161
İlk tunc (Kür-Araz) dövrü prototürklərinin
mənəvi mədəniyyəti
Kür-Araz mədəniyyəti abidələrinin əsasən yaşayış yerləri və
qəbirlərdən ibarət olduğunu diqqətə çatdıran V. Baxşəliyevin yaz-
dığına görə, Bu abidələrin müəyyən lokal xüsusiyyətlərinin ol-
masını nəzərə alaraq onları regionlar üzrə araşdırmaq məqsədə-
uyğundur. «Erkən Tunc dövrü abidələri arasında çoxtəbəqəli ya-
şayış yerləri ilə xarakterizə olunan Naxçıvan-Urmiya qrupunun
abidələri xüsusi yer tutur. Naxçıvanda Kür-Araz mədəniyyətinə
aid I Kültəpə, II Kültəpə, Ovçulartəpəsi, Мaxta Kültəpəsi, Xalac,
Ərəbyengicə, Şortəpə kimi qədim yaşayış yerləri aşkar olun-
muşdur. Bu abidələrdən I Kültəpə və II Kültəpədə geniş miqyaslı
arxeoloji qazıntılar aparılmış, digərləri isə yalnız kəşfiyyat xarak-
terli tədqiqatlarla öyrənilmişdir» (Baxşəliyev V., 1960, s. 62)
Urmiya gölünün şərqində yerləşən Yanıqtəpə abidəsinin daha
yaxşı öyrənildiyini diqqətə çatdıran alim yazır ki, bu abidənin tə-
sərrüfat-məişət komplekslərində Kür-Araz mədəniyyətinin əsas
əlamətləri aydın şəkildə izlənmişdir. «Yanıqtəpə yaşayış yeri qə-
dim dövrdə ardıcıl olaraq yaranan üç təpədən ibarət olmuş, zaman
keçdikcə onlar bir təpə halında birləşmişdir. Onun hündürlüyü
16,5 m, diametri 300 m-dən artıqdır. Yaşayış yerində Neolit,
Eneolit və İlk Tunc dövrünə aid təbəqələrə rast gəlinmişdir. Kür-
Araz mədəniyyətinə aid təbəqə abidənin ən üst qatında yerləşmiş-
dir. Lakin Eneolit təbəqəsi ilə Kür-Araz təbəqəsinin bir-birinə mü-
nasibəti stratiqrafik baxımdan həll edilməmişdir. Belə ki, qazıntı
zamanı heç yerdə Kür-Araz təbəqəsinin Eneolit təbəqəsini örtdüyü
müəyyənləşdirilməmişdir» (Baxşəliyev V., 1960, s. 73-74).
Qobustan abidələrindən söz açan V. Baxşəliyev qeyd edir ki,
Qobustanda aşkar olunan Kür-Araz mədəniyyəti abidələrini iki
qrupa ayırmaq olar. «Birinci qrup abidələr qayaaltı sığınacaqlarla
təmsil edilib (Anazağa, Çardaqzağa, Firuz-1). Anazağa yaşayış
yeri Qobustan qoruğu binası yaxınlığında, Böyükdaş dağının üst
hissəsində yerləşir. Qazıntılar zamanı burada üç mədəni təbəqə
aşkar olunmuşdur. Alt təbəqələr daş dövrünə, ən üstdə olan 1m
qalınlığındakı təbəqə isə Tunc dövrünə aiddir. Burada İlk Tunc
162
dövrünə aid ayrıca təbəqəyə rast gəlinməmişdir. Kür-Araz mədə-
niyyətinə aid maddi-mədəniyyət qalıqları, yalnız müxtəlif mərhə-
lələri əhatə edən, qarışıq təbəqələrdən əldə edilmişdir. Tapıntılar
qara və şabalıdı rəngli cilalı qab parçalarından, daş alətlər, gil
təkər modeli və başqa əşyalardan ibarətdir. Çardaqzağa yaşayış
yeri Anazağadan 200-250 m cənubda, Böyükdaş dağında yerləşir.
Qazıntılar zamanı müəyyən edilmişdir ki, burada mədəni təbəqə-
nin qalınlığı 30-40 sm-dir. Təbəqə çox yerdə yuyulub qarışmışdır.
Мədəni təbəqədə, başlıca olaraq İlk Tunc dövrünə aid keramika,
obsidian və çaxmaq daşından hazırlanmış əmək alətləri aşkar
olunmuşdur. Sığınacağın divarlarında aşkar olunan qayaüstü təs-
virlərin də bu dövrə aid olduğunu demək olar. Firuz-1 sığınacağı
Kiçikdaş dağının şərq ətəyində yerləşir. Sığınacaqda Daş və Tunc
dövrlərinə aid mədəni təbəqəyə rast gəlinmişdir. Tunc dövrünə
aid edilən mədəni təbəqə iki qata ayrılmışdır. Üst qatdan Tunc
dövrünün son mərhələsinə, alt qatdan isə İlk Tunc dövrünə aid
maddi-mədəniyyət qalıqları aşkar edilmişdir. Gilinin tərkibinə və
hazırlanma texnologiyasına görə fərqlənən gil qab parçalarının
üzəri cilalanmışdır. Onların bəzisinin yarımşar formalı qulpu ol-
muşdur. İkinci qrupa ətrafı möhkəmləndirilmiş Dairə və təbii cə-
hətdən müdafiə olunan mövqedə salınmış Böyükdaş yaşayış yer-
ləri daxildir. Dairə yaşayış yeri Böyükdaş dağının aşağı şimalında
yerləşir. Ətrafı iri həcmli yonulmamış daşlardan hörülmüş divarla
əhatə edilmişdir. Sahəsi 200 m2 olan yaşayış yerinin 1/3 hissəsi
qazıntılarla öyrənilmişdir. Divar boyunca aparılan qazıntılar abi-
dənin tam planını ortaya çıxarmağa imkan vermişdir. Yaşayış ye-
rini əhatə edən müdafiə divarı içəridə dikinə, o biri tərəfdən isə
yastısına qoyulmuş daşlarla tikilmişdir. Мüəyyənləşdirilmişdir ki,
mədəni təbəqə yalnız divar boyu yığılmışdır. Təbəqənin qalınlığı
30-40 sm-dir. Yaşayış yerinin şərq hissəsində yaşayış binalarına
aid tikinti qalıqları aşkar olunmuşdur. Lakin onlar yaxşı qalmadı-
ğından, ümumi planlarını müəyyən etmək mümkün olmamışdır.
Tədqiqat zamanı gil qab parçaları, əmək alətləri, ocaq yerləri aş-
kar edilmişdir. Abidənin cənub hissəsinin tədqiqi zamanı tikinti
qalıqları, ocaq qurğusu, gil qab parçaları və daş alətlər aşkar olun-
163
muşdur. Şimal-şərq tərəfdə, divar boyu daş döşənmiş sahə, divar
qalıqları və dairəvi formalı ocaq aşkar olunmuşdur.
Ocağın ətrafından gil qab və iri manqal parçaları da tapıl-
mışdır. Мaddimədəniyyət qalıqlarına əsasən demək olar ki, abi-
dədə yaşayış başlıca olaraq müdafiə divarı boyunca olmuşdur.
Onun mərkəzi hissəsindən, ehtimal ki, ictimai məqsədlər üçün
istifadə edilmişdir» (Baxşəliyev V., 1960, s. 91-92).
V.Baxşəliyev bildirir ki, Qobustanda İlk Tunc dövrünün so-
nuna aid edilən qəbir abidələri kurqan tiplidir.
«Kurqanlar daş və torpaq örtüklüdür. Onların hündürlüyü
0,5-1,1, diametri 4,5-11m- dir. Daş örtüyün altında, bir cərgə daş-
lardan düzülmüş kromlexlər aşkar olunmuşdur. Bəzi kurqanların
örtüyü dağıdıldığından, kromlexə aid daş düzümləri aydın seçilir.
Kurqanlar xarici görünüşcə bənzər olsalar da, qəbir tiplərinə görə
xəndəksiz, xəndəkli və daş qutu olmaqla, üç yerə bölünür. Xən-
dəksiz kurqanlar başlıca olaraq Orta və Son Tunc dövrlərinə aid-
dir. Tədqiqatçı F.М.Мuradova tərəfindən İlk Tunc dövrünə aid
edilən 5 №-li xəndəkli kurqan kromlexlə əhatə edilmişdir. Krom-
lexin mərkəzində yerləşən dördkünc formalı qəbir kamerasının
yanları kiçik həcmli əhəng daşları ilə əhatə olunmuş, üstü iri sal
daşlarla örtülmüşdür. Qəbir qarət edildiyindən, skeletə rast gəlin-
məmişdir. Aşkar edilən keramika məmulatı e.ə. III minilliyin so-
nu üçün xarakterik olmuşdur. İlk Tunc dövrünə aid edilən 3 №- li
kurqanın hündürlüyü 1,1 m, diametri 11 m-dir. Kurqanın mərkə-
zində əhəng daşlarından qurulmuş daş qutu tipli qəbir aşkar olun-
muşdur. Bu abidənin qərb divarı və örtük daşı saxlanmamışdır.
Ola bilsin ki, qəbir kurqanın qarət edilməsi zamanı dağıdılmışdır.
Onun qərb tərəfində, örtük daşları arasında hər iki tərəfdən yo-
nularaq, insan şəklinə salınmış əhəng daşına rast gəlinmişdir. Daş
heykəlin hündürlüyü 1,4 metrdir» (Baxşəliyev V., 1960, s. 93).
Beləliklə, III minillikdə Cənubi Qafqazda, daha dəqiq desək,
Azərbaycanda daha bir innovasiya, kurqanlara balbal qoyulması
ənənəsii ortaya çıxmışdır ki, bir neçə min il sonra eyni hal iskit,
xəzər, oğuz və qıpçaq kurqanlarında da müşahidə edilmişdir. Ktesi
və Siciliyalı Diodor kimi antik yunana müəlliflərinin yazdıqların-
Dostları ilə paylaş: |