azərbaycan tarixi,
1994, s. 83). "Ku" etnonimi ilə bağlı hesab edilir ki, bu, türk (pro-
totürk) tayfalarından birinin adı olmuş və bu ad qədim türklər
arasında geniş yayılmış qu quşu (qaz) totemi ilə əlaqədardır (Гу-
милев, 2002, c. 26-27). İ. Dron qeyd edir ki, qu quşu (qaz) kultu
qədim zamanlarda türk və monqol xalqları arasında geniş ya-
yılıbmış. O bildirir ki, qədim türk əfsanələrində hun xaqanının
qardaşı oğlu qu quşuna çevrilmiş və yeni bir türk soyunun əsasını
qoymuşdur. Həmin türk qəbiləsi "ku" adlanmışdır. Məsələn, Tuva
türklərinin toci qoluna bağlı qəbilələrdən biri kezek-kuular (qu
quşları) özünü bu soydan hesab edir. Tədqiqatçının yazdığına
görə, Sayan-Altay ərazisində yaşayan bir çox türk xalqlarında -
tuvalılarda, xakaslarda, teleutlarda, kumandlilərdə qu quşu (qaz)
haqqında totemik-mifik təsəvvürlər bu günə qədər yaşamaqdadır.
Türkoloqların bir qismi kuman etnoniminin də adının "qu"
(ku) totemindən yarandığını irəli sürməkdədirlər. Məsələn, V. Q.
Rodionov qədim çuvaş mənbələrinə əsaslanaraq "ku" və "ku-
man" etnonimlərini eyniləşdirir. İ. Dorn və O. Süleymenov da
eyni fikri dəstəkləmişlər (Süleymenov, 1993, s. 94-96).
Dostları ilə paylaş: |