Kurqanlarda



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə58/154
tarix30.10.2018
ölçüsü2,75 Mb.
#76057
1   ...   54   55   56   57   58   59   60   61   ...   154

 

173


mış  arxeoloqlar  da  üzləşmişdilər.  Onlar  da  qazıdıqları  hökmdar 

kurqanlarının altında daha qədim dövrlərə, yəni neolit-eneolit dövr-

lərinə aid qatlar aşkar etmiş və həmin ərazinin sözügedən dövrlər-

dən etibarən böyük yaşayış məskəni və şəhər olduğu üzə çıxmışdır. 

«Maykoplu»lar  ölülərini  bir  qayda  olaraq  kurqanlarda  dəfn 

edirdilər.  Ölülər  qəbir  kanerasına  böyrü  üstə,  –  əsasən  sağ  böyrü 

üstə,  –  bükülmüş  vəziyyətdə  qoyulardı.  Qəbrə  bol-bol  oxra  səpi-

lərdi. Əksər kurqanlar tək dəfnli olsalar da, bəzən 2 ilə 5 nəfər ara-

sında şəxsin bir yerdə basdırıldığı kollektiv dəfnlərə də rast gəlinir. 

Bir  çox  hallarda qəbirlərə ölü  ilə  birlikdə  heyvanlar da  qoyulardı 

(Кореневский  С.Н.,,  2004, c.  15-21,  150-168;  Трифонов  В.А., 

Крайнева  А.А.,  Зайцева  Г.И.,  Плихт  Х.,  Богомолов  А.А.,  Бу-

рова Н.Д., Семенцов А.А., Ришко С.А., 2013, с. 37-38). 

Maykop kurqanlarından ən kiçiklərinin hündürlüyü təqribən 

1m, böyüklərininki isə 6-12 m-dir. Üzərində kurqan örtyü olma-

yan  qəbirlərə  də  rast  gəlinib  ki,  onların  mənşəyi  barədə  hələ  ki 

vahid fikir yoxdur. 

Kurqan örtükləri  içərisində  həm daşdan, həm də torpaqdan 

olanlara rast gəlinir. Onlar adətən girdə və konik formada olsalar 

da, üst hissəsi hamarlanmış və yastılanmış örtüklərə də rast gəli-

nir. Aypara formalı örtüklər də qeydə alınmışdır. Kurqan örtük-

lərinin  altında  bir  qayda  olaraq  daş  yığımına  rast  gəlinir  və  bu 

daş  yığınları  əksər  hallarda  aypara  formasında  olur.  Yerdə  çala 

şəklində qazılmış qəbir kameraları onların altında yerləşir. Lakin 

materikdə qurulmuş kameralar da az deyil. Meyitlərin xüsusi dü-

zəldilmiş meydançalar qoyulduğu kurqanlara da rast gəlinir.  

Qəbir kameralarının örtüyü adətən kərtilmiş ağacdan düzəl-

dilirdi. 

Bəzi  kurqanların  kamerası  meqalitik  quruluşa  sahib  olur  və 

yanı üstə qoyulmuş daş pilitələrdən ibarət olurdu. Onların içərisin-

də uşaqların dəfn edildiyi kiçik kameralara rast gəlindiyi kimi, nə-

hənglərinə də rast gəlinmişdir ki, bu tip abidələrə Kişpek və Nalçik 

kurqanlarını misal çəkmək olar (Кореневский С.Н.,2004, c.15-21). 

Maykop kurqanlarından əldə edilən DNT nümunələrinin ana-

lizləri  aparılsa  da,  bu  zaman  əsas  çalışmalar  sadəcə  mitoxondrial 



 

174


(ana xətti) haploqrupların üzə çıxarılması istiqamətində olmuş, ata 

xəttinin, yəni Y-xromosomların tədqiqi diqqətdən kənarda qalmış-

dır.  Bununla  belə,  kurqanlarda  ölülərin  yanı  üstə,  bükülmüş  və-

ziyyətdə  dəfn  edilməsi  onların  R1a  haploqrupunun  daşıyıcıları, 

yəni protoqıpçaq-bulqar olduqlarından xəbər verməkdədir. 

Üç  skeletdən  götürülmüş  DNT  nümunələri  əsasında  aparı-

lan genetik tədqiqatlar «Maykoplu»larda U (U8b1a2), M (M52) 

və N (N1b1) mitoxondrial haploqrupunu üzə çıxarmışdır. Bəzən 

Maykop mədəniyyətinin tərkim hissəsi, bir çox hallarsa isə müs-

təqil mədəniyyət kimi gözdən keçirilən Novosvobodnaya mədə-

niyyəti təmsilçilərində isə T (T2b) və V (V7) mitoxondrial hap-

loqrupları aşkar edilmişdir (Недолужко А., 2016; Sokolov A.S., 

Nedoluzhko A.V., et al., 2016). 

Antropoloji  tədqiqatlar  «Maykoplu»  ların  cənubi  avropoid 

irqinin  Aralıq  dənizi  tipinə  aid  olduqlarını  ortaya  qoymuşdur 

(Кореневский С. Н.,, 2004, c. 15-21). 

Maykop  mədəniyyətinin  daşıyıcılarının  təsərrüfat  həyatının 

əsasını həyətyanı heyvandarlıq və toxa əkinçiliyi təşkil edirdi. Ya-

rımköçəri  həyat  tərzi  mənimsənilmişdi.  Heyvandarlıq  təsərrüfa-

tının təməlində iri və xırda buynuzlu heyvanların, qismən də do-

nuz və atların bəslənilməsi dururdu. Toxuculuq və dulusçuluq da 

inkişaf etmişdi. Çox güman ki, ticarət də yüksək səviyyədə olub. 

Belə ki, Maykopda istehsal edilən gümüş məmulatları uzun müd-

dət Qafqazdan Altaya qədər geniş ərazilərdə çox qiymətləndirilib. 

Eyni zamanda Əfqanıstandan firuzə və lacivərd idxal edilirdi. 

Bəzi  kurqanlardan  tapılmış  dörd  təkərli  araba  modelləri 

nəqliyyatın əsasını öküzə və ata qoşulmuş arabalar təşkil etdiyi-

ni söyləməyə əsas verir.  

«Maykoplu»ların evləri sadə konstruksiyaya sahib idi. Tax-

ta  dirəklər,  gillə  suvanmış  toxunma  divarlar  geniş  yayılmışdı. 

Yaşayış  məskənləri  çox  vaxt  dağətəyi  zonalarda,  çətin  keçilən 

yerlərdə  salınır  və  daş  divarlarla  əhatə  olunurdu. Görünür,  düş-

mənlərdən müdafiə olmaq ehtiyacı vardı. Düşmənlər isə çox gü-

man ki, dolmen mədəniyyətinin daşıyıcıları idi. Elə bu mədəniy-

yətin  daşıyıcıları  da  sonda  Maykop  mədəniyyətinə  son  vermiş 



 

175


və  onların  yaşadıqları  ərazilərin  sahibinə  çevrilmişdilər.  Fikri-

mizcə, bunlar G haploqrupunun daşıyıcıları olan Abxaz-Adıq və 

osetin xalqlarının əcdadları olub. Lakin bu, sadəcə bir ehtimaldır. 

Ən inkişaf etmiş sahələrdən biri də metallurgiya idi. Ümumiy-

yətlə,  Maykop  mədəniyyəti  tunc,  qızıl  və  gümüşdən  hazırlanmış 

məişət və bəzək əşyaları ilə çox məşhurdur. Onların demək olar ki, 

hamısı kurqanlardan tapılmışdır. Bu əşyalar Don çayının sağ sahi-

lindən tutmuş Güney Azərbaycana, Güney Azərbaycandan tutmuş 

Anadolu  və  Suriyaya  qədər  geniş  yayılmış  əşyaların  analoqudur. 

Lakin onlar haradansa idxal edilməmişlər. Aradakı bənzərlik Kür-

Araz  mədəniyyəti  dövründə  sözügedən  əraziləri  əhatə  edən  vahid 

bədii zövq, texnologiya və üslubun mövcudluğundan xəbər verir.  

«Maykoplu»ların öz  metal  yataqları  var  idi  və sözügedən əş-

yalar  bilavasitə  Şimali  Qafqazda  hazırlanırdı.  Odur  ki,  onlar  bu 

baxımdan nə Yaxın Şərq, nə də Cənubi Qafqazdan asılı deyildilər. 

Tunc məmulatının böyük əksəriyyəti mis-arsen və mis-arsen-nikel 

qarışıqlı idi. Əşyaların üzünə bəzən gümüş təbəqəsi çəkilir, bəzənsə 

onlar ümumiyyətlə mis və gümüş qarışığından hazırlanırdı. 

Əmək alətləri içərisində daha çox müxtəlif növ baltalar, biz-

lər,  kəsici  və  deşici  alətlərə  rast gəlinib.  Baltaların  içərisində dö-

yüş baltaları da var. Əldə olan baltalar daha çox dəfn mərasimləri 

üçün  nəzərdə  tutulduğundan  kiçik  ölçülü  olurdu  (Мунчаев  Р., 

1973).  Dəfn  inventarı  içərisində  bu  alətlərə  rast  gəlinməsi  Sügə 

Toyon kultunun önəmli rola sahib olmasından xəbər verir.  

Zəngin  insanlara  xas  olan  kurqanlarda  aşkar  edilmiş  bəzək 

əşyaları  əsasən qızıl  və gümüşdən düzəldilmiş əşyalardır. Onla-

rın  analoquna  təkcə  Mesopatamiyada  deyil,  eləcə  də  Misir  və 

Troyada da rast gəlinmişdir (Мунчаев Р., 1973). 

Maykop kurqanları  içərisində ən  məşhuru  Böyük  Maykop 

kurqanıdır ki, artıq qeyd etdiyimiz kimi, 1897-ci ildə N. Vese-

lovski tərəfindən aşkar və tədqiq edilmişdir. Əsas tapıntıları ha-

zırda Ermitajda saxlanılan bu dəfn abidəsinin tapıldığı yer May-

kop  şəhərinin  hazırki  Kurqannıy  (Kurqanlı)  və  Podqornıy  (Da-

ğətəyi) küçələrinin kəsişdiyi yerdir.  



Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə